Məhkəmə qərarları › İş №2-1(102)-3778/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3778/2025

08.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3778/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; qanunun dərc edilməsi və qüvvəyə minməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Iddiaçı ##.##.1979-cu il tarixdə doğulmuşdur.

2. ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı ##.##.1996-cı il tarixdən ##.##.1998-ci il tarixədək X4 Şirkətində makinaçı vəzifəsində, ##.##.1998-ci il tarixdən ##.##.2002-ci il tarixədək “X1” LTD firmasında makinaçı vəzifəsində, ##.##.2002-ci il tarixdən ##.##.2005-ci il tarixədək “xxxx” kiçik müəssisəsində satıcı vəzifəsində işləmiş, ##.##.2008ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Işlər Idarəsinin Kargüzarlığın texniki təminatı bürosunun surətçıxarma və çoxaldılma üzrə operatoru təyin edilmiş, ##.##.2018-ci il tarixdə Komitənin sərəncamına göndərilmiş, ##.##.2018-ci il tarixdə X6 Təşkili Idarəsi kargüzarlıq işinin təşkili şöbəsinin böyük inspektoru təyin edilmiş, ##.##.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüş və ##.##.2024-cü il tarixdə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar onun xidmətinə xitam verilmişdir.

3. Əmək pensiyası təyini üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqindən görünür ki, iddiaçının ehtiyata buraxıldığı ##.##.2024-cü il tarixə cəmi, iş stajı və xidmət illəri 25 il 02 ay 28 gün, təminat xərcliyi isə 6.148,48 manat təşkil etmişdir.

4. Cavabdeh ##.##.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.5.2-ci maddəsinin # ###### 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinin tələblərinə uyğun olaraq, yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinin # ###### 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş ona dair ***-**** nömrəli məlumat vərəqində onun ümumi iş stajı 25 il 2 ay 28 gün (15 il 3 ay 11 gün təqvim üzrə xidmət illəri, 9 il 11 ay 17 gün iş stajı) və tərxis olunma tarixi # ###### 2024-cü il göstərilmişdir. Göründüyü kimi, İddiaçı 30 təqvim ili və daha çox ümumi iş stajı olmadığından, ona hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun barəsində güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsindən imtina barədə qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1979-cu il tarixdə anadan olmuş, ##.##.1996-cı ildən ##.##.1998-ci il tarixədək X5, ##.##.1998-ci il tarixdən ##.##.2002-ci il tarixədək “X1” LTD firmasında makinaçı vəzifələrində, ##.##.2002-ci il tarixdən ##.##.2005-ci il tarixədək “xxxx” kiçik müəssisəsində satıcı vəzifəsində, ##.##.2008-ci il tarixdən ##.##.2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Işlər Idarəsinin kargüzarlığın texniki təminatı bürosunun surətçıxarma və çoxaltma üzrə operatoru vəzifəsində, ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək X6 Təşkili Idarəsinin kargüzarlıq işinin təşkili şöbəsinin böyük inspektor vəzifəsində işləmişdir. ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixlərdə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci maddəsinə əsasən, tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. ##.##.2024-cü il tarixdə ****/**** saylı əmr ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 27-ci maddəsinin ikinci abzasına və 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətinə xitam verilmişdir. O, ##.##.2024-cü il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını toplamışdır. Belə ki, yuxarıda qeyd olunan məlumatlar əsasında da müəyyən olunur ki, ##.##.2024-cü il tarixdə ümumi 25 il 2 ay iş stajına malik olmuşdur. Həmin iş stajının 15 il 3 ayından artıq müddəti gömrük orqanlarında olan müddət olmuşdur. Bununla da onun 45 yaşında pensiyaya çıxmaq hüququ yaranmışdır. Əmək pensiyasının təyin edilməsi və həmin aylara görə yaranmış fərqin ödənilməsi üçün cavabdeh orqana yazılı müraciət etmiş, cavabdeh orqan onun müraciətini təmin etməmişdir. Hesab edir ki, cavabdehin imtina məktubunda yazmış olduğu istinad etdiyi norma ona tətbiq edilə bilməz. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət Informasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı ## ###### 2024-cü il, “Azərbaycan” qəzeti, ## ###### 2024-cü il, № **) ilə 9.5.2-ci maddədə “25” rəqəmləri “30” rəqəmləri ilə və “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik ## ###### 2024-cü il dərc edilmişdir. Bu isə o deməkdir ki, həmin Qanun ## ###### 2024-cü il tarixdən qüvvədə olmuşdur. Digər tərəfdən isə o, qeyd olunan dəyişikliyə qədər qanunvericilikdə tələb olunan güzəştli və ümumi stajı toplamışdır. Cavabdeh orqanın bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, cavabdeh orqan qanunsuz və əsassız olaraq onun hüquqlarını pozmuşdur.

7. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə aidiyyəti üzrə baxılmış və qanunvericiliklə tələb edilən ümumi iş stajı olmadığından müvafiq pensiya təyinatı mümkün hesab edilməmiş və bu barədə, iddiaçıya ##.##.2024-cü il tarixli, *-**-*/*-Y-******/**** nömrəli məktub ünvanlanmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.5.2-ci maddəsinin ## ###### 2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinin tələblərinə uyğun olaraq, yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinin ## ###### 2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçı İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş ona dair ****-**** nömrəli məlumat vərəqində onun ümumi iş stajı 25 il 2 ay 28 gün (15 il 3 ay 11 gün təqvim üzrə xidmət illəri, 9 il 11 ay 17 gün iş stajı) və tərxis olunma tarixi ## ###### 2024-cü il göstərilmişdir. Göründüyü kimi, İddiaçı 30 təqvim ili və daha çox ümumi iş stajı olmadığından, ona hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

8. Bakı Inzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. 9.

10. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.M.Abbasova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və E.Ə.Əliyev) ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qəbul olunmuş qanunların tətbiqi və icrası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit olunmuşdur. Həmin maddənin III hissəsində qeyd edilir: “Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının ## ###### 2003-cü il tarixli Qanununun II hissəsinin şərh edilməsinə dair ## ######## 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yalnız dərc edilmiş qanun tətbiq və icra edilə bilər. Əks halda, dərc olunmamış qanunun tətbiqindən, icrasından və onun törədəcəyi məsuliyyətlə əlaqədar məsələlərdən danışmaq mümkün deyildir. Odur ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun II hissəsinə görə ## ###### 2004-cü il tarixdən qüvvəyə minmiş həmin Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin III hissəsinə uyğun olaraq dərc edildiyi ## ###### 2004-cü il tarixdən tətbiq və icra olunmalıdır. Göstərilən Qanun tətbiq və icra olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin müddəaları nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçıya münasibətdə yuxarıda adı çəkilən Qanun tətbiq və icra edilərkən Konstitusiyanın göstərilən müddəaları nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *-**/*-******/**** nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı barəsində hazırlanmış məlumat vərəqəsi ## ###### 2024-cü il tarixində elektron sistem vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalət bərpa edilsin (Konstitusiya Məhkəməsi Plenumunun S.Mahmudovanın şikayəti üzrə # ###### 2013-cü il tarixli Qərarı). Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, iddia tələbinin cavabdehin iddiaçı barəsində güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsindən imtina qərarının ləğv edilməsi hissəsinə münasibət bildirmək zərurəti yoxdur. Belə ki, tələbin həmin hissəsi formal xarakter daşıyır. Ona görə ki, iddiaçının hüquqi marağı ona pensiya təyin olunmasından ibarətdir. ##.##.2024-cü il tarixli imtina məktubu inzibati akt olmadığından, həmin inzibati aktın ləğv olunub-olunmaması mübahisənin həll edilməsində əhəmiyyət kəsb etmir. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətini iddiaya etiraza uyğun əsaslandırmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2. X3 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X2 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. 85.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

18. Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə: 27-ci maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edirlər: R, R, R, R, R, R, R, R, R, R, R, R- 50 yaş; ... Gömrük orqanlarının qadın vəzifəli şəxsləri öz arzuları ilə, bu maddənin birinci hissəsində nəzərdə tutulan müddətlərdən 5 il az olmaqla xidmət edə bilərlər. 120-ci maddəsinə əsasən, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: ... 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə. 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: ... 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;

20. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## ###### 2023-cü il, 1074 VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət Informasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: ##.##.2024), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: ##.##.2024, Nəşr nömrəsi: 35), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: ##.##.2024, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 137): Maddə 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda 3.1. 9.5-ci maddə üzrə: ... 3.1.2. 9.5.2-ci maddədə “25” rəqəmləri “30” rəqəmləri ilə və “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə əvəz edilsin; Maddə 6. Bu Qanun 2024-cü il ######ın #-dən qüvvəyə minir.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Iş materiallarından görünür ki, iddiaçı güzəştli şərtlərlə pensiya yaşına çatmışdır və bu işin mübahisələndirilməyən halıdır. Iddiaçının iş stajına gəldikdə, iddiaçının sonuncu xidmət keçdiyi Dövlət Gömrük Komitəsi tərəfindən # ###### 2024-cü il tarixdə cavabdehə göndərilmiş ***-**** nömrəli məlumat vərəqində onun ümumi iş stajı 25 il 2 ay 28 gün (15 il 3 ay 11 gün təqvim üzrə xidmət illəri, 9 il 11 ay 17 gün iş stajı) və tərxis olunma tarixi # ###### 2024-cü il göstərilmişdir.

26. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.5.2-ci maddəsinin # ###### 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Iddiaçının 30 təqvim ili və daha çox ümumi iş stajı olmadığından, ona hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

27. Iddiaçı hesab edir ki, sözügedən maddədə dəyişiklik edilməsini nəzərdə tutan ## ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli Qanun ## ###### 2024-cü il tarixdə rəsmi dərc olunduğuna görə, həmin tarixdən qüvvəyə minir və yeni redaksiya ona tətbiq edilə bilməz. Çünki o, hərbi xidmətdən yaşa görə buraxıldığı ##.##.2024-cü il tarixdə həmin Qanun dərc olunmamışdı və yeni norma onun vəziyyətini ağırlaşdırmışdır. Odur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinin, ##.##.2023-cü il tarixli Qanunun dərc edildiyi vaxtadək (##.##.2024-cü ilədək) qüvvədə olan tələbləri (hərbi xidmətdən yaşa görə buraxılmış, ümumi iş stajı 25 il, bunun azı 12 il 6 ayının hərbi xidmətdə olması) nəzərə alınmalı və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

28. Göründüyü kimi, hazırkı işdə mübahisələndirilən hal, qeyd olunan ## ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli Qanunun özündə göstərildiyi kimi, # ###### 2024-cü il tarixdən, yoxsa ## ###### 2024-cü il tarixində rəsmi dərc olunduğu tarixdən qüvvəyə minməsi və tətbiq olunmasıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 98ci maddəsinə əsasən, qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Konstitusiyanın 98-ci maddəsi qanunun dərc edildiyi gün qüvvəyə minməsini əsas qayda kimi təsbit, lakin “özündə başqa qayda nəzərdə tutulmayıbsa” şərtini qeyd edərək istisnaya yol verir. Lakin bu istisna hüdudsuz deyil. Konstitusiyanın 149-cu maddəsi normativ hüquqi aktların qüvvəyə minməsi və dərc olunması, eləcə də, vətəndaşlar tərəfindən icrasının məcburiliyi ilə bağlı fundamental təminatlar və məhdudiyyətlər müəyyən etmişdir.

30. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin 8-ci hissəsinin imperativ tələbinə görə, normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Həmin maddənin 3-cü hissəsi də məhz dərc edilmiş qanunların tətbiqi və icrasının bütün subyektlər üçün məcburi olduğunu təsbit edir. Bu normaların hüquqi mənası ondan ibarətdir ki, vətəndaşın davranışı və hüquqi vəziyyəti, yalnız rəsmi şəkildə dərc edilərək ictimaiyyətə açıqlanmış qanunvericilik aktları ilə tənzimlənə bilər. Bu mənada, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 85ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, qanunlar həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun özündə başqa vaxt nəzərdə tutulursa, bu vaxt bir qayda olaraq daha gec müddət (yəni, gələcək bir tarix) ola bilər.

31. Qanunverici orqan tərəfindən qanunun mətnində onun qəbul və ya dərc edildiyi tarixdən əvvəlki bir vaxtın qüvvəyə minmə tarixi kimi göstərilməsi, yalnız bir halda – normativ hüquqi aktın geriyə qüvvəsi mümkün olduğu halda hüquqi nəticə doğura bilər. Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsi qanunun geriyə qüvvəsi ilə bağlı qəti məhdudiyyət müəyyən edərək təsbit edir ki, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların (yəni şəxsin vəziyyətini ağırlaşdıran, yeni tələblər və məhdudiyyətlər müəyyən edən aktların) qüvvəsi geriyə şamil edilmir.

32. Hazırkı işdə mübahisələndirilən Qanunda qüvvəyə minmə tarixi kimi "# ###### 2024-cü il" göstərilsə də, yeni redaksiya hərbi qulluqçuların güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan ümumi iş stajını 25 ildən 30 ilə qaldırmışdır. Bu isə birmənalı olaraq iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran, onun sosial təminat hüququnu əldə etməsini çətinləşdirən və onun üzərinə əlavə 5 il ümumi iş stajı öhdəliyi qoyan dəyişiklikdir.

33. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hüquqi müəyyənlik prinsipi vətəndaşın öz qərarlarını və davranışlarını (o cümlədən, hərbi xidmətdən tərxis olunma anını) qüvvədə olan qanunvericiliyə uyğunlaşdırmaq hüququnu təmin edir. Iddiaçının pensiya hüququnun yarandığı və tərxis olunduğu # ###### 2024-cü il tarixində staj tələbini artıran sözügedən Qanun hələ rəsmi dərc edilməmişdi. Konstitusiyanın 149.8-ci maddəsinə əsasən, iddiaçı tərxis olunduğu an hələ dərc edilməmiş bir qanunun tələblərinə cavab verməyə məcbur edilə bilməz. Digər tərəfdən, cavabdehin istinad etdiyi "# ###### 2024-cü il" tarixi Qanunun mətnində yer alsa belə, Konstitusiyanın 149.7-ci maddəsinin geriyə şamil olunma qadağası hər cür adi qanundan daha üstün ali hüquqi qüvvəyə malikdir. Şəxsin hüquqi vəziyyətini ağırlaşdıran hər hansı normativ akt, mətnində özündən əvvəlki bir tarixi ehtiva etsə belə, keçmişə şamil oluna bilməz. Buna görə də, 15 fevralda dərc olunan və vətəndaşın vəziyyətini ağırlaşdıran Qanunun, yalnız mətnindəki # ###### 2024-cü il tarixinə istinad edilərək, iddiaçının # ###### 2024-cü il tarixində artıq qazanmış olduğu hüquqi statusa (geriyə) tətbiq edilməsi Konstitusiyanın imperativ tələblərinə ziddir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qənaətə gəlir ki, cavabdeh orqanın imtina qərarı qanunsuzdur. Iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinin ## ###### 2024-cü il tarixədək, yəni yeni dəyişikliklər dərc edilənədək qüvvədə olan köhnə redaksiyası (25 il iş stajı) tətbiq edilməli və ona qanunla müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar