Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-440/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərb aycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli 07 saylı qərarı ilə ona satılmış İsmayıllı rayonu, Talış kəndi ərazisində yerləşən 1000 kv.metr (0,10 ha) həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli, 21(107)-488/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HA LLARİ
1. İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli 07 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı Aşıqbayramlı bələdiyyəsinin yaşayış məntəqəsi sahəsindən 0,10 ha torpaq sahəsi ayrılmışdır. 2. xx.xx.2011-ci il tarixli torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, ki, Bağırova X2 rayonu Aşıqbayramlı bələdiyyəsinin ərazsində olan 0,10 torpaq sahəsinin alınması üçün 660 manat pul ödəmişdir.
3. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina edərək 2023-cü il 24 iyul tarixli məktubla bildirmişdir ki, İsmayıllı rayon X1 Solmaz Böyükağa qızına İsmayıllı rayon Talış kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı tor paq sahəsinin ayrılmasına dair xx.xx.2011-ci il tarixli, 07 saylı qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il 466saylı 111 QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildirilmişdir ki, özgəninkiləşdirmə pr edmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli 07 saylı qərarı ilə ona satılmış İsmayıllı rayonu, Talış kəndi ərazisində yerləşən 1000 kv.metr (0,10 ha) həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 2023-cü il 29 noyabr tar ixli, 2-1(116)-3017/2023 nömrəli qərardadı ilə İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
6. Şəki İnzibati Məhkəmənin 2024-cü il 07 may tarixli, 2-1(116)-657/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli 07 saylı qərarı ilə iddiaçıya həyətyanı məqsədilə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsi satılmışdır. Bundan sonra xx.xx.2011-ci il tarixdə həmin torpaq sahəsinin satışı ilə bağlı “Torpaqla rın alqı-satqısına dair” akt tərtib edilmişdir. İddiaçı, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu müvafiq torpaq sahəsinin İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli qərarı ilə əldə etməsi və torpaq sahəsinin dəyərini ödəməsi ilə əsaslandırmışdır. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İsmayıllı rayon X1 Solmaz Böyükağa qızına İsmayıllı rayon Talış kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2011-ci il t arixli, 07 saylı qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il 466-saylı 111 QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildirilmişdir ki, özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 2024-cü il 06 iyun tarixli, 2 1(116)-657/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli 07 saylı qərarı ilə ona satılmış İsmayıllı rayonu, Talış kəndi ərazisində yerləşən 1000 kv.metr (0,10 ha) həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İsmayı llı rayon Aşıqbayramlı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07 nömrəli iclas protokolu əsasında iddiaçıya 0.10 ha torpaq sahəsi satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaqların alqı-satqısına dair akt, yerquruluşu sxemindən çıxarış, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satılmalı idi. Belə ki, alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilərdi. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda ola n Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətən daşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. (xx.xx.2019-cu il tarixli 2-1(102) 2626/2019 nömrəli iş üzrə oxşar inzibati mübahisədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış etmişdir). Cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, A №-li 365669 (**********0015) plan və ölçü sənədində göstərilən 0,10 ha torpaq sahəsi, Aşıqbayramlı kəndi ərazisində aparılmış torpaq islahatına dair Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən İsmayıllı rayon Talış kənd inzibati ərazi dairə sər həddi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı sahə olan ərazidə yerləşir. X3 X4 (TEKUİS) əsasən həmin torpaq sahəsi tam şəkildə iddaçının nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş torpaq sahəsinin daxilində yerləşir. Sözügedən 0,10 hektar torpaq sahəsinin 0,0046 hektar (46 kv.m) hissəsi su fondu torpaqları kateqoriyasına aid uqodiyası çay kimi qeyd olunmuş dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əlavə edilmiş yeruquruluşu planından görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.285 hektardır. Cavabdeh orqanın 0,0046 hektar torpaq sahəsinin su fondu torpaqları ilə üst-üstə düşməsi barədə məlumatı A №-li 365669 (**********0015) plan və ölçü sənədinin koordinatlarına uy ğun verilmişdir. Oxşar məhkəmə işləri üzrə təcrübədən məlumdur ki, əvvəllər tərtib edilmiş plan-ölçü sənədlərinin koordinatlarında kifayət qədər sürüşmələr mövcuddur. Odur ki, cavabdeh orqan A№-li 365669 (**********0015) plan və ölçü sənədinin koordinatlarını iddiaçının faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə uyğunlaşdırmaqla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Bu həm də, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından cavabdehin vəzifəsidir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
11. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-657/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2024-cü il 24 sentyabr tarixli, 2-1(107)-488/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2024-cü il 06 iyun tarixli, 2-1(116)-657/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində bələdiyyə torpaqları üzərində icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi qeyd edilsə də, nəzərə alınmalıdır ki, İsmayıllı rayonu, Aşıqbayramlı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 07 saylı qərarı ilə iddiaçıya həyətyanı məqsədilə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 1000 kv.metr torpaq sahəsi satılmış, sonuncu tərəfindən satılan torpaq sahəs inin dəyəri ödənilmiş, İsmayıllı rayon İH-nin memarlıq və Tikinti şöbəsi iddiaçıya bələdiyyəyə aid torpaq sahəsindən 0.10 ha həyətyanı torpaq sahəsinin satılmasına etiraz etməmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 0.10 ha həyətyanı torpaq sahəsinin ona satılmasına dair rəy vermiş və müvafiq torpaq sahəsinin sxemi hazırlanaraq təsdiqlənmişdir. İddiaçı da haqlı olaraq həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etmişdir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə bələdiyyə qərarı, İsmayıllı rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçə kmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müvafiq rəyləri, bələdiyyənin nümayəndəsi ilə iddiaçı arasında bağlanmış "Torpaqların alqı-satqısına dair” akt, ödəniş qəbzi, A№-li 365669 torpaq sahəsinin plan ölçüsü sənədi, torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş "Yerquruluşu planından çıxarış” sənədi ilə təsdiq edilir. Həmçinin, İsmayıllı rayonu, Diyallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 07 saylı qərarının qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçıya satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən müvafiq rəy də verilmişdir. iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə İsmayıllı rayonu, Aşıqbayramlı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 07 saylı qərarının hər hansı orqan tərə findən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.
14. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı Böyükağa qızına ayrılmış, A № 365669 (**********0015) saylı plan və ölçü sənədində göstərilən 0,10 ha torpaq sahəsi, Aşıqbayramlı kəndi ərazisində aparılmış tor paq islahatına dair Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən İsmayıllı rayon Talış kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı sahə olan ərazidə yerləşir. Sözügedən 0,10 hektar torpaq sahəsinin 0,0046 hektar (46 kv.m) hissəsi su fondu torpaqları kateqoriyasına aid uqodiyası çay kimi qeyd olunmuş dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda xx.xx.2011-cü il tarixli, 07 saylı qərar Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Belə ki, 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Bununla yanaşı, özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüqu qlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Azərbaycan Respublikası torpaq qanunvericiliyin tələblərinə görə dövlət mülkiyyətinə aid su fondu torpaqları alqı-satqı predmeti deyil. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq ərizənin icrasından imtina verilmişdir. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyat ı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı Böyükağa qızına ayrılmış 0,10 ha torpaq sahəsinın həmin bələdiyyəyə aid olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bunun əksi olaraq torpaq islahatına dair Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən İsmayıllı rayon Talış kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı sahə olan ərazidə yerləşir. 17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.2.-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yol ların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozuntusuna yol verərək nəzərə almamışdır ki, Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı Böyükağa qızına ayrılmış 0,10 ha torpaq sahəsinin 0,0046 hektar (46 kv.m) hissəsi su fondu torpaqları kateqoriyasına aid uqodiyası çay kimi qeyd olunmuş dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Göstərilən maddi hüquq normasının imperativ (məcburi) tələbində də göstərilmişdir ki, iddiaçının sözügedən torpaq sahəsinin qeyd olunmuş hüquqi rejiminə görə heç bir halda xüsusi mülkiyyətə verilə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçı edilməmişdir. tərəfindən yazılı etiraz təqdim TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərd i yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən ed ilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələ ri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 251-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
20. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyə lərin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsas namə ilə tənzimlənir. Maddə
7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1.yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət m ülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları y alnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallard a, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət qərarın ləğvi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikl əri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
26. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 27. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması vərazılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olma dığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqlafərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilm əsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
28. Göründüyü kimi bələdiyyənin hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.
29. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpağın ayrılması üçün isə hərrac və ya müsabiqə keçirilməsi t ələb olunmur. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən bilavasitə satıla bilər.
30. İş materiallarından müəyyən edilir ki, İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin 06 iyul 2011-ci il tarixli 07 saylı qərarı ilə iddiaçıya bələdiyyənin alqı satqı predmeti olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsi satılmış, bu satış isə hər hansı hərrac və ya müsabiqə olmadan həyata keçirilmişdir.
31. Aşağı instansiya məhkəmələri iddiaçıya mübahisəli torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fər di yaşayış evinin tikintisi üçün satıldığını qeyd etsələr də, bu qənaətə hansı əsasla gəldikləri qərarda əsaslandırılmamışdır.
32. Belə ki, iş materiallarından mübahisəli torpaq sahəsinin iddiaçıya ayrıldığı dövrdə iddiaçının müvafiq bələdiyyənin ərazisində daimi yaşaması və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olması müəyyən edilmir.
33. Kassasiya şikayətinin digər dəlilləri ilə razılaşmayan Kollegiya bildirir ki, qeyd olunan dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən lazımı qaydada hüquqi qiymət verilmişdir.
34. Odur ki, təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin bu qərarının 27, 28 və 30-cu bəndlərində qeyd olunan hazırkı mövqeyi nəzərə alınmaqla araşdırma aparılmalı və araşdırmanın nəticəsində qanunamüvafiq qaydada qərar qəbul edilməlidir.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1,12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət təmin edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 24 sentyabr tari xli, 2-1(107)-488/2024 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.