Məhkəmə qərarları › İş №2-1(102)-3961/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3961/2025

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3961/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illərinin hakimlik stajına daxil edilməsi; əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ######## 2025-ci il tarixli, 2-1(103) ****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı ##.##.1993-cü il tarixdən ##.##.2008-ci ilədək prokurorluq orqanlarında fasiləsiz olaraq idarə prokuroru vəzifəsində R kimi 15 il 03 ay 19 gün, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi ##.##.2008-##.##.2024cü il tarixlərarası dövrü əhatə etməklə 16 il 02 ay 02 gün stajı var.

2. İddiaçı cavabdehə müraciət edərək, prokurorluq orqanlarında işlədiyi xidmət illərinin hakim kimi əmək stajına daxil edilməsini xahiş etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya # ####### 2024-cü il tarixindən 3976,78 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, əmək pensiyasına qulluq stajına görə əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Qeyd edilənlərə əsasən, sabiq hakim kimi əmək pensiyası müəyyən edilməsi üçün həmin vəzifə üzrə iş stajı hesablanarkən prokurorluq orqanlarındakı xidmət illəri nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, prokurorluq orqanlarında işlədiyi xidmət illərinin hakim kimi əmək stajına daxil edilib, onun ## ###### 2008-ci il tarixdən ## ####### 2024-cü il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajımın hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ilin aprel ayının 17-dən 2008ci ilin avqust ayının 7-dək Azərbaycan Respublikasının Baş Prokurorluğununda fasiləsiz 15 il 03 ay 19 gün idarə prokuroru vəzifəsində ədliyyə müşavir rütbəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin **** nömrəli ## ###### 2008ci il tarixli Sərəncamı ilə əvvəlcə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi və sonradan **** nömrəli ## ###### 2010-cu il tarixli Sərəncamı ilə ## ###### 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Məhkəmə Hüquq Şurasının ## ####### 2024-cü il tarixli Qərarı ilə son 65 yaş həddinə çatmağı nəzərə alınaraq hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Bununla da onun hakimlik stajının müddəti ümumilikdə 16 il 02 ay 02 gün, prokurorluq orqanları və məhkəmə sistemində iş stajının müddəti isə ümumilikdə 31 il 5 ay 21 gün təşkil edir. DSMF tərəfindən ona 3976.78 manat məbləğində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və bu zaman onun prokurorluq orqanlarında işlədiyi xidmət illəri hakim kimi iş stajına daxil edilməmişdir. Bununla bağlı ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinə müraciət edərək, prokurorluq orqanlarında işlədiyi xidmət illərinin hakim kimi əmək stajına daxil edilib, ## ####### 2022-ci il tarixdən ## ####### 2024-cü il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi ## ###### 2025-ci il tarixli məktubla ona sabiq hakim kimi əmək pensiyasının müəyyən edilməsi üçün həmin vəzifə üzrə iş stajı hesablanarkən prokurorluq orqanlarındakı xidmət illərinin nəzərə alınmasının mümkün olmadığı barədə cavab verilmişdir. Cavab məktubu ona ## ###### 2025-ci il tarixdə təqdim edilmişdir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə və s... orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri hakimlik xidmət illərinə daxil edilir. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqda olan xidmət illəri məhkəmə orqanlarında xidmət illərinə daxil edilir. Azərbaycan Respublikasının Konstitusiyasında Prokurorluğun yeri «Məhkəmə Hakimiyyəti» adlanan 7-ci fəslində təsbit edilmişdir. Bu səbəbdən də hesab edir ki, hakim təyin olunarkən onun prokurorluq orqanlarındakı xidmət illərim hakimlik fəaliyyəti zamanı nəzərə alınmalı və xidmət illərinə daxil edilməlidir. Hakim işlədiyi müddətdə prokurorluq orqanlarında işlədiyi müddət nəzərə alınmaqla, əmək haqqına 45% əlavə almışdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçının vaxtilə prokurorluq orqanlarında çalışdığı stajın pensiya təyinatı zamanı nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Prokurorluq orqanlarında olan staj yalnız əmək haqqının hesablanması zamanı nəzərə alınır. Həmin stajın hakimlik stajına daxil edilməsi nə qanunvericilik cəhətdən nə də praktiki cəhətdən mümkündür. Təsadüfi deyildir ki, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarında prokuror kimi və hakim kimi əmək pensiyasının təyini və yenidən hesablanması ayrılıqda tənzimlənmişdir. Bundan başqa “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Lakin “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan başqa, əmək pensiyasına qulluq stajına görə əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Əlavə olaraq iddiaçıya # ####### 2024-cü il tarixindən 3976,78 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Qeyd edilənlərə əsasən, iddiaçıya sabiq hakim kimi əmək pensiyanın müəyyən edilməsi üçün həmin vəzifə üzrə iş stajı hesablanarkən prokurorluq orqanlarındakı xidmət illərinin nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur.

6. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (Hakim Ləman Musayeva) ilə iddia təmin edilmiş, iddiaçıya prokurorluq orqanlarında işlədiyi xidmət illərinin hakim kimi əmək stajına daxil edilməklə # ###### 2008-ci il tarixdən # ####### 2024-cü il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajımın hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ##.##.1993-cü il tarixdən ##.##.2008-ci ilədək prokurorluq orqanlarında fasiləsiz olaraq idarə prokuroru vəzifəsində ədliyyə müşavir kimi 15 il 3 ay 19 gün, əvvəl Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi ##.##.2008-##.##.2024-cü il tarixlərarası dövrü əhatə etməklə 16 il 2 ay 2 gün stajı var. İstənilən halda “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi ##.##.2017-ci il tarixdə iddiaçının hakim kimi (9 ilə yaxın) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. Məhkəmə hesab etmişdir ki, hakim təyin olunarkən onun prokurorluq orqanlarındakı xidmət illəri hakimlik fəaliyyəti zamanı nəzərə alınmalı və xidmət illərinə daxil edilməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ######## 2025-ci il tarixli, 2-1(103) ****/**** saylı qərarı ilə (Elvin Əliyev (sədrlik edən və məruzəçi), Günel Abbasova və Pərviz Hüseynov) Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ##.##.1993-cü il tarixdən ##.##.2008-ci ilədək prokurorluq orqanlarında fasiləsiz olaraq idarə prokuroru vəzifəsində ədliyyə müşavir kimi 15 il 3 ay 19 gün, əvvəl Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi ##.##.2008-##.##.2024-cü il tarixlərarası dövrü əhatə etməklə 16 il 2 ay 2 gün stajının olması iş materialları ilə öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən halıdır.

11. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Qanunun həmin tələbi baxımından iddiaçının prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözlənti hüququ mövcuddur.

12. Belə olan halda onun prokurorluq orqanlarında 15 il 3 ay 19 gün, hakim kimi isə 16 il 2 ay 2 gün sosial sığorta stajı toplanır ki, bu da “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci il tarixinədək qüvvədə olan 20.7.3-cü maddəsinin tələbi qaydasında ona orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilməsinə imkan verir.

13. İddiaçının orta aylıq əmək haqqı hesablanarkən, həm də nəzərə alınmalıdır ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə isə hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.

14. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ilkin olaraq Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, bundan sonra ## ###### 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra 65 yaş həddinə çatdığına görə Məhkəmə-Hüquq Şurasının ## ####### 2024-cü il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmişdir.

15. İddiaçı ## ##### 1993-cü il tarixdən ## ###### 2008-ci il tarixədək prokurorluq orqanlarında idarə prokuroru vəzifəsində R kimi fasiləsiz 15 il 3 ay 19 gün müddətdə işlədiyindən və həmin dövrlər hakimlik stajına nəzərə alındığı üçün iddiaçıya buna görə əlavələr (əmək haqqı) verildiyindən və həmin əlavələrin də hesablandığı əmək haqqından məcburi sosial sığorta ayırmaları həyata keçirildiyindən, həmin dövr üzrə stajı hakim kimi pensiyası hesablanarkən nəzərə alınmalıdır.

16. Beləliklə, iddiaçı prokurorluq orqanlarında işlədiyi xidmət illərinin hakim kimi əmək stajına daxil edilib, onun ## ###### 2008-ci il tarixdən ## ####### 2024-cü il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajımın hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** saylı işi üzrə ##.##.2024cü il tarixli oxşar qərarı).

17. Əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasına əlavənin hesablanması zaman iddiaçının ## ##### 1993-cü il tarixdən ## ###### 2008-ci il tarixədək prokurorluq orqanlarında işlədiyi dövr nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həyata keçirilməlidir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarında prokurorluq işçisi kimi və hakim kimi əmək pensiyasının təyini və yenidən hesablanması ayrı-ayrı normalarla (maddələrlə) tənzimlənmişdir. Əks halda hakimlərə və prokurorluq işçilərinə pensiya təyin edilməsi və ya pensiyanın yenidən hesablanması məsələləri eyni qanunvericilik aktı ilə, habelə eyni norma ilə tənzimlənərdi.

20. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Qanunun bu göstərişindən aydın olur ki, “məhkəmə orqanlarına işə keçirilərkən” dedikdə, söhbət dövlət qulluğu (ümumi dövlət qulluğu) vəzifəsi tutan məhkəmə aparatı əməkdaşlarından (aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər, hakim köməkçiləri və sair) gedir. Lakin məhkəmə hakimləri də həmin normanın təsir dairəsinə salmışdır. Halbuki “Məhkəmələr və hakimlər haqqında” Qanundan, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Ümumiyyətlə hakimlərdən bəhs edən bütün qanunvericilik aktlarında hakim vəzifəsini nəzərdə tutan bütün adlar konkret olaraq “hakim” ifadəsi ilə göstərilmişdir.

21. Dövlət Qulluğu haqqında qanunun 22.7-1-ci maddəsi prokurorluq da daxil olmaqla xüsusi dövlət qulluğunun bütün növlərindən - məhkəmələr də daxil olmaqla ümumi dövlət qulluğunun bütün növlərinə və ya əksinə işə qəbul zamanı iş stajının nəzərə alınmasını tənzimlədiyindən və artıq “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə ehtiyac qalmadığından, həmin maddələr qüvvədən düşmüşdür. Bu hal da bir daha sübut edir ki, 32.5-ci maddədə “məhkəmə orqanlarına işə keçirilərkən” dedikdə, söhbət dövlət qulluğu (ümumi dövlət qulluğu) vəzifəsi tutan məhkəmə aparatı əməkdaşlarından (aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər, hakim köməkçiləri və sair) gedir.

22. Məhkəmələr və hakimlər haqqında qanunun 106-cı maddəsinə əsasən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə əlavə haqq verilir. Lakin bu norma yalnız həmin şəxslərin hakim işləyəcəkləri dövrdə alacaqları əmək haqqına əlavəni nəzərdə tutmuşdur. Həmin maddədən prokurorluq orqanlarındakı xidmətin hakimlik stajına bərabər tutularaq hesablanmalı olduğu nəticəsinə gəlmək tamamilə əsassızdır. Onu da qeyd edək ki, prokurorluq işçilərinin tərkibində stajor müstəntiq və stajor prokuror köməkçisi vəzifələri də vardır. Hansı ki, həmin vəzifələr prokurorluğun rütbə daşıyan sıravi müstəntiq və prokuror köməkçisi vəzifələrinə belə bərabər tutulmur və onların imtiyazlarına (staja görə əlavə, rütbəyə görə əlavə, ikiqat yardım pulu, ikiqat müalicə pulu və sair) malik deyillər. Belə olduğu təqdirdə həmin vəzifələrdəki iş illərinin də hakimlik stajına bərabər tutularaq hesablanması tamamilə yanlışdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

25. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 32. Prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir.

26. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 106. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.

27. İnzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əmək pensiyasının yenidən hesablanması tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-1 və 20.7-ci maddələrinə əsasən, hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Buna görə də iddiaçıya əmək pensiyasına əlavələr, seçiminə uyğun olaraq hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməlidir.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ######## 2025-ci il tarixli, 2-1(103) ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar