Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-44/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-44/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 29.01.2020 Açar sözlər: qeyri-qanuni istifadədə olan bələdiyyə torpağının mülkiyyətə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil, cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin nümayəndəsi xxx1un iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1556/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı arasında yerləşən və onun yaşadığı 52 ünvanına aid edilən, uzun illər (1987-ci ildən) sahiblik və istifadəsində olan qaraj tikilisinin yerləşdiyi, vergiyə cəlb edilmiş torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ünvan 2 ünvanı arasında yerləşən, onun yaşadığı 52 ünvanına aid edilən və 1987-ci ildən sahiblik və istifadəsində olan qaraj tikilisinin yerləşdiyi torpaq sahəsinə görə cavabdehə vergi ödəmişdir. Qanunvericiliyin tələblərinə görə, onun istifadəsində və sahibliyində olan qaraj tikintisi üçün istifadə edilmiş torpaq sahəsi torpaq vergisinə cəlb edilməklə onun mülkiyyətinə verilməli idi. İddiaçının həmin torpaq sahəsi üçün torpaq vergisini ödəməsinə baxmayaraq, cavabdeh həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi və onun adına rəsmiləşdirilməsi barədə tələbini təmin etməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli fərmanına əsasən, yerli bələdiyyələrin müvafiq sərəncamı ilə vətəndaşların istifadəsində olan hər hansı torpaq sahəsinin və ya tikilinin sənədləşdirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Habelə, “Bələdiyyələr haqqında” Azə rbaycan Respublikası Qanununda fiziki şəxslərin istifadəsində və ya mülkiyyətində olan, sənədləşdirilmiş və ya zəbt olunmuş bütün torpaq sahələrinin vergiyə cəlb olunması nəzərdə tutulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)1344/2019 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericiliyin iddiaçı tərəfindən qarajın inşa edildiyi tarixdə qüvvədə olan tələblərinə uyğun olaraq qarajın yerləşdiyi torpaq sahəsi onun adına rəsmiləşdirilməlidir. Həmin qarajın yerləşdiyi torpaq sahəsinə görə iddiaçı 2000-ci il tarixdən torpaq vergisinə cəlb edilməklə vergiləri tam ödəmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul ol unmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1556/2019 saylı qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məkhəməsi hesab etmişdir ki, iddiaçının tələb etdiyi qaydada, yəni bələdiyyə tərəfindən torpaqların satılması üsulu ilə bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır və bələdiyyə torpaqları yalnız açıq hərraclar vasitəsilə özgəninkiləşdirilə bilər. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7, 22-ci bəndləri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.0, 6.1, 6.2, 9.1, 9.2, 9.3, 9.6-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin mübahisəyə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7 və 22-ci bəndlərini tətbiq etmişdir. Halbuki, mübahisəyə həmin Əsasnamənin 10 və 23-cü bəndləri tətbiq edilməlidir. Belə ki, Əsasnam ənin 10-cü bəndinin tələblərinə görə,“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək qarajların tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri alınmasının mümkün olmadığı hallarda həmin torpaq sahələri hərrac və ya müsabiqə keçirilmədən vətəndaşların mülkiyyətinə verilir. İddiaçı tərəfindən qaraj “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək inşa edildiyindən və 1987-ci ildən onun sahiblik və istifadəsində olduğundan, həmin qarajın yerləşdiyi torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla və iddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmaqla torpağın dəyəri ödənilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası ki mi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 10, 23-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsi nin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 46 saylı MKİS tərəfindən verilmiş 12 saylı, xx xxxx 2018-ci il tarixli məktubdan görünür ki, xxx3 ünvanında yerləşən daş qaraj İddiaçı tərəfindən 1987-ci il tarixdə tikilmişdir və həmin vaxtdan onun istifadəsindədir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq no rmalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Lakin iddianın mümkünük şərtinin yoxlanılması bütün instansiya məhkəmələrin səlahiyyətinə aid olduğu üçün məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Tələblə iddiaçı əlverişli inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İnzibati iddia məcburetmə haqqında iddia növnə aiddir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə d air iddialara (məcburetmə haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onu n verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər məcburetmə haqqında iddia növünə də aiddir. Məcburetmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Cavabdehin iddiaya cavab verməli olan şəxs olmasına münasibətdə iddiaçı hesab etmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsində müəyyən edilmişdir ki, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qan uni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. İddiaçı hesab etmişdir ki, onun sahibliyində olan qarajın altında olan torpaq sahəsi bələdiyyə torpaqlarına aid olduğu üçün, müddəanın tələbləri tətbiq edilməklə onun mülkiyyətinə verilməlidir.İstinad edilən torpaq sahəsinin bələdiyyə torpağlarına aid olduğunu iddiaçı ona dair müvafiq verginin ödənilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bu əsası qanunamüvafiq hesab etmir. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində o lan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir; - 8.0-ci maddəsinə əsasən, yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. fiziki şəxslərdən əmlak vergisi; Maddələrin tələblərindən göründüyü kimi, bələdiyyə vergilərinin vergitutma obyektini fizik i şəxslərin əmlakı (1) və fiziki şəxslərin istifadəsində və ya mülkiyyətində olan torpaq sahələri (2) təşkil edir. Qanunun mənasına görə bələdiyyə vergilərinə yalnız bələdiyəyə məxsus olan və fiziki şəxslərin istifadəsinə verilən torpaqlara görə torpaq vergisi aid deyildir. Bundan başqa, qeyd edilmiş qanunun tətbiqi onu ehtiva edir ki, iddiaçı tərəfindən ödənilən verginin istifadəsində olan torpaq vergisinə aid edilməsi birmənalı olaraq müəyyən edilməmişdir, çünki belə verginin əmlaka görə, yəni qaraj kimi tikiliyə görə ödənilməsi istisna deyildir. Bu halda isə yerli (bələdiyyə) verginin ödənilməsi qarajın yerləşdiyi torpaq sahəsinin bələdiyyəyə aid edilməsi anlamını yaratmır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə almaqla hesab edir ki, qarajın yerləşdiyi torpaq sahəsinin cavabdehin mü lkiyyətində olan torpaq sahəsinə aid olduğu müəyyən edildiyi halda, iddia tələbi üzrə cavabdehliyi Bakı şəhər Səbail Bələdiyyəsi daşıya bilərdi. Bu əsası cavabdeh apellyasiya şikayətində də mübahisələndirmiş, lakin apellyasiya məhkəməsi tərəfindən məsələyə hər hansı bir qaydada münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 87.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qanunverciliyin aparılmış təhlilin nəticəsi olaraq məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsində nəzərdə tutulmuş iddianın mümkünlüyünə dair, 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddianın mümkünlüyü məsələsinə münasibətdə də bu maddələr tətbiq olunmalıdır. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyas iya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş qanunverciliyin tələblərinə uyğun olaraq iddia üzrə cavabdeh müəyyən edilməsi məqsədilə torpaq sahəsinin Bakı şəhər Səbail Bələdiyyəsinə məxsusluğu məhkəmənin araşdırma predmetini təşkil etməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarl a bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1556/2019 saylı qərarı ləğv ed ilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-44/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-44/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver