Məhkəmə qərarları › İş №2-1(102)-3533/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3533/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3533/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İctimai Birliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ictimai birliyinin qanuni təmsilçisinin seçilməsi faktının dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İctimai Birliyinin cavabdeh Cavabdeh (üçüncü şəxslər üçüncü şəxs1 İsrafil oğlu və üçüncü şəxs2) qarşı “sədr və qanuni təmsilçi kimi qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ictimai birliyi Ədliyyə Nazirliyi tərəfindən ## ####### 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı ictimai birliyinin ## ###### 2022-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən İdarə Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir: Abbasov İlham Yusif oğlu – sədr, üçüncü şəxs2 – sədr müavini, üçüncü şəxs1 İsrafil oğlu, X2, Vəkil, X3 və X9 – üzvlər.

3. Ədliyyə Nazirliyi Qeyri-X25 Reyestrindən ##.##.2022-ci il tarixli çıxarışa əsasən İddiaçı ictimai birliyinin İdarə heyətinin sədri Abbasov İlham Yusif oğlu, sədr müavini üçüncü şəxs2, digər üzvləri üçüncü şəxs1 İsrafil oğlu, X1, Vəkil, X3, X9r.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçılar X20, üçüncü şəxs2, X7, üçüncü şəxs1 İsrafil oğlunun, X9, X4, X16, X12, X8, X17 cavabdeh İddiaçı ictimai birliyinə qarşı iddia tələbi təmin edilmiş, İddiaçı ictimai birliyinin ## ###### 2022-ci il tarixli ümumi yığıncağının protokolu qanunsuz hesab edilmişdir.

5. İddiaçı ictimai birliyinin ##.##.2023-cü il tarixi ** nömrəli protokoluna əsasən Abbasov İlham Yusif oğlu, X2 və X3 İctimai Birliyin üzvlüyündən xaric edilməsi, İdarə Heyətinin üçüncü şəxs1 İsrafil oğlunun sədr, üçüncü şəxs2 sədr müavini və əlavə 9 nəfər üzvdən ibarət yeni tərkibdə təsdiq edilməsi və ictimai birliyin qanuni təmsilçisi üçüncü şəxs1 İsrafil oğlunun təsdiq edilməsi qərara alınmışdır.

6. Ədliyyə Nazirliyinin üçüncü şəxs1 İsrafil oğluna ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ümumi yığıncağın ##.##.2023-cü il tarixli qərarı ilə Abbasov İlham Yusif oğlunun da qurumun sədri seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə nazirliyə müraciətin daxil olduğu, eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd müraciətlər daxil olduğundan sənədlər geri qaytarılmışdır.

7. İddiaçı ictimai birliyinin ##.##.2023-cü il tarixli, * nömrəli protokolu ilə üçüncü şəxs2 və Cəlilov Ziyatxan İsrafil oğlunun idarə heyətinin və ictimai birliyinin üzvlüyündən xaric edilməsi, idarə heyətinin yeni tərkibi 5 nəfər üzvdən ibarət yeni tərkibinin seçilməsi, Abbasov İlham Yusif oğlunun idarə heyətinin sədri seçilməsi qərara alınmışdır.

8. Cavabdeh ##.##.2024-cü il tarixli məktubla Abbasov İlham Yusif oğlunun İddiaçı ictimai birliyinin qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətdən imtina edərək göstərmişdir ki, ümumi yığıncağın ##.##.2024-cü il tarixli qərarı ilə üçüncü şəxs1 İsrafil oğlunun da qurumun sədri seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə müraciət daxil olmuşdur. Eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlər daxil olduğundan sənədlər geri qaytarılır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Abbasov İlham Yusif oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “X11" İctimai Birliyi İdarə Heyətinin sədri və qanuni təmsilçisi kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçı Abbasov İlham Yusif oğlu əsl iddiaçı İddiaçı İctimai Birliyi ilə əvəz edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ictimai birliyi 31.10. 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Abbasov İlham Yusif oğlu ##.##.2022-ci il tarixdə bu İctimai Birliyin idarə heyətinin üzvü və həmçinin sədri seçilmişdir. Bununla əlaqədar Ədliyyə Nazirliyinin Qeyri-X25 Reyestrindən ##.##.2022-ci il tarixli çıxarış verilmişdir. Həmin çıxarışdan da görünür ki, İlham Abbasovun ictimai birliyin sədri kimi tanınmağı rəsmi şəkildə dövlət qeydiyyatına alınmışdır. İctimai birliyin nizamnaməsinin 6.11-ci maddəsinə görə idarə heyətinin sədri, müavinləri və digər üzvləri birliyin ümumi yığıncağı tərəfindən 2 il müddətində seçilir. İctimai birliyin idarə heyətinin üzvlərinin və həmçinin sədrinin səlahiyyət müddəti ##.##.2024-cü il tarixdə bitdiyi üçün, ##.##.2023-cü il tarixdə İddiaçı ictimai birliyinin üzvlərinin ümumi yığıncağı çağırılmış və ümumi yığıncağın müzakirə edəcəyi əsas məsələlər kimi ictimai birliyin yeni idarə heyətinin üzvlərinin və sədrinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. İclasın keçirilməsinə ən azı 15 gün qalmış ictimai birliyin bütün üzvlərinə ümumi yığıncağın vaxtı və yeri barədə məlumat verilmişdir. Belə ki, İddiaçı ictimai birliyinin nizamnaməsinin 6.3-cu bəndinə görə ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağının vaxtı və yeri haqda 2 həftə əvvəl məlumat verilməlidir. İddiaçı nizamnamənin tələblərinə uyğun olaraq, ictimai birliyin üzvlərinin ümumi yığıncağının keçirilməsi barədə həm idarə heyətinin bütün üzvlərinə, həm də ictimai birliyin bütün üzvlərinə məlumat vermişdir. ##.##.2023-cü il tarixdə keçirilən ümumi yığıncağının iclasında üzvlərin 42 nəfəri iştirak etmişdir. İddiaçı ictimai birliyinin nizamnaməsinin 6.5-ci maddəsinə görə ümumi yığıncaq birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. İclas keçirilən gün ictimai birliyin 71 nəfər üzvü var idi. Həmin gün də bu iclasın səlahiyyətli olması üçün iclasda 36 nəfər üzvün iştirak etməsi kifayət edirdi. Amma faktiki olaraq iclasda 42 nəfər iştirak etmişdir ki, bu da ictimai birliyin həmin gün keçirilən ümumi yığıncağının tam səlahiyyətli olmasını təsdiq edir. Eyni zamanda ictimai birliyin idarə heyətinin əvvəlki üzvlərindən olan Cəlilov Ziyadxan İsrafil oğlu və üçüncü şəxs2 rəsmi qaydada ictimai birliyin üzvlərinin ümumi yığıncağının keçirilməsinin vaxtı və yeri barədə rəsmi teleqram göndərilsə də, onların heç biri ümumi yığıncağının iclasında iştirak etməmişdir. Bununla da ictimai birliyin nizamnaməsinin tələblərini kobud şəkildə pozmuşlar. Həmçinin bu iki şəxs İddiaçı ictimai birliyinin fəaliyyətinə xələl gətirdiklərinə və ictimai birliyi nüfuzdan saldıqlarına görə ictimai birliyin üzvlərinin ##.##.2024-cü il tarixli iclasının qərarı ilə onların hər ikisi ictimai birliyin üzvlüyündən və idarə heyətinin üzvlüyündən çıxarılmışdır. Bundan sonra həmin iclasda İddiaçı ictimai birliyinin yeni idarə heyətinin tərkibi seçilmişdir. Yeni seçilmiş idarə heyətinin tərkibində də İ.Abbasov yenidən ictimai birliyin İdarə Heyətinin sədri seçilmişdir. Bundan sonra ümumi yığıncaqda seçilmiş ictimai birliyin yeni idarə heyətinin tərkibinin və sədrinin Dövlət Reyestrində Qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişlər. Lakin cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina olunmuş və əsas kimi də Cəlilov Ziyadxan İsrafil oğlunun da Qurumun sədri kimi Dövlət Qeydiyyatına alınması üçün Nazirliyə müraciət etdiyi göstərilmişdir. Cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, İddiaçı ictimai birliyinin idarə heyətinin üzvü və sədri kimi seçilməyi barədə məlumatlar da hələ 2022-ci ildən cavabdeh orqanda vardır. Cavabdehin özünün təqdim etdiyi Dövlət Reyestrindən çıxarışdan da görünür ki, Cəlilov Ziyadxan İsrafil oğlu bu ictimai birliyin üzvü kimi qeydiyyat olunmuşdur. Təbii ki, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə həm Abbasov İlham Yusif oğlunun, həm də Cəlilov Ziyadxan İsrafil oğlunun müraciətini araşdıraraq, yalnız bundan sonra qanunamüvafiq qərar qəbul etməli idi. Lakin işin hallarından da görünür ki, cavabdeh orqan tərəfindən heç bir inzibati araşdırma aparılmamış və yalnız Cəlilov Ziyadxan İsrafil oğlunun müraciətinə istinad edərək belə bir qərar qəbul etmişdir. Həm İ.Abbasov tərəfindən, həm də üçüncü şəxs1 tərəfindən Ədliyyə Nazirliyinə müraciət ictimai birliyin blankı və möhürü ilə göndərilsə də, cavabdeh orqan tərəfindən bununla əlaqədar heç bir tədbir görülməmişdir. Belə ki, əgər İ.Abbasov 2022-ci ildə ictimai birliyin sədri kimi Dövlət Reyestrində qeydiyyata alınmışdırsa və həmin vaxtdan bu günə kimi fəaliyyət göstərmişdirsə, təbii ki, ictimai birliyin möhürü də İ.Abbasovda olmalıdır. X6 İsrafil oğlunun ictimai birliyin möhürü ilə cavabdeh orqana hər hansı bir məktubun göndərməsi həmin məktubdakı möhürün saxta olmasını açıq-aydın sübut edir. Belə bir vəziyyətdə Ədliyyə Nazirliyi Cəlilov Ziyadxan İsrafil oğlu barəsində Baş Prokurorluğa müraciət etməli olduğu halda bunu etməmişdir. Bu faktın özü də bir daha təsdiq edir ki, cavabdeh orqan üzərinə düşən vəzifələri yerinə yetirməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur.

12. Cavabdeh iddiaya dair yazılı etirazını təqdim etməmişdir.

13. Üçüncü şəxs üçüncü şəxs2 iddiaya yazılı etirazında bildirmişdir ki, ##.##.2023cü il tarixində ictimai birliyin ümumi yığıncağı keçirilərək İdarə Heyətinin seçilməsi barədə qərar qəbul edilmişdir. ##.##.2022-ci il tarixli **/**/*-** saylı Ədliyyə Nazirliyi qeyri-X25 reyestrindən çıxarışın 12-ci bəndində qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti ##.##.2024-cü il tarixədək göstərilmişdir. Göründüyü kimi iddiaçı İlham Abbasov İdarə Heyətinin səlahiyyət müddəti bitmədiyi halda, İdarə Heyəti ola-ola qanunsuz olaraq əvvəlcədən İdarə Heyətinin seçilməsi ilə bağlı ümumi yığıncaq keçirmişdir. Belə ki, ictimai birliyin nizamnaməsinin 6.11-ci bəndinin tələbi pozulmuşdur. İddiaçı Abbasov İlham Yusif oğlu ictimai birliyin ümumi yığıncağının ##.##.2022-ci il tarixli protokolu əsasında ##.##.2022-ci il tarixli **/**/*-** saylı Ədliyyə Nazirliyi qeyri-X25 reyestrindən çıxarışa əsasən ictimai birliyin sədri və qanuni təmsilçisi olaraq dövlət qeydiyyatına alınmışdır. 2022-ci il tarixində əlavə iki ümumi yığıncaq keçirilmişdir ki, onlardan biri hüquqi ünvanın dəyişdirilməsi, digəri isə İdarə Heyətinə iki yeni üzvün əlavə edilməsi ilə bağlı olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən İlham Abbasovun sədr və qanuni təmsilçi olaraq təyin olunduğu ictimai birliyin ümumi yığıncağının ##.##.2022-ci il tarixli protokolu qanunsuz hesab edilmişdir. Həmin protokol qanunsuz hesab edildikdə isə İdarə Heyəti də qanunsuz seçilmiş olur və heç bir səlahiyyətə malik olmur. İdarə Heyəti qanunsuz seçilmiş olduqda isə onun sonradan qəbul etdiyi bütün qərarlar da qanunsuz hesab edilir. Ədliyyə Nazirliyinin ##.##.2024-cü il tarixli məktubunda ictimai birliyin sonuncu dəfə 292 nəfər üzvünün dövlət qeydiyyatına alındığı bildirilmişdir. Nizamnamənin 6.2-ci bəndində qeyd edilir ki, Ümumi Yığıncaq icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. İctimai birliyin ##.##.2023-cü il tarixli ümumi yığıncağını icra orqanının çağırması qanunsuzdur, çünki Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən icra orqanının seçildiyi protokol qanunsuz hesab edilmişdir. Təsisçi yalnız üçüncü şəxs1dur ki, o da çağırmayıb və üzvlər 292 nəfərdir ki, onların da üçdə bir hissəsi olan 98 nəfər çağırmayıb, çünki protokolda üzvlərin ümumi sayı 71 nəfər göstərilib. Belə ki, “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.3-cü maddəsinin və ictimai birliyin nizamnaməsinin 6.2-ci bəndinin tələbi pozulmuşdur. İctimai birliyin ##.##.2023-cü il tarixli protokolunda 2-ci səhifə 1-ci sətirdə 71 nəfər üzvü olması, ##.##.2024-cü il tarixli * saylı arayışda isə 68 nəfər üzvünün olması qeyd edilmişdir. Göründüyü kimi iddiaçı İlham Abbasov özü də dəqiq bilmir ki, nə qədər üzv var və onun saxtakarlığı elə məhkəməyə təqdim etdiyi bu sənədlərdən bəlli olur. İctimai birliyin nizamnaməsinin 6.5-ci bəndinə əsasən Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. İctimai birliyin ##.##.2023-cü il tarixli ümumi yığıncağının səlahiyyətli hesab olunması üçün 292 nəfər üzvün yarısı, yəni 146 nəfər iştirak etməli və 2/3 səs çoxluğu 96 səs (6.6-cı bənd) olmalı idi. Lakin iddiaçı İlham Abbasov 146 nəfər yox, cəmi 42 nəfərin iştirakı ilə yenə də saxtakarlıqla özünü sədr seçib. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.6-cı maddəsinin və ictimai birliyin nizamnaməsinin 6.5-ci və 6.6-cı bəndinin tələbi pozulmuşdur. Göründüyü kimi Abbasov İlham Yusif oğlunun Ədliyyə Nazirliyinə qarşı qanuni təmsilçinin seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı iddiası tamamilə qanunsuz və əsassızdır.

14. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda ilkin olaraq hüquqi qüvvəsi ##.##.2024-cü il tarixədək olan ##.##.2022-ci il reyestr dəyişikliyinin qeydə alınmasına əsas olmuş birliyin ##.##.2022-ci il tarixli protokolu mülki məhkəmə icraatında mübahisələndirilmişdir. Göründüyü kimi, birliyin üzvlərinin bir qismi ##.##.2022-ci il tarixli protokolun nəticələrinin yanlış olduğunu, həqiqəti əks etdirmədiyini iddia edir. Belə olan halda, nə qədər ki, İctimai birliyin ##.##.2022-ci il tarixdə keçirilmiş ümumi yığıncağının nəticələri, o cümlədən Abbasov İlham Yusif oğlunun sədr seçilməsi barədə qərar mübahisələndirilir, deməli, həmin qərarın nəticələri üzrə reyestr qeydləri əsasında keçirilmiş ümumi yığıncağın qəbul etdiyi qərarın nəticələri üzrə də qeydiyyat aparıla bilməz.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər C.Məmmədov – sədrlik edən, S.Bəhrəmzadə və P.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı ictimai birliyinin ##.##.2023-cü il tarixi ** nömrəli protokolu (həmin protokola əsasən Abbasov İlham Yusif oğlu, X2 və X3 ictimai birliyin üzvlüyündən xaric edilmiş, İdarə Heyətinin sədri üçüncü şəxs1 İsrafil oğlu, sədr müavini üçüncü şəxs2 və əlavə 9 nəfər üzvdən ibarət yeni tərkib təsdiq edilmiş və ictimai birliyin qanuni təmsilçisi üçüncü şəxs1 İsrafil oğlu təsdiq edilmişdir) etibarsız hesab edilmişdir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qanuni qüvvəsini alacağı təqdirdə belə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə ## ###### 2022-ci il tarixli ümumi yığıncağın protokolu etibarsız hesab edilməsi İddiaçı ictimai birliyi İdarə Heyətinin üzvləri arasında sədrin seçilməsi ilə bağlı fikir ayrılığı formalaşdırmışdır. Sədrin seçilməsində üzvlərin hamısının iradəsinin olmaması üzvlər arasında narazılığın olmasına dəlalət edir. Bu səbəbdən də qanuni təmsilçisi kimi Abbasov İlham Yusif oğlunun Cavabdeh qeydiyyata alınması yolverilməzdir.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

21. Eyni zamanda kassator qeyd edir ki, üçüncü şəxs2 üçüncü şəxs qismində bu prosesə cəlb edilməsi heç bir məntiqə və qanuna uyğun deyildir. Belə ki, üçüncü şəxs2 bu ictimai birliyin digər üzvlərindən hər hansı bir üstünlüyü, hər hansı bir seçilmə xüsusiyyəti yoxdur. Belə olduğu halda onda gərək ictimai birliyin digər bütün üzvləri üçüncü şəxs kimi bu prosesə cəlb edilsinlər. Məhkəmənin qənaətinə görə, həmin üçüncü şəxslərin və həm də digər iddiaçıların İddiaçı ictimai birliyinin ## ###### 2022-ci il tarixli ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi olduğu üçün ictimai birliyin iddiasının təmin edilməmişdir. İnzibati işin hallarından da görünür ki, artıq İddiaçı İctimai Birliyinin son ümumi yığıncağının keçirilməsi barədə sənədlər tərtib olunarkən həmin bu qətnamənin etibarsız hesab edildiyi ## ###### 2022-ci il tarixli protokolun da heç bir əhəmiyyəti olmamışdır. Belə ki, həmin protokol əsasında seçilmiş həm idarə heyəti, həm də sədr artıq həmin tərkibin səlahiyyəti müddəti bitmiş və yeni tərkib, yeni idarə heyəti tam şəffaf şəraitdə qanunvericiliyin tələblərinin istədiyi formada yenidən seçilmişdir. Ona görə də, Xətai Rayon Məhkəməsinin bu qətnaməsinə istinad edilərək iddianın və həmçinin apellyasiya şikayətinin təmin edilməməsi tamamilə qanunsuzdur.

22. Cavabdeh orqanın imtinasının əsası İddiaçı ictimai birliyinin ##.##.2023-cü il tarixli * nömrəli protokolu ilə Cəlilov Ziyadxan İsrafil oğlunun ictimai birliyin sədri seçilməsi, üçüncü şəxs2 isə ictimai birliyin sədr müavini seçilməsinin qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciəti olmuşdur. Yəni, bir ictimai birliyin iki ayrı-ayrılıqda sədrin seçilməsi hər iki qeydiyyatın aparılmasından imtina üçün əsas olmuşdur. Lakin inzibati işin sənədlərindən də görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı ictimai birliyinin ##.##.2023-cü il tarixli * nömrəli protokolu etibarsız hesab edilmişdir. Yəni, bu məhkəmə qətnaməsi ilə Cəlilov Ziyadxan İsrafil oğlunun sədr seçilməsi ləğv edilmişdir. Belə olan halda, Abbasov İlham Yusif oğlunun sədr kimi seçilməsinin qeydiyyata alınması üçün heç bir maneə olmadığı halda, məhkəmə əsassız olaraq apellyasiya şikayətinin təmin edilməsindən imtina etmişdir. Bu isə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. Təbii ki, əgər ictimai birlik fəaliyyət göstərirsə və onların iradəsini ifadə edən ictimai birliyin üzvlərinin ümumi yığıncağının qərarı varsa və həmin qərar qüvvədədirsə, təbii ki, cavabdeh orqan da həmin qərara hörmətlə yanaşaraq həmin qeydiyyatı aparmalı idi.

23. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ictimai birliyinin qanuni təmsilçisinin seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İddiaçı kassasiya şikayətində qeyd edir ki, cavabdehin imtinasının əsasını eyni anda iki – həm Abbasov İlham Yusif oğlunun, həm də üçüncü şəxs1 İsrafil oğlunun müraciətinin daxil olması təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı ictimai birliyinin ##.##.2023-cü il tarixi ** nömrəli protokolu (ictimai birliyin qanuni təmsilçisinin üçüncü şəxs1 İsrafil oğlu seçilməsi barədə) etibarsız hesab edildiyindən imtinada göstərilən iki müraciətdən biri aradan qalxmış, ona görə də Abbasov İlham Yusif oğlu ictimai birliyin qanuni təmsilçisi kimi qeydə alınmalıdır.

35. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qanuni qüvvəsini alacağı təqdirdə belə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə ## ###### 2022-ci il tarixli ümumi yığıncağın protokolu etibarsız hesab edilmişdir. Göründüyü kimi, İddiaçı ictimai birliyinin İdarə Heyətinin üzvləri arasında sədrin seçilməsi ilə bağlı fikir ayrılığı mövcuddur, bu səbəbdən də qanuni təmsilçi kimi Abbasov İlham Yusif oğlunun Ədliyyə Nazirliyində qeydiyyata alınması yolverilməzdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı İddiaçı İctimai Birliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar