Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-360/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddia üzrə məhkəmə qərarına izah verilməsi; izah verilən məhkəmə qərarının məzmununun dəyişdirilməsi; prosessual normaların tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın a qarşı “qərarın ləğv edilməsi və pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş “qərara izah verilməsi” barədə ərizə üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3656/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “qərarın ləğv edilməsi və 2015-2021-ci illər üzrə toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanıb ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar q əbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4790/2022 qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı “1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş 2.038,69 manat məbləğin bölünərək əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4790/2022 qərarı qanuni qüvvəsini almış, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-78153/2023 nömrəli məktubuna əsasən icra edilmiş, yenidən hesablanmış pensiya ödənişinin xx.xx.2023-cü ildən icra edilməsinə qərar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4790/2022 qərarına izah verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunmur. Qurumdan bildirilmişdir ki, əmək pensiyası düzgün hesablanmışdır, ona görə də pensiyanın məbləğində dəyişiklik olmayacaq. Bundan sonra “142” çağrı mərkəzinə müraciət olunmuşdur. Mərkəzdən bildirilmişdir ki, cari ilin may ayından məhkəmə qərarı nəzərə alınaraq pensiya məbləği tam ödəniləcəkdir. Lakin 2021-ci ilin oktyabr ayından bu ilin may ayınadək əmək pensiyasından tutulmu ş məbləğlər geri qaytarılmayacaqdır. Çünki, məhkəmə qərarında həmin məbləğlərin qaytarılması nəzərdə tutulmamışdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddiaçının ərizəsinə dair yazılı etirazında göstərmişdir ki, müvafiq qanunvericilik normalarında müvafiq zərurət olduqda, tələblər aydın olmadıqda məhkəmə qərarına izah verilməsi qaydası təsbit olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, belə izah məhkəmə aktının məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, anlaşılmayan olsun.
7. Həmçinin, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin, ziddiyyətli olduqda, işi həll etmi ş hakim (məhkəmə tərkibi) qətnamənin məzmunu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lakin, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə, yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
8. Hazırkı iş üzrə məhkəmə qərarının nəticə hissəsində cavabdehin üzərinə hansı vəzifənin qoyulması aydın şəkildə ifadə olunmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində qərarın ləğv edilməsi və 2015-2021-ci illər üzrə toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini göstərmiş, hazırki tələbi ilə bağlı 2021-ci ilin oktyabr ayından bu ilin may ayına qədər onun pensiyasından tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı hər hansı tələbi olmamışdır.
9. Hazırkı halda iddiaçının qərarın izah edilməsi barədə ərizəsinin məzmunu qərarın məzmunun dəyişdirilməsi ilə yanaşı, iddianın əsas və məzmunun dəyişilməsinə səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən müvafiq qərarın icrası ilə bağlı zəruri tədbirlər görülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4790/2023 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin “məhkəmə qərarına izah verilməsi barədə” ərizəsi təmin edilmiş, izah edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(112)-4790/2022 nömrəli qərarı ilə cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarının “1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2 021-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş 2.038,69 manat məbləğin bölünərək əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv olunması, həmin qərar qəbul olunan andan onun ləğvinədək iddiaçının pensiyasından “artıq ödənilmiş məbləğ” kimi tutulmuş pul vəsaitinin ona qaytarılmasını ehtiva edir.
11. Birinci instansiya məhkəməsi göstərmişdir ki, mövcud qanunvericilik normaları ləğv olunmuş inzibati aktların yaratdığı hüquqi nəticələrin hansı andan aradan qaldırılmasını həmin aktların xassələri (əlverişli və ya əlverişsiz) və qanuni olub-olmaması ilə şərtləndirir. Qanuni inzibati aktın ləğvi halı istisna olmaqla, qanunsuz əlverişsiz və qanunsuz əlverişli inzibati aktların ləğvi onların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
12. H azırkı inzibati mübahisənin predmeti olan cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı əlverişsiz inzibati aktdır və müvafiq hissədə onun ləğvi ləğv olunduğu vaxtdan deyil, qəbul olunduğu anda yaranmış hüquqi nəticələri aradan qaldırır.
13. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarının qismən ləğv edilməsi onun müvafiq hissəsində yaranmış hüquqi nəticələri də aradan qaldırmış olur. Bu isə o deməkdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı “1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş 2.038,69 manat məbləğin bölünərək əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv olunması, qərar qismən ləğv olunan anadək id diaçının pensiyasından “artıq ödənilmiş məbləğ” kimi tutulmuş pul vəsaitinin ona qaytarılmasını da ehtiva edir.
14. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3656/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4790/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin rədd ol unmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddiaçının ərizəsinə dair yazılı etirazında göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.... Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qayd asında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9
6. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qə rarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.... 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BA XİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. MPM-in 230.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməs ini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
26. Göründüyü kimi, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
27. Cavabdeh haqlı olaraq qeyd edir ki, işə mahiyyəti üzrə baxılan zaman iddiaçı tərəfindən ondan tutulmuş məbləğin geri qaytarılması barədə hər hansı tələb irəli sürülməmiş, iddiaçının tələbi sadəcə olaraq cavabdehin qərarının ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanmasından ibarət olmuşdur.
28. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4790/2022 qərarında iddiaçı tərəfindən irəli sürülən iddia tələblərinə ayrı-ayrılıqda və ətraflı şəkildə münasibət bildirilmiş, məhkəmənin gəldiyi nəticə də aydın və başa düşülən olmuşdur.
29. İş materialları ilə də müəyyən olunur ki, cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4790/2022 qərarından apellyasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən icra edilmişdir.
30. İPM-in 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
31. İşin materiallarında inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının cavabdehdən hər hansı öhdəliyin yerinə yetirilməsini (hazırkı halda, iddiaçıdan tutulmuş pul məbləğinin geri qaytarılmasını) tələb etdiyinə dair məlumat yoxdur. Eyni ilə, məhkəmə qərarlarında həmin məzmunda öhdəliyin cavabdehin üzərinə qoyulduğuna dair göstəriş də yoxdur.
32. Beləliklə, şikayət əsaslıdır və təmin olunmalıdır.
33. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul e tmədikdə.
34. Həmin normada təsbit edilən və işin təkrar apellyasiya baxışına qaytarılmasına səbəb olan əsaslar bu işdə mövcud deyil. Mübahisə ilə bağlı işə dair yekun qərar çıxarılması üçün əsaslar vardır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3656/2023 nömrəli qərardadı ləğv edilir. Ərizə rədd edilir. Qərar qətidir.