Məhkəmə qərarları › İş №2-1(102)-429/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-429/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-429/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İstehsalat Birliyi "xxxx" Xüsusi Səhmdar Cəmiyyətinin və Ticarət Evi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız sayılması) Bakı şəhəri Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İstehsalat Birliyi "xxxx" Xüsusi Səhmdar Cəmiyyətinin və Ticarət Evi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyin ə qarşı (üçüncü şəxs Cavabdeh2) qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2021-ci il tarixli, 2-1(103)-1635/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İstehsalat Birliyi “Konti" Xüsusi Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasında “Konti Mousse” adlı təsviri əmtəə nişanının qeydiyyata alınmasına dair 24 dekabr 2013-cü il tarixində iddia ərizəsi verilmiş və 17 mart 2015-ci il tarixində “Konti Mousse” adlı əmtəə nişanı 47466 nömrəsi ilə Qazaxıstan Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmışdır.

2. Bundan əlavə, İddiaçı1 (bundan sonra "Ko nti SC") tərəfindən "Konti Mousse" adlı əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə 07 iyun 2017-ci il tarixində 2017 00546 nömrəli qeydiyyata alınmasına dair ərizə verilmiş və 09 avqust 2017-ci il tarixində N 2017 0779 nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30-cu siniflərin əmtəələri və xidmətləri üzrə "xxxx" adlı əmtəə nişanı Azərbaycan Respublikasında 2016 1204 nömrəsi ilə qeydiyyata alınmışdır.

4. İddiaçılar "Konti-Rus” Səhmdar Cəmiyyəti, İddiaçı2 və “Ticarət Evi Konti" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasına ərizə ilə müraciət edərək "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1204 nömrəsi ilə qeydiyyata alınmış) qeydiyyatın ın etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişlər.

5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarı ilə müraciət təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarının tamamilə ləğv olunması və "xxxx" əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1204 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərar iddiaçılar tərəfindən 15 yanvar 2020-ci il tarixində alınmışdır. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasında yerləşən İstehsalat Birliyi “Konti" Xüsusi Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasında “Konti Mousse” adlı təsviri əmtəə nişanının qeydiyyata alınmasına dair 24 dekabr 2013-cü il tarixində iddia ərizəsi verilmiş və 17 mart 2015-ci il tarixində “Konti Mousse” adlı əmtəə nişanı 47466 nömrəsi ilə Qazaxıstan Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmışdır. Bundan əlavə, Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Rusiya Federasiyasının Kursk şəhəri, 305000, Zolotaya küçəsi 13 ünvanında yerləşən İddiaçı1 (bundan sonra "Konti SC") tərəfindən "Konti Mousse" adlı əmtəə nişanı nın Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə 07 iyun 2017-ci il tarixində 2017 00546 nömrəli qeydiyyata alınmasına dair ərizə verilmiş və 09 avqust 2017-ci il tarixində N 2017 0779 nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 30-cu siniflərin əmtəələri və xidmətləri üzrə "xxxx" adlı əmtəə nişanı Azərbaycan Respublikasında 2016 1204 nömrəsi ilə qeydiyyata alınmışdır. Hesab edirlər ki, Koroğlu MMC "xxxx" adlı əmtəə nişanını qeydiyyata aldırmaraq, Tatyana Viktorovnanın müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, "xxxx" İB ilə Tatyana Viktorovna arasında imzalanmış "Konti Mousse" adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında aktda göstərilmişdir ki, "Konti Mousse" adlı təsvirin müəllifi Tatyana Viktorovnadır. Bununla bağlı qeyd edilməlidir ki, "Ədəbi və X4 haqqında Bern Konvensiyası"nın 2-ci maddəsinin 1-ci bəndində "Ədəbi və Bədii Əsərlər" terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Eyni zamanda, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanu nun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq, yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin qanunun 6-cı maddəsinə əsasən, qrafika, dizayn, qrafik hekayələr və sairə müəlliflik hüququnun obyekti olan əsərlər sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanununa əsasən, "Konti Mousse" adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanlarının təsvirindən görünür ki, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmışdır. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5-ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəə nişanların oxşarlığını müəyyən edərkən, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 29.6.3-cü ("Qrafiki (görünüşlü) oxşarlıq"), 29.6.4-cü ("Məna etibarı ilə”), 29.6.5-ci ("Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər”), 29.7.1-ci ("Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur"), 29.7.2-ci ("Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir"), 29.8.1-ci ("Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər"), 29.8.2-ci ("Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1- 29.6.5 və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur"), 29.9.1-ci ("Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır") və 29.9.2-ci ("Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır") bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin ver ilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçilar hesab edir ki, "Konti Mousse” adlı əmtəə nişanı və "Mons” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1204 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Nəzərə almaq lazımdır ki, Cavabdeh2-nin "xxxx" ilə bilavasitə əlaqəsi var idi. Belə ki, "xxxx" və Cavabdeh2 arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, "xxxx" MMC "xxxx" şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. "xxxx" şirkəti Cavabdeh2-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin "Konti Mousse" adlı məhsul da mövcud idi. Bundan əlavə, "xxxx"yə məxsus ola n "Konti Mousse" adlı məhsullar Azərbaycan Respublikasına Cavabdeh2-yə məxsus "xxxx" adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Belə ki, Koroğlu MMC Kontinin distribütoru olub və onun mallarını Azərbaycan Respublikasında təchiz edib və onun məhsulları ilə yaxından tanış idi. Nəticəyə gəlmək olar ki, Cavabdeh2 "xxxx" adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Bununla bağlı, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Qeyd olunmalıdır ki, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının özbaşına təqlid edilməsinə yol verilmir və göstərilən hərəkətlər haqsız rəqabət hesab olunur. Eyni zamanda, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyəti ilə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi, Cavabdeh2 "xxxx" İB-yə məxsus olan və əvvəlcədən qeydiyyata alınmış "Konti Mousse" adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan "Mons” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. "xxxx" MMC "Mons” adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da "xxxx" şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiy yət Agentliyinin Apelyasiya Şurası iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki, həmin sənədlər əsasında "Konti Mousse” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyini, yəni "Koroğlu” MMC tərəfindən ölkəyə idxal edildiyini müəyyən etmək mümkündür. Apelyasiya şurası öz qərarında "Konti Mousse" adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllif X1 və onun işəgötürəni Ukrayna Respublikasının "xxxx" İB-nin müəlliflik hüquqları məsələsinə, ümumiyyətlə toxunmamışdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarının ləğv edilməsi xahiş olunmuşdur.

8. Üçüncü şəxsin nümayəndəsi iddiaya yazılı şəkildə etiraz edərək, bil dirmişdir ki, ümumiyyətlə iddiaçı ilə 3-cü şəxs arasında müqavilə münasibətləri olmamış və iddiaçıya məxsus mallar Cavabdeh2 tərəfindən idxal olunmamışdır. İddiaçının istinad etdiyi müqavilələr etibarsız müqavilələrdir. İddiaçının iddia ediyi kimi həmin malların ölkəyə gətirilməsi, daha sonra malların təsviri barədə Cavabdeh2-nin, umumiyyətlə məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən, üçüncü şəxs iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir..

9. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-819/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarının ləğv edilməsi və "xxxx" əmtəə nişanının qeydiyyata alınmasına d air 2016 1204 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "Mousse” adlı əmtəə nişanı Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə, həmin peçenye təsviri 17 mart 2015-ci il tarixində iddiaçıların adına Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alındığından və üzərində həmin təsvir olan qənnadı məmulatları 3-cü şəxsin özü və digər hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal edildiyi və istehlakçılar arasında tanındığı iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən qanunvericiliyin tələbləri, Azərbaycan Respublikasının 14.09.1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, 27.11.1998-ci qoşulduğu “Ədəbi və X4 haqqında” B ern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur.

11. Üçüncü şəxs Cavabdeh2 apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndəapelyasiya instansiya məhkəməsi) 23.09.2021-ci il tarixli, 2-1(103)-1635/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19.02.2021-ci il tarixli, 21(112)-819/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

15. Üçüncü şəxs məzmun baxımından apelyasiya şikayətinə uyğun kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində qeyd olunmuş işin faktiki hallarını və şikayətin dəlillərini araşdırmamış, işə birtərəfli qaydada yanaşmışdır. Belə ki, "xxxx" kombinasiya edilmiş əmtəə nişanı “Koroğlu" MMC-yə məxsus olmuşdur, 30-cu və 35-ci siniflərin əmtəələri və x idmətləri üzrə (30Konfetlər; 35-30-cu sinifində göstərilən əmtəələrin satışı üzrə xidmət(lər) 20.10.2016-cı il tarixdə “Koroğlu" MMC-nin adına Azərbaycan Respublikasında 2016 1204 nömrəsi ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi - 05.08.2016-cı ildir. Əmtəə nişanında “MOLOKO” söz işarəsi hüquqi mühafizə obyekti deyildir. İddiaçıya məxsus olan “Konti MOUSSE” əmtəə nişanı yalnız sözdən ibarət əmtəə nişanıdır. Əmtəə nişanındakı “MOUSSE” sözü heç mühafizə obyekti də deyildir. Bundan başqa, həmin iş üzrə apelyasiya şurasında araşdırma aparılan zaman bununla bağlı təkrar ekspertiza aparılmış və bu iki nişanın oxşar olmadığı müəyyən olunmuşdur. Belə ki, həmin araşdırma zamanı iddiaçıya məxsus olan sözdən ibarət əmtəə nişanının mənşə ölkəsində qeydiyyatının olmadığı da müəyyən ol unmuşdur. Belə olan halda, mənşə ölkəsində qeydiyyatı olmayan sözlü nişanın Cavabdeh2-yə məxsus olan və müvafiq qaydada mənşə ölkəsində qeydiyyatdan keçmiş və kombinasiya olunmuş, yəni həm sözdən, həm də təsvirdən ibarət olan əmtəə nişanı ilə müqayisəsinin aparılması apelyasiya instansiya məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılmadığını sübut edir. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsində güya həmin nişanın iddiaçının işçisi X3 tərəfindən yaradıldığı və 01.11.2013-cü il tarixli akta əsasən müəlliflik və əmlak hüquqlarının "xxxx" İB-nə keçməsi qeyd edilir. Bu barədə qeyd edilməlidir ki, əgər həmin nişan iddiaçının işçisi tərəfindən 2013-cü ildə iddaçıya verilmiş olsaydı, elə həmin il əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamə almış olardı. Göründü yü kimi, məhkəmə sübutları obyektiv qiymətləndirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun Maddə

3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə

5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra“Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fə rqlənmə nişanları. (-) Maddə

6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla, coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə a lınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda, həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. (-) Maddə

25. Əmtəə nişanı üzərində müstəsna hüquq (-) Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçıs ı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. (-) Maddə

29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddənin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. (-) Maddə

31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən düşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. (-) 18. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun Maddə

5. Müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin maddənin 2-ci bəndinin dördüncü hissə sinə görə isə müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formada mövcud ola bilər: “təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino, tele-, video-, yaxud fotokadr və s.)...” 19. “Ədəbi və X4 haqqında Bern Konvensiyası” Maddə 2. “«Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri,o cümlədən:...rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini...”əhatə edir...” Həmin maddənin 6-cı bəndinə əsasən, “bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəll ifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.” 20. “Haqsız rəqabət haqqında” Qanun Maddə 4. “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. 21. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası Maddə

6. Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa, İttifaqın onun yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. İşarələr əx laq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa, baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatı rədd edilə, yaxud etibarsız hesab edilə bilər.

22. İnzibati Prosessual Məcəllə Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kolleg iyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kas sasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Yuxarıda istinad olunan normalara görə, müəlliflik hüququnun şamil edildiyi hə m açıqlanmış, həm də açıqlanmamış əsərlər təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr) və sair obyektiv formada mövcud ola bilər. Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir.

29. Bu qərarın 18-21-cİ bəndində istinad olunan normalara əsasən, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur.Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilmiş şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye,yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. 30. “Haqsız rəqabət haqqında” Qanunun yuxarıda istinad olunan 4-cü maddəsinə görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən hərəkətlərə, o cümlədən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni a dlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir.

31. Eyni zamanda, nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından, “Ədəbi və bədii əsərlər” termini, ifadə üsul və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini əhatə edir. Həmin normaların tələbinə əsasən bu maddədə gö stərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.

32. İş üzrə materiallarla müəyyən olunmuşdur ki, “Əqli mülkiyyətin müstəsna müəllif əmlak hüquqlarının işəgötürənə verilməsinin təsdiqi haqqında” 01 noyabr 2013-cü il tarixli akta əsasən "xxxx" İB özəl Səhmdar Cəmiyyətinin Marketinq Departamentinin dizayn şöbəsinin rəisi vəzifəsində işləyən X2 öz əmək öhdəliklərinin icrası çərçivəsində onunla bağlanmış əmək müqaviləsinə və “Əqli mülkiyyətin müstəsna müəllif əmlak hüquqlarının verilməsi haqqında” 01 fevral 2006-cı il tarixli razılaşmaya müvafiq olaraq işəgötürənin tapşırığına əsasən 17 aprel 2012-ci ildə Təsvir yaratmışdır. “Təsvir”ə dair müstəsna müəllif əmlak hüquqları işəgötürənə “Təsvir”in istənilən üsulla və istənilən formada dünyanın bütün ərazisində müstəsna hüququn qüvvədə olduğu bütün müddət ərzində tam həcmdə məxsusdur, onları tam və ya qismən verə bilər, həmçinin işəgötürən şəxsi istəyi ilə müəyyən etdiyi şərtlərlə istənilən şəxslərə müəllifə hər hansı bir əlavə mükafat vermədən lisenziya verə bilər. Müəllif işəgötürənə və onun razılığı ilə digər şəxslərə müəllifin adını göstərmədən “Təsvir”dən istifadə etmək haqqı tanıya bilər.

33. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmış, Cavabdeh2 iddiaçıya məxsus qənnadı məmulatlarının Azərbaycanda distribyusiyasını və dağıtımını həyata keçirmişdir. Axırıncı müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixində bitmişdir.Qeyd olunan xüsusat b aşqa bir inzibati iş üzrə işə əlavə olunmuş hazırkı tərəflərin və üçüncü şəxsin iştirak etdiyi, Azərbaycan Respublkası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 2-1(102)-2684/2019 saylı qərarı ilə də təsdiq olunur. Bu baxımdan, MPM-in 82.3-cü maddəsinin tələbləri nöqteyi-nəzərindən, iddiaçı ilə Cavabdeh2 arasında qənnadı məmulatlarının təchizatı üzrə müqavilələrin bağlandığı və sonuncu tərəfindən həmin məmulatların Azərbaycanda distribyusiyasının və dağıtımının həqiqətən həyata keçirilməsinin hazırkı iş üzrə yenidən sübut olunması tələb edilmir. 34. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyya ta alınmasına yol verilmir. Həmin Qanunun müddəalarına görə, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Qeyd olunan Qanunun 31-ci maddəsinə (2-ci hissəsinə) əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qay dada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.

35. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə görə, iddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması zamanı, məna etibarı ilə (semantik) oxşarlıq nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi kimi əlamətlər əsasında müəyyən edilir.

36. Onu da qeyd etmək lazımdır ki, iş üzrə materiallara əlavə olunmuş "xxxx" MMC-nin istehlakçılar arasında apardığı sorğunun nəticəsində 500 nəfər respondentlərin 41 %-i məhz "xxxx" brendi altında istehsal olunan "MOUSSE” nişanını tanımış, 27%-i isə həmin əmtəə nişanını ən azı 3 ildir ki, tanıdıqlarını bildirmişlər.

37. Göründüyü kimi, qüvvədə olan əmtəə nişanları və coğrafi göstəricilər həm yerli qanunvericilik, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr baxımından eyni dərəcədə mühafizə olunur. Beləliklə, yuxarıda istinad olunan normalar və qeyd olunan səbəblər nəzərə alındıqda, Cavabdeh2-nin adına cavabdeh tərəfindən aparılmış "xxxx" əmtəə nişanının (təsvirin) qeydiyyatının ləğvini və bununla bağlı verilmiş şəhadətnamənin etibarsız hesab olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qəra rı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2021-ci il tarixli, 2-1(103)-1635/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar