Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-387/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğv edilməsi, işə bərpa edilmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “03 may 2019-cu il tarixli, **********2 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.11.2021-ci il tarixli, 2-1(105)-566/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 02 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehin 02.11.2017-ci il tarixli, **********5 saylı əmri ilə 03.11.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə keçirilmişdir.
2. İddiaçı 26.09.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27.09.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimka n tədbiri seçilmiş və həmin tarixdən barəsində hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bununla bağlı İstintaq İdarəsinin 03.10.2018-ci il tarixli məktubu əsasında 19.10.2018-ci il tarixdə işdən kənarlaşdırılmışdır. Nazirliyin 28.09.2018-ci il tarixli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsində 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırma aparılmış və 24.10.2018-ci il tarixli araşdırmanın nəticəsinə dair tərtib edilmiş arayışla iddiaçının rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara artıq ödəmələrə yol verildiyi müəyyən edilmişdir.
3. Cava bdehin 03.05.2019-cu il tarixli, **********2 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı və 25.2.6cı maddələrinə əsasən xitam verilmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.05.2019-cu il tarixli hökmü ilə iddiaçı bəraət almış, hökm iddiaçıya münasibətdə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilməsi və məcburi işdən kənarlaşdırma vaxtının iş stajı kimi hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
6. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və son olaraq, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli, **********2 saylı əmrinin ləğv edilməsi, əvvəlki işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin ü zərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir
7. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 aprel 2005-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Əhalinin Sosial Müdafiəsi üzrə Ünvanlı Sosial Yardım və Müavinətlər sektorunda baş məsləhətçisi vəzifəsində işləmişdir. 26 oktyabr 2016-cı il tarixdən həmin şöbənin yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 26 sentyabr 2018-ci il tarixdə rəhbərlik etdiyi sektorun baş məsləhətçisi X9 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutularaq həbs edilmişdir. Şöbədə axtarış aparıb sənədlər götürüldüyündən o, öz təşəbbüsü ilə həmin idarəyə gedib işlə maraqlanmışdır, elə həmin gün onu da əsassız olaraq hə bs etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 03.10.2018-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndini rəhbər tutaraq özünün 19.10.2018-ci il tarixli əmri ilə onu tutduğu vəzifədən kənarlaşdırmış, 03.05.2019-cu il tarixli əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, onun təqsirsizliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmişdir. Cavabdeh məhkəmə araşdırmasının sonunu gözləmədən ona qarşı qərəzli davranmışdır. Bundan əlavə, barəsindəki cinayət təqibi başa çatdıqdan sonra o, tutduğu vəzifədən azad edilməsi barədə əmri əldə etmək üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh əmri ona təqdim etməmiş, yalnız 2020-ci ilin fevral ayının 25-də məktub göndərərək əmr barədə məlumat vermişdir. Nəticədə onun hüquqları iki ilə yaxındır kobud şəkildə pozulmaqdadır. Əsassız olaraq həbs edildiyindən və barəsində bəraət hökmü çıxarıldığından hesab edir ki, cavabdeh tərəfindən verilmiş əmr qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa edilərək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, iddiaçının işdən azad edilməsinə əsas Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 02.05.2019-cu il tarixli məktubu və Nazirlik yan ında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Nazirliyin 28.09.2018-ci il tarixli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olmuşdur. İddiaçı 26.09.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27.09.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən barəsində hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bununla bağlı İstintaq İdarəsinin 03.10.2018-ci il tarixli məktubu əsasında 19.10.2018-ci il tarixdə işdən kənarlaşdırılmışdır. Nazirliyin 28.09.2018-ci il tarixli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsində 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində dövlə t büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırma aparılmış və iddiaçının rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara artıq ödəmələrə yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Nazirliyin 03.05.2019-cu il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinə əsasən, başqa dövlət qulluqçularının işini çətinləşd irən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi kimi tədbir görülə bilər (25.2.6). Qanunun 25.11-ci maddəsinə əsasən, dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Gö stərilənlər nəzərə alınaraq iddiaçının barəsində verilmiş əmr tam qanunidir.
9. Birinci instansiya məhkəməsinin 14.09.2020-ci il tarixli, 2-1(118)882/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim Vəfa Əzizova) iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmrinin qismən, iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının əməlində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan, yəni onun yuxarıda göstərilən normada qeyd olunan hüquqpozmaları törətməsi sübuta yetirilmədən onu tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, cavabdeh mübahisələndirilən əmrdə qeyd etməsə də, iddia ərizəsinə etirazda bildirmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin verilməsi üçün əsaslardan biri də 2018-ci ilin oktyabr ayında DSMF-nin Sumqayıt şəhər şöbəsində aparılan audit araşdırması olmuşdur. Halbuki, həmin araşdırmanın nəticələrinə görə tərtib edilmiş arayışda bir sıra işçilərə inzibati tənbeh tədbirinin görülməsi təklif edilsə də, konkret olaraq iddiaçının adı qeyd olunmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu göstərilmişdir. Beləliklə, iddiaçının tutduğu vəzifədə n azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.09.2020-ci il tarixli, 2-1(118)-882/2020 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-100/2021 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 14.09.2020-ci il tarixli, 21(118)-882/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(105)-100/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2021-ci il tarixli, 2-1(102)-976/2021 nömrəli qərarı ilə (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(105)-100/2021 nömrəli qərarının ləğv edilməsi, işi n təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
16. Ali Məhkəməsinin İnzibati Kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmələr keçirilmiş audit yoxlaması nəticəsində iddiaçının sektorunda işləyən və nöqsanlara yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb edilib-edilmədiyini, edildiyi halda hansı növ tənbeh tədbirinin tətbiq olunduğunu, işçilər tərəfindən yol verilmiş nöqsanların iddiaçının rəhbər vəzifəli şəxs kimi öz vəzifələrini lazımi qaydada həyata keçirməməsi ilə əlaqəsini, iddiaçının rəhbərlik etdiyi sektorda işçilər tərəfindən yol verilən nöqsanların onun öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsinin nəticəsi olaraq təzahür edib-etməməsini müəyyən etməli, həmçinin iddiaçı barəsində tətbi q olunan intizam məsuliyyətinin onun əməlinə mütənasibliyinə hərtərəfli qiymət verməklə qərar qəbul etməli idi. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.11.2021-ci il tarixli, 2-1(105)-566/2021 nömrəli (hakimlər Rəşadət Ağayev - sədrlik edən və məruzəçi,İlqar Dəmirov və Gülnarə Tağızadə) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 14.09.2020-ci il tarixli, 21(118)-882/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, konstitusion normanın və qanunların tələblərinə görə təqsirsizlik prezumpsiyası hüququ baxımından iddiaçının əməllərində cinayət tərkibi olmadığından, həmçinin au dit araşdırmasının nəticəsində bir sıra işçilərə inzibati tənbeh tədbirinin görülməsi təklif edilsə də, konkret olaraq iddiaçı barəsində hər hansı tədbir görülməsi audit yoxlamasının nəticəsinə dair arayışda əks olunmadığından cavabdehin mübahisələndirilən əmri qanunsuz olmuş, ona görə də birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsaslarını müəyyən etməklə iddia tələbini təmin etmişdir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 05.11.2021-ci il tarixli, 2-1(105)-566/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin 03 oktyabr 2018-ci il tarixli ********* nömrəli məktubuna əsasən Nazirliyin 19 oktyabr 2018-ci il tarixli **********1 nömrəli əmri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət təqibi aparıldığı bütün müddət ərzində vəzifələrinin icrasından kənarlaşdırılmışdır. Həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2018-ci il tarixli, **********2 nömrəli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində 01 iyul 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair ara şdırılma aparılmış və həmin dövr ərzində İddiaçı rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara yol verildiyi aşkar edilmişdir.
21. İddiaçı uzun müddət Sosial yardım və müavinət sektorunda çalışmış, 26.10.2016-cı ildən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsini icra etmiş, 03.11.2017-ci ildən isə həmin vəzifəyə təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2018ci il tarixli, **********2 nömrəli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsində 01 iyul 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırı lma aparılmışdır. Araşdırmanın nəticələrinə uyğun olaraq 30.10.2018-ci il tarixli **********2 nömrəli arayış və 07.11.2018-ci il tarixli əmr verilmişdir. Nazirliyin 14.11.2018-ci il tarixli **********7 nömrəli əmri ilə pozuntuya yol verən işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Onların arasında bilavasitə İddiaçı rəhbərlik etdiyi 4 əməkdaş (X11, X2, X6 və X8) da olmuşdur.
22. Qeyd edilənlərdən göründüyü kimi V.Evvazov bir sektor müdiri kimi ona həvalə olunmuş vəzifələri düzgün icra edə bilməmişdir.
23. Yoxlamaların aparılmasının əsas səbələrindən biri İddiaçı və onun işçisi X4 həbs olunması idi. Məhkəmə qərarı ilə İddiaçı cinayət işinə xitam verilsə də onun işçisi 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmişdir.
24. Cavabdeh məhkəmənin “Dövlət qulluğu haqqında” Qan unun 25.3-cü maddəsinin tələblərinə əməl edilməməsi ilə bağlı mövqeyi ilə razı deyil. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2018-ci il tarixli, **********2 nömrəli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində 01 iyul 2017-ci il tarixdən 01 iyul 2018-cİ il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılma aparılmışdır. Qeyd edilən dövrdə İddiaçı faktiki olaraq həbsdə olduğundan izahatı alına bilməmişdir.
25. Cavabdeh məhkəmənin Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə istinad edilməsi ilə bağlı mövqeyi ilə razı deyil. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğukeçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Adı keçən qanunda işçinin işdən kənarlaşdırılma halları tənzimlənmir və buna görə Əmək Məcəlləsinə istinad edilmişdir; Məhkəmə İddiaçı işdən kənar edilməsi barədə Nazirliyin 03 oktyabr 2018-ci il tarixli ********* nömrəli Əmrində Əmək Məcəlləsinin 62-ci maddəsinin 1 -ci hissəsinin “C” bəndinə istinad edildiyini nəzərə almamışdır.
26. Cavabdeh məhkəmənin təqsirsizlik prezumpsiyası və iddaçının əməlində cinayət tərkibi olmaması ilə bağlı mövqeyi ilə razı deyil. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu nun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Göründüyü kimi Nazirlik tərəfindən iddiaçı barəsində intizam tənbehi tədbiri həyata keçirilmişdir və onun əməllərində cinayət tərkibinin aşkar edilməməsi intizam tənbehinə maneə deyildi.
27. Hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır.
28. Həmçinin, iddianın yalnız birinci hissəsi qismən mümkün sayıla bilməsi ilə bağlı işə birinci instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəfin verdiyi vəsatət də təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsə də bu pozuntuya qiymət verməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. İnzibati Prosessu al Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şə rtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın ( şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 30. “Dövlət qulluğu haqqında” Qanun: Maddə
18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: (-) 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yolverməməli; (-) 18.0.12. etik davranış qaydalarına əməl etməlidi r. Maddə
20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsə lələr barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə
25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmu ş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdi yi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dö vlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə
33. Dövlət qulluğuna xitam verilməsi (-) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-) 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; (-). Maddə
34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir 31. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun: Maddə
9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar 9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir 9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır: 9.2.1. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi; 9.2.2. xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi; ya verilməsi; 9.2.3. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi; 9.2.4. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi; 9.2.5. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi; 9.2.6. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlə rin təklif olunması, vəd edilməsi və ya verilməsi; 9.2.7. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdehin kassasiya şikayətində göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin 03 oktyabr 2018-ci il tarixli ********* nömrəli məktubuna əsasən Nazirliyin 19 oktyabr 2018-ci il tarixli **********1 nömrəli əmri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət təqibi aparıldığı bütün müddət ərzində vəzifələrinin icrasından kənarlaşdırılmışdır, 01 iyul 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılma aparılmış və həmin döv r ərzində İddiaçı rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara yol verildiyi aşkar edilmişdir.
35. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 04.04.2005ci il tarixdə Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində məsləhətçi vəzifəsinə qəbul edilmiş, 03.04.2006-cı ildə baş məsləhətçi vəzifəsinə keçirilmiş, 28.07.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsinə keçirilmiş, 03.11.2017-ci il tarixdə həmin sektorun müdiri təyin edilmiş, 26 sentyabr 2018-ci il tarixdə həmin sektorun əməkdaşı X9 ilə birlikdə şübhəli şəxs qismində tutulmuş və 27 sentyabr 2018-ci il tarixdə ona Azərbayca n Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və 03.05.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6 və 25.11-ci maddələrinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
36. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19.10.2018-ci il tarixli əmrinə əsasən, iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai təhlükəli əməllər törətdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparıldığı müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi Sosial yardım və müa vinətlər sektorunun müdiri İddiaçı və həmin sektorda sahə məsləhətçisi vəzifəsində qulluq keçən X9 işdən kənarlaşdırılmışlar. Əmrin verilməsi üçün əsas kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 03.10.2018-ci il tarixli məktubu göstərilmişdir.
37. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28.09.2018-ci il tarixli əmrinə əsasən, Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsinin 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin araşdırılması məqsədi ilə araşdırma qrupu yaradılmışdır.
38. Bu nunla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07.11.2018-ci il tarixli əmrinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılması zamanı bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında artıq ödəmə hallarına, təyinatı nöqsanlı hesab edilmiş pensiya və sosial müavinət işləri üzrə ödənişlərin aparılmasına yol verilmişdir.
39. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin bir sıra işçiləri barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14.11.2018-ci il tarixli əmrinə əsasən, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə şöbənin sektorlarında qulluq keçən əməkdaşlardan 44 nəfəri barəsində intizam tənbeh tədbiri (5 nəfər barəsində vəzifə maaşının azaldılması, 39 nəfər barədə isə töhmət verilməklə) görülmüş, o cümlədən Sosial yardım və müavinətlər sektorunun 4 əməkdaşına X7, X1, X3 və X5 intizam tənbeh tədbiri kimi töhmət, eyni zamanda X7 və X1 həmçinin vəzifə maaşları 6 ay müddətinədək 10 faiz azaldılması əmr edilmiş, əmrin verilməsinə əsas kimi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apartının Daxili nəzarət və audit şöbəsinin müdiri H.İmanovun 30.10.2018-ci il tarixli **********2 nömrəli yazılı məruzəsi olmuşdur.
40. Burada xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının adı barəsində intizam tədbiri görülmüş 44 nəfərin arasında mövcud deyildir. Bununla bağlı cavabdeh kassasiya şikayətində yazır ki, cəza almış 4 əməkdaş iddiaçının bilavasitə rəhbərliyi altında işləmişdir.
41. Cavabdehin bu dəlili əsassızdır, belə ki, Azərbaycan Respublikası Konstitusiyasında hər hansı bir hərəkətə görə kollektiv məsuliyyət ümumiyyətlə nəzərdə tutulmamışdır.
42. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər M əhkəməsinin 31.05.2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmiş və barəsində həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunda sahə məsləhətçisi işləmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin h ökmü İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərarına əsasən də apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişirilmədən qüvvədə saxlanılmışdır.
43. Beləliklə iddiaçının yuxarıda göstərilmiş məsələlərlə əlaqədar iddiaçının cinayət əməli törətməkdə təqsirliyi sübuta yetirilməmiş və onun əməlində cinayət tərkibi müəyyən edilməmiş, iddiaçıya bəraət verilmiş, məhkəmə iclası zalından dərhal həbsdən azad edilmişdir.
44. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı 25.02.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı məhz Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 03.10.2018-ci il tarixli məktubuna və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsisinin “c” bəndinə əsasən 19.10.2018-ci il tarixli əmr ilə tutduğu vəzifədən kənarlaşdırılmış, 03.05.2019-cu il tarixli əmr ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
45. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kassasiya şikayətində ziddiyyətli məqamlar da mövcuddur, belə ki, cavabdeh kassasiya şikayətində “hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır” yazıldığı halda, daha sonra göstərir ki, “iddianın yalnız birinci hissəsi qismən mümkün sayıla bilməsi ilə bağlı işə birinci instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəfin verdiyi vəsatət də təmin edilməmiş, ape llyasiya instansiyası məhkəməsi də bu pozuntuya qiymət verməmişdir.”
46. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, əvvəla apellyasiya məhkəməsi öz qərarının 54-cü bəndində sözügedən məsələyə qiymət verməklə, haqlı olaraq göstərmişdir ki, “işə bərpa işləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsində bu qəbildən olan işlər üzrə iddia tələbləri adətən əmək haqqının ödənilməsi tələbilə birgə verilir və məhkəmələr həmin tələbə digər tələblərlə birgə baxaraq hüquqi qiymət verirlər.”
47. Beləliklə cavabdehin bu dəlili də əsassızdır.
48. Cavabdehin kassasiya şikayətindəki digər bir dəlili ondan ibarətdir ki, cavabdeh apellyasiya məhkəməsinin Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə istinad etməsi ilə bağlı mövqeyi ilə razı deyil, belə ki, apellyasiya məhkəməsi iddiaçının iş dən kənar edilməsi barədə Nazirliyin 03 oktyabr 2018-ci il tarixli, ********* nömrəli əmrində Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edildiyini nəzərə almamışdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır.
50. Belə ki, apellyasiya məhkəməsi öz qərarının 52-ci bəndində düzgün olaraq qeyd etmişdir ki, “əmrin qəbul edilməsinə əsas kimi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu götürülməklə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 33.1.6 və 25.11-ci maddələri rəhbər tutularaq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün cavabdeh inzibati orqanın Əmək Məcəlləsinin normalarına istinad etməsi əsassızdır. Belə ki, hazırkı qərarın 35-ci bəndində istina d edilən Qanunun 34-cü maddəsinin tələbinə uyğun olaraq bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Dövlət qulluqçusunun məsuliyyəti Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə tənzimləndiyindən cavabdehin bu dəlili də əsassızdır.”
51. Cavabdehin kassasiya şikayətindəki daha bir dəlili ondan ibarətdir ki, cavabdeh apellyasiya məhkəməsinin təqsirsizlik prezumsiyası və iddaçının əməlində cinayət tərkibi olmaması ilə bağlı mövqeyi ilə razı deyil, belə ki, Nazirlik tərəfindən iddiaçı barəsində intizam tənbehi tədbiri həyata keçirilmişdir və onun əməllərində cinayət tərkibinin aşkar edilməməsi intizam tənbehinə maneə d eyildi.
52. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır.
53. Belə ki, işin 1-ci cildinin 150-ci səhifəsində cavabdehin “İddiaçı və E.Quliyevin əmək müqavilələrinə xitam verilməsi barədə” 03 may 2019-cu il tarixli **********2 nömrəli əmrinin 1-ci bəndində yazılmışdır ki, “adları aşağıda qeyd edilmiş işçilər öhdəsinə düşən vəzifələrini layiqincə yerinə yetirməyərək korrupsiya hüquqpozmaları törətdiklərinə görə 03 may 2019-cu il tarixdən tutduqları vəzifələrdən azad olunsunlar və onlarla bağlınmış əmək müqavilələrinə müvafiq olaraq xitam verilsin.”
54. Beləliklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsinin yeganə səbəbi cavabdehin qənaətinə görə, iddiaçının korrupsiya hüquqpozmaları törətməsi olmuşdur.
55. Lakin yuxarıda artıq göstərildiyi kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 31.05.2019-cu il tarixli hökmü ilə iddiaçının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulan, cinayət əməlini törətməkdə sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən iddiaçıya bəraət verilmişdir.
56. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 05.11.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
57. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.11.2021-ci il tarixli, 21(105)-5 66/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.