Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3985/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil növbəsinə götürülmədən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Icra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı ## #### 2002-ci il tarixli müvafiq əmr əsasında “Hərbi xidmət haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən ehtiyata buraxılmışdır. ## ######## 2002-ci il tarixdən hərbi qeydiyyatdadır. 2.Xəstəlik haqqında ## ###### 2002-ci il tarixli şəhadətnamədən görünür ki, dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olma barədə şəhadətləndirilmişdir. 3.Imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya görə ## #### 2002-ci il tarixli əmrə əsasən ehtiyata buraxıldığından müraciətin təminindən imtina edilmişdir. 4.Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçı ## ######## 2009-cu il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlillik təyinatı aparılmış şəxsdir. 5.Şəxsi işinə daxil olan materiallardan görünür ki, ## #### 2002-ci il tarixli əmrlə cinayət törədilməsi ilə əlaqədar Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Adı çəkilən səbəbdən şərti məhkum edildiyinə görə hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimat verilmişdir. O, Hərbi Məhkəmənin ## ##### 2002-ci il tarixli hökmü ilə CM-nin 342.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş, 3 il müddətinə azadlıqdan məhrum edimiş, 1 il sınaq müddəti müəyyən edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. Bundan əlavə, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin ## #### 2001-ci il tarixli hökmünə əsasən CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinmiş, 3 il azadlıqdan məhrum edilmiş, Amnistiya aktına əsasən ## ### 2001-ci il tarixdə cəzadan azad edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 6.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mənzil növbəsinə götürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 7.Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ## ######## 1994-cü il tarixdən ## ######## 2002-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, ## #### 2002-ci il tarixli Müdafiə nazirinin əmri ilə ehtiyata tərxis edilmə barədə Müdafiə nazirinin əmri olmuşdur. Əmrin olmasına baxmayaraq xəstə olduğu üçün ## #### 2002-ci il tarixdən ## #### 2002-ci il tarixədək *** nömrəli hərbi hospitalda, ## #### 2002-ci il tarixdən ## ###### 2002-ci il tarixədək *** nömrəli hərbi hospitalda stasionar şəraitdə müalicə olunmuş, “dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilərək tərxis olunmuşdur. Iddiaçı qeyd edir ki, hərbi xidmət dövründə aldığı xəstəliklərə əsasən ehtiyata buraxılmış, II qrup hərbi xidmətlə əlaqədar əlillik təyin edilmiş, ## ######## 2002-ci il tarixdə qazan təminatından çıxarılmışdır. 8.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisəyə tətbiq edilməli olan hüquq normalarının şərh edərkən Konstitusiya Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçıda hərbi xidmət dövrü xəstəliyi ilə əlaqədar dinc dövründə hərbi xidmətə yararsız hesab edilmiş, müharibə dövründə məhdud yararlı hesab edilmiş, daha sonra ona müddətsiz əlillik təyinatı aparılsa da, işin faktiki hallarından da göründüyü kimi, həmin şəhadətləndirmə və əlillik təyinatı iddiaçının cinayət törətdiyi və ehtiyata buraxıldığı əmrdən sonrakı tarixlərə aiddir və onun hərbi xidmətdən məhz cinayət törətməsi ilə əlaqədar hallara hər hansı təsir etmir. Ola bilər ki, iddiaçının hazırkı vəziyyəti məhz xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsızlığı ilə əlaqədardır ki, həmin halın mövcudluğu iddiaçının məhz xəstəliyi ilə əlaqədar ehtiyata buraxıldığı anlamına gəlmir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə əsasən məhz öz iradəsindən asılı olmayan, öz xahişi və cinayət törədilməsi ilə əlaqədar olmayan səbəblərdən ehtiyata buraxılmış şəxslər üçün mənzil və kirayə xərclərinin ödənilməsi ilə əlaqədar hərbi qulluqçulara üstünlüklər vermişdir. Iddiaçı isə, xəstəliyi hərbi xidmət dövründə alsa belə, ehtiyata buraxıldığı vaxt məhz həmin xəstəliklə əlaqədar ehtiyata buraxılmamış, ehtiyata buraxılma səbəbləri cinayət törədilməsi ilə əlaqədar olmuşdur. 10.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: G.Abbasova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri:
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xəstəliyi ilə əlaqədar şəhadətləndirilməsi və ona əlilliyin təyin edilməsi də göstərilən vəziyyəti dəyişmir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıda hərbi xidmət dövrü xəstəliyi ilə əlaqədar dinc dövründə hərbi xidmətə yararsız hesab edilmiş, müharibə dövründə məhdud yararlı hesab edilmiş, daha sonra ona müddətsiz əlillik təyinatı aparılmış, hətta iddiaçı cinayət məsuliyyətinə cəlb edilməmiş olsa idi belə, əvvəlki hərbi xidmət dövründə səhhətində yaranmış problemlər və əlilliklə bağlı onsuz da xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmış olacaqdı. Başqa sözlə, iddiaçının hərbi xidmətlə əlaqədar xəstəliyinin və əlilliyinin səbəbləri baş vermiş cinayət hadisəsindən əvvəl yarandığından həmin cinayət hadisəsi baş verməmiş olsa idi belə, hazırkı tibbi vəziyyəti ilə onsuz da hərbi xidmətini davam etdirə bilməyəcəkdi və xəstəliyi səbəbi ilə hərbi xidmətdən tərxis edilmiş olacaqdı. Iddiaçı xəstəliyi məhz hərbi xidmət dövründə aldığından və sonrakı dövrdə onun səhhəti onsuz da hərbi xidmətini davam etdirməyə imkan vermədiyindən hərbi biletində formal olaraq hansı qeydin aparılmasından asılı olmayaraq faktiki olaraq xəstəliklə əlaqədar ehtiyata buraxılmış hesab oluna bilərdi. TƏTBIQ EDILƏN HÜQUQ
18. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ. 2-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rlər və Rları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 7-ci bənd. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər.
19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar 42.0.1. yaşa görə – ehtiyatda olmağın son yaş həddinə çatdıqda; 42.0.2. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda; 42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə; 42.0.4. bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv edildikdə; 42.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə.
20. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 147. 8-ci hissə. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rləri və Rları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə apellyasiya şikayətinin dəlilləri zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsinə və digər normativ aktlara əsasən hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması və ya mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi hüququ yalnız onların öz iradəsindən asılı olmayan səbəblərlə ehtiyata və ya istefaya buraxıldığı hallarda yaranır.
28. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarındakı hüquqi mövqeyə uyğun olaraq ehtiyata buraxılma əsasları hüquqi nəticələrin müəyyən edilməsində həlledici əhəmiyyət daşıyır və bu əsaslar iki qrupa bölünür: birinci qrupa hərbi qulluqçunun iradəsindən asılı olmayan hallar (yaş həddinə çatma, xəstəlik, ştatların ixtisarı və s.), ikinci qrupa isə hərbi qulluqçunun öz davranışı və ya iradəsi ilə bağlı hallar (cinayət törədilməsi, xidməti uyğunsuzluq, öz arzusu ilə çıxma və s.) daxildir.
29. Qeyd edilənlərə münasibətdə apelyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı məhz cinayət törətdiyinə görə ehtiyata buraxılmışdır və bu hal onu ikinci qrupa aid edir, nəticə etibarilə isə qanunvericilikdə nəzərdə tutulan mənzil təminatı və kirayə haqqının ödənilməsi kimi sosial təminatlardan istifadə etmək hüququnu istisna edir.
30. Bundan əlavə, məhkəmə kollegiyası kassatorun iddiaçının xəstəliyi və ona sonradan əlillik təyin olunması ilə bağlı irəli sürdüyü arqumentləri də qiymətləndirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələyə artıq hüquqi qiymət verilmiş və əsaslı olaraq göstərilmişdir ki, bu hallar ehtiyata buraxılma əsasını dəyişmir, çünki iş materiallarından göründüyü kimi, iddiaçının hərbi xidmətdən buraxılması məhz cinayət törətməsi ilə əlaqədar olmuş, xəstəliklə bağlı şəhadətləndirilmə və əlilliyin müəyyən edilməsi isə daha sonrakı tarixlərdə baş vermişdir.
31. Bu baxımdan, iddiaçının hərbi xidmət dövründə xəstəlik əldə etməsi faktı mövcud olsa belə, həmin xəstəlik onun ehtiyata buraxılmasının hüquqi əsası kimi çıxış etmədiyindən, sosial təminat hüququnun yaranması üçün zəruri olan şərtlər mövcud hesab edilə bilməz.
17. Odur ki, hazırkı işdə iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi qanuni və əsaslıdır, çünki iddiaçı həqiqi hərbi xidmətdən öz iradəsindən asılı olmayan səbəblərlə deyil, törətdiyi cinayətə görə ehtiyata buraxılmışdır və bu hal onun sosial təminat hüquqlarına birbaşa təsir göstərir.
18. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.