Məhkəmə qərarları › İş №2-1(102)-43/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-43/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-43/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi sosial sığorta haqları üzrə borc tələbi; yaranmış borcun əsassızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMM-in cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçün cü şəxs Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı) “əsassız hesablanmış sosial sığorta borcunun şəxsi vərəqədən silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2-1(103)-227/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 178.557,35 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun dövlət büdcəsinə alınması üçün iddiaçının banklarda olan hesablaşma hesablarına sərəncam qoyulmuşdur.

2. İddiaçı tərəfindən yaranmış borcla əlaqədar 7 may 2 019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə müraciət edilmiş, həmin idarə tərəfindən 16 may 2019-cu il tarixli məktubla iddiaçıya məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur.

3. İddiaçı 23 may 2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə müraciət edərək hesablanmış 178.557.35 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcun hansı əsasla yaranması və ya hansı dövrü əhatə etməsi barədə məlumatın verilməsini, o cümlədən əsassız olaraq hesablanmış borcun müəssisənin şəxsi vərəqəsindən silinməsini xahiş etmişdir.

4. İddiaçının müraciətinə 31 may 2019-cu il tarixli, **********3 saylı məktubla elektron qaydada cavab verilərək bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2019cu il tarixə dək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesabların və ödənişlərin nüsxələri (və ya üzləşmə aktı) Departamentə təqdim olunduqdan sonra araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ilədək hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcunun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məcburi dövlət sosial sığorta haqları üzrə ondan tələb olunan borcun yaranma əsası bəlli deyil və cavabdeh borcun mövcudluğunu təsdiq edən sənədləri təqdim etməmişdir.

7. Cavabdeh iddia tə ləbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilməsindən əvvəl yarandığından borcun tərkibi barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat alınmışdır. Həmin məlumatlara istinadən iddiaçının xx.xx.2018-ci il tarixinədək cəmi 199364,66 manat sosial sığorta üzrə borcu mövcud olmuşdur. Bundan əlavə, məcburi dövlət sosial sığorta haqları üzrə 33980.89 manat borc “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar silinmişdir. Məcburi dövlət sosial sığorta haqları iddiaçı tərəfindən müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən yaranmış borc məbləğinə peny a tətbiq edilmiş və şəxsi hesab vərəqəsində mövcud olan borc məbləğinin alınmasının təmin edilməsi məqsədilə vergi orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş hərəkətlər edilmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi üçün əsaslar mövcud olmadığından iddia təmin edilməməlidir.

8. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2-1(112)-145/2020 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

9. Məhkəmə Ekspertiza Mərkəzinin 9/4325 nömrəli, 12 mart 2021-ci il tarixli ekspert rəyinin nəticəsinə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçının borcu 44.040,83 manat olmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin (hakim A.O.Pənahzadə) 2-1(1 12)-202/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının iddiası qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixədək iddiaçıya hesablanmış 134.516,52 ( bir yüz otuz dörd min beş yüz on altı manat 52 qəpik) manat məcburi dövlət sosial sığorta haqları üzrə borc silinmişdir.

11. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək hesab etmişdir ki, iddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə ümumilikdə məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş 44.040,83 manat borcu qalmışdır. Odur ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan, 01 yanvar 2019cu il tarixədək hesablanmış 134.516,52 manat borc silinməlidir (178.557,35 44.040,83). İddiaçı göstərilmiş 44.040,83 manat borca münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iddiaçının tələbi həmin hissədə Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinin tələbinə əsasən əsassız olmuşdur.

12. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov-sədrlik edən, A.S.Hüseynov və H.Ü.Həmidov) 28 iyul 2022-ci il tarixli, 21(103)-227/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi ni və iddianın rədd olunmasını xahiş etmişdir.

16. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini və ya işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbinə qarşı verdiyi etirazın dəlillərini təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, istinad olunan ekspert rəyi mötəbər deyildir. Belə ki, ekspertə bütün iş materialları deyil, yalnız iddiaçının təqdim etdiyi materiallar təqdim edilmiş, cavabdeh və üçüncü şəxs tərəfindən təqdim edilmiş sənədlər və dəlillər tədqiqat obyektindən kənarda qalmışdır. Beləli klə, işə baxan apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş borcun tərkibi barədə məlumatı, 3-cü şəxs tərəfindən təqdim edilmiş borcun yaranma əsasları barədə xx.xx.2019-cu il tarixli məktubu və ona əlavə edilmiş cədvəli, iddiaçı tərəfindən təqdim edilmiş rüblük B1 hesabatları nəzərə almadan, nəticədə işin hallarını hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

18. Üçüncü şəxs kassasiya şikayətində işin hallarını təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş kağız və elektron formada hər rüb üçün iddiaçı tərəfindən təsdiq edilərək təqdim edilmiş Forma (B1) hesabatlara asasan hesablanmış məcburi dövlət sosial sığorta haqqı 167.247,45 manat (343.476,98176.229,53=167.247,45), ekspertin verdiyi rəydə isə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 55.511,72 manat (64.604,56-9092,84=55.511,72) olmaqla fərq yaranmışdır. Ekspert iddiaçı tərəfindən Fonda hər rüb üçün təsdiq edilərək təqdim edilmiş Forma (B1) hesabatlari əsas götürməmiş, iddiaçının Fonda təqdim etmədiyi hesabatlari əsas götürərək rəy vermiş, nəticədə əsassız olaraq 134.516,52 manat məcburi sosial sığorta haqqı silinmişdir. kassasiya şikayətinə etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün h allarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Maddə 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Maddə 47.1 İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri e dən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

23. Şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb e dildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istina d etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qeyd olunmalıdır ki, qanunvericiliyin müvafiq normalarına istinadən iddiaçıya hesablanmış borc məbləğinin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiy ası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Bu qərarın 21-ci bəndində istinad olunan normalar inzibati məhkəmə icraatında sübutetmə vəzifəsini tənzimləyir. Həmin normaların tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eləcə də inzibati orqanın inzibati aktı n qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən borcun yaranması və hesablanması əsaslarını sübut etmək vəzifəsi cavabdehə aid edilməlidir. Lakin hazırkı işdə cavabdeh sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun icraat aparılmadan, sa dəcə olaraq 3-cü şəxs tərəfindən verilmiş məlumatlar əsasında borcun mövcud olduğunun bildirilməsi yetərli sayıla bilməz. Bu zaman həm də həmin borcun necə və hansı dövrlər üzrə yarandığı və hansı qaydada hesablandığı da aydın şəkildə əsaslandırılmalı və sübut olunmalıdır. Lakin cavabdeh tərəfindən borc məbləğinin tərkibi, illər üzrə borcun məbləği, hansı illər üzrə borcla bağlı hansı penya məbləğinin tətbiq olunması barədə açıqlama və əsaslandırma nə iddiaçıya, nə də məhkəməyə təqdim olunmamışdır. Əksinə, cavabdeh özü də iddia tələbinə etirazında və kassasiya şikayətində qeyd etmişdir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edildikdən əvvəl yaranmışdır və ona görə də borc məbləği Dövlət So sial Müdafiə Fondundan alınmış məlumatlar əsasında hesablanmışdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu qaydada (sadəcə məlumatlara istinadən) borcun hesablanması şəxsin iqtisadi maraqları, yəni əmlak hüquqları sferasına əsassız müdaxilə kimi qiymətləndirilməli və yolverilməz sayılmalıdır. İPM-in 70-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən yenidən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ekspertizanın nəticələrinə əsasən iddiaçının DSMF-yə təqdim etdiyi hesabatlarla birinci instansiya məhkəməsinə və ilkin ekspertizaya təqdim olunmuş hesabatlar arasında hər hansı fərq müəyyən edilməmişdir. Eləcə də, ekspert rəyində iddiaçı tərəfindən ödənilmiş sosial sığorta haqqı məbləği, artıq ödənilmiş və ödənilməli olan borc məbləği illər üzrə müəyyən olunmuş və açıqlanmışdır.

31. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, həm cavabdehin, həm də 3-cü şəxsin ekspertiza təyin olunmasından, ekspertiza qarşısında qoyulmuş suallardan, ekspertizaya təqdim olunmuş hesabatlardan məlumatı olmasına rəğmən, onlar tərəfindən bununla bağlı məhkəməyə və ekspertizaya hər hansı əlavə sənəd və vəsatət təqdim olunmamışdır. Bu baxımdan şikayətin ekspertə bütün iş materiallarının deyil, yalnız iddiaçının təqdim etdiyi materialların təqdim edildiyi, cavabdeh və üçüncü şəxs tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin tədqiqat obyektindən kənarda qaldığı barədə dəlilləri də əsassız sayılmalıdır.

32. Beləliklə, hazırki mübahisəyə münasibətdə apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2 022-ci il tarixli, 21(103)-227/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar