Məhkəmə qərarları › İş №2-1(102)-3497/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3497/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3497/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzilə dair kirayə müqaviləsinin bağlanması. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 17.12.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1447/2019 saylı iş üzrə 17 sentyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı ş., Xətai rayonu, D.Səfərov küçəsi, ev 7, 31 saylı mənzilinə dair kirayə müqaviləsinin onunla bağlanılması barədə müvafiq sərəncamın verilməsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda ailəsi ilə birlikdə Bakı ş., Xətai rayonu, D.Səfərov küçəsi, 7 saylı evin 31-ci mənzilində yaşayır. O, 1977-ci ildən 2010-cu ilədək “xxxx” ASC-də elektrik qaynaqçısı işləmişdir. Həmin mənzil 1982-ci ildə ona işlədiyi idarədən verilmişdir və hazırda da onun və ailəsinin istifadəsindədir. Mənzilin kommunal xərcləri onun adından ödənilir. O, sözügedən mənzili özəlləşdirmək məqsədilə mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müracuət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlayır. İddia hüququ şəxsin öz hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbayca n Respublikası Mənzil Məcəlləsinin 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar iş və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurlar. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən yaşayış sahəsinə kirayə müqaviləsi adına order verilmiş vətəndaşla bağlanır. Yaşayış sahəsində müvəqqəti yaşayan vətəndaşlar is ə Mənzil Məcəlləsinin 80-ci maddəsinə əsasən mənzildə yaşadıqları müddətdən asılı olmayaraq həmin sahə barəsində müstəqil hüquqa malik deyillər. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, yaşayış sahəsinin kirayə müqaviləsinə xitanm verildikdə, əsas icarədardan icarəyə götürənlər, habelə müvəqqəti sakinlər yaşayış sahəsini boşaltmalıdırlar. Boşaltmaqdan imtina etsələr, başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçının adına hüquqi sənəd olmadığı halda, dövlət balansında olan mənzili öz adına rəsmiləşdirməsi qeyri-qanunidir. Buna görə də, iddia rədd edilməlidir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-4438/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qərarı (hakim – R.L.Kərimli) ilə iddia tələbinin təmin edilməməsi qərar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1447/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – İ.B.Əhmədov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) iddiaçınınapellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4438/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 1977-ci ildən 2010-cu ilədək “xxxx” ASC-də elektrik qaynaqçısı işləmişdir. Vaxtı ilə “xxxxtəmir” zavodu adlanan həmin müəssisədə işləməklə zavodun ünvan 1 ünvanında yerləşən yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmışdır və indi də 6 nəfərli ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatdadır. 1983-cü ilin fevral ayında mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi mənzil növbəsinə qəbul edilmişdir. 2001-ci ildən zavod üzrə ümumi mənzil növbəsində 2-ci, 4 otaqlı mənzil almaq üçün isə 1-ci olmuşdur. 1982-ci ildə zavodun yuxarıda göstərilən ünvanda yerləşən yataqxanasında qeydiyyatda olaraq ailə həyatı qurmuş gənc işçilərinə mənzil növbələri saxlanmaqla uyğun normada mənzillə təmin edi lənə qədər həmin zavodun ərazisində Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsindəki 7 saylı xidməti evində kiçik sahəli (əsasən 2 otaqlı) mənzillər verilmişdi. Amma həmin mənzillərə heç kim yaşayış yeri üzrə qeydiyyata alınmamışdı. Təxminən 30-40 ailə hamısı eyni vəziyyətdə idi. O cümlədən, iddiaçının ailəsinə də 7 №-li evin 2 otaqlı 31 №-li mənzili verilmişdi. Ailələri 36 ildən artıqdır ki, həmin mənzildə yaşayır. Orada yaşayış yeri üzrə qeydiyyatda olmasalar da, yaşadıqları sahəyə sahiblik və istifadə edirlər, bütün kommunal xidmətlərin abunəçisidilər və haqqını ödəyirlər. Həmin mənzildə doğulub boya başa çatmış 4 uşağın ən kiçiyinin 33 yaşı vardır. Sonradan bütün postsovet məkanında baş verən proseslər nəticəsində ictimai-siyasi münasibətlərin məcrası dəyişdi. Həmin xidməti evdə əvvəll ər sənədsiz yaşayan işçilər müvafiq mənzil almağa ümidlərini itirdilər və əksəriyyəti həmin məhdud şəraitli evləri öz adlarına rəsmiləşdirdi. İddiaçı isə əmək fəaliyyətini başa vurub pensiyaya çıxsa da, hələ də növbə ilə ev ala bilməmişdir, ona görə də, hazırkı mənzili öz adına rəsmiləşdirmək istəyir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri hal da da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən m ənzilin vətəndaş İddiaçı sahibliyi və istifadəsinə verilməsi dair hər hansı sənəd aşkar edilməmişdir. Arxiv sənədlərinə əsasən vətəndaş İddiaçı ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli yataqxananın 2-ci mərtəbəsində yaşayış sahəsinin verilməsi müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən İddiaçı dair məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, təqdim edilmiş arxiv məlumatları hazırki mübahisə predmeti olan mənzil ilə bağlı deyildir. Belə olan təqdirdə kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Belə ki, iddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər yoxdur. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hü quqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə görə icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) 5 1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddəti ndə uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1447/2019 saylı iş üzrə 17 sentyabr 2019-cu il tarixli qərarı d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar