Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3632/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI:
1. “xxxx" publik hüquqi şəxsinin “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixli, 3- 21-3- **/*-Q-****-**/**** nömrəli məktubu ilə təqdim edilmiş arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən 1985-1986-cı illərdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində Azərbaycan Dövlət Yerquruluşu İdarəsində texnik, ##.##.1991-ci ildən – ##.##.1999-cu ilədək Bakı Yerquruluşu Partiyasında mühəndis, aparıcı mühəndis, ##.##.2003-cü ildən – 30.11-2010-cu ilədək Dövlət Yerquruluşu Layihə İnstitutun Yerquruluşu şöbəsində mühəndis vəzifəsində işləmişdir. İddiaçı işlədiyi müddətdə çöl ölçmə işləri ilə bağlı ezamiyyətlərdə olması barədə məlumat verilmişdir. İddiaçı çöl işləri üzrə ezamiyyətdə olması 3723 gün təşkil edir.
2. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli məktubunda göstərmişdir ki, İddiaçı 1982- 2011-ci illərdə, ləğv edilmiş Dövlət Yerquruluşu Layihə İnstitutunda texnik, mühəndis, aparıcı mühəndis, baş mütəxəssis, sahə rəisi vəzifələrində işləmişdir. İşlədiyi dövrdə çöl işlərinin yerinə yetirilməsi məqsədilə ezam olunmağı barədə verilmiş 1986-2010-cu illəri əhatə edən əmrlərdə çöl torpaq tədqiqatı aparılması, istehsalat vacibliyi, torpaq islahatı ilə bağlı çöl tədqiqatı işlərinin aparılması, torpaqdan istifadə hüququna dair Dövlət Aktının verilməsi, kəndlərdə həyətyanı və bələdiyyələrin mülkiyyətinə veriləcək torpaq sahələrinin yerquruluşu sənədlərinin hazırlanması, bələdiyyə hüdudları daxilində bələdiyyə mülkiyyətinə aid torpaqların inventarizasiyası və mülkiyyət hüququna dair Dövlət Aktının verilməsi, qış otlağı sahələrinin inventarizasiyası, kənd təsərrüfatına yararsız torpaqların, dövlət fondu torpaqlarının və xüsusi mülkiyyətə verilən torpaqların inventarizasiyası ilə bağlı müvafiq yerquruluşu işlərinin icrası və bu işlərə yerində əməli köməklik göstərilməsi, turizmə yararlı sahələrin müəyyənləşdirilməsi, xəritələrin hazırlanması, həmin ərazilərin nəzərdə tutulan məqsədlər üçün istifadə olunmasına dair müvafiq tədbirlərin görülməsi, xüsusi, bələdiyyə və həyətyanı torpaq sahələrinin inventarizasiyası və yerquruluşu işlərinin icrası, inzibati ərazi vahidlikləri üzrə elektron taxeometr vasitəsilə planalma işlərinin icrası, qış otlağı sahələrinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq yerquruluşu işlərinin icrası məqsədilə ezam olunduğu qeyd olunmuşdur. Əlavə olaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnaməsinin 3.1.11-ci bəndində qeyd edilmişdir ki, dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı işlərini həyata keçirmək, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq tədqiqatı, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil etmək səlahiyyətinə malikdir. Həmçinin “xxxx" publik hüquqi şəxsinin İdarə Heyətinin müvafiq qərarı ilə təsdiq edilmiş “xxxx” MMC-nin Yerquruluşu və xəritələrin tərtibi şöbəsi Yerquruluşu sektorunun mühəndisinin vəzifə təlimatında (2.2-ci bənd) qeyd olunmuşdur ki, mühəndis dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədi ilə geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu və digər axtarış-tədqiqat işlərini yerinə yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısı” üzrə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr və vəzifələr dağmədən işlərinin tərkib hissəsidir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə ##.##.1982-cü il tarixdə başlamışdır, ona məxsus əmək kitabçasına əsasən (##.##.1982-##.##.1982, ##.##.1983-##.##.1983, ##.##.1985-##.##.1986, ##.##.1992-##.##.1999, ##.##.1999- ##.##.2010, ##.##.2010-cü il tarixdən hal-hazıradək işləyir) müxtəlif vəzifələrdə işləmişdir. ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur, ##.##.1986-cı il tarixdən ##.##.1991-ci il tarixədək isə K.D.Qlinka adına Voronej kənd təsərrüfatı institutunda təhsil almışdır. Hərbi xidmətdə olduğu müddət və təhsil müddəti nəzərə alınmaqla 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixə ümumilikdə 37 il 5 ay 14 gün əmək stajı olub. Əmək stajının 12 il 6 aydan çoxu güzəştli şərtlərlə olmuşdur. Belə ki, müraciətinə cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi “xxxx” MMCnin ##.##.2024-cü il tarixli *-**-*-**/*-Q-****-**/**** nömrəli “arayışın təqdim edilməsi barədə” məktubundan görünür ki, 1985-1986-cı illərdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində Azərbaycan Dövlət Yerquruluşu Layihə institutunun Tovuz Rayonlararası Yerquruluşu idarəsində texnik, ##.##.1991-ci ildən - ##.##.1999-cu ilədək Bakı Yerquruluşu Partiyasında mühəndis, aparıcı mühəndis, baş mütəxəssis, sahə rəisi, ##.##.1999-cu ildən İnstitutun Xaçmaz Rayonlararası Yerquruluşu idarəsində mühəndis, ##.##.2003-cü ildən ##.##.2010-cu ilədək Dövlət Yerquruluşu Layihə institutunun Yerquruluşu şöbəsində mühəndis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə çöl ölçmə işləri ilə bağlı ezamiyyətlərdə olmağı 3723 gün təşkil edir. İşlədiyi dövrdə arayışda göstərilən 3723 gün çöl ölçmə işləri ilə bağlı respublikanın müxtəlif rayonlarında ezamiyyətdə olduğu müddətdə geodeziya alətləri tətbiq etməklə yerquruluşu işlərində topoqrafik geodeziya işləri yerinə yetirmişdir. Nəinki Azərbaycan respublikasında, hətta dünyanın istənilən ölkəsində aparılan hər hansı (növündən asılı olmayaraq) ölçmə işləri geodeziya işinə aid edilir. Geodeziya-yerin forma və ölçülərinin tapılması, plan, xəritə və profillərin tərtibi, müxtəlif mühəndisi məsələlərin həlli ilə əlaqədar yer üzərində aparılan ölçmə üsullarından bəhs edən elmdir. Hesab edir ki, işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər) uyğundur.
5. Cavabdeh etirazında bildirmişdir ki, ##.##.1964-cü il təvəllüdlü iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaş) ##.##.2024-cü il tarixdə çatmışdır. Beləliklə, iddiaçının yaşına münasibətdə hüququ mövcuddur. Lakin iddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı tələbi tamamlanmır. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin müvafiq formada tərtib olunmuş arayışı ilə müəyyən edilir. Lakin iddiaçı tərəfindən Mərkəzi Filiala güzəştli iş stajını təsdiq edən hər hansı güzəştli arayış təqdim edilməmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsində “xxxx” publik hüquqi şəxsin “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli 3-21-3-60/2-Q******/2024 nömrəli arayışının güzəştli arayış kimi nəzərə alınması tələbinə münasibətdə qeyd edilmişdir ki, sözügedən arayış ümumi xarakterli arayış olub, iddiaçının ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu İnstitutunun Tovuz Rayonlararası Yerquruluşu idarəsində 1985-1986-cı illərdə texnik, Bakı Yerquruluşu Partiyasında ##.##.1991-27.01,1999-cu illərdə mühəndis, aparıcı mühəndis, sahə rəisi, 01,06.1999-cu ildən Xaçmaz Rayonlararası Yerquruluşu İdarəsində mühəndis, ##.##.2003- ##.##.2010-ci illərdə Dövlət Yerquruluşu İnstitutunun Yerquruluşu şöbəsində mühəndis vəzifələrində çalışmasına və 3723 gün çöl işləri ilə bağlı ezamiyyətdə olmasına dair məlumatları özündə əks etdirir. Göründüyü kimi, sözügedən arayışda güzəştli arayışa dair “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına * №-li Əlavədə təsbit olunmuş zəruri elementlər - işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiq olunmuş Siyahıya, onun hansı bölməsi, bəndi, yarımbəndinə və koduna uyğun olması barədə qeyd və sair mövcud deyil.
6. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdur (hakim – H.Ağalarov).
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi Dövlət Yerquruluşu Layihə İnstitutu ləğv edildiyindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın verilməsi üçün “xxxx” MMC-yə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq təqdim edilmiş məktubda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmışdır.
8. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı 1982-2011-ci illərdə ləğv edilmiş Dövlət Yerquruluşu Layihə İnstitutunda texnik, mühəndis, aparıcı mühəndis, baş mütəxəssis, sahə rəisi vəzifələrində işləmişdir. İşlədiyi dövrdə çöl işlərinin yerinə yetirilməsi məqsədilə ezam olunmağı barədə verilmiş 1986-2010-cu illəri əhatə edən əmrlərdə çöl torpaq tədqiqatı aparılması, istehsalat vacibliyi, torpaq islahatı ilə bağlı çöl tədqiqatı işlərinin aparılması, torpaqdan istifadə hüququna dair dövlət aktının verilməsi, kəndlərdə həyətyanı və bələdiyyələrin mülkiyyətinə veriləcək torpaq sahələrinin yerquruluşu sənədlərinin hazırlanması, bələdiyyə hüdudları daxilində bələdiyyə mülkiyyətinə aid torpaqların inventarizasiyası və mülkiyyət hüququna dair dövlət aktının verilməsi, qış otlağı sahələrinin inventarizasiyası, kənd təsərrüfatına yararsız torpaqların, dövlət fondu torpaqlarının və xüsusi mülkiyyətə verilən torpaqların inventarizasiyası ilə bağlı müvafiq yerquruluşu işlərinin icrası və bu işlərə yerində əməli köməklik göstərilməsi, turizmə yararlı sahələrin müəyyənləşdirilməsi, xəritələrin hazırlanması, həmin ərazilərin nəzərdə tutulan məqsədlər üçün istifadə olunmasına dair müvafiq tədbirlərin görülməsi, xüsusi, bələdiyyə və həyətyanı torpaq sahələrinin inventarizasiyası və yerquruluşu işlərinin icrası, inzibati ərazi vahidlikləri üzrə elektron taxeometr vasitəsilə planalma işlərinin icrası, qış otlağı sahələrinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq yerquruluşu işlərinin icrası məqsədilə ezam olunduğu qeyd olunmuşdur. Eyni zamanda işlədiyi, dövrün 10 ildən çox müddətində çöl işləri ilə bağlı ezamiyyətdə olmuşdur.
9. Bundan əlavə, həmin məktubda göstərilmişdir ki, “xxxx” MMC-nin Yerquruluşu və xəritələrin tərtibi şöbəsi Yerquruluşu sektorunun mühəndisinin vəzifə təlimatında (2.2ci bənd) qeyd olunmuşdur ki, mühəndis dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədi ilə geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu və digər axtarıştədqiqat işlərini yerinə yetirir.
10. Lakin iddiaçı Dövlət Yerquruluşu Layihə İnstitutunda işlədiyindən həmin qurumun (hazırda mövcud deyil) iddiaçı ilə eyni vəzifələrdə çalışmış digər bir işçi barəsində verdiyi güzəştli arayış nəzərə alınmalıdır. Həmin arayışdan görünür ki, Dövlət Yerquruluşu Layihə İnstitutunda texnik, böyük texnik, yerquruluşu mühəndisi, baş mühəndis vəzifələr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.
11. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1.3-cü yarımbəndində (Geologiya kəşfiyyat işləri (yerüstü)), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993cü il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin son abzasında, Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər güzəştli siyahıda təsbit edilmişdir.
12. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (Sədrlik edən –VəkilAbbasova, hakimlər – A.Oruczadə, E.Əliyev).
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala güzəştli iş stajını təsdiq edən hər hansı güzəştli arayış təqdim edilməmişdir. Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-Q-******/**** nömrəli məktubunda güzəştli iş stajının sözügedən Qaydalarda göstərilənlərə uyğun hazırlanmış arayışa əsasən müəyyən edildiyi, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməli olduğu iddiaçının diqqətinə çatdırılmışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən onun güzəştli iş stajının olmadığı, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün olmadığı qeyd olunmuşdur.
18. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi Dövlət Yerquruluşu Layihə İnstitutu ləğv edildiyindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın verilməsi üçün “xxxx” MMC-yə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq təqdim edilmiş məktubda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmışdır. İddiaçı Dövlət Yerquruluşu Layihə İnstitutunda işlədiyindən həmin qurumun (hazırda mövcud deyil) iddiaçı ilə eyni vəzifələrdə çalışmış digər bir işçi barəsində verdiyi güzəştli arayış nəzərə alınmalıdır. Həmin arayışdan görünür ki, Dövlət Yerquruluşu Layihə İnstitutunda texnik, böyük texnik, yerquruluşu mühəndisi, baş mühəndis vəzifələr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Məhkəmə kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildiririk ki, iddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir.
19. Məhkəmənin istinad etdiyi “xxxx” MMC tərəfindən verilmiş məktub iddiaçıya güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli hesab edilə bilməz. Belə ki, məktubda iddiaçının əmək fəaliyyəti sadalanmış, tutduğu vəzifələr “xxxx” MMC-nin Yerquruluşu və xəritələrin tərtibi şöbəsi Yerquruluşu sektorunun mühəndisinin vəzifə təlimatına əsaslanmaqla “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr və vəzifələr dağ-mədən işlərinin tərkib hissəsi kimi qeyd edilsə də, dağ-mədən işləri bəndində nəzərdə tutulan vəzifələrin vəzifə təlimatların iddiaçının işlədiyi işlərlə uyğun olub-olmaması, Yerquruluşu və xəritələrin tərtibi şöbəsi Yerquruluşu sektorunun mühəndisinin gördüyü işlərin iddiaçının işlədiyi vəzifələrdə gördüyü işlərlə eyni olub-olmaması, həmçinin iddiaçının əmək şəraitinin ağırlığına görə əlavə məzuniyyət, geyim vasitələri və digər imtiyazlara malik olubolmaması barədə əlavə araşdırılma aparılmamışdır.
20. Bundan başqa məhkəmənin iddiaçı ilə eyni vəzifələrdə çalışmış digər bir işçi barəsində verdiyi güzəştli arayışa dair mövqeyi ilə də razılaşmayaraq bildiririk ki, güzəştli arayış fərdin barəsində hazırlanan və bu işçinin əmək fəaliyyətinin xüsusiyyətlərini özündə ehtiva edən qanunvericiliklə forması müəyyən edilmiş bir sənəd növüdür. Təcrübədən də göründüyü kimi işçilərə toplu şəkildə güzəştli arayışların verilməsinə və ya eyni iş yerində işləyən şəxslərdən birinə arayış verildikdə digərlərinin də həmin arayışdan istifadə edərək hüquq əldə etməsi halı mövcud deyildir. Şəxsin güzəştli şərtlərlə pensiya hüququ olan işlərdə çalışması yalnız onun barəsində tərtib olunmuş güzəştli arayışa əsasən müəyyən edilməlidir.
21. Lakin məhkəmə əsassız olaraq iddiaçının ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu İnstitutundakı əmək fəaliyyətinin güzəştli iş stajı olmasını təsdiqləyəcək hər hansı bir sənəd olmadığı halda, həmin İnstitutdan digər bir şəxs – X1 barəsində verilmiş təsdiqləyici arayışı nəzərə alaraq iddiaçının güzəştli iş stajı olması qənaətinə gəlmişdir.
22. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçının mübahisəli dövrlərdəki əmək fəaliyyətində 3723 gün çöl işləri ilə bağlı ezamiyyətdə olmasına məhkəmə xüsusi diqqət yetirməmiş, bu dövrlərin hesablanması və nə qədər müddət olaraq iddiaçının xüsusi stajına daxil edilməsi ilə bağlı məhkəmə tərəfindən mövqe bildirməmişdir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (##.##.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsinə nail olmaqdır.
30. Cavabdehin kassasiya şikayətindən görünür ki, dəlillər iddiaçı barəsində olan arayışının güzəştli arayış kimi nəzərə alınmaması və əmək fəaliyyətindəki çöl işlərinin hesablanması ilə bağlıdır.
31. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının ##.##.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının ##.##.2022-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
32. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə (##.##.2024-cü il) ümumi stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
33. Məhkəmə kollegiyası bildirir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu ##.##.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
35. Hazırkı iş materiallarından görünür ki, məhkəmə kollegiyası “xxxx” publik hüquqi şəxsin “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli 3-21-3-60/2-Q******/2024 nömrəli güzəştli arayışına istinad etməklə iddiaçının güzəştli stajını qəbul etmişdir. İlk öncə qeyd olunmalıdır ki, adıçəkilən arayışda iddiaçının 1986, 1991, 1993- 2010-cu36.illəri əhatə edən çöl ezamiyyətlərində olması barədə məlumat əks olunmuşdur. Arayışda bildirilmişdir ki, iddiaçı 1985-1986-cı illərdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində Azərbaycan Dövlət Yerquruluşu Layihə institutunun Tovuz Rayonlararası Yerquruluşu idarəsində texnik, ##.##.1991-ci ildən - ##.##.1999-cu ilədək Bakı Yerquruluşu Partiyasında mühəndis, aparıcı mühəndis, baş mütəxəssis, sahə rəisi, ##.##.1999-cu ildən İnstitutun Xaçmaz Rayonlararası Yerquruluşu idarəsində mühəndis, ##.##.2003-cü ildən ##.##.2010-cu ilədək Dövlət Yerquruluşu Layihə institutunun Yerquruluşu şöbəsində mühəndis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə çöl ölçmə işləri ilə bağlı ezamiyyətlərdə olmağı 3723 gün təşkil edir. Bundan başqa, həmin MMC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024cü il 37. tarixli “məlumatların təqdim edilməsi” barədə məktubda bildirilmişdir ki, “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısı" üzrə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr və vəzifələr dağ-mədən işlərinin tərkib hissəsidir...”.
38. Həmin MMC-nin məhkəməyə ünvanladığı ## ###### 2024-ci il tarixli “məlumatların təqdim edilməsi” barədə məktubda isə qeyd olunmuşdur ki: “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısı” üzrə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr və vəzifələr dağ-mədən işlərinin tərkib hissəsidir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, “xxxx” publik hüquqi şəxsinin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə və fəaliyyət sahəsinə uyğun olaraq həyata keçirdiyi funksiyalar dağ-mədən işlərindən və həmin sahənin tərkib hissəsi olan geologiya kəşfiyyat işlərindən məzmun etibarilə fərqlənir.”
39. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı barəsində təqdim edilmiş arayış və ya məktublar nəinki arayışlar üçün tələb olunan yuxarıda qeyd edilmiş şərtlərə uyğun tərtib edilmiş, ümumiyyətlə həmin sənədlərdə iddiaçının staj illərinin güzəştli stajı kimi sayılıbsayılmaması
40. barədə birmənalı mövqe əks olunmamışdır.
41. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı iddiaçının işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və sair) ilə bağlı güzəştli arayışın əldə edilməsi ilə bağlı müvafiq sorğular verməlidir.
42. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qərarının 27-ci bəndində “... Eyni zamanda işlədiyi dövrün 10 ildən çox müddətində çöl işləri ilə bağlı ezamiyyətdə olmuşdur (arayışa əsasən 3723 gün təşkil edir)..” qeyd olunmasına baxmayaraq, qərarın 31-ci bəndində “qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləməsi” qeyd olunmuşdur.
43. Göründüyü kimi, məhkəmə qərarında iddiaçının stajının həm 10 ildən çox, həm də 12 il 6 aydan çox olması barədə fərqli fikirlər əks olunmuş və güzəştli stajın neçə il olması konkret olaraq göstərilməmişdir.
44. O da qeyd olunmalıdır ki, məhkəmə iddiaçının güzəştli stajını müəyyən edərkən “3723 gün” ezamiyyətdə olduğu dövrünü nəzərə alsa da, həmin günlərin staj illərinə hansı qaydada hesablanmasını ümumiyyətlə göstərməmiş və bunu əsaslandırmamışdır.
45. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası “3723 gün” ezamiyyətdə olduğu dövrü güzəştli staj illəri kimi hesablayarkən məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü yarımbəndində qeyd olunan işlərin xüsusiyyətləri nəzərə almaqla qiymət verilməlidir.
46. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı, bu halların həqiqətən mövcud olub-olmaması işdə olan digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
47. Beləliklə, təkrar apellyasiya baxışı zamanı işə baxacaq məhkəmə kollegiyası aşağıda qeyd olunacaq göstərişlərə əməl etməklə iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən etməlidir:
1. İddiaçının güzəştli iş illəri ilə bağlı yuxarıda qeyd edilənlərə uyğun formada güzəştli arayışın əldə edilməsi;
2. İddiaçının güzəştli staj illərinin dəqiq müəyyən edilməsi və “3723 gün” ezamiyyətdə olduğu dövrü güzəştli staj illəri kimi hesablayarkən istinad edilən güzəştli peşənin xüsusiyyətləri nəzərə alınmaqla qiymət verilməsi.
48. Məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
49. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
50. Belə ki, hüququn təməl prinsiplərindən biri hüquqi müəyyənlik prinsipidir. Bu prinsipə əməl olunmadan səmərəli və obyektiv ədalət mühakiməsinin həyata keçirilməsi mümkünsüzdür.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
52. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.