Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-442/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi 10.03.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra cavabde h) qarşı “ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-465/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının ünvanlı sosial yardımın alınması ilə bağlı x xxxxxx 2018-ci il tarixli müraciətinə “ailə tərkibinin düzgün göstərilməməsi” səbəbindən ona imtinaya dair bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı xx xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırmışdır ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ünvanlı yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan bütün aztəminatlı ailələrə dövlət büdcəsinin vəsaiti hesabına yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edilən ayın 1-dən 2 il müddətinə təyin olunur. Qanunun 6.1-ci maddəsinə əsasən sosial yardım yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Aztəminatlı ailələrin rahatçılığını və sosial müdafiəsini gücləndirilmək məqsədi ilə X11 və X12 (VEMTAS) yaradılması barədə xx xxxxxx 2015-ci il tarixli 477 nömrəli Fərmanında hörmətli Prezidentimiz cənab İlham Əliyev mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edilməsi barədə Ədliyyə Nazirliyinə Tapşırıq vermişdir. Ədliyyə Nazirliyi tərəfindən Ailə Məcəlləsinin 56.2-ci maddəsinin tələbinə uyğun hazırlanmış VEMTAS-da olan “bu ünvanda digər ailələr yaşayır?” sualına cavab verən təmsilçi “BƏLİ” düyməsini sıxdıqda açılmış pəncərəd ən də görünür ki, bir ünvanda yaşayan uşaqların ailəsi, digər qohumların ailəsi, baba və nənənin ailəsi, nəvələrin ailəsi, valideynin (və ya valideynlərin) ailəsi, ayrı-ayrı müstəqil ailələrdir bir ünvanda yaşayan bu ailələr bir-birini saxlamağa, bir-birinə pul verməyə və bir-birinə ünvanlı dövlət yardımı təyin etməyə və ya verməyə borclu deyillər. x xxxxxxx 2018-ci il tarixdə ünvanı, təhsili, muzdlu işdən olan gəliri, kommunal və rabitə xərcləri, ünvanda yaşayan 3 nəfər özünün və 2 nəfər keçmiş ailə üzvləri olmuş valideynlərinin ailəsi haqqında ərizə bəyannaməni qəbul etmiş VEMTAS valideynlərinin ailəsinə görə imtina verməmiş, ərizə bəyannamədə heç bir uyğunsuzluq aşkar etməmiş, qərar qəbul etməyi Dövlət Sosial Müdafiə Fondunun ondan sonra DSMF-nin Mingəçevir şəhər şöbəsinin işçisinə ta pşırıq vermişdir. Aztəminatlı ailəsinin maddi-məişət şəraitini yoxlamağa gəlmiş, mülkiyyət hüququ əsasında başqa vətəndaşa məxsus olan evə girmiş, axtarış və çəkiliş apardıqdan sonra 90 gün ərzində elektron imza ilə VEMTAS vasitəsi ilə imtina cavabları vermiş DSMF-nin Mingəçevir şəhər şöbəsinin işçisi bəyan edir ki, aztəminatlı ailəsi keçmiş ailə üzvləri olmuş valideynlərinin ailəsi ilə bir ünvanda yaşadığına görə, ünvanlı dövlət sosial yardımı onun aztəminatlı ailəsinə keçmiş ailə üzvləri olmuş valideynlərinin ailəsi təyin etməli və verməlidir. İddiaçının aztəminatlı ailəsi 4 nəfərdən ibarətdir (o, həyat yoldaşı və 2 körpə uşağı), başqa ailəsi yoxdur. Dövlətin sosial qayğısına ehtiyacı var. Muzdlu işdən olan orta aylıq gəliri 206 manatdır, başqa gəliri yoxdur. 1-ci nikahdan olan 1 uşağını n saxlanılması üçün məhkəmə tərəfindən sabit pul məbləğində təyin edilmiş 110 manat aliment ödəyir. Göründüyü kimi, muzdlu işdən olan orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü ehtiyac meyarının məcmusundan aşağı olduğuna görə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü maddəsinə əsasən ünvanlı yardım almaq hüququna malik olan aztəminatlı ailədir.
4. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddia tələbi əsasız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respubli kası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Qeyd olunan qaydaların 2-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum və ya patron olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.(2.1) Ailəni təmsil edən şəxs müraciəti elektron formada və ya kağız üzərində edə bilər.(2.2) Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi “kommunikasiya vəsaitlərindən (kompüterlərdən, mobil telefonlardan və.s) habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciəti qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “ Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “ərizə-bəyannamə”ni dolduraraq X11 və X14 (bundan sonra VEMTAS) göndərir. (2.3) Qaydaların 3-cü bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir (3.1) VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qey d edilmiş məlumatların “Elektron Hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumlarının informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.(3.2) Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS -a ötürür. (3.4) VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirir (3.4.1) məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təy in olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. (3.4.2) Qaydaların 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir yə ya bildirilir.
5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 21(84)-603/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 21(107)-373/2019 saylı qərardadından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-603/2019 saylı qərardadı ləğv edilmiş, iddia tələbi mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim X5, 2-1(116)-32/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarı ləğv edilmiş, cavabdehin üzərinə iddiaçıya müraciət etdiyi x xxxxxxx 2018-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsinin mövqeyinə orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq ic ra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X3-məruzəçi, X10 və X1, 2-1(107)-465/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qis mən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qismən-yəni cavabdehin üzərinə iddiaçıya müraciət etdiyi x xxxxxxx 2018-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması hissəsində dəyişdirilmiş, cavabdehin üzərinə iddiaçıya müraciət etdiyi x xxxxxxx 2018-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin ödənilməsi öhdəliyi qoyulmuşdur.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Re spublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur.
12. Cavabdeh qərarın surətini x xxxxxx 2020-ci il tarixdə alıb, x xxxxxx 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. Cavabd eh orqan tərəfindən iddiaçının maddi-məişət şəraitinin yoxlanılması zamanı “ərizə-bəyannamə”də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (ailə üzvlərinin tərkibində uyğunsuzluq olması) iddiaçıya sosial yardım təyin olunmasından əsaslı olaraq imtina edilmişdir. Belə ki, ərizə-bəyannamədə iddiaçının 4 nəfər ailə üzvü göstərildiyi halda, maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası və anası həmin ünvanda onunla birlikdə yaşayırlar. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli 954 nömrəli arayışında isə iddiaçının atası və anasının Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 31 A ünvanında yaşaması göstərilmişdir. Qaydaların 3.7.1-ci bəndinə əsasən ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin edilməsindən imtina edilir.
14. Bundan sonra iddiaçı ünvan 2 mənzil 70 ünvanından müraciət etmiş, ailənin maddi-məişət şəraitinin yoxlanılması zamanı uyğunsuzluq aşkar olunmadığından iddiaçıya xx.xx.2019-cu il tarixdən 2 il müddətinə ünvanlı sosial yardım təyin edilmişdir. Lakin, qeyd olunan hallar məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdır.
15. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı əsassızdır.
16. Şikayət əsaslandırılarkən “İnzibati İcraat haqqında” Qanunun 24.1, 24.3-cü, Mülki Prosessual Məcəllənin 385 1.1, 386-cı, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
19. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2 və 6.3. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial ya rdımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 21. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, xx xxxxxx 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yard ımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. 22. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, x xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. 23. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial y ardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X11 və X16 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu dur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apel yasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
28. İddiaçı bəyannamə ilə müraciət etdiyi xx.xx.2018-ci il tarixdən hər ay 2 il müddətin ə ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəsinə təyin olunması və verilməsi öhdəliyinin DSMF-nin Mingəçevir şəhər şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
29. Şəki İnzibati-İqtisadi Məhkəməsi x xxx 2019-cu il tarixli, 2-1(84)-603/2019 nömrəli qərardadı ilə iddianı mümkün saymamışdır.
30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi DSMF-nin Mingəçevir şəhər şöbəsinə qarşı deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı verilməlidir.
31. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası xx xxxx 2019-cu il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsi x xxx 2019-cu il tarixli, 2-1(84)603/2019 nömrəli qərardadını ləğv edib iddiaya mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir.
32. Apelyasiya məhkəməsi hesab etmişdir ki, qanunda sosial yardımın aztəminatlı ailələrin yaşayış yeri üzrə təyin edilməsi müddəası onu ifadə edir ki, bununla bağlı mübahisə yarandığı təqdirdə həmin mübahisəyə də yaşayış yeri üzrə müvafiq məhkəmədə baxılmalıdır.
33. Apelyasiya məhkəməsi həmçinin qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələblərində ünvanlı sosial yardımın təyin edilməsi VEMTAS proqramı vasitəsilə təyin edilsə də, Nazirliyin yerli şöbələrinin ünvanlı sosial yardımın təyin edilməsi il ə bağlı vəzifələri (bilavasitə olmasa da) müəyyən edilmiş və həmin şöbələr tərəfindən müvafiq vəzifələrin icra edilməsi nəzərdə tutulmuşdur (məsələn maddi-məişət şərait şəraitinin yoxlanması və.s). Qeyd edilən qanunvericiliyin əsas məqsədi aztəminatlı ailələrin maddi təminatı üçün dövlətin həyata keçirdiyi bir tədbir olması nəzərə alınarsa ən azı həmin şəxsin yaşadığı yer üzrə deyil, Bakı şəhərində iddia tələbi irəli sürməsi qanunvericiliyin ümumi prinsiplərinə uyğun hesab edilməməlidir. Əks təqdirdə bu hal aztəminatlı ailələrlə bağlı qeyd edilən tədbirin həyata keçirilməsinin səmərəsizliyinə xidmət edir.
34. Bundan sonra iş birinci instansiya məhkəməsinin icraatında olan vaxt iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmiş və məhkəmələr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı verilmiş iddiaya baxmışlar.
35. Yuxarıda sadalanan normativ aktlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin səlahiyyətlərinə kağız üzərində olan müraciətlərin qəbul edilməsi və elektron sistemə daxil edilməsi aiddir. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, istər sosial yardımın təyin edilməsi, istərsə də onun məbləğinin dəyişdirilməsi və ya verilməsinin dayandırılması ilə bağlı səlahiyyət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur.
36. Məhkəmə kollegiyası da iddiaya cavab verməli inzibati orqanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olması ilə razılaşır.
37. Hazırkı iddia növü mübahisələndirmə haqqında iddia növü olmadığından və İPM-in 8.1.4-cü maddəsinə görə belə iddialara cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, lakin aidiyyətlə bağlı apelyasiya məhkəməsinin qanuni qüvvədə olan məhkəmə qərardadı olduğundan məhkəmə tərkibi həmin qərardadla razılaşmaq məcburiyyətindədir.
38. İşin hallarından görünür ki, iddiaçı ünvanlı sosial yardım təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının müraciəti ilə bağlı iddiaçının maddi məişət şəraitinin yoxlanılması zamanı “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (onun yaşayış yerində ailə tərkibinin səhv olması) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Belə ki, “Ərizəbəyannamə”də ərizəçinin 4 nəfər ailəsi göstərildiyi halda, maddi-məişət şəraitinin müayinəsi zamanı məlum olmuşdur ki, ərizəçinin atası və anası həmin ünvanda yaşayırlar. Mənzil Kommunal təsərrüfat İstehsalat birliyinin 2018-ci il 27 noyabr tarixli 954 №-li arayışına əsasən ərizəçinin anası və atası ünvan 3 A ünvanında yaşayırlar. Qaydaların 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğuna görə cavabdeh sosial yardımın təyin olunmasından imtina etmiş, sonradan təkrar müraciət zamanı iddiaçıya ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün əsaslar olduğundan cavabdeh x xxxx 2019-cu il tarixdən iddiaçıya 2 il müddətinə belə yardımı təyin etmişdir.
39. Hazırkı mübahisə cavabdehin xx.xx.2018- ci il tarixli imtinası ilə bağlıdır.
40. Ünvanlı dövlət sosial yardımın təyin və imtina olunması əsasları “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” ilə tənzimlənmişdir.
41. Qaydaların 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir.
42. İddiaçı cavabdehə təqdim etdiyi “Ərizə-bəyannamə”də ailə tərkibi kimi göstərdiyi məlumatlar araşdırma zamanı təsdiqini tapmamış, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir.
43. Qaydalara görə “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğu halda sosial yardımın təyin olunmasından imtina edilir.
44. Cavabdeh də məlumatlarda olan uyğunsuzluğa görə haqlı olaraq sosial yardım təyin olunmasından imtina etmişdir. Təsadüfi deyil ki, iddiaçının sonradan “Ərizəbəyannamə”də qeyd etdiyi məlumatlar yoxlanılma zamanı uyğunsuzluq aşkar olunmadığından cavabdeh tərəfindən x xxxx 2019-cu ildə iddiaçıya 2 il müddətinə sosial yardım təyin olunmuşdur.
45. Odur ki, cavabdehin xx.xx.2018-ci il tarixli imtinası əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməli, kasasiya şikayəti təmin edilməlidir.
46. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-465/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin olunmasın. Qərar qətidir.