Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-387/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakim kimi əmək pensiyasının təyin edilməsi; prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illərinin hakimlik stajına daxil edilməsi; əmək pensiyasının yenidən hesablanması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüse ynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq hakim kimi 2019-cu ilin sentyabr ayından 2021ci ilin avqust ayınadək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla, 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2987/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək daxili işlər orqanlarında xidmət keçmiş, xx.xx.1992-ci il tarixdə prokurorluq orqanlarında xidmətə qəbul edilmiş və xx.xx.2005-ci il tarixdə “Prokurorluq orqanlarında qulluq keç mə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5 və 32.4-cü maddələrinə müvafiq olaraq öz arzusuna əsasən xidmət illərinə görə pensiyaya çıxması nəzərə alınaraq, xx.xx.2005-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, prokurorluqda qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir.
2. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neft Kəmərləri” İdarəsində Hüquq şöbəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə hakim vəzifəsinə təyin edilməsi ilə əlaqədar həmin tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilərək, vəkillik fəaliyyətinə xitam verilmişdir.
3. İddiaçı xx.xx.2011-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi və məhkəmənin sədri təyin edilmiş, xx.xx.2013-cü il tarixə yenidən məhkəmənin hakimi və sədri, xx.xx.2018-ci il tarixdən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi və məhkəmənin sədri təyin edilmiş, xx.xx.2021-ci il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə xitam verilmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş arayışa əsasən, onun son iki il ərzində (2019-2021) pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı 167.839,01 manat olmuşdur.
5. İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının hakim kimi stajı 15 ildən az (13 il 1 ay 7 gün (xx.xx.2008xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin doqquzuncu hissəsinə əsasən, hakimlik stajının hər ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim və zifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sabiq hakim kimi 2019-cu ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı x ərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçının tələbi hazırkı qərarın 1-5-ci bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
8. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 31 may 2023-cü il tarixli, 21(112)-92 68/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya sabiq hakim kimi 09.20xx-xx.2021-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45% həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarına görə, iddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edilmiş və xx.xx.2021-ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, onun artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, sabiq hakim kimi pensiya hüququ yaranmışdır. Məhkəmə həmin vaxt qüvvədə olan qanunun normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, hakimin pensiya hüququ ilə bağlı sonradan qəbul edilən və hakimə pensiya hüququ verən şərtləri ağırlaşdıran normaların iddiaçıya tətbiq edilməsi yolverilməzdir. Belə ki, cavabdeh idd iaçının müraciətini təmin etməkdən imtina edərkən onun 15 ildən az hakim stajına malik olmasını göstərmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, Qanunun 15 il hakim stajı tələb edən norması 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli qanunla qəbul edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Hazırkı mübahisəyə münasibətdə qeyd edilənlər və eləcə də, “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “X1” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Digər tərəfdən, iddiaçı hazırkı tələbləri irəli sürərkən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 32.5-ci maddəsinə istinad edərək, onun prokurorluq orqanlarındakı xidmət illərinin hakimlik fəaliyyəti dövrünə əlavə edilməli olmasına istinad etmişdir. Cavabdeh hesab etmişdir ki, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. Məhkəmə bu hissədə də iddia tələbini əsaslı hesab etmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək prokurorluq orqanlarında fasiləsiz olaraq 12 il 7 ay 16 gün, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arası dövrü əhatə etməklə 13 il 1 ay 7 gün stajı var. İstənilən halda, “X1” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (9 ilə yaxın) s tajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. Lakin, iddiaçının vəziyyəti (hakimlikdən əvvəl prokurorluq orqanlarında xidmət etdiyindən) müvafiq stajı olan hakimdən fərqlidir (əlverişlidir). Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Odur ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Məhkəmə cavabdehin bu barədə etirazının dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, qeyd olunan normada məhz prokurorluq işçilərinin prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə almışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasının Prokurorluğunun yeri (maddə 133), Konstitusiyanın “Məhkəmə Hakimiyyəti” adlanan Vİİ fəslində təsbit edilmişdir. Məhz bu səbəbdən də, prokurorluq işçisi hakim təyin edilərkən onun prokurorluq orqanlarındakı xidmət illəri hakimlik fəaliyyəti zamanı nəzərə alınır və xidmət illərinə daxil edilir. Əmək pensiyasına 80% əlavə ilə bağlı məhkəmə qeyd etmişdir ki, “X1” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normalarına görə, 1 0 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçının prokurorluqdakı xidmət illəri də daxil olmaqla məhkəmə və prokurorluq orqanlarında 25 il 8 ay 23 gün stajı vardır. Ona görə də, iddiaçının orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanması hissəsində də tələbi əsaslıdır. Beləliklə, iddiaçının prokurorluq orqanlarında xidmət illəri də nəzərə alınmaqla ona aylıq vəzifə maaşı miqdarında aylıq vəzifə maaşına əlavə, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə, hakimlik səlahiyyətlərinin yeri nə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin hesablanması zamanı iddiaçının xx.xx.2021-ci il tarixə kimi hakim kimi işlədiyi nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həmin tarixdən həyata keçirilməlidir. Cav abdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2987/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2023-cü tarixli, 2-1(112)-9268/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaçının müraciətinə dair imtina məktubunda qeyd olunanlar təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, “X1” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, kişilərin pensiya yaş həddi 63 yaş müəyyənləşdirilmişdir. Apellyasiya məhkəməsi 2017-ci ilə qədər iddiaçının hakim kimi sosial sığorta stajının 5 ildən artıq olduğunu hesab etsə də, qanunvericiliklə nəzərdə tutulmuş yaş senzinə əməl etməm işdir. Belə ki, iddiaçının xx.xx.2017-ci il tarixdə 61 yaşı olmuşdur. İddiaçının hakim kimi stajı 15 ildən az olduğundan ona hakim kimi pensiya təyin edilməsi mümkün deyildir. Göründüyü kimi, apellyasiya məhkəməsi qanunvericiliyin tələbinə zidd olaraq iddianı təmin etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəs təliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “X1” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylı q əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 19. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
32. Prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin or qanlarda xidmət illərinə daxil edilir. 20. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
106. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdiklə ri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassız dırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Ape llyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikay əti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və m ötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək prokurorluq orqanlarında, xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi işləməsi və prokurorluq orqanlarında 12 il 7 ay 16 gün, hakim kimi isə 8 il 10 ay 25 gün sosial sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən halıdır.
33. İşin cavabdeh i nzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçıya məhz hakim kimi pensiya təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası cavabdehin imtina və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının hakim kimi sığorta stajı 15 ildən az olduğundan, o cümlədən onun prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı nəzərə alınmadığından, ona hakim kimi əmək pensiyası hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə, yəni “X1” Qanuna edilən dəyişiklik və əlavələr xx.xx.2017-ci il tarixdə qüvvəyə mininə qədər hakim vəzifəsinə təyin olunmuş və xx.xx.2021-ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda, 5 i ldən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanmışdır və bu hal ona 65 yaşı tamam olan vaxtdan hakim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır.
34. Cavabdehin digər dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, iddiaçı prokurorluq işçisi kimi məhk əmə orqanlarına işə keçirildiyindən, onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Qeyd olunan normada məhz, prokurorluq işçilərinin prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Odur ki, cavabdehin bu dəlili də əsassızdır.
35. Beləliklə, iddiaçının prokurorluqdakı xidmət illəri də daxil olmaqla, məhkəmə və prokurorluq orqanlarında 25 il 8 ay 23 gün sığorta stajı vardır. Odur ki, iddiaçı ona hakim kimi əmək pensiyası təyin edilməsi və qeyd edilən əlavələr nəzərə alınmaqla hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesab lanmasını, habelə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır.
36. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2987/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.