Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4400/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bakalavr və magistr təhsil pilləsi üzrə fərqli ixtisas qruplarında təhsil alma, vəkilliklə bağlı müsahibəyə buraxılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müsahibəyə buraxılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından və üçüncü şəxs kimi cəlb etmədən imtina barədə eyni tarixli və nömrəli qərardadından iddiaçının verdiyi kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı 2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində təhsil almış və Dövlət Attestasiya Komissiyasının ## ###### 2008-ci il tarixli qərarı ilə ona “ümumi iqtisadiyyat, iqtisadi kibernetika” ixtisası üzrə bakalavr diplomu verilmişdir.
2. İddiaçı 2017-ci ildə X1 Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə magistr pilləsini bitirmiş və universitetin Dövlət İmtahan Komissiyasının ## ###### 2017-ci il tarixli * №-li protokoluna əsasən ona “hüquqşünaslıq” ixtisası üzrə magistr diplomu verilmişdir.
3. X1 Universitetinin verdiyi magistr diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə iddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş və imtina cavabı almışdır.
4. İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hərəkətindən Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)- ****/**** saylı qərarı ilə iddia təmin olunmuş, X1 Universiteti tərəfindən ## ###### 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh xxxxnə həvalə edilmişdir.
5. xxxx Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarından apellyasiya şikayəti vermişdir.
6. İş apellyasiya məhkəməsinin icraatında olarkən Təhsildə Keyfiyyət Təminatı Agentliyi X1 Universiteti tərəfindən verilmiş diplomun Azərbaycan Respublikası ərazisində Akademik və Peşə tanınması ilə bağlı şəhadətnamə vermişdir. Şəhadətnamədə təhsilin pilləsi kimi Ali, ekvivalent ixtisas növü kimi “hüquqşünaslıq”, verilmiş şəhadətnamənin ona ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun verildiyi qeyd edilmişdir.
7. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi *-*(***)-***/**** nömrəli ## #### 2024-cü il tarixli qərardadı ilə diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə dair iş üzrə icraata xitam vermişdir.
8. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq üçün aidiyyəti üzrə müraciət etmiş və ##.##.2024-cü il tarixdə Vəkillər Kollegiyasının sifarişi əsasında DİM tərəfindən təşkil olunmuş test imtahanında iştirak edərək, mümkün 100 sualın 79-na doğru cavab verərək şifahi müsahibə mərhələsinə keçmək hüququ əldə etmişdir.
9. Vəkillər Kollegiyasının İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədilə təşkil olunan şifahi müsahibədən ibarət olan ixtisas imtahanında iştirak etmək üçün ##.##.2024-cü il tarixdə tələb olunan sənədləri Vəkillər X4 təqdim etmişdir. X3 ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçıya imtina cavabı gəlmişdir. Rəyasət Heyəti şifahi müsahibədə iştirak etməyinin mümkün olmadığını onun Bakı Dövlət Universitetinin “tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin “ümumi iqtisadiyyat, iqtisadi kibernetika” ixtisası üzrə bakalavr pilləsinə yiyələnməyi ilə əlaqələndirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi, iddiaçının Vəkillər Kollegiyasının İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə təşkil olunan şifahi müsahibəyə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsində işin yuxarıda sadalanan hallarına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomun tanınması barədə şəhadətnamədə hüquqşünaslıq ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsinə istinad edilmişdir.
12. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı İddiaçı təhsil aldığı bakalavr və magistr pillələri arasında uyğunsuzluq olduğu üçün vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılması ilə bağlı ərizəsi təmin edilməmiş və ##.##.2025-ci il tarixli, *** nömrəli cavab məktubu ilə hüquqi əsas olmadığı üçün müraciətinin təmin olunmadığı ona bildirilmişdir. "Təhsil haqqında" Qanunun 17.2-ci maddəsinə əsasən təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Həmin Qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmipedaqoji işlərlə məşğul olmaq hüququ verir. Azərbaycan Respublikasında ali təhsil üç səviyyəlidir (bakalavriat, magistratura və doktorantura) və həmin səviyyələr arasında qarşılıqlı əlaqə və varislik təmin olunmalıdır. Belə ki, bakalavr səviyyəsini bitirmiş şəxs artıq ali təhsilli hesab olunur və həmin şəxs peşəsi üzrə, elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər istiqamətlər üzrə geniş fəaliyyət göstərə bilər. Magistr səviyyəsini alan şəxs isə, əlavə olaraq ixtisaslaşmalar üzrə hər hansı sahəni elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və peşəkar fəaliyyətlə yanaşı elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququnu verir. Bununla belə nəticə yaranır ki, şəxsə peşəkar fəaliyyətini həyata keçirmək hüququ verən əsas ali təhsil səviyyəsi bakalavr səviyyəsidir, magistr səviyyəsi isə əlavə ali təhsil səviyyəsi olaraq ixtisaslaşmalar, yəni müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə, dərin biliklərin əldə edilməsini və elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmasını nəzərdə tutur.
13. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Qənbərova) e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir
14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
15. İş apellyasiya icraatında olan zaman iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin üçüncü şəxs qismində icraata cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir.
17. Vəsatət məhkəmə tərəfindən ona görə təmin edilməmişdir ki, hazırkı iddia tələbi ilə iddiaçı onun Vəkillər Kollegiyasının İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə təşkil olunan şifahi müsahibəyə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçıya diplomunun Akademik və Peşə tanınması ilə bağlı şəhadətnamənin verilməsi hazırkı iş üzrə məhkəmə qərarının həmin Agentliyin qanunla qorunan maraqlarına toxunma ehtimalının mövcud olması anlamına gəlmir. Məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda məhkəmə həmin şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin iddia tələbindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi, məhkəmə qərarı Təhsildə X7 qorunan maraqlarına toxunmur. Eyni zamanda buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, qeyd olunan məhkəmə qərarı ilə onun maraqlarına toxunulması, həmçinin onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halları müəyyən edilmir. Belə olan halda üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmə barədə vəsatət əsassız hesab edilməli və təmin edilməməlidir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarı ilə (hakimlər Pərviz Hüseynov-məruzəçi, Şərafət Məmmədova və Ceyhun Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı magistraturada hüquqşünaslıq ixtisasının mülki və təsərrüfat hüququ üzrə ixtisaslaşmasını həyata keçirsə də, onun bakalavr ixtisası hüquqşünaslıq deyil, ümumi iqtisadiyyat, iqtisadi kibernetika olmuşdur. Sadalanan qanunvericilik normalarından görünür ki, bakalavriat və magistratura ali təhsilin iki ardıcıl səviyyəsidir. Əgər bakalavriat ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlayırsa, magistratura həmin mütəxəssislərin ixtisaslaşmalar üzrə seçdiyi ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur. Bakalavr hazırlığı mütəxəssis hazırlığının həyata keçirilməsini, magistratura təhsili isə həmin mütəxəssisin bakalavr hazırlığında seçdiyi ixtisas üzrə sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri üzrə ixtisaslaşmasının həyata keçirilməsini təmin edir.
20. İddiaçı bakalavr ixtisası üzrə deyil, başqa ixtisas üzrə mütəxəssis kimi hazırlıq keçmiş, yəni bakalavr təhsilini digər sahə üzrə bitirmiş, magistraturada isə mütəxəssisi olmadığı sahə üzrə ixtisaslaşmışdır. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır, bakalavriat təhsili başa çatmış ali təhsildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi olmadan, həmin ixtisas üzrə magistratura səviyyəsində ixtisaslaşma, özlüyündə şəxsin hüquq sahəsi üzrə mütəxəssis sayılmasını, yəni ali hüquq təhsilli olmasını ehtiva etmir
21. İddiaçı apellyasiya məhkəməsinin həm qərarından, həm də qərardadından kassasiya şikayəti verərək qərarın və qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmişdir.
23. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya məxsus diplom Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Azərbaycan Respublikasının da qoşulduğu ## ##### 1997-ci il tarixində Portuqaliyanın Lissabon şəhərində qəbul olunmuş Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikası ərazisində tanınmış və Akademik və Peşə tanınması ilə bağlı şəhadətnamə verilmişdir. Şəhadətnamədə təhsilin pilləsi kimi ali, ekvivalent ixtisas növü kimi "hüquqşünaslıq", verilmiş şəhadətnamənin iddiaçıya ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnu verdiyi qeyd edilmişdir. Başqa sözlə, bu gün iddiaçının əlində hüquqşünaslıq ixtisası üzrə təhsil almasını özündə ehtiva edən və Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş qüvvədə olan şəhadətnamənin mövcud olması işin mübahisəsiz halıdır. Lakin buna baxmayaraq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi iddiaçını ali hüquq təhsilli şəxs kimi qəbul etməmişdir.
24. Oxşar hallar ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2014-cü il tarixli qərarından aydın olur ki, hüquqşünaslıq ixtisası ilə bağlı verilmiş təhsil haqqında sənədlərin Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş "ali hüquq təhsilli" müddəası ilə uyğunluğunun yoxlanılması qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Ona görə də işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxıldığı zaman iddiaçı verilmiş şəhadətnamənin və şəhadətnamədə göstərilən hüquqşünaslıq ixtisasının Azərbaycan Respublikası qanunlarına uyğunluğunun müəyyən edilməsi ilə bağlı şərh verilməsinə görə vəsatətin verilməsi üçün ona vaxt verilməsi xahişi ilə məhkəməyə şifahi müraciət etmişdir. Lakin məhkəmə onun xahişini təmin etməmişdir. Başqa sözlə Konstitusiya Məhkəməsi tərəfindən hazırki iddianın predmetinin əsasını təşkil edən məsələyə münasibət bildirilmədən Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir.
25. Apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərardan görünür ki, dövlətin iddiaçıya verdiyi "ixtisasına uyğun peşə fəaliyyəti ilə məşğul olmaq hüququ" hazırkı məhkəmə qərarı ilə məhdudlaşır. İddiaçı sözügedən şəhadətnamə ilə istənilən işəgötürənə müraciət etmək istədikdə mövcud məhkəmə qərarının olması əsas gətirilərək işəgötürən onunla hər hansı əmək münasibətlərinə girməkdən imtina edəcəkdir. Bu isə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçıya verilən Akademik və Peşə tanınması ilə bağlı şəhadətnaməni faktiki olaraq qeyri-işlək vəziyyətə salır. Dolayı yolla həmin şəhadətnamənin hüquqi olaraq mövcudluğunu sual altında qoyur. Bir az da dəqiq desək, şəhadətnamənin dolayı ləğvinə səbəb olur. Bu isə Təhsildə X7 qorunan maraqlarına birbaşa toxunur.
26. Məhkəmə isə işə Təhsildə Keyfiyyət Təminatı Agentliyini üçüncü şəxs qismində cəlb etməməklə kobud prosessual pozuntuya yol vermişdir. Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçıya verilmiş hüquq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq məhkəmə bu Agentliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməmişdir. Bu isə kobud prosessual pozuntu hesab olunur. Yuxarıda göstərilənlərdən əlavə qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə görə şəxsin ali təhsilli olmasını təsdiq edən yeganə sənəd diplomdur. Buna görə də Vəkillər Kollegiyasının Rəyasət Heyəti iddiaçını ali hüquq təhsilli hesab edərək onu imtahanın birinci mərhələsinə buraxmışdır və birinci mərhələdə yüksək nəticə göstərmişdir. O, imtahanın birinci mərhələsində iştirak etdiyi halda, onun imtahanın növbəti mərhələsinə buraxılmamağı heç bir halda qanuni ola bilməz. Milli qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə müraciət etdikdə müəyyən olunur ki, magistr təhsili ali təhsil hesab olunur.
27. Ali təhsilin pilləsi ilə (bakalavr və ya magistr pilləsi ilə) bağlı nəinki imperativ, hətta dispozitiv tələb yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın tələblərinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş şəhadətnamənin iddiaçıya ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verdiyini nəzərə alsaq, iddiaçının həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ərazisində hüquqşünas kimi fəaliyyət göstərməyi üçün tam hüquqi əsas mövcuddur. Başqa sözlə, ali hüquq təhsilli şəxsdir. Belə olduğu halda, iddiaçının vəkil olmaq hüququnun, ümumiyyətlə hüquqşünaslıq ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə daban-dabana ziddir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
29. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun 8-ci maddənin İ hissəsi Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.
30. “Təhsil haqqında” Qanun … 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi. 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi. 1.0.26. ixtisas - müvafiq təhsil haqqında dövlət sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət növü. 1.0.27. ixtisaslaşma - müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası. 1.0.34. magistratura - ali təhsilin ikinci səviyyəsi. 1.0.35. magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi. 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.5. Ali təhsil: 17.1.5.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 17.1.5.2. magistratura (rezidentura); 17.1.5.3. doktorantura (adyunktura). 17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla yekun attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır. 22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmipedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: 22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 22.2.2. magistratura (rezidentura); 22.2.3. doktorantura (adyunktura). 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.2. Bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. 1.5. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. 1.6. … Bakalavriat təhsili almış məzun elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları” 1.2. Magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur. … 1.9. Magistratura səviyyəsində ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı bakalavriat səviyyəsi üzrə buraxılışı olan ali təhsil müəssisələrində (ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatında nəzərdə tutulduğu hallarda xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) həyata keçirilir. 2.1. Magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir.
33. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; ... 1.5.8. tanınma şəhadətnaməsi –“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; ...
6. Peşə tanınması 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir...
7. Tanınma şəhadətnaməsi ... 7.8. Tanınma şəhadətnaməsində aşağıdakı məlumatlar əks olunmalıdır: ... 7.8.5. tanınmanın verdiyi hüquqlar: ... 7.8.5.5. peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir; ...
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 16. Məhkəmə baxışının şifahiliyi prinsipi ... 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
35. Qərardan kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı İddiaçı “xxxx” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Universiteti tərəfindən ## ###### 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
43. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı X1 Universiteti tərəfindən ## ###### 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh xxxxnə həvalə edilmişdir.
44. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
45. İşin apellyasiya mərhələsində Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2023-cü il tarixli aralıq qərardadı ilə iddiaçının “X1 Universiteti tərəfindən ## ###### 2017ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomumun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ” barədə müraciətinə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iki ay müddətində yenidən baxılaraq nəticəsi barədə məhkəməyə məlumat verilməsi Agentliyə həvalə edilmişdir.
46. Məhkəməyə təqdim olunmuş, “xxxx” tərəfindən iddiaçıya verilmiş ##.##.2024-cü il tarixli *-**-**/*-***/**** saylı arayışına əsasən müəyyən olunmuşdur ki, o, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə imtahanda iştirak etmiş və DİM-in rəsmi saytında elan olunmuş nəticələrə əsasən tələb olunan keçid balını toplayaraq, müvəffəqiyyət qazanmışdır. Eyni zamanda, məhkəməyə təqdim olunmuş, Agentlik tərəfindən iddiaçıya verilmiş NS******** nömrəli şəhadətnamədən görünür ki, həmin şəhadətnamə ilə iddiaçının X1 Universiteti tərəfindən ## ###### 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomu və peşəsi Azərbaycan Respublikası ərazisində tanınmışdır.
47. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-284/2024 ## #### 2024cü il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Təhsildə X5rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair” iş üzrə icraata xitam verilmişdir.
48. İddiaçı magistraturada hüquqşünaslıq ixtisasının mülki və təsərrüfat hüququ üzrə ixtisaslaşmasını həyata keçirsə də, onun bakalavr ixtisası hüquqşünaslıq deyil, ümumi iqtisadiyyat, iqtisadi kibernetika olmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, bakalavriat və magistratura eyni və oxşar ixtisaslar üzrə ali təhsilin iki ardıcıl səviyyəsidir. Əgər bakalavriat ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlayırsa, magistratura həmin mütəxəssislərin ixtisaslaşmalar üzrə seçdiyi ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur. Bakalavr hazırlığı mütəxəssis hazırlığının həyata keçirilməsini, magistratura təhsili isə həmin mütəxəssisin bakalavr hazırlığında seçdiyi ixtisas üzrə sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri üzrə ixtisaslaşmasının həyata keçirilməsini təmin edir.
49. İddiaçı bakalavr təhsilini “hüquqşünaslıq” ixtisası üzrə deyil, “ümumi iqtisadiyyat, iqtisadi kibernetika” ixtisası üzrə almış, “ümumi iqtisadiyyat, iqtisadi kibernetika” ixtisası üzrə mütəxəssis kimi hazırlıq keçmiş, yəni bakalavr təhsilini digər sahə üzrə bitirmiş, magistraturada isə mütəxəssisi olmadığı sahə (“hüquqşünaslıq”) üzrə ixtisaslaşmışdır. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır, bakalavriat təhsili başa çatmış ali təhsildir. Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi olmadan, həmin ixtisas üzrə magistratura səviyyəsində ixtisaslaşma, özlüyündə şəxsin hüquq sahəsi üzrə mütəxəssis sayılmasını, yəni ali hüquq təhsilli olmasını ehtiva etmir.
50. “Təhsil haqqında” Qanunun 22.3-cü maddəsinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanırsa, həmin Qanunun 22.4-cü maddəsinə görə magistratura təhsili ixtisaslaşmalar üzrə (bakalavriat təhsil səviyyəsində aldığı ixtisasın təhsil proqramları üzrə) ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir.
51. Məhkəmə kollegiyası Nazirlər Kabinetinin 2024-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli əlavədə Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına və * nömrəli əlavədə Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatına istinad edərək onu da nəzərə alır ki, Azərbaycan Respublikasında “iqtisadiyyat” ixtisası və “hüquqşünaslıq” ixtisası ayrı-ayrı (fərqli) ixtisas qrupları üzrə təsnifatlaşdırılmışdır.
52. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair ## #### 2014-cü il tarixli qərarında hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində, Azərbaycan Respublikasının 2001-ci il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 20-ci bəndində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəası “Hüquqşünaslıq” ixtisası ilə bərabər “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir.
53. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquq bərabərliyi konstitusiya prinsipi ali təhsil, o cümlədən ali hüquq təhsili sahəsində hüquq və azadlıqların həyata keçirilməsində fərqli yanaşmanın aradan qaldırılmasına təminat verərək, ali hüquq təhsilinin hər hansı ixtisaslaşdırılma meyarına görə fərqləndirilməməsini şərtləndirir. Əks halda dövlətin təhsil sahəsində müəyyən etdiyi tələblərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb olar.
54. Həmin işdə ali hüquq təhsilinin hər hansı ixtisaslaşdırılma meyarına görə fərqləndirilməməsinin zəruriliyindən, hazırkı işdə isə həmin işdən fərqli olaraq fərqli ixtisas qruplarında olan ixtisaslardan bəhs edildiyindən Konstitusiya Məhkəməsi Plenumunun qərarında olan mövqe iddianın təmin üçün əsas ola bilməz.
55. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsinə görə ali hüquq təhsilli şəxs vəkil ola bilər.
56. İddiaçıya xxxx tərəfindən verilmiş şəhadətnamədə peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir.
57. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 6.1-ci bəndinə görə peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir.
58. İddiaçının dövlət qulluğunun hər hansı növündə, özəl sahədə peşə tanınması ixtisasına, yəni hüquqşünaslıq ixtisasına uyğun fəaliyyətlə məşğul olması istisna olunmur. Amma hazırkı halda mübahisəyə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsi kontekstindən yanaşdıqda, iddiaçının vəkillik fəaliyyəti ilə məşğul olması istisna olunur.
59. Təsadüfi deyildir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi Vəkillər Kollegiyasına göndərdiyi məktubunda qeyd etmişdir ki, Qaydaların 7.8.5-ci yarımbəndinə əsasən tanınma xarici dövlətdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyalara nisbətdə təhsilin növbəti pilləsinə qəbul olunmaq və peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarını özündə ehtiva edir. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, müvafiq sahə və ya vəzifə üzrə ali hüquq təhsilli olmaq barədə tələb həmin sahədə müvafiq səlahiyyətli orqan və ya işəgötürən tərəfindən hüquqşünaslıq ixtisası üzrə bakalavr, yaxud magistr dərəcəsinə sahib olmaq kimi müəyyən oluna bilər.
60. İddiaçı da işin hazırkı halında vəkil olmaq üçün məhz “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan ali hüquq təhsilli şəxs statusuna malik olmamışdır.
61. Odur ki, iddiaçı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun məqsədləri baxımından ali hüquq təhsilli olmadığından, bu səbəblə vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün Qanunda tələb olunan şərtlərdən biri mövcud olmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
62. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarda qeyd edilmişdir ki: “10. İnzibati Prosessual Məcəllənin 28-ci maddəsi isə üçüncü şəxslərin icraata cəlb olunmasının iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin (yəni, cəlb olunmaq istəyən) şəxslərin vəsatəti əsasında. Mahiyyətcə, məhkəmə icraatının iştirakçıları (iddiaçı, cavabdeh və artıq cəlb olunmuş üçüncü şəxslər) müvafiq təkliflə çıxış edə, cəlb olunma məsələsini məhkəmənin diqqətinə çatdıra bilərlər. Lakin belə olan halda, üçüncü şəxsin cəlb edilməsi ilə bağlı təşəbbüs yenə də məhkəməyə məxsus olur. Belə ki, cəlb olunub-olunmama, nəticədə məhkəmə tərəfindən həyata keçirilmiş olur və burada həlledici olan məhkəmənin gəldiyi qənaətdir.
11. İnzibati Prosessual Məcəllə inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət vermək hüququnu nəzərdə tutmadığı halda, cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət verilə biləcəyini təsbit etmişdir. Lakin burada diqqət edilməli məqam, belə bir şikayəti kimin verə biləcəyidir.
12. İnzibati Prosessual Məcəllənin 28.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göründüyü kimi, qanunverici sözügedən normada yalnız məhkəmə icraatına cəlb olunmamış və bu səbəbdən cəlbetmə barədə vəsatət qaldıran şəxslərin həmin vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət vermək hüququnun olduğunu nəzərdə tutmuşdur. Məhkəmə icraatı iştirakçılarının (iddiaçı, cavabdeh və artıq cəlb olunmuş üçüncü şəxslərin) isə prosessual qanunvericilikdə belə bir hüququnun olduğu təsbit edilməmişdir.
14. Hazırkı mübahisəyə münasibətdə cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət vermək hüququ olmadığından, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.”
63. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli və ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadlarında da əksini tapmışdır. Göründüyü kimi, üçüncü şəxslərin məhkəmə icraatına cəlb edilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan məhkəmə icraatının tərəfinin şikayət vermək hüququ olmaması ilə bağlı vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.
64. Beləliklə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasına dair vəsatətinin təmin olunmaması barədə qərardaddan iddiaçının şikayət vermək hüququ olmadığından, onun apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermək hüququ istisna edilməli, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı İddiaçı verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərar qətidir.