Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3722/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehin əsl cavabdehlə əvəz edilməsi, mübahisələndirilə bilməyən qərardad) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “artıq ödənilmiş vəsaitin g eri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-1(103)2629/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun tərəfindən artıq ödənilmiş 23.910.155,92 manat vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkAzərbaycan Respublikası Nazilər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərini nəzərə alaraq iddiaçı tərəf indən artıq ödənilmiş 23.910.155,92 manat vəsaitin qaytarılması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı vəsatət təqdim edərək iş üzrə cavabdeh olan Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 sentyabr tarixli 2-1(82)1451/2019 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadı n ləğv edilməsini və Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsl cavabdeh olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-1(103)-2629/2019 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,qanunvericiliyə əsasən əsl olmayan cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Cavabdeh həmin qərardaddan 2019-cu il 15 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və Azərbayc an Respublikası Vergilər Nazirliyinin əsl cavabdeh olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə,Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 83.3-cü maddəsinə əsasən, aşağıdakı məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz: 83.3.1. məhkəmə prosesinin aparılması qaydaları haqqında məhkəmə qərardadlarının (sərəncamlarının); 83.3.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının; 83.3.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadl arının; 83.3.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının; 83.3.5. hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının; 83.3.6. bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda. İPM-in qeyd olunan tələblərindən də göründüyü kimi müstəqil qaydada mübahisələndirilməyən qərardadların tərkibində tərəfin əvəz edilməsi barədə qərardadlar nəzərdə tutulmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslan dırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdeh şikayətin hüquqi əsası kimi İPM-in 83-cü (Şikayətin mümkünlüyü) maddəsi nin müddəalarına (83.3, 83.3.1-83.3.6) istinad etmişdir. İPM-in 83-cü maddəsinin müddəaları “Şikayətin mümkünlüyü”nə dair halları tənzimlədiyindən, İPM-in 83.1-ci maddəsinin tələbi də nəzərə alınmalıdır. Belə ki, barəsində şikayət verilə bilən aktların dairəsini məhz həmin maddə müəyyən edir. Normanın tələbinə görə, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Qeyd edilən normaların əlaqəli təhlili nəzərə alındıqda, İPM-in 81.1-ci maddəsində “inzibati məhkəmələr tərəfindən qəbul olunmuş... qər ardadlardan” müddəasına İPM-in 83.1-ci maddəsinin “müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan” müddəası, “bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla” müddəasına isə, cavabdehin də istinad etdiyi kimi, İPM-in 83.3, 83.3.1-83.3.6-cı maddələrində nəzərdə tutulan və şikayət verilməsini istisna edən hallar aid edilməlidir. Cavabdehin əvəz edilməsi barədə qərardaddan müstəqil qaydada şikayət verilməsi İPM-də nəzərdə tutulmadığından, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 sentyabr tarixli 2-1(82)-1451/2019 nömrəli qərardadından verilmiş şikayət üzrə apelyasiyanın mümkünsüzlüyünə dair nəticə düzgündür. Bununla yanaşı, bu nəticə cavabdehi onun əvəz edilməsi barədə qərardadı məhkəmənin iş üzrə yekun qərarı ilə birlikdə mübahisələndirmək hüququna təsir etmir. Belə ki, İPM-in 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-1(103)-2629/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3722/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3722/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver