Məhkəmə qərarları › İş №2-1(102)-440/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-440/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-440/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarş ı “sənədlərin və nümunə kimi əşyaların götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2346/2021 nömrəli, 02.09.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145180 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətl ərinin Cavabdehndən götürülməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-1(112)-5147/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayət vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli 21(103)-2346/2021 nömrəli qərardadına əsasən (sədrlik edən Azər Hüseynov, hakimlər Vüsalə Baxışova, Vidadi Məmmədov) cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

4. Məhkəmə qərardadı cavabdehə 20.09.2021-ci il tarixində təqdim edilmişdir.

5. Cavabdeh 29.11.2021-ci il tarixində kassasiya şikayəti və iddia müddətinin bərpası barədə ərizə təqdim edərək ötürülmüş prosessual müddətin üzrlü sayılmasını xahiş etmişdi r. Ərizəni belə əsaslandırmışdır ki, karantin rejiminin davam etdirilməsi, 14-18 oktyabr tarixlərində Şirkətin hüquqşünasının Covid-19 infeksiyasına yoluxması şikayətin gec verilməsinə səbəb olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin v erilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. İşin yuxarıda sadalanan hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehə 20.09.2021-ci il tarixində təqdim edilmiş, cavabdeh isə 29.11.2021-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti vermiş, bununla da qanunvericilikdə məhkəmə qərardadından kassasiya şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür.

8. Cavabdeh müddətin ötürülməsinin üzrlü sayılması barədə ərizə təqdim etsə də, məhkəmə kollegiyası ərizədə göstərilən dəlilləri ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab etmir. Belə ki, karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olu nmuşdur.

9. Odur ki, karantin rejiminin tətbiq edilməsi, cavabdeh şirkətin hüquqşünasının Covid-19 infeksiyasına yoluxması üzrlü səbəb hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəblərdən ötürmüşdür. Odur ki, cavabdehin kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli 21(103)-2346/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar