Məhkəmə qərarları › İş №2-1(102)-401/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-401/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-401/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: icra sənədinin icrası ilə bağlı indeksasiya və borclunun cərimə olunması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2681/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qəra rdadlarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçı 17 dekabr 2014-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ümumi sahəsi 102 kv.m təşkil edən yaşayış evinin sökülməsi müqabilində hər kv.m üçün 1000 (bir min) - cəmi 102.000 (bir yüz iki min) manat, evinin sökülməsi zamanı məhv edilmiş və 2150 (iki min yüz əlli) manat təşkil edən ev əşyalarının dəyərinin, eləcə də evinin qanunsuz olaraq sökülməsi ilə əlaqədar məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul kompensasiyasının verilməsi öhdəliyinin cavabdehin üzəri nə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.08.2015-ci il tarixli, 2-1(81)-248/2015 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı məxsus olan və ümumi sahəsi 102 kv.m olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı 24A ünvanda yerləşmiş yaşayış sahəsinin hər kv.m üçün 1000 (bir min)- cəmi 102.000 (bir yüz iki min) manat kompensasiya ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi, İddiaçı iddia tələbinin evinin sökülməsi zamanı məhv edilmiş və 2150 (iki min yüz əlli) manat təşkil edən ev əşyalarının dəyərinin, eləcə də evinin qanunsuz olaraq sökülməsi ilə əlaqədar məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul kompensasiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2511/2016 saylı, 17 noyabr 2016-cı il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bundan sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi üçün icra vərəqəsi tərtib edilərək icra olunması üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. İddiaçı 30.04.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra edilməməsindən narazılığını ifadə etmiş, eyni zamanda, məhkəmədən 07.08.2015-ci il tarixli, 2-1(81)-248/2015 saylı qərarı icra etmədiyinə görə Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən cərimə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanuni qüvvəyə minsə də, halhazıradək icra edilmir. Belə ki, məhkəmə qərarı əsasında tərtib edilmiş icra vərəqəsi hazırda Səbail rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Lakin 4 ilə yaxın müddətdir ki, icra edilmir. Hər dəfə müraciət edilsə də, dövlət büdcəsindən pulun ayrılmadığı bildirilir. Hesab edir ki, 4 il ərzində dövlət büdcəsindən Bakı şəhər İcra Hakimiyyətinə ən azı 4 dəfə pul ayrıldığı halda məhkəmə qərarının icra edilməməsi qərəzli olaraq icra edilməməni sübut edir. İddiaçı həmçinin 21.05.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-248/2015 saylı, 07.08.2015-ci il tari xli qərarının qüvvəyə mindiyi tarixdən illik 5 faiz olmaqla ödənilməli olan pul məbləğinə indeksasiyanın həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə istinad edilmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-248/2015 saylı iş) 23 sentyabr 2019-cu il tarixli qərardadları ilə ərizələr təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qərardadları ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X3 və X4, 2-1(103)-2681/2019 saylı iş) 7 noyabr 2019-cu il tarixli qərardadlarla iddiaçının apellyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadlarını dəyişdirməd ən saxlamışdır. İddiaçı 20 noyabr 2019-cu il tarixdə qərardadların surətini almış, 29 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadların ləğv edilməsi, ərizələrin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti ərizələrə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin hüquqi mövqeyindən çıxış edilsə, 2015-ci ildə iki dəfə devalvasiyanın baş verməsi heç bir iqtisadi dəyişikliyə səbəb olmamışdır. Bu mövqenin əsassız olması Azərbaycan Respublikası yaşayış minimumu haqqında 2016-2019-cu illərə aid olan qanunları ilə təsdiq olunur. Belə ki, həmin qanunlardan görünür ki, yaşayış minimumu qeyd edilən illər üçün artan dinamikada cərəyan etmişdir. Mərkəzi Bankın təsdiq etdiyi illik faiz uçot dərə cəsi də məhkəmənin mövqeyinin əsaslı olmadığı qənaətinə gəlməyə əsas verir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadlarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 07.08.2015-ci il tarixli, 2-1(81)-248/2015 saylı qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya məxsus ümumi sahəsi 102 kv.m olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı 24A ünvanda yerləşmiş yaşayış sahəsinin hər kv.m üçün 1000 (bir min)- cəmi 102.000 (bir yüz iki min) manat kompensasiya ödənilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarı icraya yönəlməsinə baxmayaraq icra edilməməsinə görə məbləğin indeksasiya e dilməsi və cavabdehin cərimə olunması ilə bağlıdır. Qanunverici qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirməsini nəzərdə tutmuşdur. 17 iyun 1992-ci il tarixdə qəbul olunmuş və 1992-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu-məhz həmin sahəni, yəni, vətəndaşların pul gəlirləri və əmanətləri ilə bağlı ictimai münasibətlərin tənzimlənməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə görə vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o hald a həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Göründüyü kimi, qanunverici pul gəlirlərinin indeksləşdirilməsini əldə edilmiş statistik məlumatlar əsasında hesablanmasını müəyyən etmişdir. Qanunun qeyd olunan normasının müəyyən etdiyi qaydadan göründüyü kimi, indeksləşdirilmənin əsasını məhz istehlak qiymətlərinin indeksi təşkil edir. İPM-in 1.2-ci maddəsinə istinadən Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyasını həyata keçirə bilər. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması m əqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı pul məbləğinin indeksasiyası istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla iddiaçının qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Hazırkı iş materialları ilə icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunduğu andan bu günədək istehlak qiymətlərinin artması və inflyasiyanın artım səviyyəsi ilə bağlı hər hansı sübut təqdim edilməmi şdir. Odur ki, məhkəmə qərarının icrası zamanı inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı təsdiq olunmadığı halda bunun nəticəsində iddiaçıya zərər dəyməsi, həmçinin üzləşdiyi zərərin əvəzi olaraq ona ödənilməli olan pul məbləği indeksasiya oluna bilməz. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə ed əcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Məhkəmə qərarının icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının məhkəmə qərarı icra edilmədiyinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İPM-in 1 20.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. İş materiallarından görünür ki, cavabdeh məhkəmə qərarının icra edilməsi istiqamətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmiş və müvafiq vəsaitin ayrılmasını xahiş etmiş və həmin məktubun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə daxil olmasına baxmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə qərarı ilə üzərinə hər hansı öhdəlik qoyulmadığını əsas gətirərək vəsaitin köçürülməsindən imtina etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan üzə rinə düşən öhdəliyin icrası məqsədi ilə büdcə təşkilatı olaraq müvafiq vəsaitin ayrılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmiş, lakin ondan asılı olmayan səbəblərdən vəsait köçürülmədiyindən öhdəliyin icrasını təmin edə bilməmişdir. Məhkəmə araşdırması zamanı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası istiqamətində cavabdehin hərəkətsizliyinin mövcud olmadığı, öhdəliyin icrasının cavabdehdən asılı olmayan səbəblərdən təmin edilmədiyi, habelə məhkəmə qərarının icra edilməməsində cavabdehin mövqeyinin qərəzli olmadığı müəyyən edilmişdir. Cavabdeh inzibati orqan olaraq onun üzərinə qoyulmuş öhdəlikləri ondan asılı olmayan səbəblərdən icra edə bilməmişdir. Belə halda cavabdehin cərimə olunması istisna edilir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edi lməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2681/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar