Məhkəmə qərarları › İş №2-1(102)-3818/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3818/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3818/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İmaş oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs: Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi; pensiyanın təyinat tarixinin düzgün göstərilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İmaş oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs: Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı) qarşı “məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı İmaş oğlu ##.##.1974cü il tarixdən ##.##.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur.

2. ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı İmaş oğlu ##.##.1978-ci il tarixdən ##.##.1994-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. ##.##.2013-cü il tarixli, ** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı İmaş oğlu tərəfindən fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödəyicisi olaraq “xxxx” ASC-nin Cəlilabad filialı vasitəsi ilə 6 manat 20 qəpik ödəniş etmişdir.

4. JN-614 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** nömrəli qərarı ilə 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı İmaş oğlunun, X5, X2, X1, X4 və X3 mülkiyyətinə verilmişdir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, 3- **- */*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı dair fiziki şəxs kimi uçot məlumatları aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X10 ** saylı Regional Xəzinadarlıq İdarəsinin ##.##.2024-cü il tarixli, 3232/22- ***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, məcburi sosial sığorta haqları bir neçə ödəniş sənədlərinin cəmi şəklində xəzinədarlıq orqanlarına daxil olduğu və ödəyicilərin fərdi uçotu xəzinədarlıq orqanlarında aparılmadığı üçün məktubda göstərilmiş 2013-cü il üzrə İddiaçı İmaş oğlunun adından məcburi sosial sığorta haqları üzrə ödənişlərin araşdırılması mümkün olmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İmaş oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “kənd təsərrüfatından istifadəyə görə ##.##.2013-cü il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 1955-ci ildə Cəlilabad rayonu, Şatırlı kəndində anadan olmuş, ilk əmək fəaliyyətinə isə 1978-ci ilin iyun ayından başlamış, onun əmək stajının illəri düzgün hesablanmamışdır. Belə ki, hal-hazırda əmək stajı 18 il 09 ay 16 gün müəyyən edilsə də, onun ümumi əmək stajı 25 ildən yuxarıdır. Həmçinin fiziki şəxs kimi məcburi dövlətə sosial sığorta ödəyici olmuş, lakin həmin illər onun əmək stajına daxil edilməmişdir. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin cavab olaraq məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. Adı qeyd edilən cavabdan artıq 1 ildən çox vaxt keçsə də, bügünədək bunun heç bir nəticəsi olmamışdır. Sığorta ödənişinin çeklərinin əldə edilməsindən ötrü xxxxnın Cəlilabad rayon filialına müraciət etdikdə, oradan bildirildi ki, sığorta sənədləri ilə bağlı sığorta ödənişləri bankın arxivində saxlanılmamışdır. Sosial sığorta sənədlərinin saxlanılmaması və bunun fondun arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialına təhvil verilməməsi vətəndaş olaraq onun günahı deyildir və bu məsuliyyət müəssisənin öz üzərinə düşür. Ona görə də fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödəyici olmağının onun əmək stajına daxil edilərək həmin illərin əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

10. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçıya ##.##.2008-ci il tarixdən II qrup əlilliyə görə pensiya təyin edilmiş, ##.##.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbilə pensiyanın ödənişi dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2019-cu il tarixindən ##.##.2020-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş 6 ay müəyyən edilib. İş üzrə icraat materiallarına əsasən, ##.##.1955-ci il təvəllüdlü iddiaçı pensiya yaş həddinə, ##.##.2020-ci il tarixdə (64 il 6 aya) çatmışdır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilməyən sosial sığorta stajı 18 il 09 av 16 gün təşkil edir. Sözügedən dövrə iddiaçının təqdim etdiyi ##.##.2015-ci il tarixli arayışa əsasən ##.##.1970-ci il tarixdən ##.##.1971-ci il tarixədək təhsil aldığı dövr, ******* nömrəli hərbi biletinin surətinə əsasən ##.##.1974-cü il tarixdən ##.##.1976-cı il tarixədək hərbi xidmət illəri, ##.##.1978-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən ##.##.1978-ci il tarixdən ##.##.1978-ci il tarixədək, ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək, ##.##.1981-ci il tarixdən ##.##.1984-cü il tarixədək, ##.##.1984-cü il tarixdən ##.##.1994-cü il tarixədək əmək fəaliyyəti dövrləri daxil edilmişdir. Sözügedən Qanunun 22- 1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən bildiririk ki, ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün avtomatlaşdırılmış qaydada da yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının müraciətinə müvafiq olaraq araşdırma zamanı müəyyən edilmişdir ki, Nazirliyin elektron proqram təminatında 2013-cü il üzrə iddiaçıya aid təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B2) və ona uyqun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma B3) aşkar edilməmişdir. Bildiririk ki, 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sıqortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sığortaedən tərəfindən təqdim edilmiş Forma B2 məlumatları və ona uyqun təqdim edilmiş Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, həmçinin iddiaçı tərəfindən yuxarıda qeyd edilən dövr üzrə müvafiq hesabat məlumatları təodim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Məlumat ücün bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə S.Evvazov *********** saylı sığortaedənin uçot nömrəsi ilə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" kimi ## #### 2021-cı il tarixdə uçota alınmışdır. Araşdırma zamanı MEİS-də yə köhnə proqram təminatlarında iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlayaraq aparılır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsi olmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, “Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Bildiririk ki, 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməsi sığortaedən tərəfindən təqdim edilmiş Forma B2 məlumatları və ona uyğun təqdim edilmiş Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövrlər üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır.

11. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – H.Nəcəfov).

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzlər mövcuddur. Cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mulkiyyətındə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını odəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – F.Hüseynov, hakimlər – S.Həsənov, M.Sadıqov).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki halda cavabdeh inzibati orqan iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaması əsası ilə pensiya təyinatından imtina etməsi fonunda inzibati orqanın özünün də vəzifələrini düzgün icra etməməsi görünür.

16. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, şəxsin mulkiyyətındə olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə görə ödəmiş olduğu sosial sığorta haqlarının elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması onun təqsiri ilə bağlı olmayan hal kimi qəbul edilir və pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi nəzərdə tutulmur.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçıya ##.##.2008-ci il tarixdən Il qrup əlilliyə görə pensiya təyin edilmiş, ##.##.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbilə pensiyanın ödənişi dayandırılmışdır. İş üzrə icraat materiallarına əsasən, ##.##.1955-ci il təvəllüdlü iddiaçı pensiya yaş həddinə, ##.##.2020ci il tarixdə (64 il 6 aya) çatmışdır. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilməyən sosial sığorta stajı 18 il 09 ay 16 gün təşkil edir. Sözügedən dövrə iddiaçının təqdim etdiyi ##.##.2015-ci il tarixli arayışa əsasən ##.##.1970ci il tarixdən ##.##.1971-ci il tarixədək təhsil aldığı dövr, ******* nömrəli hərbi biletinin surətinə əsasən ##.##.1974-cü il tarixdən ##.##.1976-cı il tarixədək hərbi xidmət illəri, ##.##.1978-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən ##.##.1978-ci il tarixdən ##.##.1978-ci il tarixədək, ##.##.1979-cu il tarixden ##.##.1981-ci il tarixədək, ##.##.1981-ci il tarixdən ##.##.1984-cü il tarixədək, ##.##.1984-cü il tarixdən ##.##.1994-cü il tarixədək əmək fəaliyyəti dövrləri daxil edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən bildiririk ki, ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün avtomatlaşdırılmış qaydada da yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarına əsasən iddiaçı "xxxx" ASC-nin Cəlilabad rayon filialı vasitəsi ilə ##.##.2013-cü il tarixdə 6,2 (altı manat iyirmi qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödədiyini iddia etmiş və bununla bağlı qəbz təqdim etmişdir. İddiaçının müraciətinə müvafiq olaraq araşdırma zamani müəyyən edilmişdir ki, nazirliyin elektron proqram təminatında 2013-cü il üzrə iddiaçıya aid təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat"lar (bundan sonra - 2 Forma B2) və ona uyğun təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (bundan sonra - Forma B3) aşkar edilməmişdir. Bildirilmişdir ki, 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sığortaedən tərəfindən təqdim edilmiş Forma B2 məlumatları və ona uyğun təqdim edilmiş Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, həmçinin iddiaçı tərəfindən yuxarıda qeyd edilən dövr üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Məlumat üçün bildiririk ki, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə iddiaçı *********** saylı sığortaedənin uçot nömrəsi ilə "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" kimi ## #### 2021-cı il tarixdə uçota alınmışdır. Araşdırma zamanı MEİS-də və köhnə proqram təminatlarında iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Bununla yanaşı, məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, iddiaçının pensiya yaş həddinə ##.##.2020-ci il tarixdə çatmasına baxmayaraq, iddiaçıya ##.##.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Bu halda məhkəmə iddiaçının hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla yanlışlığa yol verilməşdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un # -dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, ## #### 2019-cu il tarixdən ## #### 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64 yaş 6 ay müyyən edilmişdir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət edilmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı qismən “əmək pensiyasının təyin edilməsinin tarixi” hissəsində dəyişdirilməli, qalan hissədə isə qərar dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əmək pensiyasının təyin edilməsinin üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Qanunvericiliyin tələbindən göründüyü kimi, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq hüquqları olduğu kimi, dövlət orqanın da sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsi, onların etibarlı saxlanması və mühafizəsini təmin etmək, sığortaolunana onun rnüraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək vəzifəsi var.

29. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir sıra qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində əks olunmaması şəxsin təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, şəxs bu ödənişlər barədə məhkəməyə müvafiq qəbzlər təqdim etdiyi və həmin qəbzlərin mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu qəbzlərin mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə, iddiaçının tələbinin təmin olunması halı mövcud olur. Nəticə etibarilə, ödənilmiş məcburi dövlət sosial sığorta haqları məbləğlərinin informasiya sistemində əks olunmaması şəxs yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas qismində çıxış etməməlidir. Belə ki, əgər şəxsin ünvanlı şəkildə məcburi dövlət sosial sığorta haqlarını ödədiyi mötəbər ödəniş qəbzləri ilə təsdiq edilirsə, cavabdeh ödənişlərin edildiyini təsdiq edən sənədlərin mötəbərliyini mübahisələndirmirsə, eləcə də məhkəmənin özü tərəfindən də həmin sənədlərin mötəbərliyini şübhə altına almaq üçün hər hansı hallar müəyyən edilmirsə, iddiaçının pensiya hüququ təmin olunmalıdır. Həlledici olan məhz, məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir.

30. Belə ki, iddiaçının mübahisə edilən dövrdə bank vasitəsilə müvafiq məbləğdə məcburi dövlət sosial sığorta haqqının ödəməsi işin mübahisəsiz halını təşkil edir.

31. İşə baxmış məhkəmə kollegiyası haqlı olaraq bildirmişdir ki, cavabdeh iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaması əsası ilə pensiya təyinatından imtina etməsi fonunda inzibati orqanın özünün də vəzifələrini düzgün icra etməməsi görünür.

32. Buna baxmayaraq məhkəmə kollegiyası “əmək pensiyasının təyin olunma tarixi” ilə bağlı məhkəmənin mövqeyini haqlı saymır və kassasiya şikayətinin “iddiaçıya əlilliyə görə əmək pensiyası ödənilməsi” dəlilinin iş materialları ilə öz təsdiqini tapmasını nəzərə alaraq iddiaçıya kənd təsərrüfatından istifadəyə görə ##.##.2013-cü il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin ##.##.2021-ci il tarixdən cavabdehin üzərinə qoyulmasını əsaslı hesab edir.

33. Belə ki, cavabdehin etirazından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya ##.##.2008-ci il tarixdən II qrup əlillik təyin edilmiş və ##.##.2021-ci il tarixədək davam etmişdir. Göründüyü kimi, iddiaçının ##.##.2021-ci il tarixədək əlilliyə görə pensiya almaq hüququ olmuşdur.

34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən “əmək pensiyasının təyin edilməsinin tarixi” hissəsində dəyişdirilməli, əmək pensiyasının təyin olunma tarixi ##.##.2021-ci il tarixdən müəyyən edilməli, kassasiya şikayəti qalan hissədə təmin olunmamalı, qərar isə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı “əmək pensiyasının təyin edilməsinin tarixi” hissəsində dəyişdirilsin. İddiaçı İddiaçı İmaş oğlunun kənd təsərrüfatından istifadəyə görə ##.##.2013-cü il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar