Məhkəmə qərarları › İş №2-1(102)-447/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-447/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-447/2020 18.03.2020 ALİ MƏHKƏMƏ. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı “xxxx” MMC-nin cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRAR (açar sözlər:iddiaçıdan ödənilməsi tələb olunan borcun əsaslı olubolmadığına qanunveriiliyin normaları baxımından hüquqi qiymət verilməmiş, cavabdehin işdəki borcun tələb edilməsi ilə bağlı məktubları isə Konstitusiya Məhkəməsinin qərarında vurğulanmış hüquqi mövqe nəzərə alınmaqla qiymətləndirilməmişdir.) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)1590/2019 saylı qərarından cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya qarşı olan 119.456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətlərinin qanu nsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC Azərbaycan Respublikasına idxal olunmuş qızıl məmulatlarının xaricə aparılıb təmir etdirilərək, təkrar ölkəyə idxalını həyata keçirir və qanunvericilklə müəyyən edilmiş gömrük rüsumunu ödəyir. 2017-ci ilin iyul ayının əvvəllərində AR DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı "xxxx” MMC-nin rəhbəri Zahid Əlizadəyə zəng edərək, “xxxx” MMCnin 100.000 manatdan çox gömrük borcu olduğunu, həmin borcu təcili ödəməli olduğunu bildirmişdir. “xxxx” MMC-nin rəhbərliyi məktubla Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək, MMC-nin gömrük borcunun hansı əsasa görə yaranması və bu barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdar əsindən “xxxx” MMC-nə göndərilən xx.xx.2017-ci il tarixli məktubda bildirilmişdir ki, “Şirkətiniz vətəndaşlardan satın aldığı qızıl-zinyət əşyalarını əridərək və afinaj edərək 995 əyarlı külçə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması üçün Türkiyə Respublikasına müvəqqəti ixrac etmişdir. “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 34 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən emal məhsulları tam həcmdə aksiz vergisinə cəlb edilməlidir. Ümumən 2016 və 2017-ci illər üzrə ödənilməmiş gömrük borcu 119.456.87 manat təşkil edir. Müddət nəzərə alınmaqla gömrük borcunun 60 (altmış) günədək ödənilməsinin Sizin tərəfinizdən təmin olunmas ı xahiş edilir. Əks halda AR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən məsuliyyət daşıyırsınız”. “xxxx” MMC AR Dövlət Gömrük Komitəsinə müraciət edərək, barələrində hesablanmış 2016 və 2017-ci illər üzrə ödənilməmiş 119.456.87 manat gömrük borcuna dair qərarı bizə təqdim olunmasını xahiş etmişdir. Lakin Gömrük Komitəsi heç bir qərar təqdim etmədən, 119.458.87 manat gömrük borcunun ödənilməsini onlardan tələb etmişdir. Hesab edirlər ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkəti qanunsuzdur və Gömrük İdarəsi qanunsuz və əsassız olaraq, heç bir rəsmi qərar qəbul etmədən “xxxx” MMC-ni 119.458.87 manat gömrük borcunu ödəməyə məcbur edir. Belə ki, 2016-cı və 2017-ci illər ərzində “xxxx” MMC Azərbaycan Respublikasından xaricə müvəqqəti ixraca apardığı qızıl məmulatlarını gömrük əməkdaş ları təqdim olunan bəyənamələri təsdiq edərək xaricə buraxıblar. 2016- cı ildən bugünə kimi onlar qızılı Türkiyə Respublikasına müvəqqəti ixraca aparıb gətirmişlər, təqdim etdikləri bəyannamələrə əsasən bütün rüsumları və ödənişləri ödəmişdirlər. Lakin indi onlara gömrük borclarının olduğu bildirilir. Təkrar emala aparılan mala aksiz rüsumu var idisə, gömrük əməkdaşları bu iki il ərzində niyə təqdim olunan bəyamnamələri qəbul edib rüsumu ödəmədən malı buraxırdılar? Bu gömrük əməkdaşı məsuliyyətsizliyidir yoxsa nə? Əgər varsa onda onun diqqətsizliyi nəticəsində onlar niyə əziyyət çəkməli və bugün belə böyük məbləğdə borca düşməlidirlər. Əgər diqqətsizliyi edən işçidirsə və ona həvalə edilən işin öhdəsindən gələ bilmirsə məsuliyyətidə o daşımalıdır. Onlara deyirlər ki, bəyanmalərədə aksiz göstərilməyib, əgər onların diqqətindən yayınıbsa bəs gömrük əməkdaşının diqqətindən niyə yayınıb. Dəfələrlə olub ki, hərf səhvinə və ya hər hansı bir xırda qüsura görə, bəyannaməni geri qaytarıblar, yük saxlanılıb və ya bəyamnamə ləğv olunub. Bu barədə hava limanında kameralarda da yəqin öz əksini tapıb, daha sonra biletləri yanıb, malları geri qaytarılıb. Digər məsələ məktubda qeyd olunan “Şirkətiniz vətəndaşlardan satın aldığı qızıl-zinyət əşyalarını əridərək, və afinaj edərək 995 əyarlı külçə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması üçün Türkiyə Respublikasına müvəqqəti ixrac etmişdir.” Biz qızılzinyət əşyalarını vətəndaşlardan satın almırıq onların sifarişi ilə qızıllarını təkrar emala aparırıq. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8-ci maddəsinə əs asən, gömrük orqanlarının vəifələri gömrük əməkdaşlarının mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, Müvəqqəti ixrac edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi halları göstərilib. Azərbaycan Respublikasının qanunvericiliyində müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilən mallar üçün gömrük rüsumları və vergilərin ödənilməsi nəzərdə tutulduqda, həmin mallar bu Qaydalara uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilir. 1 (bir) il müddətində təkrar idxal olunması şərtilə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmaqla, gömrük ərazisindən kənarda istifadə olunur. Müvəqqəti ixrac müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti ixrac müddəti uzadıldıqda, müvəqqəti ixrac edilən mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edilir. Bizim gömrük bəyamnalərindən də qeyd olunub ki, mallar 1 il müddətinə müvəqqəti ixraca gedir. Bizə gömrük orqanı tərəfindən rəsmi qərar təqdim olunmaq əvəzinə məktub göndərilmiş. Əksinə bizə rəsmi qərar təqdim olunmalı və bununla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir barədə məlumat yoxdur, Sadəcə cinayət məsuliyyətinin nəzərdə tutulması barədə hədələyici məktub göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-512/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi 2-1(103)-1363/2018 saylı, xx xxx 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018 ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi 2-1(102)-1592/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2619/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ləğv edilərək, iddia mümkün sayılaraq, iş mahiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(82)1336/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “xxxx” MMC-yə qarşı olan 119.456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətləri qanunsuz hesab edilmişdir (hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1590/2019 saylı qərarı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “xxxx" MMC-nin AR DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı 119.456,87 manat məbləğində gömrük borcunun ödənilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv daşıyır, iddia tələbində qeyd olunanlar həqiqətə uy ğun deyildir. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bəyannaməçi tərəfindən səhvən aksiz vergisi hesablanmadan tərtib olunaraq təqdim edilmiş bəyanamədə səhvin aşkar edilməməsindən, gömrük əməkdaşları səhv olaraq 2016-2017-ci illər üzrə “xxxx” MMC müəssisəsi tərəfindən xaricdə emal edildikdən sonra ölkə ərazisinə təkrar idxal olunan qızıl məmulatlarından aksiz vergisi tutulmadan gömrük rəsmiləşməsi həyata keçirmişlər. Bu səhv aşkar edildikdən sonra müəssisə rəhbərindən dəfələrlə buraxılmış səhvin düzəldilərək yaranmış 119.456,87 manat gömrük borcunun ödənilməsi üçün şihafi şəkildə nümayəndədən tədbir görülməsi tələb edilmiş və ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə bərpa olunmasını təm in etmək məqsədilə “xxxx” MMC-nin rəhbəri X11 Nəqliyyatında Baş Gömrük idarəsindən xx.xx.2017 tarixli 142-15/xx-xx/002251 nömrəli məktub ünvanlanmışdır. Emaldan təkrar idxal olunan qızıl məmulatlarına aksiz vergisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli N°34 nömrəli “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.4.cü maddəsinə əsasən tənzimlənir. MMC satın aldığı qızıl-zinyət əşyalarını əridərək və afinaj edərək 995 əyarlı külcə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması üçün Türkiyə Respublikasına müvəqqəti ixrac etmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X4 və vəkili Vəkil oğlu kassasiya şikayəti nin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilm iş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norm alarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi X1, vəkli Vəkil oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1590/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin k assasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük idarəsinin “xxxx” MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli 142-15/xx-xx/002251 nömrəli məktubla Şirkətin vətəndaşlardan satın aldığı qızıl-zinyət əşyalarını əridərək və afinaj edərək 995 əyarlı külcə şəklinə salaraq emal edilərək yeni dəbli zinyət əşyaları hazırlanması üçün Türkiyə Respublikasına müvəqqəti ixrac etdiyi bildirilmiş, cavabdehin “xxxx” MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli 100-14/xxxx/014410 nömrəli məktubda Şirkətin xx.xx.2017-ci il tarixli ərizəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində baxıldığı, “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2014-cü il tarixli 34 nömrəli qərararının 9.4-cü bəndinə əsasən xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan malların gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunması halları istisna olunmaqla emal məhsullarının tam həcmdə aksiz vergisinə cəlb edildiyi, xaricdə emal edildikdən sonra ölkə ərazisinə təkrar etdiyi qızıl məmulatlarından aksiz vergisi tutulmadan gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi bildirilmiş, yaranmış aksiz borcunun ödənilməsi üçün Şirkətə şifahi xəbərdarlıq edilməklə yanaşı, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2017-ci tarixli 142-15/xx-xx/002251 nömrəli rəsmi məktub göndərildiyi və yaranmış borcun ödənilməsi üçün Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tu tulmuş 60(altmış) günədək möhlət verilmiş, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeyd olunan gömrük proseduru altında mallar (qızıl məmulatları) rəsmiləşdirilərkən gömrük əməkdaşlarının səhvi nəticəsində vətəndaş Zahid Əlizadə adına idxal olunan mallara münasibətdə 2016-2017-ci illər ərzində 100.000 manatdan artıq aksiz vergisi dövlət büdcəsinə alınmamış, vətəndaşın Komitəyə ünvanladığı müraciətində qeyd olunduğu kimi xaricdə emal edildikdən sonra ölkə ərazisinə təkrar idxal olunan qızıl məmulatlarından aksiz vergisi alınmadan gömrük rəsmiləşməsi həyata keçirilmiş, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixli 142-13/01- 22/00042 nömrəli məktubuna görə “xxxx” MMC barəsində Hava Nəqliyyatında Baş Gomrük İdarəsində inzibati-icraat aparılmış, 119.456,87 manat ödənilməmi ş gömrük borcunun dövlət büdcəsinə bərpa olunmasını təmin etmək məqsədilə “xxxx” MMC-nin rəhbəri X11 Nəqliyatında Baş Gömrük İdarəsindən xx.xx.2017 tarixli 142-15/xx-xx/002251 nömrəli məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, borcun yaranmasına dair hər hansı qərar olmadığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan 119.456.87 manat gömrük borcunun ödənilməsinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz sayılmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin Sərəncamına əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2015-ci tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə fəaliyyətinin auditi zamanı müəyyən edilmişdir ki, 2016-cı ildə “xxxx" MMC tərəfindən (VÖEN **********) “xaricdə emal” gömrük proseduru ilə ixrac edilən qızıl külçələrdən düzəldilmiş (emal edilərək hazırlanm ış) zərgərlik məmulatların təkrar idxalı zamanı gömrük rüsum və vergilərinə cəlb olunan “emal” xərclərinin açıqlanmasını təqdim etməmiş, malların emalına sərf olunan digər mal və materialların dəyərini təqdim etməməklə və ya təhrif etməklə, yalnız emala sərf olunan “işçilik pulu" məbləğini gömrük orqanlarına bəyan etmiş, əlavə olaraq, X6 İdarəsinin rəyinə əsasən emal nəticəsində 4% itkinin olması və bu miqdarın emal vaxtı istehsalat prosesinə əlavə olunmaması faktları nəzərə alınmamış, nəticədə gömrük rəsmiləşdirilməsi emalın hasilat normasına uyğun həyata keçirməmiş, bununla da **********4274, **********1163, **********1234 və **********3172 saylı GB-lər üzrə rəsmiləşdirilən 20,03 kq zərgərlik məmulatlarının (585 əyarlı, tərkibində təmiz qızılın çəkisi 11,72 kq) emal prosesi zamanı itki d ərəcəsi və buna görə mallara əlavə olunan qızıl miqdarının (4%, cəmi 468,89 qram, birja qiyməti ilə təqribən 38.215 manat) emal xərclərində nəzərə alınmamış və Gömrük Məcəlləsinin 200.3-cu maddəsinin tələbləri pozulmuşdur (1-ci yük şöbəsinin baş inspektoru Oruc Mehdiyev və həmin şöbənin böyük inspektoru Mütəllimov İlham). Qeyd olunanları nəzərə alaraq, hal-hazırda və gələcəkdə bu tip əməliyyatların gömrük rəsmiləşdirilməsi zamanı emal xərclərin məbləği hasilat normalarına uyğunluğu düzgün qiymətləndirilməlidir, hüquqi şəxslərin bəyan etdiyi emal xərclərin məbləği X6 İdarəsinə göndərilməli və emala faktiki çəkilən xərclərə uyğunluğu barədə rəy alınmalı və külli miqdarda gömrük rüsum və vergilərindən yayınmaların qarşısı alınmalıdır, əlavə olaraq, “xxxx" MMC-nin adına xx.xx.2016-cı il tarixl i, **********4274 saylı GB ilə təkrar idxal proseduru altında rəsmiləşdirilən zərgərlik məmulatların çəkisində uyğunsuzluq aşkarlanmış, belə ki, Türkiyədən ixrac olunan malın brutto çəkisinin 2,15 kq göstərilməsinə baxmayaraq (M0039820 saylı mənşə sertifikatı), 2-ci sərnişin şöbəsinin böyük inspektoru İlqar Həsənov və Sanitariya-karantin xidməti şöbəsinin baş müfəttişi Rəhman Sadıqov tərəfindən tərtib olunan 8229 nömrəli sərnişin aktında, brutto çəki 2,4092 kq və malın qablaşdırmasında heç bir pozuntunun olmaması qeyd olunmuşdur. Digər halda isə xx.xx.2016-cı il tarixli, **********3172 saylı GB üzrə çəki fərqi aşkarlanmışdır. Belə ki, GB-də və sərnişin aktında brutto çəkinin əvəzinə netto çəkinin miqdarı yazılmış (3,8950 kq, Akt N 9186, 2-ci sərnişin şöbəsinin böyük inspektoru Məcidov Vüsa l, inspektor Əhmədov Azad), lakin Türkiyədən ixrac olunan malın mənşə sertifikatında brutto çəki 4,70 kq olaraq qeyd olunub, nəticədə yuxarıda qeyd olunan iki bəyannamə üzrə təkrar idxal gömrük proseduru altında yerləşdirilmiş malların faktiki olaraq hansı çəkidə olması araşdırılmadan gömrük rəsmiləşdirilməsi aparılmış, həmçinin "xxxx” MMC-nin adına rəsmiləşdirilən GB-lərin 20-ci və 24-cü qrafaları düzgün doldurulmamışdır. Belə ki, həmin qrafalarda idxalda “100-malın dəyəri əvvəlcədən ödənilmişdir və 80-Digər üsulla hesablaşma” məlumatları qeyd olunması əvəzinə “120malın dəyəri ödənilməmişdir və 21-Sərbəst dönərli valyuta ilə hesablaşmalar" kimi qeyd olunmuş, ixracda isə 20-ci qrafada “003-malın dəyəri ödənilmədikdə” qeyd olunması əvəzinə həmin qrafa boş (mal üzrə heç bir ödəniş həyata k eçirilmədikdə) kimi qeyd olunmuş, həmin qrafa “xxxx” MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş **********2576, **********6144 və **********6104 nömrəli gömrük bəyannamələrində düzgün doldurulmamışdır”, beləliklə, “xxxx" MMC-yə gömrük rüsum və vergilərin hesablanması üçün AR Dövlət Gömrük Komitəsinin “Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2015-ci tarixdən xx.xx.2017 il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticələrinə” dair Aktda Cavabdehə verilən göstərişlər, yəni “xxxx" MMC tərəfindən (VÖEN **********) “xaricdə emal” gömrük proseduru ilə ixrac edilən qızıl külçələrdən düzəldilmiş (emal edilərək hazırlanmış) zərgərlik məmulatların təkrar idxalı zamanı gömrük rüsum və vergilərinə cəlb olunan “emal” xərclərinin açıqlanması və malların emalına sərf olunan digər mal və materialların dəyəri tələb edilməmiş, emal xərclərin məbləği hasilat normalarına uyğunluğu düzgün qiymətləndirilməmiş,“xxxx" MMC-nin bəyan etdiyi emal xərclərin məbləği X6 İdarəsinə göndərilməmiş və emala faktiki çəkilən xərclərə uyğunluğu barədə rəy alınmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 200.1 və 200.5-ci maddələrinə əsasən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 9.1-ci bəndinə əsasən malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə; qüsurlu daxili malların təmiri ilə əlaqədar standart mübadilə sistemindən istifadəyə icazə verildikdə; xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar heç bir emala məruz qalmadan, eyni vəziyyətdə gömrük ərazisinə qaytarıldıqda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur. Bu Qayda ların 9.1-ci bəndində nəzərdə tutulmayan hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur. Qaydaların 9.4-cü bəndinə əsasən isə bu Qaydaların 9.1-ci bəndində göstərilən hallar istisna olmaqla, emal məhsulları tam həcmdə aksiz vergisinə cəlb edilirlər. Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Məcəllənin 249.2-ci maddəsinə uyğun olaraq gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Həmin Məcəllənin 249.3 maddəsinə əsasən isə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 185.2-ci maddəsinə əsasən idxal malları üçün (avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz istisna olmaqla) vergi tutulan əməliyyatın məbləği Azərbayc an Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz, yol vergisi və ƏDV çıxılmaqla). İdxal olunan avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat – onların mühərrikinin həcmidir. İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırm ağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xx xxxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X7rşı, x xxxxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A ). “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmun u da nəzərə alınmalıdır. İş materiallarından da göründüyü kimi qeyd edilən normaların və istinad olunan qərarların ziddinə apellyasiya məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, bu dəlillərin nə üçün qəbul edilmədiyi qərarda tam əsaslandırılmamış, yaranmış mübahisənin mahiyyəti faktiki olaraq araşdırılmadan borcun yaranmasına dair hər hansı qərar olmadığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan 119.456.87 manat gömrük borcunun ödənilməsinin tələb edilməsi ilə bağlı hərəkətlərin qanunsuz sayılmalı olduğunu qeyd etməklə kifayətlənmiş, iddiaçıdan ödənilməsi tələb olunan borcun əsaslı olub-olmadığına isə qanunveriiliyin istinad olunan normaları baxımından hüquqi qiymət verilməmiş, formal əsaslarla iddia tələbinin təmin edil məsi barədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmış, cavabdehin işdəki borcun tələb edilməsi ilə bağlı məktubları isə Konstitusiya Məhkəməsinin qərarında vurğulanmış hüquqi mövqe nəzərə alınmaqla qiymətləndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlu mat və sübutlar tələb edə bilər (12.2). Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 21(103)-1590/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1590/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar