Məhkəmə qərarları › İş №2-1(102)-396/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-396/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-396/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( borcun qanunsuz hesab edilərək silinməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, 02.02.2022 Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı cavabdeh tərəfindən gömrük ödənişləri üzrə iddiaçıya hesablanmış borcun qanunsuz hesab edilərək silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1198/2021 nömrəli iş üzrə 03.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 02 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1400-012/002-24/001566 saylı 28.02.2020-ci il tarixli məktubda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi tərəfindən aparılan audit yoxlaması zamanı İddiaçı MMC-nin ünvanına 2017-2018-ci illərdə Rusiya Federasiyasından idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin pozulması halı, yəni həmin gömrük bəyannamələrində ti carət edən ölkənin Finlandiya Respublikası olmasına baxmayaraq, həmin gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi idxal gömrük rüsumu tutulmadan həyata keçirilməsinin aşkar edilməsi, qeyd edilən gömrük bəyannamələri üzrə 110688.77 AZN idxal rüsumu, 19923.98 AZN əlavə dəyər vergisi, 47673.65 AZN dəbbə pulu olmaqla, ümumilikdə 178286.40 AZN gömrük borcunun qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı cavabdeh tərəfindən gömrük ödənişləri üzrə ona hesablanmış 178.286,40 manat borcun qanunsuz sayılaraq silinməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İd diaçının iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 1999-cu ildən qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir. Şirkət poliqrafiya, ofis və bank sahəsinə keyfiyyətli məhsul və peşəkar xidmətlər təqdim edir və öz kommersiya fəaliyyətini həyata keçirmək üçün bir sıra xarici şirkətlərlə əməkdaşlıq etməkdədir. Şirkət uzun illər Rusiya Federasiyasında istehsal olunan kağız məhsullarını respublikaya idxal etmiş, gömrük rəsmiləşdirilməsi sahəsində heç bir problem yaranmamış, bu məsələlərdə həmişə intizamlılıq nümayiş etdirmişdir. İddiaçı "Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş, gömrük qaydalarının pozulmaması barədə öhdəlik götürmüşdür. Cavabdeh öz məktubunda vurğulayır ki, gömrük borcu hansısa gömrük audit yoxlanması nəticəsində müəyyən olunur. Halbuki, bu cür gömrük auditinin keçirilməsindən iddiaçının məlumatı olmamışdır. Həmin audit yoxlanmasının gömrük qanunvericiliyinə və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun tələblərinə uyğun aparılıb-aparılmaması aydın deyildir. Həmin gömrük yoxlanması barədə şirkətə məlumat verilməmişdir. Gömrük qanunvericiliyinin tələblərinə əsasən gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının auditin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əv vəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Cavabdeh inzibati orqan qanunvericiliyin imperativ tələblərini pozmuşdur. Şirkət tərəfindən 11 mart 2020-ci il tarixli 1/39 saylı ərizə ilə cavabdehə müraciət olunaraq bildirilmişdir ki, iddiaçı ilə Finlandiya Respublikasında qeydiyyatda olan “X2 X3.” arasında bağlanmış 15 iyun 2017-ci il tarixli ********** nömrəli və 1 may 2018-ci il tarixli ********** nömrəli müqavilələrdə istehsal və idxal ölkəsi kimi Rusiya Federasiyasının rezidenti olan hüquqi şəxs “İlim Group” BM-in Koryajma filialı qeyd edilmişdir və mallar Azərbaycan Respublikasına həmin filialdan təchiz olunur. “İlim Group” BM-nin Koryajma filialı – İstehsalçı Rusiya Federasiyasının rezidenti olduğundan, «Azad Ticarət haqqında» 30 oktyabr 1992-ci il tarixli Sazişin v ə «X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» 20 noyabr 2009-cu il tarixli Sazişin müddəaları tətbiq olunacaqdır. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 saylı Sərəncamı ilə təsdiqlənmiş «X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında» 20 noyabr 2009-cu il tarixli Sazişin 5.1-ci bəndinin “b” yarımbəndinə əsasən Sazişin iştirakıçısı olan dövlətlərin gömrük ərazilərindəki mala xarici ticarət müqaviləsinə/sövdələşməyə uyğun olaraq, habelə Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulan digər hallarda, mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsusdursa sərbəst ticarət rejimi tətbiq edilir. Müqavilələrin obyektini təşkil edən mallara münasibətdə mülkiyyət hüququna malik olan və Müqavilənin icrasını həyata keçirən tərəf Rusiya rezidenti olan “İlim Group” BM-nin Koryajma filialıdır. Bu səbəbdən həmin müqavilə üzrə ölkəyə idxal olunan mallar gömrük ödənişlərindən azaddır. Buna görə də iddiaçı cavabdehdən həmin borcun silinməsini tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Həmin gömrük borcunun ödənilməsini tələb edən məktubların heç biri hüquqi əsası yoxdur, milli və beynəlxalq hüquq normalarının tələblərini pozur. Cavabdehin gömrük borcunu tələb etməsi qanunsuz olduğundan və iddiaçının qanuni maraqları pozulduğundan iddiaçının mövcud iddianı qaldırmağa haqqı çatır.

4. Birinci instansiya məhkəməsinin 30.10.2020-ci il tarixli, 2-1(112)5574/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim Rüstəm Kərimli) iddianın təmin edilməsi, cavabdeh Bakı Ba ş Gömrük İdarəsinin gömrük ödənişləri üzrə İddiaçı MMC-yə hesabladığı 178.286,40 manat məbləğində borc (110.688,77 manat idxal rüsumu, 19.923,98 manat ƏDV, 47.673,65 manat dəbbə pulu olmaqla) qanunsuz sayılaraq silinməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3, 13.1, 13.2, 13.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1, 4.1.4, 4.1.23-cü bəndlərinə, AR Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vah id məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə, AR Gömrük Məcəlləsinin 1.0.17, 98-ci maddələrinə istinad edərək hesab edir ki, iddia qanuni və əsaslıdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 30.10.2020-ci il tarixli, 2-1(112)-5574/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2021-ci il tarixli, 2-1(103)-1198/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Cahangir Yusifov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 30.10.2020-ci il tarixli, 2- 1(112)-5574/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 03.11.2021-ci il tarixli, 2-1(103)-1198/2021 nömrəli qərarın qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırmışdır ki, qərar maddi və prosessual normaları pozulmaqla qəbul olunduğu üçün ləğv edilməlidir. Belə ki, "xxxx" MMC-nin alıcı olaraq təsdiq etdiyi 15 iyun 2017-ci il tarixli ********** N-li v ə 01 may 2018-ci il tarixli ********** N-li təchizat müqavilələrinə əsasən idxal etdiyi malların satıcısı Finlandiya qanunvericiyinə əsasən yaradılmış və hüquqi ünvanı Finlandiya Respublikası olan X2 X3 şirkətidir. 11. 2009-cu il noyabrın 20-də Yalta şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş “X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin 5.1-ci maddəsinə əsasən Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala aşağıdakı hallarda tətbiq edilir: a. mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə/kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisin dən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa...

12. İddiaçı MMC-nin bağladığı müqavilədən göründüyü kimi satıcı Sazişin iştirakçısı olan dövlətin rezidenti deyil və bu hal sərbəst ticarət rejiminin idxal edilən mallara münasibətdə tətbiqini istisna edir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İnzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 14. “İnzibati icr aat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəsli.

15. Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarı.

16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstər ilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. M addə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası ilk öncə iddiaçının cavabdehə qarşı ir əli sürdüyü hazırkı tələbin nəzərdən keçirilməsini zəruri hesab edir.

20. Belə ki, məlum olduğu kimi iddiaçının iddiası cavabdeh tərəfindən "xxxx" MMC-dən tələb etdiyi 110688,77 manat idxal rüsumu, 19923,98 manat əlavə dəyər vergisi, 47673,65 manat dəbbə pulu olmaqla, ümumilikdə 178.286,40 manat gömrük borcunun qanunsuz hesab edilərək silinməsi barədə məhkəmə qərarı qəbul edilməsindən ibarətdir, yəni iddiaçı məhkəmədən onun gənaətinə görə cavabdehin qanunsuz olaraq iddiaçının üzərinə hesabladığı ümumilikdə 178.286,40 manat gömrük borcunun silinməsini xahiş etmişdir.

21. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, ilk əvvəl sözügedən borcun silinməsi üçün onun hesablandığı qaynağı, yəni inzibati akt və onun ümumiyyətlə mövcud olub-olmaması müəyyən edilməlidir.

22. Məlum olduğ u kimi “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilmişdir. (qərarın 13-cü bəndi)

23. İş materiallarından bəlli olur ki, iddiaçıya ümumilikdə 178.286,40 manat gömrük borcunun hesablanmasına dair hər hansı bir inzibati akt yoxdur.

24. Zatən bu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1400-012/002-24/001566 saylı 28.02.2020-ci il tarixli məktubdan məlum olur, belə ki, həmin məktubda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi tərəfindən aparılan audit yoxlaması zamanı İddiaçı MMC-nin ünvanına 2017-2018ci illərdə Rusiya Federasiyasından idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin pozulması halı, yəni həmin gömrük bəyannamələrində ticarət edən ölkənin Finlandiya Respublikası olmasına baxmayaraq, həmin gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi idxal gömrük rüsumu tutulmadan həyata keçirilməsinin aşkar edilməsi, qeyd edilən gömrük bəyannamələri üzrə 110688.77 AZN idxal rüsumu, 19923.98 AZN əlavə dəyər vergisi, 47673.65 AZN dəbbə pulu olmaqla, ümumilikdə 178286.40 AZN gömrük borcunun qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş edilmişdir.

25. Digər tərəfdən, işdə olan cavabdeh apellyasiya məhkəməsinin sorğusuna verdiyi cavabında göstərmişdir ki, "xxxx" MMC tərəfindən mallar idxal edilərkən, gömrük orqa nına təqdim edilmiş gömrük bəyannaməsində ixracatçı və ticarət edən ölkələr fərqli olduğundan və nəticə olaraq müqavilənin Sazişin iştirakçısı ilə (Rusiya Federasiyası) birbaşa bağlanmadığından, mallara mövcud qanunvericiliyə uyğun olaraq idxal gömrük rüsumları tətbiq edilməli və Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək, lakin 1 ildən çox olmamaq şərti ilə hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında dəbbə pulu hesablanmalıdır. Gömrük Məcəlləsinin 249-cu maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olması 3 (üç) il ərzi ndə aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilmiş məbləğləri məcburi tuturlar.”

26. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, bununla bağlı “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraat başlanılmış və keçirilməmişdir.

27. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hazırkı nəticəyə gələrkən qərarının “əsaslandırma hissəsində” özü də göstərmişdir ki, “iddiaçı müəssisə barəsində hər hansı yoxlamanın keçirilmədiyi halda, belə qərarın qəbul edilmədiyi və müvafiq reyestrdə hər hansı yoxlama ilə bağlı qeydin aparılmadığı halda cavabdeh inzibati orqan tərəfindən mü əssisəyə borc hesablanıb tələb edilməsi nəinki gömrük qanunvericiliyinin pozulması, həmçinin iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktı (məktubu) ilə ödənilməsi tələb olunan borcun iddiaçı tərəfindən ödənilmədiyi təqdirdə müəssisəyə münasibətdə hansısa gömrük məhdudiyyətlərinin qoyulmasının mümkünlüyü araşdırılarkən cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum oldu ki, cavabdeh inzibati orqan iddiaçıya hesablanmış borcun ödənilməyəcəyi təqdirdə həmin borcun ödənilməsini təmin etmək məqsədilə iddiaçıya müvafiq məhdudiyyətlər tətbiq edə bilər. Odur ki, iddiaçı ona müəssisənin fəaliyyəti ilə bağlı audit yoxlaması keçirilmədən borc hesablanması ilə razılaşmayaraq onun silinməsini tə ləb etməkdə haqlı olmuşdur.”

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası iki məsələyə toxunmağı zəruri hesab edir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də göstərdiyi kimi iddiaçı müəssisə barəsində hər hansı yoxlama keçirilməmiş, belə qərar qəbul edilməmişdir.

30. Eyni zamanda məhkəmə kollegiyası bir daha vurğulayır ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir.

31. Belə olan halda apellyasiya məhkəməsinin “iddiaçı ona müəssisəsinin fəaliyyəti ilə bağlı audit yoxlaması keçirilmədən borc hesablanması ilə razılaşmayaraq onun silinməsi təl əb etməkdə haqlı olmuşdur” kimi qənaətə gəlməsi yanlışdır.

32. Belə ki, bu cür tələb İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar arasında mövcud deyildir.

33. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddianı onun mümkün olub-olmaması baxımından araşdırıb qiymətmətləndirməmişdir.

34. Halbuki Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cav ab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 03.11.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının hazırkı iddiası mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. (qərarın 17-ci bəndi İPM-in 35.1-ci maddəsi)

36. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 35.1, 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası: QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2021-ci il tarixli, 2-1(103)-1198/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçının hazırkı iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar