Məhkəmə qərarları › İş №2-1(102)-380/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-380/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-380/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Elbrus oğlunun cavabdeh Naxçıvan şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (artırılmış əlavə yaşayış sahəsinin sökülməsinə görə kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı Elbrus oğlunun (xx.xx.1970-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Naxçıvan şəhər İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(108)-38/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus 2 otaqlı mənzilin sahəsi 42.65 kv.m. olmuşdur. 2011-ci ildə həmin mənzilin sahəsi 37 kv.m. artırılaraq, ümumi sahəsi 79.65 kv.m. olmuşdur.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 79.65 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3669 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər aparılmaqla, qeyd olunan yaşayış sahəsinin əvvəlki ölçüsü bərpa edilmişdir. Naxçıvan şəhər İcra Hakimiyyəti 2020-ci ildə apardığı araşdırma nəticəsində yenidənqurma və planlaşdırma işlərinin müvafiq icazə alınmadan həyata keçirildiyinə və Mənzil Məcəlləsinin 25.1.3 (yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda) və 25.1.6-cı (yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görün üşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) maddələrində nəzərdə tutulmuş halların aşkar edildiyinə əsaslanaraq, həmin Məcəllənin 27.2.2-ci maddəsinə (bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir) müvafiq olaraq yaşayış sahəsinin və sahənin yerləşdiyi binanın əvvəlki vəziyyətinə qaytarılması nı qərara almışdır.

4. İddiaçı bundan sonra qanunvericiliyə müvafiq olaraq həmin sahələrin sökülməsi müqabilində ədalətli kompensasiya ödənilməsi barədə cavabdehə müraciət edilmişdir.

5. Cavabdeh tərəfindən 10 iyul 2020-ci il tarixli, 27/M-16 saylı məktubla iddiaçıya bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında, eləcə də onun paytaxtı Naxçıvan şəhərində aparılan kompleks quruculuq işləri ilə yanaşı yenidənqurma, şəhər və rayonların abadlaşdırılması, bu sahədə görülən bütün tədbirlər əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin edilməsinə xidmət edir. Çoxmənzilli binada ümumi mülkiyyətin qorunmasının, yararlı vəziyyətə salınmasının, qurğuların dayanıqlılığının, yükdaşıyan rigellərin uzunömürlülüyünün və zəlzələyə davamlılığının təmin edilməsi məqsədilə şəhərin mərkəzi küçəsində yerləşən yaşayış binasının müəyyən edilmiş qaydada müasir üslubda təmir olunması nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 79.65 kv.m. sahəsi olan mənzilin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) kv.m. sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq, hər kvadrat metr üçün 1000 (bir min) AZN və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) AZN olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) AZN maddi ziyan, 15.000 (on beş min) AZN mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 dekabr 2016-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 79.65 kv.m. olan mənzilin mülkiyyətçisidir. Yaşayış binasının abadlaşdırılması - yenidən üzlənməsi məqsədilə binada təmir-bərpa işlərinin görülməsi və eləcə də, yaşayış sahələrinin balkon və bir sıra hissələrinin sökülməsi nəzərdə tutulmuşdur. Belə ki, ona mülkiyyətində olan mənzilin balkon və 37 kv.m. sahəsinin söküləcəyi bildirilmişdir. Halbuki, qeyd olunan çıxarışa əsasən həmin mənzil, o cümlədən sökülməsi nəzərdə tutulan sahələr mülkiyyət hüququ ilə ona məxsusdur və həmin sahələrdə onun tərəfindən əsaslı təmir işləri görülmüş, xeyli xərc çəkilmişdir. Hazırda yaşadıqları binada söküntü işləri aparılır və mənzilin yarıdan çox hissəsinin - 37 kv.m. sahəsinin sökülməsi normal həyat şər aitlərinə çox ciddi təsir göstərməklə, 5 nəfər ailə üzvünün həmin mənzildə yaşamasını, eləcə də həmin mənzildən faydalanmaq imkanlarını qeyri-mümkün etmiş, onları çıxılmaz vəziyyətə salmışdır. Belə olan təqdirdə, qanunvericiliyə müvafiq olaraq sökülməsi nəzərdə tutulan sahələrin müqabilində ədalətli kompensasiya ödənilməli və bununla da mülkiyyət və digər insan hüquqları təmin olunmalıdır. Müvafiq kompensasiyanın müəyyən olunaraq ödənilməsi üçün aidiyyəti orqanlara dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, bu günədək heç bir tədbir görülməmiş, kompensasiyanın ödənilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən müraciətinin əsasını təşkil edən məsələyə heç bir münasibət bildirilməməsi və bununla da yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədin olması na baxmayaraq, kompensasiyanın ödənilməsindən imtina edilməsi mülkiyyət hüququnun kobud surətdə pozulmasının bariz nümunəsidir. Cavabdeh tərəfindən onlara sadəcə maddi ziyan deyil, əhəmiyyətli şəkildə mənəvi ziyan da vurulmuşdur. Belə ki, mənzildə yaranmış narahatlıq səbəbindən qohumlarının evində yerləşməyə məcbur olmuş, cavabdehin qanunsuz və əsassız hərəkətləri qarşısında iddiaçı və ailə üzvləri ciddi şəkildə əsəb, stressə məruz qalmışlar. Halbuki, görülən tədbirlər Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması məqsədinə xidmət etməli, əsassız və qanunsuz olaraq mülkiyyət hüquqlarını məhdudlaşdırmamalıdır. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanın məbləğini 15.000 (on beş min) AZN dəyərində qiymətləndirir.

8. Cavabdeh id dia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus olan mənzil 42.65 kv.m olmuş, 2011-ci il tarixdə nəzarətsizlik şəraitində tikinti normalarına əməl olunmadan, müvafiq orqan və təşkilatlarla razılaşdırılmadan binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinə səbəb olan, binanın qurğularının dayanıqlılığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü azaldan tikinti-quraşdırma işləri həyata keçirilmişdir və nəticədə binada yaşayan vətəndaşların həyat və sağlamlılığına təhlükə yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən sənədlərdən heç biri təqdim edilmədən, mövcud yaşayış sahəsinə qanunsuz artırmalar əsassız olaraq dövlət qeydiyyatına alınmışdır. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə sonradan əlavə olunmuş 37 kv.m. sahə əs assız olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındığından, qeydiyyat qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilmədən aparıldığından, hazırda həmin qeydiyyat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ləğv olunduğundan iddia tələbi əsassızdır və təmin olunmamalıdır.

9. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı ilə (hakim S. Novruzov) iddia rədd edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş lər edilmiş, yaşayış sahəsinin əvvəlki ölçüsü bərpa edilmiş, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv olunmuş və bu barədə iddiaçıya məlumat verilmişdir. Milli qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqeyin mövcud olmasına baxmayaraq, hazırki işə münasibətdə mülkiyyətin toxunulmazlığı prinsipindən söhbət gedə bilməz. Belə ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinə sonradan artırılan 37 kv.m. sahə müvafiq inzibati orqan tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alınmadığından, 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış ləğv olunmuşdur. Buna görə də iddiaçının artıq həmin daşınmaz əmlak üzərində mülkiyyət hü ququ mövcud deyildir. Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 42.65 kv.m. yaşayış sahəsinə sonradan əlavə olunan 37 kv.m. genişləndirilmənin aparılması qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirilmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə. Xıdırov sədrlik- edən, S. Qarayev və M.Allahverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılm ışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1405/2021 nömrəli qərarı ilə (hakimlər Kəmaləddin Bədəlov – (məruzəçi), Nigar Rəsulbəyova və İlqar Hüseynov) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Ali Məhkəmə hesab etmişdir ki, cavabdeh hal-hazırda iddiaçı tərəfindən aparılan yenidənqurma işlərinin qanunsuz və özbaşına olduğunu, Mənzil Məcəlləsinin 25.1.3 və 25.1.6cı maddələrində nəzərdə tutulan halların aşkar edildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçının mülkiyyət hüququnun qanunsuz olaraq qeydə alındığına dair cavabdehin iddiası ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına əsas elə məhz cavabdehin məktubu olmuş, başqa sözlə, cavabdeh buna razılıq vermişdir. Həmçinin qeyd olunmalıdır ki, qanunsuz olaraq qeydə alınma ilə bağlı iş materiallarına heç bir mötəbər sübut əlavə olunmamışdır. Bunun əks halı dövlət reyestrinin mötəbərliliyi prezumpsiyasına zidd ir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan başqa, hal-hazırda iddiaçıya məxsus çıxarışda düzəliş edilməsi, onun genişləndirilmiş mənzil üzərində qanuni mülkiyyət hüququnun olmamasına birbaşa dəlalət etmir. Beləliklə, hazırkı iş üzrə cavabdeh iddiaçının mülkiyyət hüququna müdaxilənin legitimliyini, müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənildiyini, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasibliyin mövcudluğunu əsaslandırmalı olduğu halda, bunu etməmiş, işə baxan apellyasiya instansiyası məhk əməsi isə bu hala qiymət verməmişdir. Həmçinin, sökülmənin legitimliyi və mütənasibliyi iddiaçıya dəymiş ziyanın aradan qaldırılmasını istisna etmir, əks hal, mülkiyyət hüququnun qanunsuz və əsassız pozuntusu kimi qiymətləndirilir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)2/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər V. Kuimova - sədrlik edən, Ə. Allahverdiyev və F. Abbasov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kas sasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-2/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsində ikinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15 iyul 2022-ci il tarixli, 2-1(102)-932/2022 nömrəli qərarı ilə (hakimlər Səyyad Kərimov – (məruzəçi), Zakir Quliyev və Rahib Nəbizadə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-2/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəyə dair iş üzrə materiallardan mübahisəli sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və ona Reyestrdən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli müvafiq çıxarışın verilməsinin məhz cavabdehin 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubu əsasında həyata keçirildiyi görünür. Belə ki, mübahisəli, yəni sonradan əlavə olunan 37 kv.m. sahənin iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirildiyini iddia edən cavabdeh, 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubda həyata keçirilmiş abadlaşdırma tədbirləri ilə əhatə olunan binalarda mənzillərin sahəsində artımların olduğunu qeydiyyat orqana bildirmiş və bunun həmin mənzillərin dövlət qeydiyyatı zamanı nəzərə alınmasını həmin orqandan xahiş etmişdir. Mübahisəli sahənin dövlət qeydiyyatının aidiyyəti qurum tərəfindən məhz bunda n sonra aparıldığı və mübahisəli sahənin təmir edilməsi, həmin sahədən istifadəyə imkan verən şəraitin, eləcə də həmin sahədə fərdi və ailə ehtiyaclarının ödənilməsi məqsədlərinə xidmət edən infrastrukturun yaradılması ilə bağlı iddiaçı tərəfindən müəyyən miqdarda vəsait xərcləndiyi, habelə uzun müddət ərzində iddiaçının ailə üzvləri ilə birlikdə həmin sahədən istifadə etdiyi nəzərə alınmamış və həmin hallar araşdırılaraq onlara hüquqi qiymət verilməmişdir.

22. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə iddiaçının etimad hüququnun qorunması baxımından cavabdehin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 09 dekabr 2016-cı il tarixli, 19/138 nömrəli məktuba və həmin məktubda Naxçıvan şəhərində həyata keçirilən abadlıq və quruculu q işləri ilə əlaqədar bir sıra ictimai yaşayış binalarının, o cümlədən Heydər Əliyev prospekti 10, 22, 40 və sair nömrəli yaşayış binalarının mənzillərində yaşayış və ümumi sahələrdə dəyişikliklər edildiyinin təsbit olunması və ünvanları göstərilən binalarda mənzillərin yaşayış və ümumi sahələrində əmələ gələn dəyişikliklərin sənədləşmə zamanı nəzərə alınması barədə cavabdehin iradə ifadəsi faktına, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2020-ci ildə araşdırma aparıldığı və binanın əvvəlki vəziyyətinə qaytarıldığı barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməsi faktına da apelyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

23. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdehin 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubu inzibati akt keyfiyyətinə malik hüquqmüəyyənedici sənəd olmasa da, hər bir halda mübahisəli sahəyə münasibətdə hakimiyyət iradəsini ifadə edir və məzmun baxımından artırmanın onun iradəsinə zidd olaraq inşa edilmədiyi qənaətini yaradır. Əks təqdirdə, cavabdeh bu məzmunda məktubla qeydiyyatı aparan reyestr xidmətinə müraciət etməzdi. Eyni zamanda, qeydiyyat orqanı hüquqmüəyyənedici sənəd keyfiyyətinə malik olmayan həmin sənəd əsasında qeydiyyat aparmağa və həmin qeydiyyatda xx.xx.2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında düzəliş etməyə haqlı sayılmasa da, həmin qeydiyyatın qanunsuzluğu iddiaçının deyil, qeydiyyat qurumunun məsuliyyət sferasına aid edilməlidir.

24. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin mübahisəli 37 kv.m hissəsinin sökülməsi məhz cavabdehin qərarı və təşəbbüsü ilə həyata keçirilmişdir. Bu səbəbdən mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilməlidir. Qanunvericiliyin normalarına görə, inzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) iddiaçının məhrum olduğu yaşayış sahəsinin dəyəri, onun təmiri və müvafiq infrastrukturun qurulması ilə bağlı xüsusatlar nəzərə alınmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən mənzilin əhəmiyyətli hissəsi nin sökülməsi iddiaçının və onun ailə üzvlərinin normal həyat şəraitinə çox ciddi mənfi təsir göstərmək imkanını özündə ehtiva edir. Mənəvi zərər müəyyən edilərkən, məhkəmələr tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlidir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

25. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(108)-38/2022 nömrəli qərarı ilə (hakimlər Y.Qurbanov - sədrlik edən, Ə.Novruzov və V.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiya məhkəməsi özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübatları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı sökülməsini göstərdiyi sahənin sökülənədək onun faktiki vəziyyətinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçının kompensasiya tələb etdiyi sahənin sökülənədək hansı vəziyyətdə olması, təmir olunub- olunmaması, həmin sahədə hansı materiallardan istifadə olunması və s. müəyyən edilmir. Bundan başqa, mübahisəl sahə hazırda mövcud olmadığından onun qiymətləndirilməsi də mümkün deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi mübahisəli mənzilin alqı-satıqısına dair xx.xx.2021-ci il tarixli müqavilənin surəti maddi ziyanın müəyyən edi lməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı həmçinin ona mənəvi ziyan vurulmasını göstərsə də, bunu da sübut edə bilməmişdir.

27. İddiaçı kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(108)-38/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

28. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mahiyyətinə düzgün hüquqi qiymət verməmiş, iddiaçının sadəcə sökülən yaşayış sahəsinin təmiri üçün çəkilən xərcləri cavabdehdən tələb etməsi görüntüsü yaratmaqla, anlaşılmaz və əsassız qərar qəbul etmişdir. Halbuki, iddia tələbi mü bahisəli yaşayış sahəsinin mövcud bazar qiymətləri nəzərə alınmaqla onun sökülməsi ilə iddiaçıya vurulan ziyanın ödənilməsindən ibarət olmuşdur.

29. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş yaşayış sahəsinin dəyərinin müəyyən edilə biləcəyi mötəbər sübut olan mübahisəli mənzilin alqı-satqısına dair 24 may 2021-ci il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən bir hissəsi sökülən mənzilin 42,25 kv.m-dən ibarət olan hissəsi 63.000 (altmış üç min) manata satılmışdır. Bu isə sözügedən mənzilin hər kvadratmetr dəyərinin 1500 manat təşkil etdiyini təsdiq etməklə, iddiaçının iddia tələbinin minimum bazar qiymətlərinə əsaslandığını, kifayət qədər əsaslı və real olduğunu göstərir.

30. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Res publikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007- ci il 7 dekabr tarixli 506-İİ1QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınması daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış, bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir". Bu baxımdan cavabdeh tərəfindən aparılan söküntü işləri ilə əlaqədar olaraq vurulmuş maddi ziyana görə 37 m2 sahənin hər kvadrat metri üçün 1000 azn olmaqla, 37.000 azn və həmin sahənin minimum bazar qiymətinin yəni, 37.000 azn məbləğin 20 %-i həcmində əlavə haqq ödənilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi isə heç bir əsaslandırma olmadan alqı-satqı müqaviləsinin mötəbər sübut hesab edilə bilməyəcəyini qeyd etməklə işin ədalətli araşdırılmasından yan keçmişdir. Hazırki iş üzrə “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsi tətbiq edilməli olduğu halda, məhkəmə kollegiyası subyektiv mülahizələrə əsaslanmış, öz mövqeyini əsaslandırmaq üçün maddi hüquq normasına istinad etməmişdir. Halbuki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin 37 kv.m hissəsinin sökülməsi məhz cavabdehin qərarı və təşəbbüsü ilə həyata keçirilmişdir. Bu səbəbdən qanuni mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi üçün cavabdeh məsuliyyət daşıyır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə saymazyana yanaşaraq, yenidən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməsi qərəz li və qeyri-obyektiv mövqeyin bariz nümunəsidir.

32. Məhkəmə kollegiyası iddia tələbinin "vurulmuş mənəvi ziyanın əvəzi kimi 15.000 (on beş min) manat kompensasiyanın ödənilməsi” hissəsində də rədd olunmasında qanunsuzluğa yol vermiş, mənəvi zərərin ödənilməsi ilə bağlı qüvvədə olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə almamışdır.

33. Belə ki, 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, adı çəkilən mənzil, o cümlədən mübahisəli 37 kv.m. sahə mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və orada iddiaçı tərəfindən əsaslı təmir işləri görülmüş, xeyli xərc çəkilmişdi. Cavabdeh tərəfindən qəflətən mənzil in əhəmiyyətli dərəcədə 37 m2 sahəsinin sökülməsi iddiaçının və onun ailə üzvlərinin normal həyat şəraitinə çox ciddi təsir göstərməklə biri orta məktəb şagirdi, ikisi tələbə olmaqla, üç uşağın, iddiaçının və həyat yoldaşının - 5 nəfər ailə üzvünün həmin mənzildə yaşamasını, eləcə də həmin mənzildən faydalanmaq imkanlarını qeyri- mümkün etmiş, çıxılmaz vəziyyət yaratmış, çox çətin vəziyyətdə qohumlarının yanında məskunlaşmağa məcbur olmuşlar. İddiaçının və ailə üzvlərinin mülkiyyət hüququna edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və yaşamaq üçün normal şəraitin yaradılması üçün cavabdehə ünvanlanmış kompensasiya tələbinin heç bir əsas olmadan rədd edilməsi ciddi əsəb, stressə məruz qoymuş, sıxıntıya düçar etmiş, bununla da cavabdehin qanunsuz davranışı ilə iddiaçıya mənəvi ziy an vurulmuşdur. Məhkəmə isə yaşamaq üçün yeganə əmlakı olan mənzilinin xeyli hissəsinin sökülməsi və bunun müqabilində heç bir kompensasiya ödənilməməsi nəticəsində iddiaçının və onun ailə üzvlərinin hansı mənəvi və psixoloji iztirablara, narahatlıq, məyusluq və ədalətsizliyə məruz qaldığını nəzərə almamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

34. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə müvafiq olaraq, iş üzrə hazırki apellyasiya baxışında cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin bir hissəsinin sökülməsi nəticəsində ona vurulan maddi və mənəvi ziyan araşdırılmalı və vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) iddiaçının məhrum olduğu yaşayış sahəsinin dəyəri, onun təmiri və müvafiq infrastrukturun qurulması və cavabdeh tərəfindən mənzilin əhəmiyyətli hissəsinin sökülməsinin iddiaçının və onun ailə üzvlərinin normal həyat şəraitinə çox ciddi mənfi təsir göstərməsi kimi mühüm xüsusatlar nəzərə alınmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu göstərişlər nəzərə alınmamış, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, iddiaçı tərəfindən təqdim edilən sübutlar müəmmalı şəkildə mötəbər sübut kimi qəbul edilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və ağlabatan deyil. Mübahisəli sahənin sökülməsi onun dəyərinin müəyyən olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddia tələbinin qiymətləndirilməsi üçün iddiaçı tərəfindən təqdim edilmiş sübutların kifayət qədər olmadığını hesab edirdisə, qüvvədə olan prosessual qanunvericiliyin tələbinə əsasən, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları öz xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğundan əlavə sübutlar tələb edə, məhz həmin ünvanda və ona yaxın (1 km. məsafədə) ərazidə yerləşən, arxitektura, texniki cəhətdən, konstruktiv meyarları baxımından, sahəsinə görə qiymətləndirilən sahəyə analoq hesab oluna biləcək uyğun olan oxşar sahələrin qiymətlərinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edə bilərdi.

36. Bundan başqa, məhkəmə kollegiyası sübutetmə yükünün bölüşdürülməsində ciddi səhvə yol vermiş, hazırki iddianın cavabdehin qanunsuz hərəkətləri səbəbindən irəli sürüldüyünü ört-basdır etməklə, sanki bütün sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşməsi və iddiaçı tərəfindən əlavə sübut təqdim olunmadığı təqdirdə vurulmuş ziyanın ödə nilməli olmaması görüntüsü yaratmağa çalışmışdır. Halbuki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləyə yol verilinəsi işin mübahisəsiz halını təşkil edir. Belə olan halda, ədalət mühakiməsinin məqsəd və vəzifələrinə görə qanunsuz müdaxilə nəticəsində iddiaçıya vurulan maddi və mənəvi ziyanın müəyyən edilməsi zəruridir. Əks halda hər hansı hüquqların məhkəmə müdafiəsindən söhbət gedə bilməz və mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” olardı. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun pozulması və bununla ona maddi və mənəvi ziyan vurulması faktlarını müəyyən edən kassasiya instansiyası məhkəməsindən fərqli olaraq və onun göstərişlərini heçə sayaraq iddiaçı tərəfindən əlavə sübutlar təqdim edilmədiyindən iddia tə ləbinin əsaslı olmaması qənaətinə gəlmişdir.

37. Qüvvədə olan qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 87.8-ci maddəsi). Görünən odur ki, iş üzrə üçüncü apellyasiya baxışını həyata keçirən apellyasiya instansiyası qanunun tələbini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə almadan, işin hallarına uyğun olmayan qərar qəbul etməkdə və öz qanunsuz mövqeyini əsaslandırmamaqda israrl ıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlillər

38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

39. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

40. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaş dırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir:... 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda;... 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. Maddə 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir:... 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir.

41. İnzibati icraat haqqında Qanun Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai ma raqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxs ə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkə mə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb o lmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstər ilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inz ibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə

89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırm ağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayəti n əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

44. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

46. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən a pellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddia tələbinin qismən təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

47. İlk öncə qeyd edilməlidir ki, hazırkı mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1405/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli və 2-1(102)-932/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarları ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq olaraq 2-1(108)-13/2021 nöm rəli, 19 may 2021-ci il tarixli və 2-1(108)-2/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarları ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərarlarda işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinə göstərişlər nəzərdə tutulmuşdur. Ali Məhkəmənin hər iki qərarında verilmiş göstərişlər apellyasiya məhkəməsi tərəfindən icra olunmamışdır. Bununla da, apellyasiya məhkəməsi tərəfindən İPM-in 96.11-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normaya görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

48. Məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarlarında ifadə olunan hüquqi mövqe ilə razılaşaraq təkrar qeyd edir ki, hazırkı mübahisəyə dair iş üzrə materiallardan mübahisəli sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və ona Reyestrdən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli müvafiq çıxarışın verilməsinin məhz cavabdehin 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubu əsasında həyata keçirildiyi görünür. Belə ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin sahəsi 42.65 kv.m. olmuş, sonradan 2011-ci ildə həmin mənzilin sahəsi 37 kv. m. artırılaraq, ümumi sahəsi 79.65 kv.m. olmuşdur. Mübahisəli, yəni sonradan əlavə olunan 37 kv.m. sahənin iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirildiyini iddia edən cavabdeh, 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubda həyata keçirilmiş abadlaşdırma tədbirləri ilə əhatə olunan binalarda mənzillərin sahəsində artımların oldu ğunu qeydiyyat orqanına bildirmiş və bunun həmin mənzillərin dövlət qeydiyyatı zamanı nəzərə alınmasını həmin orqandan xahiş etmişdir. Mübahisəli sahənin dövlət qeydiyyatının aidiyyəti qurum tərəfindən məhz bundan sonra aparıldığı və mübahisəli sahənin təmir edilməsi, həmin sahədən istifadəyə imkan verən şəraitin, eləcə də həmin sahədə fərdi və ailə ehtiyaclarının ödənilməsi məqsədlərinə xidmət edən infrastrukturun yaradılması ilə bağlı iddiaçı tərəfindən müəyyən miqdarda vəsait xərcləndiyi, habelə uzun müddət ərzində iddiaçının ailə üzvləri ilə birlikdə həmin sahədən istifadə etdiyi nəzərə alınmamış və həmin hallar araşdırılaraq onlara hüquqi qiymət verilməmişdir.

49. Bundan başqa, hazırkı mübahisəyə münasibətdə iddiaçının etimad hüququnun qorunması baxımından cavabdehin Naxçıvan Muxtar R espublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 09 dekabr 2016-cı il tarixli, 19/138 nömrəli məktuba və həmin məktubda Naxçıvan şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri ilə əlaqədar bir sıra ictimai yaşayış binalarının, o cümlədən Heydər Əliyev prospekti 10, 22, 40 və sair nömrəli yaşayış binalarının mənzillərində yaşayış və ümumi sahələrdə dəyişikliklər edildiyinin təsbit olunması və ünvanları göstərilən binalarda mənzillərin yaşayış və ümumi sahələrində əmələ gələn dəyişikliklərin sənədləşmə zamanı nəzərə alınması barədə cavabdehin iradə ifadəsi faktına, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2020-ci ildə araşdırma aparıldığı və binanın əvvəlki vəziyyətinə qaytarıldığı barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarix li, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməsi faktına da apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

50. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdehin 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubu mübahisəli sahəyə münasibətdə hakimiyyət iradəsini ifadə edir və məzmun baxımından artırmanın onun iradəsinə zidd olaraq inşa edilmədiyi qənaətini yaradır. Əks təqdirdə, cavabdeh bu məzmunda məktubla qeydiyyatı aparan reyestr xidmətinə müraciət etməzdi. Eyni zamanda, qeydiyyat orqanı hüquqmüəyyənedici sənəd keyfiyyətinə malik olmayan həmin sənəd əsasında qeydiyyat aparmağa və həmin qeydiyyatda xx.xx.2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında düzəliş etməyə haqlı sayılmasa da, həmin qeydiyyatın qanunsuzluğu iddiaçının deyil, qeydiyyat qurumunun məsuliyyət sferasına aid edilməlidir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipi yalnız inzibati orqanların inzibati aktlarına və ya yazılı vədlərinə münasibətdə deyil, həm də onların faktiki xarakterli hərəkətlərinə münasibətdə də tətbiq edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə görə, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bu baxımdan cavabdehin qeyd olunan məktubunun, reyestr xidmətinin apardığı qeydiyyatın faktiki xarakterli hərəkət olması şəxsin həmin hərəkətlərə etimadının qorunmasını istisna edə bilməz. İddiaçı suveren haki miyyət daşıyıcısı olan həmin icra hakimiyyəti orqanlarının hərəkətlərinə, xüsusən də uzun müddət ərzində (ən azından 2016-cı ildən 2020-ci ilə qədər olan müddət ərzində) təkzib edilməyən hərəkətlərinə etimad göstərməkdə (iş üzrə materiallardan şəxsin etimad hüququnu istisna edən hallar müəyyən olunmamışdır), həmin etimada güvənərək mübahisəli sahənin təmir edilməsi, həmin sahədən istifadəyə imkan verən şəraitin, eləcə də həmin sahədə fərdi və ailə ehtiyaclarının ödənilməsi məqsədlərinə xidmət edən infrastrukturun yaradılmasında haqlı sayılmalı, onun mübahisəli sahədə bununla bağlı çəkdiyi xərclər nəzərə alınmalıdır.

52. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin mübahisəli 37 kv.m hissəsinin sök ülməsi məhz cavabdehin qərarı və təşəbbüsü ilə həyata keçirilmişdir. Ona görə də, mülkiyyətçiyə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.

53. İddiaçının sözügedən mənzilin sökülmüş 37 kv/m sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) AZN tələb etdiyi nəzərə alınarsa, vurulmuş maddi ziyanın müəyyən edilməsi üçün onun tərəfindən təqdim edilmiş AN – İ№ ******* nömrəli, 24 may 2021-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” mötəbər sübut kimi qəbul edilə bilər. Həmin müqavilə ilə iddiaçı mülkiyyətində olan 42. 25 kv/m sahədən ibarət mənzili 63.000 manat qiymətinə (altmış üç min manat) satmışdır. Həmin müqavilə sözügedən mənzilin hər kvadratmetr dəyərinin təqirbən 1500 manat təşkil etdiyini təsdiq etməklə, iddiaçının iddia tələbinin bazar qiymətlərinə əsaslandığını göstərir. Belə olan halda, vurulmuş maddi zərərin əvəzi kimi iddiaçının hər kv.m üçün tələb etdiyi 1000 (bir min) manat ədalətli və ağlabatan kimi qəbul edilməli, sökülmüş 37 kv.m sahəyə görə 37.000 (otuz yeddi min) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

54. Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh tərəfindən sözügedən mənzilin əhəmiyyətli hissəsinin sökülməsi iddiaçının və onun ailə üzvlərinin normal həyat şəraitinə çox ciddi mənfi təsir göstərmək imkanını özündə ehtiva edir. Mənəvi zərər müəyyən edilərkən, məhkəmələr tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

55. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində z ərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

56. Məhkəmə kollegiyası qeyd olunan Plenum qərarında göstərilənləri nəzərə almaqla iddiaçıya 1000 (bir min) manat məbləğində mənəvi zərərin ödənilməsini hazırkı işin halları baxımından ağlabatan və ədalətli hesab edir.

57. Kollegiya həmçinin hesab edir ki, iddia tələbi sökülmüş 37 kv.m sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd y üz) AZN vəsaitin cavadehdən tutulmasına dair hissədə isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı həmin tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanının 2.3-cü bəndinə istinad etmişdir. Buna görə, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Kollegiya qeyd edir ki, hazırkı halda, iddiaçıya zərər dövlət ehtiyacları üçün geri alınma ilə əlaqədar deyil, delikt nəticəsind ə vurulmuşdur. Ona görə də, iddiaçının qeyd edilən Fərmandan irəli gələn 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsini tələb etmək hüququ yaranmamışdır.

58. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materiallarını və təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

59. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi qismən təmin edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(108)-38/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul olunsun. İddia tələbi qismən təmin olunsun. 37.000 (otuz yeddi min) manat maddi ziyan və 1.000 (bir min) manat mənəvi zərər olmaqla, cəmi 38.000 (otuz səkkiz min) manat məbləğində pul Naxçıvan şəhər İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar