Məhkəmə qərarları › İş №2-1(102)-39/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-39/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-39/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Bakı Biznes Universiteti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil müəssisəsinə bərpa edilmə, əvvəlki təhsil müəssisəsinin ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Bakı Biznes Universiteti) “ali təhsil müəssisəsinə köçürülməsinə razılığın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1219/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı 2005-ci il tarixdə X1 İnstitutunun Bakı filialına qəbul olunmuşdur.

2. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh X1 İnstitutunun Bakı filialına qarşı fəaliyyətin dayandırılması tələbinə dair iddiası təmin olunmuş, cavabdeh X1 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmış, cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur.

3. Azərbaycan Respubl ikası Bakı Biznes Universiteti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının təhsilini Bakı Biznes Universitetində davam etdirməyinə etiraz edilmir, lakin təhsilalanların köçürülməsi ilə bağlı məsələlərin həlli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.4-cü, 1.8-ci, 2.10-cu, 2.11-ci və 4.2-ci bəndlərinə əsasən tənzimləndiyi üçün onun Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməyi məqsədəmüvafiqdir.

4. Bakı Biznes Universiteti tərəfindən A zərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, fəaliyyəti 1 saylı Yerli İqtisad Məhkəməsinin qərarı ilə dayandırılan X1 İnstitutunun Bakı filialının tələbəsi Həşimova (Bağırova) Mehri Rauf qızı təhsilini Bakı Biznes Universitetində davam etdirmək üçün Təhsil Nazirliyinə vəsatət məktubu verilməsi üçün xx.xx.2022-ci il tarixdə BBU-nun rəhbərliyinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərin surətindən görünür ki, M.R.Həşimova Linqvistika (İngilis-dili) ixtisası üzrə təhsil almışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tövsiyyə məktublarını, məhkəmə qətnaməsini, M.R.Həşimovanın ərizəsini və digər sənədləri nəzərə alaraq onun Bakı Biznes Universitetinin müvafiq ixtisasına və kursuna köçürülməsinə etiraz etmirlər. Lakin Azə rbaycan Respublikasının Təhsil Nazirliyinin qüvvədə olan 5/2 nömrəli xx.xx.2017-ci il tarixli məktubuna əsasən tələbənin bir ali məktəbdən digərinə köçürülməsi üçün Ali məktəb rəhbərliyinin vəsatəti ilə yanaşı Təhsil Nazirliyinin icazəsi tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alıb M.R.Həşimovanın Bakı Biznes Universitetinə köçürülməyinin mümkünlüyünə münasibət bildirilməsi xahiş edilir.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməs i, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində qış və yay tətili dövründə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbələrin bərpası mövcud qanunvericiliyin tələbləri gözlənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Qeyd ol unanlar nəzərə alınmaqla yay tətili dövründə bərpa olunmaq istədiyi ali təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilər.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçının 20 mart 2022-ci il tarixli müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xa ric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində qış və yay tətili dövründə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbələrin bərpası mövcud qanunvericiliyin tələbləri gözlənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla yay tətili dövründə bərpa olunmaq istədiyi ali təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilər.

7. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində qış və yay tətili dövründə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzr ə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbələrin bərpası mövcud qanunvericiliyin tələbləri gözlənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla yay tətili dövründə bərpa olunmaq istədiyiniz ali təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərsiniz.

8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Bakı Biznes Universitetinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Vətəndaş Həşimova (Bağırova) Mehri Rauf qızının Bakı Biznes Universitetinə bərpası ilə bağlı Cavabdehnə (4155; xx.xx.2022) daxil olmuş müraciətə baxılmışdır. Mövcud qanunvericiliyə əsasən ali təhsilin bakalavr iat və magistratura səviyyələrində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Məktuba əsasən isə M.Həşimova 2007-ci ildə təhsilini dayandırmış və yalnız 2022-ci ildə bərpa ilə bağlı ali təhsil müəssisəsinə müraciət etmişdir. Göründüyü kimi, Həşimova (Bağırova) Mehri Rauf qızının Bakı Biznes Universitetinə bərpası məsələsinə baxmaq mövcud qanunvericiliyə əsasən mümkün deyildir.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 İnstitutunun Bakı filialı qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmamış, fəaliyyətinə Elm və Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmişd ir. Bu səbəbdən filialda təhsil alan tələbələrin sayı barədə Nazirlikdə məlumat mövcud deyildir. Eyni zamanda, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 25 mart 2007-ci il tarixli, 2397/4-488 saylı qətnaməsi ilə X1 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmışdır. Müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun olaraq təmin olunması Nazirliyə həvalə olunmuşdur. Həmin dövrdə Nazirliyə müraciət etmiş filial tələbələri müvafiq qaydada qeyri-dövlət ali təhsil müəssisələrinə köçürülmüş və bu proses artıq başa çatdırılmışdır.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası 1 saylı yer li İqtisad Məhkəməsinin 2397/4-488 nömrəli iş üzrə 05 mart 2007-ci il tarixli Qətnaməsinə əsasən X1 İnstitutunun Bakı filialında təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. 21 fevral 2024-cü il tarixində ləğv edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Göstərilən müddət ərzində İddiaçı tərəfindən Elm və Təhsil Nazirliyinə heç bir müraciət daxil olmadığından onun hər hansı bir ali təhsil müəssisəsinə köçürülməsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsilini Bakı Biznes Universitetində davam etdirməyi üçün həmin ali təhsil müəssisəsinə köçürülməsi vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə barədə qərar qəbul edilməsini xahiş etmişdir

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ildə təhsil aldığı X1 İnstitutunun Bakı filialı 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qərarı ilə fəaliyyəti dayandırılmış, orada təhsil alanların təhsil hüququnun bərpası AR-nın Elm və Təhsil Nazirliyinə tapşırıl mışdır. İddiaçı Elm və Təhsil Nazirliyinə AR-da fəaliyyət göstərən ali məktəblərin birinə köçürülüb təhsilini davam etdirmək üçün müraciət etsə də nazirlik cavab məktubunda köçürülmə üçün məhz köçürülmək istədiyi ali məktəbə müraciət etməyi, bu məsələnin AR-nın Elm və Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirildiyini qeyd etməklə əvvəlcə həmin ali məktəbə müraciət etməyini tövsiyə etmişdir (xx.xx.2022, H-3644/2/1024/H-3644/0, xx.xx.2022), (xx.xx.2022-H-3644/01) xx.xx.2022 (xx.xx.2022-H-3644/03). İddiaçı Təhsil Nazirliyinin yuxarıda göstərilən məktubundan sonra Bakı Biznes Universitetinə köçürülmə ilə əlaqədar müraciət etmişdir (xx.xx.2022). Bakı Biznes Universiteti xx.xx.2022-ci il tarixli 213 nömrəli məktubla ona cavab məktubunda köçürülməyə etir az edilmir. Lakin köçürülmə üçün xx.xx.2017-ci il tarixli Təhsil Nazirliyinin Kollegiyasının 5/2 nömrəli qərarına əsasən AR-nın TN-yə müraciət etməyi tövsiyə olundu. 1 saylı Yerli İqtisadi Məhkəməsinin 05 mart 2007-ci il tarixli, 2397/4-488 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh X1 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmış, orada təhsil alan tələbələrin digər ali məktəbə köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Qeyd edir ki, Transfer.edu.az saytı ilə də qeydiyyatdan keçmək istəsə də, səhifə açılmadığı üçün keçə bilməmişdir. Hazırda təhsili yarımçıq qalıb, ailə şəraiti həddindən artıq ağırdır, heç bir yerdə işləmir, himayəsində iki məktəbli övladı var.

13. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi iddiaçının təhsilini davam etdirməyi üçün Bakı Biznes Universitetinə köçürülməsinə razılıq verilməsi vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi qəbul edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim L.S.Musayeva) 2-1(112)-3026/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təhsilini davam etdirməsi üçün Bakı Biznes Universitetinə köçürülməsinə razılıq verilməsi vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1 saylı Yerli İqtisadi Məhkəməsinin 05 mart 2007-ci il tarixli, 2397/4-488 nömrəli qətnaməsi ilə X1 İnstitutunun Bakı filialının fəal iyyəti dayandırılmışdır. İddiaçı cavabdehə isə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da cavabdehin imtinasında əsas kimi göstərdiyi qanunvericiliklə müəyyən olunmuş 15 il müddəti buraxmamışdır. Həmçinin, “Qaydalar”da nəzərdə tutulmuş normalar mövcud təhsil müəssisəsi ilə bağlıdır, ali məktəbin mövcud olmadığı halda köçürmənin hansı qaydada həlli qanunvericilikdə müəyyən olunmayıb, təhsil müəssisəsi mövcud olmadıqda hansı təhsil müəssisəsinin müraciəti olmalıdır və ya olmalıdırmı, bu kimi hallarla bağlı tənzimləmə yoxdur, cavabdeh də bu barədə münasibət bildirməmiş, izah, aydınlıq gətirməmişdir. Cavabdeh nəzərə almamışdır ki, konkret halda, iddiaçının ali təhsil müəssisələrindən birinə köçürülməsinin təmin olunması tələbi yaranmış faktiki vəziyyətdən irəli gəlmişdir. İddiaçını n vəziyyətinə münasibətdə qanunvericilikdə tənzimləmənin olmaması iddiaçının ziyanına olan hal kimi qiymətləndirilməməli, cavabdeh iddiaçının müvafiq təhsil müəssisəsində təhsilini davam etdirməsi üçün şərait yaratmalıdır. Belə ki, Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yоl vermir

16. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: P.A.Hüseynov, hakimlər: M.C.Qarayeva və Ş.A.Məmmədova) 2-1(103)1219/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı ilə Cavabdeh tə rəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3026/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edildiyi sənədlərin arasında iddiaçının X1 İnstitutunun Bakı filialından digər ali məktəbə köçürülməsi ilə əlaqədar xaric olunmuşdur (xx.xx.2007-ci i l tarixli 40 N əmr). 2007-ci ildə 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsinin icrası zamanı da Həşimova (Bağırova) Mehri Rauf qızı (ailə qurması səbəbindən) və ya nümayəndəsi tərəfindən onun digər ali məktəbə köçürülməsi barədə Elm və Təhsil Nazirliyinə müraciət olunmamışdır. Köçürülmə-tələbənin təhsil aldığı bir ali təhsil müəssisəsindən (təhsilini davam etdirmək məqsədilə) digər ali təhsil müəssisəsinə göndərilməsidir. İddiaçının təhsil aldığı müəssisə mövcud olmadığından onun köçürülməsi mümkünsüzdür. İddiaçının yalnız ali təhsil müəssisəsinə bərpa olunması baxıla bilərdi. Digər tərəfdən məhkəmə işi araşdırarkən nəzərə almamışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli cavab məktublarında iddiaçının xx.xx.2022-ci il tarixli müraciətlərinə imtina deyil, Qayd alara əsasən nə zaman (yay tətili dövründə) müraciət etməli olduğunu izah etmişdir (yəni cavab məktubları-məlumat xarakterli idi). Lakin, Həşimova (Bağırova) Mehri Rauf qızı tərəfindən 2022-ci ilin yay tətili dövründə onun digər ali məktəbə köçürülməsi barədə Elm və Təhsil Nazirliyinə müraciət olunmamışdır. Bununla da, tələbələr sırasından xaric olunmuş iddiaçı xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququnu itirmişdir. Bildirilir ki, Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlan ılması haqqında” Əsasnaməyə görə, ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Lakin, iş materiallarından görünür ki, iddiaçının köçürülmək üçün tələb olunan zəruri sənədləri Elm və Təhsil Nazirliyinə təqdim olunmamış və bu səbəbdən də araşdırılması mümkün olmamışdır. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının köçürülməsi barədə tələb əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı işin faktiki hallarına uyğun əsaslandırılmış kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1219/2024 saylı, xx.xx.2024-cü il tarixli qəra rından verilmiş kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbu l olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 26.1-1. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köç ürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 32.1.Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixl i 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” 3.2. Tədrisin təşkili 3.2.15. Tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. 3.2.16. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olu nduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq nəzərə alınır.

24. Cavabdeh Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları»: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsi l müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra-tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir. 4.1. Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrin də təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar. 4.2. Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna bilər.

25. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanlar ın köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları”: (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-02 saylı, 21 fevral 2024-cü il tarixli Qərarı ilə ləğv edilmişdir) (iddiaçının müraciət etdiyi zaman qüvvədə olan)

1. Ümumi müddəalar 1.4. Ali təhsilin bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərp ası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

2. Tələbələrin köçürülməsi 2.10. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olund uğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.

3. Tələbələr sırasından xaric edilmə 3.1. Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. başqa ali təhsil müəssisəsinə köçürüldükdə; 3.1.3. ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən);

4. Tələbələr sırasına bərpa 4.1. ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. 4.2. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali t əhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ver ən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmiş dir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazı rkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi eyni ixtisas, eyni kurs üzrə ali təhsil müəssisəsinə bərpa edilməsi üçün nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bununla belə, məhkəm ə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2005-ci il tarixdə X1 İnstitutunun Bakı filialının “Linqvistika” ixtisasına qəbul edilmiş, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh X1 İnstitutunun Bakı filialına qarşı fəaliyyətin dayandırılması tələbinə dair iddiası təmin olunmuş, cavabdeh X1 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmış, cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. İddiaçı h al-hazıradək heç bir ali təhsil müəssisəsinə köçürülməmişdir.

34. İddiaçı Elm və Təhsil Nazirliyinə ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi üçün davam etdirmək üçün müraciət etsə də, cavabdeh qurum cavab məktubunda köçürülmə üçün məhz köçürülmək istədiyi ali məktəbə müraciət etməyi, bu məsələnin AR-nın Elm və Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirildiyini qeyd etməklə əvvəlcə həmin ali məktəbə müraciət etməyini tövsiyə etmişdir. İddiaçı Bakı Biznes Universitetinə köçürülmə ilə əlaqədar müraciət etmiş, Bakı Biznes Universiteti cavab məktubunda köçürülməyə etiraz etmədiyini, lakin köçürülmə üçün xx.xx.2017-ci il tarixli Təhsil Nazirliyinin Kollegiyasının 5/2 nömrəli qərarına əsasən Təhsil Nazirliyinə müraciət etməyi tövsiyə etmişdir.

35. Daha sonra Bakı Biznes Universiteti Elm və Təhsil Nazirliyinə məktubla müraciət etmiş, iddiaçı M.R.Həşimovanın Bakı Biznes Universitetinə köçürülməyinin mümkünlüyünə münasibət bildirməyini xahiş etmiş, cavab olaraq Təhsil Nazirliyi bildirmişdir ki, tələbələr sırasında xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu səbəbdən iddiaçının bərpası məsələsinə baxmaq mövcud qanunvericiliyə əsasən mümkün deyildir.

36. Cavabdehin özünün də, kassasiya şikayətində istinad edilən iddiaçının müraciət etdiyi zaman qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bər pa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın tələblərindən görünür ki, ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların müvafiq bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir.

37. Məhkəmə kol legiyası qeyd edir ki, 1 saylı Yerli İqtisadi Məhkəməsinin 05 mart 2007-ci il tarixli, 2397/4-488 nömrəli qətnaməsi ilə cavabdeh X1 İnstitutunun Bakı filialının fəaliyyətinin dayandırılması, cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qərara alınmış, qeyd olunan qətnamə üzrə verilmiş 5 aprel 2002-ci il tarixli icra vərəqəsi 23 iyul 2007-ci il tarixdə icra şöbəsinə daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon icra şöbəsinin 23 iyul 2007-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.

38. İddiaçı cavabdehə isə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı cavabdehin imtinanın əsası kimi göstərdiyi qanunvericiliklə müəyyən olunmuş 15 il lik müddəti buraxmamışdır.

39. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırki qərarın 22-ci bəndində istinad edilən normalara əsasən Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yоl vermir.

40. İddiaçının tələbəsi olduğu universitetin bağlanması onun təhsil alma hüququnu məhdudlaşdıra bilməz. Nəticə etibarı ilə, iddiaçının müvafiq universitetə köçürülməsi və ya bərpa olunmasından Cavabdeh imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır.

41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kas sasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1219/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar