Məhkəmə qərarları › İş №2-1(102)-3482/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3482/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3482/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı d iplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2055/2019 saylı iş üzrə 05 sentyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı2015-ci ildə Ukrayna Respublikasının İ.İ.Meçnikov adına Odessa Milli Universitetinin İqtisadiyyat və Hüquq Fakültəsinin “İdarəetmə” ixtisasını bitirmiş və ona 2015-ci il 30 iyun tarixli, Dİ 048952 saylı diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 09 dekabr 2016-cı il tarixli məktubla iddiaçının həmin diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanın masından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında yenidən göstərmişdir ki, ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1604/2019 saylı, 30 may 2019-cu il tarixli qərarı (hakim – Z.M.Tağıyev) ilə iddia təmin edilmiş, Ukrayna Resp ublikasının İ.İ.Meçnikov adına Odessa Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş 30 iyun 2015ci tarixli, Dİ 048952 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. Apellyasiya şikayətində cavabdeh yenə də iddiaçının tədris dili ilə bağlı biliklərini şübhə altına almışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2055/19 saylı, 05 sentyabr 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyev və H.Ü.Həmidov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2-1(82)-1604/2019 saylı, 30 may 2019-cu il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd olunmuşdur. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv edib işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə öz qərarında İ.İ.Meçnikov adına Odessa Milli Universitetində tədris dilinin rus dili olması barədə sübutları əsaslı hesab etməmişdir. Bu halda isə sual yaranır ki, cavabdeh hansı dildə bilik səviyyəsini yoxlamış və imtina etmişdir. Müsabiqə zamanı iddiaçı ilə rus dilinin bilik səviyyəsi yoxlanılm ışdır. Bu faktın özü də məhkəmənin iş üzrə hərtərəfli araşdırma aparmadığına, tələsik əsassız və qanunsuz qərar qəbul etdiyinə işarə edir. Məhkəmə iclaslarında dəfələrlə qeyd edilmişdir ki, 08 may 2019-cu il tarixdə keçirilən müsahibədə iddiaçının barəsində müsbət rəy tərtib edilmişdir. Bunu Təhsil Nazirliyinin bütün rəhbər işçiləri qəbulda olan zaman təsdiq ediblər, lakin həmin rəy nə məhkəməyə, nə də iddiaçıya təqdim edilməmişdir. İddiaçı 2011-ci ildən ölkədən kənara çıxıb, 2016-cı ildən isə hal-hazırkı dövrə qədər Moskva şəhərində yaşayır və işləyir. Rusiyada 06 aprel 2017-ci il tarixdə ondan rus dilini, Rusiya tarixini, qanunvericiliyinin əsaslarını bilməsi barədə imtahan götürülmüş, bununla bağlı ona rəsmi sənəd və həmin sənəd əsasında Moskva şəhərində yaşamaq üçün icazə verilmişdir. Hazırda orada işləyir və gündə yüzlərlə insana rus dilində xidmət göstərir. İddiaçı əyani təhsil almış və heç vaxt dərs buraxmamışdır. Təhsil Nazirliyinin özünün təsdiq etdiyi kimi ölkədən giriş-çıxış vaxtlarında heç bir nöqsan aşkar olunmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikas ı Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın t anınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respub likasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dair özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tədris dilinin rus dili olduğunu və 4 il əyani təhsil aldığını göstərsə də, bu barədə məhkəməyə və cavabdeh orqana hər hansı sübut təqdim etməmiş, diploma əlavədə tədris dili, təhsilin forması qeyd olunmamışdır. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, diploma əlavədə rus dili xarici dil kimi qeyd edildiyindən və i ddiaçı rus dili fənnindən dövlət imtahanı verdiyindən məhkəmə iddiaçının İ.İ.Meçnikov adına Odessa Milli Universitetində tədris dilinin rus dili olması barədə bildirdiklərini əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərdə ali təhsil aldığı dövrdə tədris dilinin rus dili olması barədə sübutlar olmadığından hazırkı halda inzibati orqanın imtinasının qanunsuz və əsassız sayılaraq iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırm ağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılmas ı təmin olunmamışdır. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edildiyinə istinad etmiş, apellyasiya məhkəməsi də öz növbəsində bununla razılaşmışdır. Kollegiya ilk növbədə bununla bağlı olaraq kassasiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, şəxsin tədris dilini tam səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsini ciddi şəkildə şübhə altına alır, bu isə onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi qənaətinə gəlmək üçün yetərli əsas təşkil edir. Lakin məhkəmə tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı ha lından çıxış edərək iddianı təmin etmədən əvvəl bununla bağlı işin hallarını dəqiq müəyyən etməlidir. Bunun üçün isə məhkəmə ilk növbədə iddiaçının hansı dildə tədris aldığını dəqiq müəyyənləşdirməli, daha sonra isə onun həqiqətən sözügedən dili mənimsəmədiyini təsdiq edən sübutların iş materiallarında olub-olmadığını yoxlamalıdır. Bununla bağlı işin hallarından görünür ki, iddiaçı əyani formada təhsil aldığını, tədris dilinin rus dili olduğunu və ilkin olaraq Təhsil Nazirliyində onunla rus dilində müsahibə aparıldığını bildirmişdir. Lakin cavabdeh həm müraciəti təmin etməkdən imtina edərkən, həm də apellyasiya şikayəti verərkən iddiaçının tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığına istinad etsə də, onun məhz hansı dili bilmədiyini göstərməmişdir. Cavabdeh orqanın iş materi allarında olan ekspert rəyində də bu hala aydınlıq gətirilməmişdir. Beləliklə, cavabdehin iddiaçının hansı dildə tədris aldığı ilə bağlı mövqeyi qeyri-müəyyəndir. Bu mövqe isə öz daxilində olduqca ziddiyyətlidir. Belə ki, cavabdeh iddiaçının hansı dildə təhsil aldığını müəyyənləşdirmədən onun tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi isə bu ziddiyyətli halın aydınlaşdırılmasını təmin etməmişdir. Məhkəmə yalnızca formal olaraq diploma əlavədə rus dilinin xarici dil kimi qeyd edildiyini və iddiaçının rus dili fənnindən dövlət imtahanı verdiyini bildirmişdir. Belə görünür ki, məhkəmə iddiaçının aldığı təhsilin dilinin rus dili olmadığını qəbul etmişdir. Bu halda, məhkəmə iddiaçının aldığı tədrisin dilinin hansı dil olduğunu müəyyən etməli id i. Lakin bu edilməmiş, məhkəmə tərəfindən işin hallarının müəyyənləşdirilməsinə dair xidməti vəzifəsinin tələblərinə riayət olunmamışdır. Bundan başqa, iş materiallarından müəyyən edilmir ki, cavabdeh iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı nəticəsinə hansı sübutlar əsasında gəlmişdir. Yəni, cavabdehin müsahibə zamanı iddiaçının hansı dil üzrə biliklərini yoxladığı bəlli deyildir. Eləcə də, bu yoxlamanın nəticələrini əks etdirən sübut (məsələn, CD və.s) da işdə yoxdur. Nəzərə almaq lazımdır ki, bu işlər üzrə yerləşmiş inzibati praktika ondan ibarətdir ki, cavabdeh əksər hallarda tədris dili üzrə biliklərin qənaətbəxş olmadığı halına istinad etdikdə vətəndaşlarla müsahibəni əks etdirən müvafiq CD-ləri təqdim edir. Lakin hazırkı işdə cavabdeh bu sübutu təqdim etməmişdir. Bununla bağlı olaraq qeyd olunmalıdır ki, iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı halına istinad etdiyi üçün bu halı təsdiq edən mötəbər sübutları təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. Apellyasiya məhkəməsi isə sübutetmə yükünü düzgün bölüşdürməmiş, İPM-in 14-cü maddəsinin ziddinə olaraq qeyd edilən halları sübut etmə vəzifəsini iddiaçının üzərinə qoymuşdur. Beləliklə, təkrar apellyasiya baxışı zamanı ilk növbədə iddiaçının İ.İ.Meçnikov adına Odessa Milli Universitetində aldığı tədrisin forması (əyani və ya qiyabi) və hansı dildə tədris aldığı dəqiq müəyyənləşməli, eləcə də iddiaçının tədris dili üzrə biliklərinin səviyyəsinə mötəbər sübutlar əsasında qiymət verilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2055/2019 saylı iş üzrə 05 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar