Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-390/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-390/2019) Bakı şəhəri 20 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.09.1969-cu ildən 27.06.1975-ci ilədək M.Əzizbəyov adına X1 Ordenli Azərbaycan Neft və Kimya İnstitu tunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-580/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) 1969-cu il tarixdən 1975-ci il tarixədək M.Əzizbəyov adına X1 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, A-İ seriyalı, xxxxnömrəli diplomla ona mühəndis elektrik ixtisası verilmişdir. İddiaçı təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınması ilə bağlı Azərbaycan Respu blikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 27.08.2018-ci tarixli, 57/2471 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunda təhsil müddəti sığorta stajı kimi nəzərdə tutulmamışdır. Bundan sonra, iddiaçı "01.09.1969-cu ildən 27.06.1975-ci ilədək M.Əzizbəyov adına X1 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 01.09.1969-cu ildə M.Əzizbəyov adına X1 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 27.06.1975-ci ildə mühənd iselektrik ixtisası üzrə tam kursu bitirmiş və ona A-İ seriyalı xxxxnömrəli diplom verilmişdir. O, əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu 27.08.2018-ci il tarixli məktubla bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Halbuki, təhsil aldığı dövrün qanunvericiliyinə əsasən, təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. Şəki İnz ibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2-1(84)-1517/2018 saylı qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 01.09.1969-cu il tarixdən 27.06.1975-ci il tarixədək M.Əzizbəyov adına X1 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı dövrün onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə, əyani təhsil müddəti iş stajına hesablandığından cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci tarixli, 21(107)-580/2018 nömrəli qərarı ilə (s ədrlik edən: R.R.Rəfiyev, hakimlər: E.Ş.Hüseynov və G.Q.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2-1(84)-1517/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci tarixli, 2-1(107)-580/2018 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, 01 y anvar 2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21-ci maddəsinə əsasən, sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh 08.04.2016-cı il tarixli 245 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 20 16-cı ildə yaranmışdır və həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Beləliklə də cavabdeh hesab edir ki, işə baxan aşağı məhkəmələr maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə səhv nəticəyə gəlmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bi lən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müx təlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmçinin, 23.09.1992-ci il tarixdə təsdiq edilmiş (01.01.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kur slarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması 01.01.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının təhsil aldığı müddət “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyindən onun ali təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil edilməsini tələb etmək hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran v ə ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, cavabdehin 08.04.2016-cı il tarixli 245 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2016-cı ildə yaranmışdır və həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibatı orq anın ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətinin sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulması kimi qiymətləndirilir. İddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Odur ki, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsə pensiya təyin edilən vaxt deyil, təhsil aldığı vaxt qüvvədə olan qanunve ricilik normalarına uyğun həll edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci tarixli, 2-1(107)-580/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-390/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-390/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver