Məhkəmə qərarları › İş №2-1(102)-4089/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4089/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4089/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “xxxx” Assosasiyasının cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümidsiz borc; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı “xxxx” Assosasiyasının cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “tutulma müddəti bitmiş əsas vergi və maliyyə sanksiyaları üzrə borcların ümidsiz borc kimi silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ## ### 2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, cavabdeh ərizəçiyə noyabr 2023-cü il vergi dövrü üzrə 30371,02 manat əlavə dəyər vergisi hesablamışdır. 2.Cavabdeh tərəfindən təqdim edilmiş vergilər üzrə yaranmış əsas borcun yaranma dövrü, tədiyyəsi barədə cədvələ əsasən müəyyən edilmişdir ki, iddia ərizəsində silinməsi tələb edilən 62770,91 manat vergi borcunun 45468,59 manatı əsas, 17202,32 manatı faizlər və 100,00 manatı maliyyə sanksiyasından ibarətdir və bu vergi borcunun 30.936,19 manat məbləğində hissəsi 2020-ci il tarixədək hesablanmış vergi borcu olmuşdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 3.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62770,91 manat məbləğində borcun ümidsiz borc kimi “xxxx” Assosasiyasının şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 30936,19 manat məbləğində borcun ümidsiz borc kimi “xxxx” Assosasiyasının şəxsi hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. 5.Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Assosasiyası 2012-ci ildən fəaliyyətini dayandırıb. Lakin, müəssisənin şəxsi hesabında dövlət büdcəsinə 62770,91 manat borcun olması göstərilir. Həmin borcun nədən yaranması barədə onlarda heç bir məlumat yoxdur. Müəssisənin göstərilən borcu həqiqətən də, doğru olsa belə, həmin borc çox güman ki, 2012-ci ildən əvvəl yaranmışdır. Onlar dəfələrlə həmin borcun ümidsiz borc kimi silinməsi barədə vergi orqanına müraciət etmişlər. Lakin, həmin vergi orqanından qənaətbəxş cavab almamışlar. Həmçinin bildirmək istəyirlər ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *inz(**)-***/**** saylı, ## #### 2013-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə (hazırki Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 oktaybr 2012ci il tarixli, **************** saylı qərarının mənfəət vergisinin 205,727 manat 82 qəpik məbləğində azaldılması və 102863 manat 91 qəpik maliyyə sanksiyasının, ƏDV-nin 196884 manat 06 qəpik azaldılması, 98442 manat 03 qəpik maliyyə sanksiyasının, ödəmə mənbəyindən tutulan vergilərin 35404 manat 90 qəpik və 17702 manat 45 qəpik maliyyə sanksiyasının hesablanmasına dair hissəsinin ləğv edilməsi” barədə iddiaçının tələbinin təmin olunması hissəsində dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyası tərəfindən (hakimlər: Kəmalə Abıyeva, Mirzə Tağızadə, Ülvi Mayılov) *-*(***)-***/**** saylı, ## ###### 2017-ci il tarixli qərar qəbul edilmişdir. Bu mübahisə bütün məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmış və icra olunmaq üçün göndərilmişdir. Ümumilikdə “xxxx” Assosasiyasının hesbaından 647025,17 manat (altı yüz qırx yeddi min iyirmi beş manat on yeddi qəpik) məbləğ silinməli idi. Belə çıxır ki, dövlət adından çıxarılan məhkəmə qərarı tam icra olunmayıb. Məhkəmə qərarı tam icra olunsa idi, onların dövlət büdcəsinə borcları qalmaz idi. 6.Cavabdeh iddiaya qarşı verilmiş etirazda bildirmişdir ki, Bakı Inzibati Məhkəməsinin sorğusuna ##.##.2022-ci il tarixli **************** nömrəli məktub ilə cavab olaraq bildirilmişdir ki, Assosasiyanın ##.##.2022-ci il tarixə 62125,77 manat (o cümlədən, əsas vergilər üzrə 45 816,13 manat, tətbiq edilmiş faizlər üzrə 16209,64 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100,00 manat) vergi borcu və məcburi sosial sığorta haqqı üzrə 58509,94 manat (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 52 276,16 manat və penya üzrə 6233,78 manat) borcu mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. Bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqa; 93.1.2. Bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işiszlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Bununla yanaşı vergi ödəyicisinin şəxsi vərəqəsinə nəzər saldıqda aydın görünür ki, mövcud borc müvafiq tədiyyələr üzrə 5 illik müddət gözlənilməklə hesablanmış və tələbetmə müddəti keçmiş borclar silinmişdir. 7.Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi orqanının ##.##.2012-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına ##.##.2018-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında qərar” ilə müvafiq düzəlişlər edilmiş və vergi ödəyicisinin həmin qərar üzrə borcu qalmamışdır. Eyni zamanda bildirilmişdir ki, iddia ərizəsində silinməsi tələb edilən 62770,91 manat vergi borcunun 45468,59 manatı əsas, 17202,32 manatı faizlər və 100,00 manatı maliyyə sanksiyasından ibarətdir və vergilər üzrə yaranmış əsas borcun yaranma dövrü, tədiyyə barədə məlumat X1 Baş Idarəsinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə ünvanladığı xidməti məktuba əlavə edilmiş cədvəldə göstərilmişdir. 8.Bakı Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmişdir. 9.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırki işin hallarından göründüyü kimi, şəxsi hesab vərəqəsində olan, hazırda iddiaçı tərəfindən mübahisələndirilən borcun sonuncu, yaranma tarixi 2019-cu il tarixə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, işin mübahisəsiz hallarına əsasən (təqdim edilmiş cədvələ əsasən cavabdehin özü tərəfindən təsdiq edilmişdir) hazırda iddiaçı tərəfindən mübahisələndirilən vergi borcu məbləği üzrə vergi orqanı tərəfindən 5 illik tələb etmə müddəti ötürüldüyündən iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli və 30.936,19 manat məbləğində vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. 10.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: E.Əliyev /sədrlik edən və məruzəçi/, G.Abbasova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 13.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri: 14.Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, müvafiq ümidsiz borc məbləğinin silinməsi Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə mümkündür. Bildirir ki, hazırkı iş üzrə məhkəmə tərəfindən silinməsi barədə qərar qəbul edilmiş borc məbləğləri ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması və əldə edilmiş məbləğdən borcun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə Bakı Inzibati Məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qətnamə çıxarılmış və həmin məbləğlər vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”yə işlənilmişdir. Göründüyü kimi, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/** nömrəli qətnaməsindən 5 illik müddət keçmədiyindən sözügedən borcların şəxsi hesab vərəqəsindən silinməsi qanunamüvafiq hesab edilmir. Bakı Apellyasiya Məhkəməsi iddiaçıya hesablanmış vergi borcu məbləğinin 30 936,19 manat hissəsinin 2020-ci il tarixədək yarandığını və həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyini əsas gətirərək Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçdiyini qeyd etmişdir. Lakin, məhkəmə Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinin (Maddə 93. Ümidsiz borcların silinməsi) tələblərini nəzərə almamış, 30 936,19 manatın tərkibini təşkil edən borcun 2020-ci ilə qədər yarandığını əsas gətirmiş, 5 illik müddəti həmin tarixdən hesablamış, lakin, vergi ödəyicisinə hesablanmış borcla əlaqədar vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması və əldə edilmiş məbləğdən borcun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə Bakı Inzibati Məhkəməsi tərəfindən qəbul edilən ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qətnamənin Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti ötmədən qüvvəyə minməsini nəzərə almamış, həmçinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarda 30 936,19 manat borcun tərkibini və həmin borcun tərkibini təşkil edən borcların yaranma tarixlərini qeyd etməmiş, əlavə olaraq AR Vergi Məcəlləsinin 88-ci maddəsinin (Vergilər üzrə borcların ödənilməsi qaydası) tələbləri, yəni edilmiş ödənişlər də nəzərə alınmamışdır.

TƏTBIQ EDILƏN HÜQUQ 15.Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Maddə 85.2. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Maddə 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Maddə 89.1 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.

16.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

17.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

19.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 20.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 21.Işin faktiki hallarına görə vergi orqanının ##.##.2012-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına ##.##.2018-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar ilə müvafiq düzəlişlər edilmiş və vergi ödəyicisinin həmin qərar üzrə borcu qalmamışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində silinməsi tələb edilən 62770,91 manat vergi borcunun 45468,59 manatı əsas, 17202,32 manatı faizlər və 100,00 manatı maliyyə sanksiyasından ibarətdir və vergilər üzrə yaranmış əsas borcun yaranma dövrü, tədiyyə barədə məlumat cədvəl şəklində məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş cədvələ əsasən yaranmış 45468,59 manat vergi borcu məbləği dövrlər üzrə aşağıdakı kimi olmuşdur: 2016-cı il – 571,10 manat; 2017-ci il – 7266,22 manat; 2017-ci il – 2855,49 manat; 2018-ci il – 7266,20 manat; 2018-ci il – 2855,49 manat; 2019-cu il – 7266,20 manat; 2019-cu il – 2855,49 manat; 2020-ci il – 7266,20 manat; 2021-ci il – 7266,20 manat. 22.Işə baxmış məhkəmələr tərəfindən müəyyən olunmuşdu ki, iddiaçıya hesablanmış vergi borcu məbləğinin 30.936,19 manat hissəsi 2020-ci il tarixədək yaranmış və iddiaçı tərəfindən hazırda vergi borcu məbləği ümidsiz borc olması səbəbindən həmin hissədə mübahisələndirilir. 23.Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.” 24.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işin faktiki və hüquqi hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Bu səbəbdən kollegiya iş üzrə müəyyən edilmiş hallara qiymət verilməsini zəruri hesab edir. 25.Kassator tərəfindən kassasiya şikayətində, eyni zamanda apelyasiya şikayəti də verilərkən qeyd edilmişdi ki, mübahisələndirilən borc məbləğlərinin tutulması məqsədilə vergi ödəyicisinin əmlakına yönəldilmə tədbirləri görülmüş, bu çərçivədə Bakı Inzibati Məhkəməsi tərəfindən *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması və əldə edilən vəsait hesabına borcun dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunan məbləğlər vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq qaydada uçota alınmışdır. 26.Göründüyü kimi, cavabdeh tərəfindən irəli sürülən bu mühüm dəlil apellyasiya şikayətində də əks olunmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hal araşdırılmamış və ona hər hansı hüquqi qiymət verilməmişdir. Halbuki, bu fakt borcun “ümidsiz borc” kimi qiymətləndirilməsi məsələsinə birbaşa təsir göstərən mühüm hüquqi əhəmiyyətə malikdir. 27.Həmçinin apellyasiya məhkəməsi tərəfindən vergi orqanının mübahisələndirdiyi 30 936,19 manat məbləğində borcun tutulması istiqamətində onun tərəfindən məhkəmədə qaldırılmış iddia üzrə qəbul edilmiş *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarla bağlı icra tədbirlərinə başlanılıb-başlanılmadığı, əmlakın siyahıya alınması və hərraca çıxarılması ilə bağlı hüquqi prosedurların həyata keçirilibkeçirilmədiyi kimi hallar da ümumiyyətlə araşdırılmamışdır. Halbuki, bu hallar Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş müddətin tətbiqi və onun hüquqi nəticələrinin müəyyən edilməsi baxımından həlledici əhəmiyyət daşıyır. 28.Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iş üzrə əhəmiyyətli olan faktlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bu isə kassasiya instansiyasında qərarın ləğv edilməsi üçün əsas təşkil edir. Qeyd olunanlarla bağlı işin təkrar apelyasiya baxışı zamanı iddiaçının ümidsiz borc olaraq silinməsini tələb etdiyi 30936,19 manat məbləğində vergi borcunun vergi orqanı tərəfindən vaxtında, yəni 5 il ərzində tələb olunması məqsədilə iddia qaldırılıbqaldırılmadığı,

29. yəni 30936,19 manat məbləğində vergi borcunun kassatorun istinad etdiyi Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə açıq hərracdan satılması qərara alınan siyahıya alınmış əmlakın satışından əldə olunan vəsait hesabına vergi ödəyicisinin ##.##.2022-ci il tarixə dövlət büdcəsinə yaranmış 62105,55 manat vergi borcunun tərkibində olub-olmaması, yaranma tarixi ilə tələbetmə müddəti nəzərə alınmaqla onun ümidsiz borc kimi silinməsinin qanunla müəyyən edilmiş mümkünlük məsələsi həll edildikdən sonra mübahisəyə mahiyyəti üzrə baxılıb obyektiv qərar qəbul edilməlidir. 30.Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 31.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar