Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-395/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Müdafiə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi; qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Müdafiə Nazirliyi) qarşı “Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2347/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1982-xx.xx.1986-cı il tarixlərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində kursant qismində, xx.xx.1986 - xx.xx.1992-ci il tarixlərdə SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992 - xx.xx.1993-cü il tarixlərdə Azərbaycan Respublikası Dövlət Sərhədinin Mühafizəsi Komitəsində, xx.xx.1993 - xx.xx.2002-ci il tarixlərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında, 30 08.2002 - 20 04 2003-cü il tarixlərdə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında, 20 04 2003 - xx.xx.2009-cu il tarixlərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidm ət etmişdir və xx.xx.2013-cü il tarixdən halhazıradək Azərbaycan Ordusunda zabit qismində xidmət edir.
2. İddiaçı BABRM hərbi hissə komandirinin N nömrəli 18 mart 1992-ci il tarixli əmrinə əsasən yaşayış sahəsi almaq üçün 18 mart 1992-ci il tarixdən təminata qoyulmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019cu il tarixli, **********11 nömrəli məktubuna əsasən “ünvan 1 ünvan nömrələri təyin olunmuşdur.
4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün tə minata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən, Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 2 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu ıl tarixli, 161 nömrəli əmrinə əsasən, qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinat lı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 nömrəli məktubuna əsasən, iddiaçının ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur.
8. Bakı şəhəri Cavabdeh Başçısının 121 nömrəli 17 may 2019-cu il tarixli sərəncamı ilə ünvan 4 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılmış və həmin mənzilə dair iddiaçı ilə daimi icarə müqaviləsi bağlanılmışdır.
9. İddiaçının həmin mənzil üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarış hazırlanmışdır.
10. Bakı şəhəri Cavabdeh Başçısının 224 nömrəli 04 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 152, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, 17 05 2019-cu il tarixli sərəncamları ləğv olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayı ş sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurul masına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra, Bakı qarnizonu mənzil komissiyasının 18 nömrəli 09 aprel 2019-cu il tarixli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 nəfər hərbi qulluqçuya (özü də daxil olmaqla) mənzil ayrılmış və göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək, mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Odur ki, Bakı şəhəri Cavabdeh başçısının 17 may 2019-cu il tarixli sərəncamları ilə ünvan 5 ünvanında yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onların hər birinə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişd ir ki, həmin çıxarışlara əsasən verilmiş mənzillərə daimi istifadə hüquqları qeydə alınmışdır. Ona verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən 14 nömrəli evin sahəsi 104.8 kv.m olan 3 nömrəli mənzili üzərində onun daimi istifadə hüququ qeydə alınmışdır. Göstərilən binada onlara mənzil kimi verilmiş sahələr kazarma tipində və yaşayış üçün tam yararsız olduğuna görə onlar həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzillərini əsaslı surətdə yenidən qurmaqla təmir etdirmişlər və artıq 3 ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hü quq İdarəsindən dəvət alaraq ora getdikdə, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə onun arasında bağlanmış daimi icarə müqaviləsinin müvəqqəti icarə müqaviləsinə çevrilməsi və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək ona verilmiş çıxarışın ləğv olunması təklif edilmişdir. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra ona məlum olmuşdur ki, onlara mənzillərin verilməsi barədə Bakı şəhəri Cavabdeh başçısının 17 may 2019-cu il tarixli sərəncamı Bakı şəhəri Cavabdeh başçısının 224 nömrəli 04 sentyabr 2020-ci il tarixli sərəncamı ilə heç bir səbəb və əsas olmadan ləğv edilmişdir. Digər tərəfdən, Müdafiə Nazirliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bak ı İnzibati Məhkəməsində iddia qaldıraraq onlara verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən ünvanda yerləşən mənzil ona yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 17 may 2019-cu il tarixli sərəncamının 04 sentyabr 2020-ci il tarixli sərəncamla ləğv edilməsi tam qanunsuz və ədalətsizdir. Belə ki, həmin sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamışdır. Digər tərəfdən, Bakı şəhəri Cavabdeh başçısı öz verdiyi sərəncamları ləğv etmək səlahiyyətində deyildir. Göründüyü kimi, Bakı şəhəri Cavabdeh qanunsuzluğa yol vermiş və sözügedən sərəncam ləğv edilərkən bu barədə onlara hər hansı bir məlumat verilməmişdir.
13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
14. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 18 avqust 2022-ci il tarixli 2-1(112)-11264/2022 nömrəli qərardadı ilə Müdafiə Nazirliyi iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 20 fevral 2023-cü il tarixli 21(112)-1951/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə qəbul olunmuş Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Belə ki, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Cavabdeh başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qəbul edilərkən Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balans saxlayıcı kimi Müdafiə Nazir liyinin qərarı olmamışdır. Odur ki, həmin sərəncamın qəbul edilməsi üçün heç bir hüquqi əsas olmamaqla yanaşı, bu sərəncamın qəbulu edilməsi qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. İddiaçı həmin sərəncam qəbul edilən zaman hərbçi olmuşdur və odur ki, müvafiq proseduru bilməli olduğu və ya kobud ehtiyatsızlığa görə bilmədiyi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz. Cavabdeh başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz inzibati akt olduğundan, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin mənzildə yaşayır, həmin mənzildən çıxarılmamışdır. Odur ki, sərəncamın ləğvi nəticəsində onun mənzil hüququ pozulmamışdır.
17. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2347/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(112)-1951/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğ v edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
21. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamış, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına, işin hallarının tam və hərtərəfli araşdırılmamasına istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; … Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1.İnzibati orqa n inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; … Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; … Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inz ibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdir də əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:... 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.... 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. …
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılı r. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi” Qaydaları: Bənd 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. KASSASİYANİN MÜMK ÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş və iş materialları ilə təsdiq olunan hallarından göründüyü kimi, Bakı şəhəri Cavabdeh başçısının 121 nömrəli 17 may 2019cu il tarixli sərəncamı ilə ünvan 4 ünvanında yerləşən mənzil xidməti mənz illər siyahısından çıxarılması və həmin mənzilə dair iddiaçı ilə daimi icarə müqaviləsinin bağlanması qərara alınmışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 20-ci bəndində istinad olunan qanunvericiliyin tələbi baxımından, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Belə ki, həmin Sərəncam qəbul edilərkən Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balans saxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Başqa sözlə, sərəncamın qəbul edilməsi üçün hüquqi əsas olmamış, sərəncam qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Odur ki, qeyd edilən tələblərə əməl edilməməklə qəbul olunduğu üçün həmin sərəncam İİQ-nun 67.1-ci maddəsi anlamında qanunsuz inzibati akt say ılır.
33. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh öz qanunsuz sərəncamını ləğv etməkdə səlahiyyətlidir. Odur ki, cavabdehin öz inzibati aktını ləğv etmək səlahiyyətinin olmaması barədə iddiaçının dəlili əsassızdır.
34. İİQ-nun 67.4-cü maddəsi qanunsuz əlverişli inzibati aktın yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv olunmasının mümkünlüyünü, 67.5-ci maddəsi maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda... qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmədiyini təsbit etmişd ir. Hazırkı işdə qanunsuz əlverişli inzibati aktın ləğvini məhdudlaşdıran hallar müəyyən edilməmişdir.
35. Həmçinin, İİQ-nun 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Cavabdeh başçısının 121 nömrəli 17 may 2019-cu il tarixli sərəncamı iddiaçıya münasibətdə əlverişli inzibati akt olsa da, qanunsuz olduğundan və İİQ-nun 67.5-ci maddəsində qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı işdə olmadığından, həmin sərəncamın ləğvi barədə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı qanuni və əsaslıdır.
37. Məhkəmə koll egiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2347/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.