Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-418/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı (üçüncü şəxslər X5 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi) “sərəncamın və hərracın yekun nəticələri haqqında yekun protokolun ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü i l tarixli, 2-1(103)-2890/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən "xxxx" şadlıq sarayı İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur.
2. Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi və X10 arasında bağlanmış 01 iyun 1992-ci il tarixli icarə müqaviləsinə əsasən, həmin şadlıq sarayı 01 iyun 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək İddiaçı icarəyə verilmişdir.
3. Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin 18 yanvar 1995-ci il tarixli 2 nömrəli əmri ilə, bir qrup işçilərin xahişi nəzərə alınaraq, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İd arəsinin nəzdində təsərrüfat hesablı “Ruzigar” icarə müəssisəsi təsis olunmuş, həmin müəssisə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 23 avqust 1994-cü il tarixli, 721 nömrəli sərəncamı ilə qeydiyyata alınmış və 8 nömrəli pavilyon onlara icarəyə verilmişdir. İdarənin Mərdəkan qəsəbəsindəki "xxxx" şadlıq evi, 8 nömrəli pavilyon və 5, 8, 9, 17, 23 nömrəli obyektlər əsas vəsaitləri ilə bərabər “Ruzigar” icarə müəssisəsinin balansına verilmiş və göstərilən obyektlərin işçiləri ora köçürülmüşlər.
4. Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin "xxxx" şadlıq evinin avadanlıqları (dəmir qapı, kondisionerlər, televizor və s.) X2 və X8 xx.xx.1997-ci il tarixdə Dövlət Əmlakının satılması barədə müvafiq Şəhadətnamələr verilmişdir. 5. "xxxx" şadlıq evi X1 və istifadəsi ndə olmaqla, kommunal və digər ödənişlər onun tərəfindən həyata keçirilmiş, kommunal xidmətlərin göstərilməsinə dair müvafiq təşkilatlarla müqavilələr bağlanmışdır.
6. Eyni zamanda X10 "xxxx" şadlıq evi əmək kollektivinin yeganə üzvü olmuşdur.
7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamı ilə təsdiq olunmuş Kiçik dövlət müəssisəsinin (obyektinin) özəlləşdirmə planına əsasən bir sıra dövlət əmlakının, o cümlədən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin "xxxx" şadlıq evinin start (satış) qiyməti 179000 manat, güzəştli satışa yönəldiləcək hissəsi 15%, hərraca çıxarılacaq his səsi 85% olmaqla hərraca çıxarılması qərara alınmışdır. Satılan obyektin əmək kollektivinin və onlara bərabər tutulan şəxslərin 1 nəfərdən ibarət olması, əmək kollektivi tərəfindən vəkil edilmiş şəxsin X10 olması qeyd olunmuşdur
8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X8 ünvanlanmış 11 noyabr 2016-cı il tarixli məktubla ünvan 2 şadlıq evinin 11 noyabr 2016-cı il tarixində keçirilən hərracda iştirak etmək hüququndan istifadə etmədiyi, göstərilən obyektin hərracının alıcı olmaması səbəbindən baş tutmaması, obyektin 06 dekabr 2016cı il tarixdə təkrar hərraca çıxarılması barədə məlumatlandırılmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib olunmuş 09 aprel 2019-cu il tarixli, 13/ 01 nömrəli hərrac protokoluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 4333 nömrəli müəssisənin (obyektin) alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin "xxxx" şadlıq evi ilkin satış qiyməti 89500 manat olmaqla hərraca çıxarılmış və həmin qiymətə X5 tərəfindən alınmışdır. 10. "xxxx" şadlıq evi üzərində X3 mülkiyyət hüququ 29 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyət hüquqlarına dair ********** № li Çıxarış verilmişdir.
11. X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat
12. İddiaç ı cavabdeh xxx qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" şadlıq sarayının özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib olunmuş 09 aprel 2019-cu il tarixli, 13/01 nömrəli hərracın yekunlarına dair protokolu mübahisələndirmiş və ləğv edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum atası Bədəl Qulamov 1992-ci ildən "xxxx" şadlıq sarayının işçisi və icarədarı olduğu, həmin obyektə külli miqdarda şəxsi vəsait qoyduğu halda Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2019-c u ildə keçirilən hərrac barəsində ona heç bir rəsmi məlumat verməmiş və onun məlumatı və xəbəri olmadan faktiki icarədarı və 24 avqust 1999-cu il tarixli əmək müqaviləsinə əsasən müdiri olduğu "xxxx" şadlıq sarayı hərraca çıxarılaraq qanunsuz olaraq satılmışdır.
14. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum atası X10 "xxxx" şadlıq evinin həm icarəçisi, həm əmək kollektivinin üzvü olmuş, lakin həmin əmlakın özəlləşdirilməsi zamanı ona heç bir təklif edilməmişdir. Qeyd edilənlər yanlış məlumatlardır. Belə ki, "xxxx" şadlıq evi özəlləşdirilərkən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmaqla dövlət mülkiyyəti ndə olmuşdur. Mübahisə predmeti olan müəssisənin Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 125 nömrəli, 30 sentyabr 2016-cı il tarixli qərar qəbul edilmiş və bu haqda Komitənin mətbuat orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. X4 ilə "xxxx" şadlıq evinin əmlakına dair icarə müqaviləsi bağlanılmamışdır. Buna görə Bədəl Qulamovun həmin əmlakın icarəçisi kimi onu ilk növbədə satın almaqda üstünlük hüququ olmamışdır. Lakin mərhum Bədəl Qulamov "xxxx" şadlıq evində işlə diyinə görə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq əmək kollektivinin üzvü kimi həmin müəssisənin əmlakının 15 faizinin güzəştli qaydada satın alınması hüququna malik olmuşdur. Bu səbəbdən əmlak özəlləşdirilərkən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2016-cı il tarixli, **********38 nömrəli məktubu ilə 01-25 oktyabr 2016-cı il tarixlərində "xxxx" şadlıq evinin güzəştli satışının həyata keçiriləcəyi bildirilərək, həmin auksionda iştirak etmək üçün X8 rəsmi təklif göndərilmişdir. Lakin İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə güzəştli satışda iştirak etmək hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nö mrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.4.2-ci bəndinə uyğun olaraq yuxarıda qeyd edilən əmlak özəlləşdirilməsi məqsədi ilə dəfələrlə hərraca çıxarılmış və 5-ci hərracda qiyməti 50% həcmində aşağı salınaraq 89500 manat təşkil etmişdir. Eyni zamanda bildirilir ki, sözügedən əmlakın hərrac vasitəsilə satılması barədə X8 təkrar məlumat verilmiş və **********27 nömrəli, xx.xx.2019-cu il tarixli məktub göndərilərək hərracda iştirak etməyi tövsiyə edilmişdir. Lakin həmin əmlakın satışı ilə bağlı 19 dəfə hərrac keçirilməsinə baxmayaraq, Qulamov Bədəl hərraclarda iştirak etmək hüququndan istifadə etməmiş və satışa çıxarılmış əmlak xx.xx.2019-cu il tarixində hərracın qalibi X5 tərəfindən satın alınmışdır. Qeyd edil ənlərdən əlavə, X7 vəfat etməsi səbəbindən hazırkı iddia onun oğlu İddiaçı tərəfindən qaldırılmışdır. Halbuki, İddiaçı bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, hazırkı iş üzrə iddiaçı "xxxx" şadlıq evinin işçisi olmamış və əmək kollektivinin üzvü kimi güzəştli satışda iştirak hüququna malik deyildir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə dövlət əmlakının güzəştli satışında iştirak etmək hüququ olan şəxslərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Həmin normada vəfat etmiş şəxsin vərəsəsinin varisi olduğu şəxsin işlədiyi müəssisənin əmlakının güzəştli satışında iştirak etmək hüququ nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə əsasən dövlət əmlakının güzəştli şərtlərlə almaq hüququ vərəsəlik yolu ilə keçmir. G öründüyü kimi iddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüquqa da malik deyildir.
15. Üçüncü şəxs X3 iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamının, ünvan 2 şadlıq evinə aid hissə, Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli yekun protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, iddia ərizəsində etibarsızlığın əsaslandırılmasına dair hər hansı müddəaya istinad edilməmişdir. İddia ərizəsinə, işin həqiqi hallarına nəzər yetirərkən tam bəlli olur ki, inzibati aktın etibarsızlığı üçün əsas olan halların heç biri hazırkı iddiaya şamil edilə bilməz. “İcarə haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. Belə ki, Əzizbəyov rayon Əhaliyə Xidməti İstehsalat İdarəsi iddiaçının atası ilə X10 arasında 01 iyun 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixə qədər mübahisəli əmlaka dair icarə müqaviləsi bağlanmışdır. Yəni tərəflər arasında bağlanmış icarə müqaviləsi qanunvericiliyin tələbinə əsasən 1993-cü il tarixə qədər uzadıla bilərdi. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd edir ki, əmlakın icarəçiyə təklif edilməsi özəlləşdirmə prosesinin tərkib hissəsidir. Belə ki, İİ Dövlət Proqramının 4.6.5-ci bəndi (əmlakın əvvəlcə icarəçiyə təklif edilməsini nəzərdə tutan müddəa) özəlləşdirmənin açıq elan edilməsindən sonra işə düşür. Başqa sözlə, özəlləşdirmənin açıq elan edilməsindən əvvəl əmlakın icarəçiyə təklif edilməsi qeyrimümkündür, qanun buna icazə vermir. İddia ərizəsinə və etiraza əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaçı X8 ünvanladığı xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2019-cu il tarixli bildirişindən də aydın görünür ki, "xxxx" şadlıq evi müəsissəsinin özəlləşdirilməsi ilə əlaqədar 01 oktyabr-25 oktyabr 2016-cı il tarixlərdə müəssisənin güzəştli satışın ın keçirilməsi və güzəştli satışda Qulamov Bədəlin iştirak etməsi təklif olunmuşdur. Beləliklə, iş materialları ilə tam sübuta yetirilir ki, iddianın mübahisə predmeti olan "xxxx" şadlıq evi müəssisəsi 2016-cı ildə açıq hərracda satışa çıxarılmış və qanunvericiliyin tələbinə uyğun hərracda güzəştli şərtlərlə iştirak etmək hüququ dəfələrlə Qulamov Bədələ təklif edilmişdir. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
16. Bakı İnzibati Məhkəməsinin (hakim A.Əhədova) 2-1(112)-1927/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işəgötürənlə işçi arasında əmək münasibətlərindən irəli gələn hüquq bilavasitə əmək m üqaviləsi iştirakçısı olan işçiyə mənsub olan hüquqdur. Əmək müqaviləsi ilə yaranmış hüquq yalnız işçiyə aid olduğundan başqa şəxsə bu və ya digər əsasda ötürülə bilmir, hüquq varisliyinə əsas vermir, şəxsi hüquq hesab olunur. Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki, X10 "xxxx" şadlıq evinin inzibatçısı olaraq əmlakın sərəncamvericisi ilə olan münasibəti bilavasitə əmək müqaviləsinə əsaslanmışdır, bu zaman onun həmin əmək müqaviləsindən irəli gələn bütün hüquqları, o cümlədən əmək kollektivinin üzvü kimi həmin əmlakın özəlləşməsi zamanı güzəştli satış hüququ onun özünə aid olmuş, bu hüququn onun ölümü ilə realizə olunması imkanı aradan qalxmışdır. Dolayısı ilə əmək müqaviləsindən irəli gələn hüquqa da istinadən hazırkı İddiaçı əmlakın özəlləşməsi barədə sərəncam, özəlləşmənin yeku nlarının etibarsızlığını mübahisələndirmək hüququna - subyektiv hüquqa malik deyildir.
18. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: A.Hüseynovsədrlik edən, E.Mehdiyev, A.Hüseyn) 2-1(103)-2705/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmuş, iş yenidən baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi və X10 arasında ba ğlanmış 01 iyun 1992-ci il tarixli icarə müqaviləsinin müddəti 31 dekabr 1992-ci il tarixdə başa çatsa da, sonrakı dövrlərdə, yəni Bədəl Qulamovun vəfat etdiyi 24 may 2021-ci il tarixədək mübahisələndirilən qeyri-yaşayış sahəsi Bədəl Qulamovun faktiki sahibliyində və istifadəsində olmuş, o cümlədən 1997-ci ildə şadlıq evinin avadanlıqları Bədəl Qulamovun mülkiyyətinə verilmişdir. Digər tərəfdən mərhum iddiaçının atası Bədəl Qulamovun qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ yalnız icarəçi olmaqla deyil, müəssisənin əmək kollektivinin üzvü kimi yaranmışdır. Eyni zamanda apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş arayış təqdim etmişdir. Həmin arayış təsdiq edir ki, iddiaçı atasının əmlakının qanuni varislərindən biridir. c. birinci instansiya məhkəməsində ikinci icraat
21. Bakı İnzibati Məhkəməsinin (hakim B.Cəlalov) 28 aprel 2023-cü il tarixli, 2-1(112)5768/2023 qərarı ilə iddia rədd edilmişdir.
22. Məhkəmə hesab etmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər və xarici hüquqi şəxslər Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi çıxış edə bilərlər. X10 bu hüququndan istifadə edərək, əvvəllər icarəçisi olduğu əmlakı hərrac yolu ilə əldə edə bilərdi. Belə ki bu hüququnun həyata keçirilməsinə təminat yaratmaq məqsədilə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X8 11 noyabr 2016-cı il tarixli məktub ünvanlanmış, ünvan 2 şadlıq evinin xx.xx.2016-cı il tarixdə təkrar hərraca çıxarılması barədə ona məlumat verilmiş, habelə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin iştirak edə biləcəyi bildirilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi belə bir öhdəlik daşımamasına baxmayaraq, iddiaçının əmlakla bağlı hərracda iştirak etmək hüququnun təmin olunması istiqamətində tədbirlər görmüş, onu məlumatlandırmış, lakin iddiaçı bu hüququndan istifadə etməmişdir. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hal, yəni, onun atası nın "xxxx" şadlıq evinin özəlləşdirilməsindən (keçirilən hərracdan) məlumatlı olmaması iş materialları ilə öz təsdiqini tapmır.
23. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2890/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən, A.Oruczadə və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi “Dövlət əmlakının özəlləşdirilm əsi haqqında” Qanunun 8.1, 16.1, 17.1, 17.2.1, 20.1, 22.1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.1, 4.6.2, 4.6.5-ci maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
27. İddiaçının kassasiya şikayəti iddia ərizəsi uyğun olaraq tərtib etmiş, müəssisə hərraca çıxarılarkən onun mərhum atasına məlumat verilməməsi dəlil olaraq göstərilmişdir.
28. Kassator hesab etmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının tələblərinə uyğun olaraq hüquqi varisi olduğu atası Bədəl Qulamovun mübahisələndirilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində güzəştli şərtlərlə iştirak etmək hüququ pozulmuşdur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. X6 publik hüquqi şəxsin nizamnaməsi 1.1. Cavabdeh (bundan sonra Xidmət) tabeliyində X6 (bundan sonra - Mərkəz) dövlət sifarişi əsasında dövlət əmlakının, dövlətə məxsus olan hüquqi şəxslərin, onların bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət nəfinə keçməklə müsadirə olunmuş, xüsusi müsadirə edilmiş əmlakın, üzərinə həbs qoyulmuş dövlət əmlakının, dövlətin xeyrinə imtina edilmiş və dövlət mülkiyyətinə keçirilmiş əmlakın, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nə zərdə tutulmuş hallarda əmlakların hərraclarda satışı, eyni zamanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının həyata keçirilməsi, müvafiq müqavilə əsasında fiziki və hüquqi şəxslərin sifarişi ilə daşınar və daşınmaz əmlakların, ipoteka predmetinin və onlar üzərində hüquqların hərrac vasitəsilə satışı sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 1.3. Mərkəz bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 1.4. Mərkəz bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 1.5. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 1.6. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbinin təs viri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 1.7. Mərkəzin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr, o cümlədən idarə, filial və nümayəndəliklərinin və tabeliyində olan qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitlərdən maliyyələşdirilir. 1.8. Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
31. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənmə yərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilə r. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlama lıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən, məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
36. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
37. Yuxar ıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
38. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
39. Bu baxımdan işin hallarına nəzər salınanda görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamının və
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib olunmuş 09 aprel 2019-cu il tarixli, 13/01 nömrəli hərracın yekunlarına dair protokolun ləğv edilməsi.
40. İddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, mübahisə predmeti olan müəssisənin Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 125 nömrəli, 30 sentyabr 2016-cı il tarixli sərəncam qəbul etmişdir. Həmin sərəncamın 1 nömrəli əlavəsində Kiçik dövlət müəssisəsinin (obyektinin) özəlləşdirmə planına əsasən hərraca çıxarılan 34 ədəd dövlət müəssisə və obyektlərin özəlləşdirilməsi nəzərdə tutulmuşdur.
41. Göründüyü kimi, 30 sentyabr 2016-cı il tarixli sərəncam Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq qəbul edilmiş və həmin Sərəncam tək mübahisə predmeti olan "xxxx" şadlıq evinə münasibətdə deyil, bir sıra kiçik dövlət müəssisəsi nin (obyektlərinin) özəlləşdirməsi ilə bağlı olmuş və bu sərəncamla iddiaçının (onun mərhum atasının) hər hansısa bir subyektiv hüququn pozulması müəyyən olunmur.
42. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əs aslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
43. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisə predmetini təşkil edən cavabdehin Sərəncamının ləğvinə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur.
44. İddianın ikinci hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Lakin iddiaçının sonuncu tələbi cavabdehin səlahiyyət çərçivəsinə aid olmamaqla birinci tələbi ilə əlaqəli deyil.
45. Belə ki, iddiaçının yuxarıda qeyd olunan ikinci tələbi üzrə cavabdehliyi daşıya bilən səlahiyyətli orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti deyil həmin Xidmətin tabeliyində olan və hazırkı icraat çərçivəsində üçüncü şəxs kimi cəlb olunmuş Hərracların Təşkili üzrə Auksion Mərkəzidir (hazırkı X6 publik hüquqi şəxsi). Həmin mərkəzin Nizamnaməsinin 1.8-ci bəndinə görə Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Eləcə də, Mərkəz məhkəmədə iddiaçı və ya cavab deh qismində çıxış edə bilər.
46. Göründüyü kimi, cavabdeh tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi müəyyən edilmədiyindən, məhkəmələr tərəfindən iddianın mümkünlük şərtlərinə düzgün hüquqi qiymət verilməmişdir.
47. Beləliklə, birinci tələb üzrə iddiaçının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamının mübahisələndirməyə subyektiv hüququ olmadığından və ikinci tələb üzrə cavabdeh iddiaya cavab verməli inzibati orqan olmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmi n edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2890/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.