Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-431/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xarab olmuş malların dəyərinin xərcə daxil edilməsi; vergi yoxlamasının əsassız uzun müddət dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-2289/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli **********154975 nömrəli qərarı ilə iddiaçı müəssisədə növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: fevral 2019 – yanvar 2022) təyin edilmiş, yoxlama xx.xx.2023cü il tarixli **********158368 nömrəli aktla rəsmiləşdirilmişdir.
2. Həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığo rta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174597 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya ümumilikdə 152.506,2 manat əlavə vergi və 94.563,16 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174597 nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ərzaq mallarının idxalı və topdansatışı ilə məşğuldur. 2019-cu il ərzində ümumilikdə 18547944,74 AZN məbləğində göndərilən e-QF-lar ilə satışları olmuş, 436984,00 manat məbləğində mallar xarab olmuş və xarab olmuş malları Dövlət X1, Dövlət Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi və sair qurumların iştirakı ilə məhv edilmiş və həmin malların xarab olması cəmiyyətin birbaşa maliyyə itkisinə və zərərinə gətirib çıxarmışdır. Qeyd edilən bütün idxal, həmçinin xarab olmuş mallar cəmiyyətin gəlirin əldə edilməsi ilə bağlı olan əməliyyatlardır. Bundan əlavə, 2019-2021-ci illər üzrə təsisçi tərəfindən İddiaçı MMC-yə faizsiz borc kimi verilən və qaytarılan pul vəsaitləri Mülki Məcəllənin 739-cu maddəsi əsas tutularaq kredit kimi qiymətləndirilmiş və banklararası faiz dərəcəsi əsas götürülərək təsisçiyə ümumilikdə 121676,66 manat gəlir hesablanmışdır. Nəticəd ə dividend vergisi üzrə 12167,65 manat və maliyyə saksiyası 6083,83 manat (ümumilikdə 18251,48 manat) hesablanmışdır. Halbuki təsisçinin faizsiz borc vermə məqsədi, ona məxsus cəmiyyətin müxtəlif vaxtlarda maliyyə ehtiyacının aradan qaldırılması və sonda cəmiyyətin mənfəətlə işləməsi nəticəsində dividend qazanması olmuşdur. Həmçinin təsisçinin faiz ilə kredit verilməsi üçün Mərkəzi Bankdan lisenziyası olmalıdır. Əlavə olaraq, faizlə gəlir əldə edilməsi xx.xx.2023-cü ilədək vergidən azad edilmişdir. Bundan əlavə, qeyd edilən məbləğ, yəni 124500,00 manat dividend vergisinə cəlb edilsə də, vergi orqanı tərəfindən cəmiyyətin xərci kimi tanınmamışdır. Əgər bu, bir şəxsin gəliridirsə, digər şəxsin mütləq xərci olmalıdır, çünki gəlirin formalaşması cəmiyyətin birbaşa fəaliyyətinə aid olan xərcdir. Həmçinin yoxlama zamanı cəmiyyət tərəfindən təqdim edilmiş cədvəllər əsasında xarici valyuta üzrə yaranmış zərər nəzərə alınmamış, bu isə ümumilikdə mənfəət vergisinin əsassız olaraq 16325,35 manat artıq hesablanması ilə nəticələnmişdir. Bundan başqa, vergi orqanı 2022ci ilin yanvar ayı ərzində müxtəlif şərtlər əsasında təqdim edilmiş bəzi malların satış qiymətində 10 faiz artıq fərq yaranmasına görə Vergi Məcəlləsinin 14-cü maddəsini əsas tutaraq bazar qiyməti tətbiq etmiş, təqdim edilmiş mallara dair alıcılarla bağlanmış müqavilələri, müqavilələrdə olan ödəniş, saxlanma, satış həcmi və sair şərtləri araşdırmadan ən yüksək bazar qiymətini tətbiq edərək nəticədə 6834,35 manat ƏDV və 3417,17 manat maliyyə sanksiyası (ümumilikdə 10251,52 manat) hesablanmışdır.
5. Cavabdeh iddia tələbinə etirazında bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuş, 436984,00 manat xarab olmuş malların dəyəri vergi ödəyicisi tərəfindən mənfəət vergisinin hesablanması baxımından xərcə daxil edilmişdir. Halbuki Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Bundan əlavə, iddiaçı tərəfindən yoxlama ilə əhatə edilən dövrdə müxtəlif kateqoriyalı xərclərin məbləği düzgün bəyan edilməmişdi r (məsələn, yanacaq xərcləri, rabitə xərcləri və sair). Əlavə olaraq, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 175.1-ci maddələrinin tələbləri pozulduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrinin 308-ci sətrində Vergi Məcəlləsinin 175.1ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalara görə nağdsız qaydada ödənilmiş məbləğ üzrə cəmi əvəzləşdirilən ƏDV məbləğinin 2019-cu ilin mart ayı üzrə 15,29 manat, 2019-cu ilin iyul ayı üzrə 54 manat, 2020-ci ilin iyun ayı üzrə 2144,82 manat, dekabr ayı üzrə 137,29 manat, 2021-ci ilin aprel ayı üzrə 45,77 manat və 2022-ci ilin yanvar ayı üzrə 644,01 manat olmaqla, yoxlama ilə əhatə edilən dövr üzrə ümumilikdə 3041,19 manat artıq, eyni zamanda 2019-cu ilin fevral ayı üzrə 15,30 m anat, iyun ayı üzrə 54,0 manat, 2020-ci ilin may ayı üzrə 2144,83 manat, noyabr ayı üzrə 137,29 manat, 2021-ci ilin mart ayı üzrə 45,76 manat və dekabr ayı üzrə 644,01 manat olmaqla, cəmi 3041,19 manat əskik göstərilməsi müəyyən edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 123.1-ci, 122.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cəmiyyət tərəfindən yoxlamaya təqdim edilmiş, təsisçilər ilə borc müqavilələrinə əsasən, bank hesablarına təsisçilərdən daxil olan və onlara ödəniş olunan vəsaitləri nəzərə alaraq, eyni valyuta ilə oxşar müddətdə verilmiş banklararası kredit hərracında olan faiz göstəricisi əsas götürülməklə əlavə hesablama aparılmışdır. Belə ki, Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan b iri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla, vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə cəmiyyət tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə, həmin borcun aid olduğ u dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmışdır və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticədə, 12.167,65 manat ödəmə mənbəyində tutulan verginin azadılması müəyyən edilmişdir. Həmçinin, cəmiyyət tərəfindən bank hesabından təsisçilərə ödəniş olunmuş dividend məbləğlərindən tutulan ödəmə mənbəyində vergi bəyannamə ilə yoxlanılaraq müəyyən kənarlaşma aşkar edilmişdir. Belə ki, bank hesablarından 2021-ci ilin 4-cü rübü üzrə təsisçilərə 720702,69 manat dividend ödənilmişdir. Eyni zamanda, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənildiyi müəyyən olunmuş və Ver gi Məcəlləsinin 58.6-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 17111,46 manat maliyyə sanksiyasının tədbiq edilməsi səyyar vergi yoxlaması aktında təklif olunmuş, lakin məsuliyyətə cəlb edilmə barədə qərar çıxarılan zaman əldə edilmiş sənədlərə əsasən, malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə, vaxtında ödənilməmiş ƏDV məbləğinə görə 24237,36 manat maliyyə sanksiyasının tədbiq edilməli olduğu sənədlərlə öz təsdiqini tapmışdır. Odur ki, Vergi Məcəlləsinin 58.6-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə, vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 24237,36 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) xx.xx.2024-cü il tarixli e-2-1(112)1854/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin mübahisələndirilən qərarı, İddiaçı MMC-yə 2021-ci il üzrə rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergilərə görə 7855,56 manat əlavə verginin hesablanması və həmin məbləğə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz miqdarında, yəni 3927,78 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması hissəsi istisna olmaqla ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki: Məhkəmə araşdırması zamanı müəyyən o lunmuşdur ki, cəmiyyət ərzaq mallarının idxalı və topdansatışı ilə məşğuldur. 2019-cu il ərzində ümumilikdə 18547944,74 manat məbləğində göndərilən e-QF-lar ilə satışları olmuş, 436984,00 manat məbləğində malları xarab olmuş və xarab olmuş mallar X1, Dövlət Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi və sair qurumların iştirakı ilə məhv edilmişdir. Lakin yoxlama ilə həmin dəyər xərclərdən çıxarılmışdır; Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş cədvəllər əsasında 2020-ci il üzrə 47395,77 manat və 2021-ci il üzrə 34230,99 manat xarici valyuta üzrə yaranmış zərər vergi orqanı tərəfindən nəzərə alınmamışdır; Mübahisələndirilən qərarın yoxlama ilə cəmiyyət tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğində həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlərin hesablanması və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin hesablanması ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçı borc almışdır, yəni təsisçi fiziki şəxslər öz müəssisəsinə (iddiaçıya) borc vermişlər. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş materiallarında mövcuddur. Göründüyü kimi, iddiaçı borc alandır və bu əməliyyat üzərindən onun hər hansı gəliri formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə aldığı nəzərdə tutulmamışdır və borcun qaytarılması hər hansı faizlə şərtləndirilməmişdir. Hazırkı mübahisəyə münasibətdə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal, Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur. Mülki Məcəllənin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilmişdir), müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı işın materiallarından iddiaçının və ya təsisçilərinin belə fəaliyyətlə məşğul olan şəxs olduqları görünmür. Bu baxımdan iddiaçının borcu faizsiz aldığı və faizsiz qaytardığı, onun və ya təsisçisinin hər hansı gəlirinin formalaşmadığı qəbul olunmalıdır; Bununla yanaşı, işin mübahisələndirlməyən hallarından müəyyən olunur ki, cəmiyyət tərəfindən bank hesabından təsisçilərə ödəniş olunmuş dividend məbləğlərindən tutulan ödəmə mənbəyində vergi bəyannamə ilə yoxlanılaraq, müəyyən kənarlaşma aşkar edilmişdir. Belə ki, bank hesablarından 2021-ci ilin 4-cü rübü üzrə təsisçilərə 720702,69 manat dividend ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur (Dividendin ödənildiyi zaman qüvvədə olan redaksiyada). Qanunvericilyin qeyd olunan tələblərinə əsasən, ödənilmiş dividend məbləğindən 80786,22 manat ÖMV tutulmalı olduğu halda, cəmiyyət tərəfindən 72930,66 manat ödəmə mənbəyindən vergi bəyan edilmiş və nəticədə 7855,56 manat ödəmə mənbəyində tutulan vergi azaldılmışdır. Qeyd olunanlara əsasən, vergi orqanı tərəfindən haqlı olaraq cəmiyyətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəmiyyət tərəfindən bank hesabından təsisçilərə ödəniş olunmuş dividend məbləğlərindən tutulan ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 7855,56 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 3927,78 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı tərəfindən vergi orqanının xx.xx.2023-cü il tarixli **********174597 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərarının tam ləğv olunması xahiş olunsa da, iddia ərizəsində və məhkəmə baxışı zamanı qərarın qeyd olunan hissəsinin ləğvi ilə bağlı heç bir dəlil göstərilməmişdir; Səyyar verg i yoxlamasının nəticələrinə dair tərtib olunmuş aktdan görünür ki, yoxlama xx.xx.2022-ci il tarixdə başlanılmış, yoxlamanın müddəti cavabdeh orqanın müvafiq qərarları ilə bir neçə dəfə artırılmış, təxirə salınmış, dayandırılmış, bərpa edilmiş və yoxlama xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə görə, reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir (bənd 3.4): yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə)(bənd 3.4.11); yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) (bənd 3.4.16). İş mat eriallarından göründüyü kimi, yoxlamanı keçirmiş vergi orqanı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəaları pozularaq vergi yoxlamasının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməmişdir. Qeyd olunan “Əsasnamə”nin ümumi müddəalar adlanan İ bölməsinin 1.5-ci bəndində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
8. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) a pellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrik edən və məruzəçi/; M.C.Qarayeva və P.A.Hüseynov) 27 avqust 2024-cü il tarixli, 2-1(103)-2289/2024 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, vergi orqanının apellyasiya şikayətinin hüquqi əsasları kimi istinad etdiyi Vergi Məcəlləsin 108.5-ci maddəsi 2019-cu ildə mövcud olmamışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 108.4-cü və 108.5-ci maddələr əlavə edilmişdir. Vergi Məcə lləsinə həmin əlavə olunmuş 108.5-ci maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi izahatında şifahi olaraq apellyasiya şikayətinin hüquqi əsasını dəyişərək, bu Qərarın 33-cü bəndində göstərildiyi kimi apellyasiya şikayətini Qaydalara istinadla əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası diqqətə çəkir ki, verginin hesablanması ilə bağlı müddəalar, həmçinin vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.
11. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməm əsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Cavabdehin kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi yoxlama müddətinin uzadılması barədə məlumatın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində öz əksini tapmadığını qeyd etsə də, hazırkı mübahisə ilə bağlı yoxlamaya dair məlumatların öz əksini tapdığı KY221720293 saylı çıxarışda səyyar vergi yoxlamasının başlama, başa çatma dövrü, eləcə də yoxlam anın dayandırılması, onun aparılma müddətinin artırılmasına dair bütün məlumatlar öz əksini tapmışdır.
13. Bundan əlavə, mübahisə olunan qərarla 2019-cu il tarixə hesablanmış mənfəət vergisinin əsası məhv edilmiş malların xərc olaraq qəbul edilməməsindən ibarət olmuşdur. Qısaca, məhkəmə həmin məbləğin xərc kimi qəbul edilməli olub-olmamasını müəyyən etməli olduğu halda bunu etməmiş, ümumiyyətlə, bu halı araşdırmamışdır. Belə ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Əvvəla, məhkəmə öz qərarında məhv edilmiş malların dəyərinin gəlirin əldə edilməsi ilə bağlılığını, ümumiyyətlə, əsaslandıra bilməmişdir. Belə ki, “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 7.3-cü bəndinə əsasən, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən təqdim edilmiş hazır məhsulların satışı üzrə məsrəflər, o cümlədən yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflər, köməkçi istehsalatların xərcləri, əsas istehsala xidmət və onun idarə edilməsi ilə bağlı dolayı xərclər, zayolmadan əmələ gələn itkilər və sair bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəli rlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 5.3-cü bəndinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin təqdim etdiyi malların satışı üzrə məsrəflər, o cümlədən bu malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir. Odur ki, zayolmadan əmələ gələn itkilər iddiaçı istehsal fəaliyyəti ilə məşğul olduğu təqdirdə xərc hesab edilir, lakin qanunvericilikdə topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin zayolmadan əmələ gələn itkisi onun xərci kimi müəyyən edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya i nstansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (mübahisələndirilən qərar qəbul edilən anda qüvvədə olan redaksiya): Maddə 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.... 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından im tina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və y axud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassız dırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
23. İlk növbədə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən iddiaçı müəssisəyə əlavə olaraq 2019-2021-ci illər üzrə mənfəət vergisi, 2019-2022-ci illər üzrə ƏDV, 2019-2021-ci illər üzrə ÖMV hesablanmış, həmçinin 2019-2021-ci illər üzrə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən qərarın qəbulu zamanı inzibati icraatın norma və prinsiplərinin pozulması ilə bağlı qeydlər
24. Hazırkı iş üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2022-xx.xx. 2023-cü il tarixləri arasında keçirilmiş, yoxlama müddəti 2 dəfə uzadılmış, 10 dəfə isə dayandırılmışdır.
25. İşə baxan aşağı instansiya məhkəmələri məhkəmə qərarının əsaslandırılmasında yoxlamanı keçirmiş vergi orqanı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəaları pozularaq vergi yoxlamasının müddətinin artırılması barədə məlumatın Reyestrə daxil edilmədiyini qeyd etsələr də, iş materiallarından müəyyən olunur ki, yoxlamanın müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilmişdir. Reyestrə daxil edilməyən yeganə məlumat Aktın tərtibi müddətinin uzadılması ilə bağlı məlumatdır ki, bu məlumatın Reyestrə daxil edilməsinə zərurət yoxdur (Aktın tərtibi yoxlama bitdikdən sonra baş verdiyind ən və həmin müddətdə vergi orqanının sahibkarlığın keçirildiyi yerlərə getməklə bağlı səlahiyyəti olmadığından). Səyyar vergi yoxlaması aktının məzmunundan da görünür ki, yoxlama xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Aktın tərtibi müddətinin uzadılması barədə qərar isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə, vergi yoxlamasının müddətinin artırılması barədə məlumatın Reyestrə daxil edilməməsinə dair aşağı instansiya məhkəmələrinin mövqeyi əsassızdır.
26. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlama 10 dəfə “Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi” əsası ilə dayandırılmışdır.
27. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına baxmayaraq, cavabdehin dayandırma və uzatma qərarlarında göstərilən məqsədlərə uyğun davrand ığı müəyyən edilmir, iş materiallarında cavabdehin sözügedən qaydada davrandığını təsdiq edən hər hansı sübut yoxdur. Belə ki, cavabdeh tərəfindən yoxlama ekspert və ya mütəxəssis rəyinin alınması əsası ilə uzun müddət dayandırılsa da, lakin sonda rəy əsasında hər hansı hesablama aparılmamışdır.
28. Qeyd edilməlidir ki, cavabdeh qanunvericiliklə ona verilmiş bu imkandan həmin səlahiyyətin məqsədinə uyğun istifadə etməli, yoxlama müddətlərinin əsassız uzadılmasına və bununla da, sahibkarlıq fəaliyyətinə əsassız müdaxiləyə gətirib çıxara biləcək şərait yaratmamalıdır. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidm ət edir, lakin o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui-istifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir. Lakin hazırkı iş üzrə vergi orqanı öz təşəbbüsü ilə yoxlamanı 10 dəfə dayandırsa da (Vergi Məcəlləsinin 38.7.3-cü maddəsi), sonda ekspert rəyi almamış və ekspert rəyinə istinad etməklə vergi hesablamamışdır. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsində “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi” halının dayandırmaya əsas kimi göstərilməsində qanunvericinin niyyəti, yuxarıda qeyd edildiyi kimi, inzibati icraat çərçivəsində obyektiv araşdırma və obyektiv həqiqətə nail olunması kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.3-cü maddəyə istinadən yo xlamanı dayandırdıqda və sonradan ekspertiza rəyinə lüzum olmadığı nəticəsinə gəldikdə, bu halın obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Bununla yanaşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması, məhz vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi halı mövcud olduqda mümkündür və yoxlama, mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək dayandırılır. Ona görə də cavabdeh inzibati orqan tərəfindən yoxlamanı dayandırmaq üçün yalnız ekspertiza təyin edilməsi barədə qərarın qəbulu məqbul hesab oluna bilməz, məhz həqiqətən, ekspert rəyinə zərurət olduğu iş üzrə təsdiqlənməlidir. Hazırkı işdə isə icraatı aparan inzibati orqan bu qaydada davranmamışdır. Göründüyü k imi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın 10 dəfə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə, inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. Xarab olmuş malların dəyərinin xərc kimi nəzərə alınmamasının qanunsuzluğu ilə bağlı qeydlər
29. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
30. Göründüyü kimi, bir xərcin gəlirdən çıxılan xərc olması üçün iki şərt ödənilməlidir. Belə ki, bu xərc: - qanunvericilikdə gəlirdən çıxılmayan xərclərə aid edilməmiş olmalı; - gəlirin əldə edilməsi ilə bağlı çəkilməlidir.
31. Vergi Məcəlləsinin 109-cu maddəsi gəlirdən çıxılmayan xərcləri tənzimləyir ki, həmin normanın iddiaçı tərəfindən əməliyyatların aparılması zamanı qüvvədə olan redaksiyasında, həm yoxlama zamanı qüvvədə olan redaksiyasında, həm də indiki redaksiyasında xarab olan malların dəyərinin xərcə aid edilməməli olmasına dair norma mövcud deyil. Başqa sözlə, 108.1-ci maddənin dizpozisiyasının birinci şərti hazırkı iş üzrə müəyyən edilmir.
32. Xarab olan malların “gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş” xərclərə aid edilibedilməməsi məsələsinə gəldikdə isə, bununla bağlı qeyd edilməlidir ki, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər - vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti çərçivəsində gəlir əldə etmək məqsədilə apardığı iqtisadi əməliyyatlar nəticəsində formalaşan, qanunvericiliklə müəyyən olunmuş qaydada sənədləşdirilmiş və iqtisadi cəhətdən əsaslandırılmış pul və ya maddi məbləğlərdir. Gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərə verilən bu anlayış Vergi Məcəlləsinin 108-ci maddəsindən irəli gəlir. Həmin maddəyə əsasən vergi ödəyicisinin gəlirinin müəyyən edilməsi məqsədilə yalnız sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlı olan və gəlirin əldə olunması üçün çəkilmiş sənədlərlə təsdiq edilən xərclər gəlirdən çıxıla bilər. Bu isə o deməkdir ki, hər bir xərc iqtisadi mənada gəlir gətirən fəaliyyətin bir hissəsi olmalı və rəsmi mühasibat uçotu sənədlərində təsdiq edilməlidir. Gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər, əslində, sahibkarlıq subyektinin iqtisadi fəaliyyətini həyata keçirmək üçün daşıdığı risk və məsuliyyətin maliyyə ifadəsidir. Belə xərclərə, məsələn, istehsal üçün lazım olan xammal və materialların alınması, əməkhaqqı ödənişləri, sosial sığorta haqları, əsas vəsaitlərin amortizasiyası, nəqliyyat və rabitə xidmətlərinə görə ödənişlər, reklam və marketinq fəaliyyətlərinə ayrılmış vəsaitlər və sair aid edilə bilər. Bu xərclərin gəlirdən çıxılması imkanının verilməsi iqtisadi ədalət və fiskal neytrallıq prinsipinə əsaslanır. Çünki sahibkar yalnız xalis gəliri (real iqtisadi faydanı) vergiyə cəlb etməli, bu gəlirin formalaşması üçün çəkdiyi qanuni və iqtisadi cəhətdən əsaslandırılmış xərcləri isə vergi tutulan b azadan çıxmaq hüququna malik olmalıdır. Nəzəri cəhətdən isə gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər, iqtisadiyyatın “xalis gəlir” konsepsiyasına əsaslanır. Bu konsepsiyaya görə, vergi yalnız sahibkarın istifadə edə biləcəyi xalis resurslara tətbiq olunmalı, bu resursların formalaşması üçün çəkilmiş zəruri və qanuni xərclər isə vergi bazasından istisna edilməlidir. Nəticə etibarilə, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər – vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin ayrılmaz hissəsi olan, hüquqi və iqtisadi əsaslara söykənən və rəsmi sənədlərlə sübut olunan ödənişlərdir. Bu xərclərin gəlirdən çıxılması, həm vergi ədalətinin təmin edilməsi, həm də sahibkarın real maliyyə yükünün düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
33. Sahibkarın fəaliyyəti çərçi vəsində təqdim etmək məqsədi ilə əldə etdiyi malların onun sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması birmənalıdır. Belə ki, həmin malların təqdim edilməsi nəticəsində əldə olunan məbləğ sahibkarın gəliri, həmin malların alınması üçün ödənilən məbləğ isə onun xərcidir.
34. Başqa sözlə, hazırkı iş üzrə xarab olan mallar əgər xarab olmasaydı və iddiaçı tərəfindən təqdim edilsəydi, bu halda həmin malların dəyəri xərc kimi qəbul olunacaqdı.
35. İndiki mübahisənin yaranma əsası təqdim edilmə məqsədi ilə əldə edilmiş malın xarab olması və iddiaçı tərəfindən həmin malın dəyərinin xərcə daxil edilməsidir.
36. Vergi orqanı kassasiya şikayətində “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 7.3-cü bəndinə və “Topdansatış ticarət fəal iyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 5.3-cü bəndinə, o cümlədən Vergi Məcəlləsinin 108.1-ci maddəsinə istinad edərək, zayolmadan əmələ gələn itkilərin, iddiaçının istehsal fəaliyyəti ilə məşğul olduğu təqdirdə xərc hesab edilməsi ilə bağlı mövqe irəli sürmüşdür.
37. Məhkəmə kollegiyası qeyd olunan dəlillərlə razılaşmır və qeyd edir ki, əvvəla, Vergi Məcəlləsi istinad olunan Qaydalardan daha üstün hüquqi qüvvəyə malikdir. Digər tərəfdən, həmin Qaydalarda da malların xarab olması zamanı topdansatış fəaliyyətində xərcə daxil edilməməli olmasına dair birbaşa imperativ norma yoxdur.
38. Bundan əlavə, yuxarıda qedy edildiyi kimi, çəkilmiş xərclərin xərcə daxil edilməsi məsələsi 108.1-ci maddə ilə tənzimlənir ki, həmin maddənin də diz pozisiya şərtləri aşkardır.
39. Hazırkı halda, iddiaçı tərəfindən dəyəri xərcə daxil edilən mallar onun sahibkarlıq faəliyyəti ilə əlaqəli olduğundan, xarab olan malların dəyərinin xərcə daxil edilməməsi ilə bağlı vergi qanunvericiliyində düzünə göstəriş olmadığından, malların xarab olması iş üzrə mötəbər sübutlarla təsdiqləndiyindən və tərəflər arasında mübahisələndirilmədiyindən, həmin malların dəyəri iddiaçı tərəfindən başqa formada kompensasiya edilmədiyindən (məsələn, sığorta ödənişi) və ya kompensasiya edilmə imkanı iş üzrə müəyyən edilmədiyindən, bu halın ziddinə cavabdeh vergi orqanı tərəfindən hər hansı dəlil irəli sürülmədiyindən və ya sübut təqdim edilmədiyindən həmin malların dəyəri xərc kimi nəzərə alınmalıdır. Mübahisələndirilən qərarla hesablanmış ƏDV-nin və tətbiq edilmiş maliyyə sanksiyasının qanunsuzluğu ilə bağlı qeydlər
40. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarla iddiaçı tərəfindən 2019-cu ildə 69,30 manat məbləğin azaldılması və eyni zamanda həmin məbləğin artıq hesablanması, 2020-ci ildə 2.282,12 manat məbləğin azaldılması və eyni zamanda həmin məbləğin artıq hesablanması, 2021ci ildə 644 manatın azaldılması, 2022-ci ildə isə 644 manatın artıq hesablanması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən faktiki olaraq ƏDV üzrə vergidən yayınmaya yol verilməmişdir. Buna baxmayaraq, vergi orqanı iddiaçıya 2019-2022-ci illər üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hesablamışdır. Halbuki Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən hər han sı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır. Nəzərə alınmalıdır ki, maliyyə sanksiyasının tətbiqi vergi ödəyicisinin qanun pozuntusuna görə cəzalandırılmasıdır və sanksiya, vergi ödəyicilərinin qanuna riayət etməyə təşviq edilməsinə, vergi intizamının möhkəmləndirilməsinə və qanunsuz davranışların qarşısının alınmasına xidmət edir.
41. Hazırkı halda, iddiaçı ƏDV üzrə vergilərdən yayınmamış, ƏDV-ni bəyan etsə də, başqa ay üzrə bəyan etmişdir. Bu hal vergi orqanı tərəfindən maliyyə sanksiyasının tətbiqinə əsas verməməlidir. Əgər vergi ödəyicisi vergiləri vaxtında bəyan etmirsə, daha gec bəyan edirsə, büdcəy ə daxil olmanın gecikdirilməsinə görə faiz tətbiq oluna bilər. Odur ki, vergi orqanının ƏDV ilə bağlı maliyyə sanksiyasının tətbiqi qanunsuz olmuşdur. Təsisçinin müəssisəyə verdiyi borcun qaytarılmasının ödəmə mənbəyində vergiyə cəlb edilməsinin qanunsuzluğu ilə bağlı qeydlər
42. Qeyd olunmalıdır ki, mübahisələndirilən qərarla iddiaçıya iki əsasla ÖMV hesablanmışdır: 1) Cəmiyyət tərəfindən bank hesabından 2021-ci ilin 4-cü rübü üzrə təsisçilərə ödənilmiş 720702,69 manat dividendə görə; 2) müəssisənin təsisçisi tərəfindən müəssisəyə verilmiş borcun qaytarılmasının təsisçinin gəliri kimi qiymətləndirilməsi və bazar qiyməti tətbiq edilməklə faiz hesablanmasına görə.
43. Birinci əsasla bağlı qeyd edilməlidir ki, iddia tələbi həmin hissədə birinci instansiya məhkəməsinin qərarı ilə rədd edilmiş və ondan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, cəmiyyət tərəfindən bank hesabından 2021-ci ilin 4-cü rübü üzrə təsisçilərə ödənilmiş 720702,69 manat dividendə görə ÖMV-nin hesablanması kassasiya icraatının predmetini təşkil etmir.
44. Bununla yanaşı, müəssisənin təsisçisi tərəfindən müəssisəyə verilmiş borcun qaytarılmasının təsisçinin gəliri kimi qiymətləndirilməsi və bazar qiyməti tətbiq edilməklə faiz hesablanması ilə bağlı isə qeyd edilməlidir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan əməliyyatlara ÖMV tətbiq edilməsi qanunsuzdur. Digər qeydlər
45. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarla Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasının və digər əsaslara görə hesablanmış mənfəət vergisinin qanunil iyinə aşağı instansiya məhkəmələri tərəfindən qiymət verilməmişdir. Lakin həmin hallara qiymət verilməsi hazırkı halda apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmir. Çünki hətta mübahisələndirilən qərarda əks olunmuş həmin məbləğ əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama zamanı kobud prosessual pozuntulara yol verildiyindən (yoxlamanın əsassız olaraq uzun müddət dayandırılması) hesablama qanunsuzdur.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 21(103)-2289/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.