Məhkəmə qərarları › İş №2-1(102)-4422/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4422/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4422/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodun müəyyənləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “müvafiq koda uyğun gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən idxal edilən malın kodu invoyslar üzrə 8438099 göstərilmişdir.

2. Mərkəzi Gömrük Ekspertiza İdarəsinin ##.##.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, avadanlıq karton qutuya qablaşdırılmış dondurma istehsal edən avadanlıqdır, təsnifat kodu 84186900009 koduna uyğundur, iddiaçı tərəfindən XİF MN kodu düzgün göstərilməmişdir. Avadanlıq soyuducu ilə təchiz edilmişdir.

3. Müstəqil Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, XİF MN üzrə 8418690009 koduna nəzər yetirdikdə aydın olur ki, bu koda soyuducular, dondurucular və ya başqa tipli soyuducu və dondurucu avadanlıqlar aiddir. XİF MN üzrə 8438809800 koduna nəzər yetirdikdə aydın olur ki, bu koda bu qrupun başqa yerində adı çəkilməyən yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlar aiddir. Bəyan edilən avadanlıq 8438809800 koduna uyğundur. Avadanlıq istehsal edən şirkət tərəfindən bütün ölkələrə də məhz həmin kodla ixrac edilir.

4. Qısa idxal bəyannaməsindən görünür ki, “xxxx MMC tərəfindən dondurma hazırlamaq üçün avadanlıq (istehsalçı: Caprgiani) idxal olunmuş, malın kodu kimi 84380 9800 müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ## ######## 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş malların 8438809800 koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasının cavabdehə həvalə edilməsi və 20 gün saxlanılan müddətə görə hər gün üçün 150 avro məbləğində pulun iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, dondurma istehsal edən avadanlığın idxal prosesi zamanı cavabdeh tərəfindən XİFMN 843880/9800 kodu altında idxal olunmasına razılıq verilməmiş, soyuducuya aid XİFMN altında rəsmiləşdirilməli olması bildirilmişdir. Halbuki, mənşə sənədində, istehsalçının invoys və bəyannamələrində malın kodu “dondurma istehsalı üçün aparat və həmin aparat üçün altlıq şkaf” kodu üzrə göstərilir. Lakin, gömrük orqanı tərəfindən heç bir əsaslı səbəb olmadan soyuducuya aid kodun olması göstərilir. Buna dair gömrük orqanı tərəfindən hər hansı mötəbər sənəd, sübut təqdim edilməmiş, sahibkarlıq fəaliyyətinə əngəl yaradılmışdır. İddiaçı hesab edir ki, idxal etdiyi məhsul üzrə kod 0 gömrük rüsumuna düşür, gömrük orqanı isə kodu dəyişdirərək böyük məbləğdə rüsum fərqinin yaranmasına səbəbiyyət verir.

7. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında göstərmişdir ki, Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəyinə əsasən malın XİF MN üzrə təsnifat kodunun bəyan edilmiş təsnifat kodundan fərqli olduğu müəyyən edilmiş, gömrük bəyannaməsi müvafiq düzəlişlərin edilməsi məqsədi ilə bəyannaməçiyə göndərilmişdir. Hazırkı tarixədək sözügedən bəyannamə “brokerdə” statusunda olub rəsmiləşdirmə üçün göndərilməmişdir. Ödənilməli əlavə gömrük ödənişi ümumilikdə 21941,12 manat təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim O.Həsənov) ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı MMC tərəfindən ## ######## 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş malların 8438809800 koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılması öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı inzibati mübahisə ## ######## 2024-cü il tarixli invoys sənədi əsasında Carpigianı Group adında şirkət tərəfindən ixrac edilmiş avadanlıqların iddiaçı tərəfindən ölkəyə idxalı zamanı müvafiq gömrük ödənişlərinin müəyyən edilməsi baxımından gömrük rəsmiləşdirilməsinin hansı xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə aparılmalı olması ilə əlaqədardır. Tərəflərin mövqeyindən aydın olur ki, iddiaçı həmin avadanlıqların dondurma istehsal edən avadanlıq olmasına istinadla 8418 üzrə yox, 8438 kodu üzrə rəsmiləşdirilməsinin aparılması niyyətindədir. Cavabdeh isə, həmin kod üzrə rəsmiləşdirilməsinin aparılmasından imtinanı onunla əsaslandırır ki, soyuducu ilə təchiz edilmiş həmin avadanlıqlar ekspert rəyindən də görünür ki, 8418 kodu üzrə rəsmiləşdirilməli və göstərilən səbəbdən əlavə ödəniş edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi qanunsuz və əsassız olduğundan malın iddiaçı tərəfindən göstərilən koda uyğun olması və müvafiq rəsmiləşdirilməsinin başa çatdırılmasına yönəlmiş hissədə iddia əsaslıdır. İlkin olaraq, ixracatçı şirkət tərəfindən verilən sənədlərdən də göründüyü kimi iddiaçı tərəfindən idxal edilən məhsul məhz iddiaçının qeyd etdiyi kod altındadır. İddiaçı da həmin koda uyğun olaraq gömrük rəsmiləşdirilməsinin aparılmalı olmasını tələb etməkdədir. Digər tərəfdən, cavabdehin mövqeyinin əsasında duran Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən ekspert rəyi də avadanlığın təsnifat kodunun düzgün bəyan edilmədiyini sübut edə biləcək mötəbər sübut xüsusiyyətlərinə malik olmamışdır. Məhkəmə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə rəyin verilməsi ilə bağlı müraciət etmiş, rəyin verilməsi mümkün olmasa belə, iddiaçı tərəfindən təqdim edilən Müstəqil Ekspertiza Mərkəzinin ekspert rəyinin sübut qismində tətbiqini zəruri hesab etmişdir ki, məhkəmə tətbiq edilən həmin rəydə gəlinən nəticə və nəticəyə uyğun əsaslandırma, qoyulmuş suallar üzrə aparılmış tədqiqat baxımından mötəbərliyinə hər hansı şübhə olmadığı qənəatindədir. Digər tərəfdən, cavabdeh ixracatçı ölkə tərəfindən bütün ölkələrə göstərilən kodla ixrac edilən məhsulun, məhz bizim ölkədə fərqli kodda olmalı olmasına dair hər hansı mötəbər dəlil təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, müvafiq güzəştlərin müvafiq kod altında məhsullara tətbiq edilməsi baxımından, güzəştin tətbiqi baxımından avadanlığın istifadə məqsədi zəruri önəm daşıyır. Cavabdeh isə idxal edilən avadanlığın yeyinti və içki istehsalına və hazırlanması xüsusiyyətlərinə malik olduğunu nəzərə almadan soyuducu ilə təchiz edilməsinə istinadla kifayətlənmiş, içki və digər yeyinti məhsulları kimi idxal edilən avadanlığın dondurma hazırlanması kimi əsas xüsusiyyəti nəzərə alınmamışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarı (hakimlər C.Məmmədov – məruzəçi, G.Sevdimalıyeva və P.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Caprigiani avadanlığının texniki göstəricilərini əks etdirən kitabçaya nəzərə saldıqda (1.2.1-ci bənd) məlum olur ki, mübahisə predmeti olan avadanlıq səthüstü (masaüstü) tipli olmaqla yanaşı, bir çeşiddə yumşaq dondurmanın dərhal istehsalı və ya paylanması üçün nəzərədə tutulmuşdur. Qeyd olunan avadalığın (1.2.2-ci bənd) quruluş sisteminə nəzər saldıqda bölünməz əşya olması müəyyən olunur. Qeyd olunan sənədlər tədqiq edildikdən sonra məlum olur ki, iddiaçı tərəfindən idxal edilmiş avadanlığın əsas misissiyası dondurmanın hazırlanmasıdır. Lakin digər qida məhsullarından fərqli olaraq dondurmaların yalnız aşağı temperaturda saxlanmalı olması nəzərə alınaraq həmin avadanlıq soyuducu rəflərlə təchiz edilmişdir. Bu isə iddiaçının idxal etdiyi avadanlığı soyuducudan fərqləndirən cəhətlərdən biridir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

15. Kassator onu da qeyd etmişdir ki, etiraz ərizələrində “dondurma istehsal edən avadanlıq” yükünün kodunun hansı səbəbdən məhz 8418 69 mal qrupuna dəyişdirilməli olmasını əsaslandırmaq məqsədi ilə rəsmi və mötəbər sübut qismində beynəlxalq qanunvericilik normalarına da istinad edilmişdir. Belə ki, bütün dünya dövlətlərinin daxili qanunvericiliklərində XİF MN kodları üzrə normayaratma üçün baza rolunu oynayan X2 rəsmi internet səhifəsində hamı üçün açıq olan “General Rules for the Interpretation of the Harmonized System”, yəni “Harmonikləşmiş sistemin şərh edilməsi üçün ümumi qaydalar” adlı izahnaməsi məhkəməyə sübut qismində təqdim edilmişdir. Həmin izahnamənin 16-cı bölməsinin 8418 qrupuna aid olan 2-cı bəndinin izahnamə qeydində açıq şəkildə “dondurma avadanlıqları” yükünün bu qrupda sinifləşdirilməsi qeyd edilmişdir. Lakin müvafiq məhkəmələrin yekun qərarlarında təqdim edilmiş sübuta qiymət verilməmiş, hansı səbəbdən beynəlxalq hüququn aliliyinin nəzərə alınmadığı əsaslandırılmamışdır.

16. Həmçinin Dövlət Gömrük Komitəsi tərəfindən rəsmi internet saytı vasitəsi ilə malların nomenklatura kodlarının sahibkarların özləri tərəfindən əvvəlcədən müəyyənləşdirməyə imkan yaradacaq axtarış paneli aktiv edilmişdir. “XİF MN tövsiyə sistemi" olmaqla süni intellekt əsaslı axtarış modulunun fəaliyyəti son iki ildə gömrüyə bəyan edilən malların təsvirləri əsasında aparılır. Sözügedən modulda “Carpigiani ice cream machine” açar sözləri ilə axtarış edildikdə müntəzəm olaraq ölkəyə idxal edilmiş “dondurma hazırlayan avadanlıq” yüklərinin 8418 69 mal mövqeyi ilə gətirildiyi müəyyənləşir. Lakin müvafiq məhkəmələrin qərarlarında isə təsdiqedici sübutlar əsasında deyil, yalnız mülahizə şəklində bütün dünya dövlətlərinə dondurma hazırlayan avadanlıq yükünün 8438 80 XİF MN kodu ilə ixrac edildiyi qeyd edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; ... Maddə 8. Gömrük orqanlarının vəzifələri 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: ... 8.0.25. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görür; ... Maddə 218. Gömrük tarifi 218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. 218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; ... Maddə 224. Gömrük ödənişləri ... 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. ... Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları ... 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. ... Maddə 319. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası 319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.2. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir. 319.3. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X2 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X1 Edilmiş Sisteminə və X3 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 321. Malların təsnifatı 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. ... Maddə 322. Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: ... 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; ...

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”:

İddiaçının istinad etdiyi Tarif dərəcəsi Əlavə (gömrük dəyərinə XİF MN üzrə Mal mövqelərinin adları ölçü görə %-lə və ya kod vahidi ölçü vahidinə görə ABŞ dolları ilə) 1 2 3 4 8438 Heyvan mənşəli piylərin və yağların, bitki və ya mikrobioloji mənşəli sabit piylərinin və ya yağlarının ekstraksiyası və ya hazırlanması üçün avadanlıqdan başqa, bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan qida məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıq: 8438 80 980 0 – – – digərləri əd 0

Cavabdehin istinad etdiyi Tarif dərəcəsi Əlavə (gömrük dəyərinə XİF MN üzrə Mal mövqelərinin adları ölçü görə %-lə və ya kod vahidi ölçü vahidinə görə ABŞ dolları ilə) 1 2 3 4 8418 Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları: 18 69 000 – – digər: 8418 69 000 9 – – – digərləri – 15 – hissələri:

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının idxal etdiyi malın kodunun uyğunlaşdırılması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh dəlilinin əsası kimi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin ##.##.2024-cü il tarixli ekspert rəyinə istinad etsə də, həmin ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, hansı tədqiqatların aparıldığı, hansı metodlardan istifadə edildiyi və gəldiyi nəticənin elmi əsası göstərilməmişdir.

29. Bundan başqa, cavabdeh kassasiya şikayətində X2 “Harmonikləşmiş sistemin şərh edilməsi üçün ümumi qaydalar” adlı izahnaməsinə istinad etməklə “dondurma avadanlıqları” yükünün 8418 qrupuna aid olmasını bildirsə də, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin izahnaməyə əsasən soyuducular və soyuducu avadanlıqları mayeləşdirilmiş qazların dövriyyəsi nəticəsində suyun gizli buxarlanma istiliyini udaraq aktiv soyutma elementində aşağı temperaturun davamlı şəkildə saxlanması üçün nəzərdə tutulmuş avadanlıqlar və qurğulardır. İddiaçı tərəfindən idxal edilmiş avadanlığın əsas missiyası dondurmanın hazırlanmasıdır. Belə ki, həmin avadanlığın texniki göstəricilərini əks etdirən kitabçaya nəzərə saldıqda məlum olur ki, mübahisə predmeti olan avadanlıq səthüstü (masaüstü) tipli olmaqla yanaşı, bir çeşiddə yumşaq dondurmanın dərhal istehsalı və ya paylanması üçün nəzərdə tutulmuşdur.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək göstərir ki, iddiaçı tərəfindən idxal olunan avadanlıq bir çeşiddə yumşaq dondurmanın dərhal istehsalı və ya paylanması üçün nəzərdə tutulduğundan onun yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlara aid 8438809800 koduna uyğun olması öz təsdiqini tapır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar