Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-459/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: XDS qərarı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Abşeron rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 222 nömrəli qərarına əsasən ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3401/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon XDS İK-nın xx.xx.1989-cu il tarixli 328 nömrəli qərarına əsasən, X2 sovxozunda fərdi yaşayış evi t ikintisi üçün 4.0 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsindən 40 ailəyə, hər nəfərə 0.10 hektar hesabı ilə torpaq sahəsi verilmişdir.
2. Abşeron rayon XDS İK-nin “X2 sovxozunda fəhlə və mütəxəssislərə fərdi yaşayış evi tikintisinə icazə verilməsi haqqında” 222 nömrəli xx.xx.1989-cu il tarixli qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında X2 sovxozunun 15 avqust 1989-cu il tarixli 98 nömrəli əmri təsdiq edilmiş və iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir.
3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, Abşeron rayon XDS İK-nın 222 nömrəli, xx.xx.1989-cu il tarixli qərarında istinad edilən X2 sovxozu direktorunun 15 avqust 1989-cu il tarixli, 98 nömrəli əmri və əmrin arxiv arayışı təqdim edilməmişdir. Bundan başqa, X2 sovxozunun ayrıc aktı və idarənin elektron bazasında təqdim edilmiş 222 nömrəli qərarda qeyd olunan 0.4 ha ərazinin yerləşməsi barədə məlumat mövcud deyildir. Belə ki, elektron kadastr məlumatlarına əsasən, göstərilən ərazi bataqlıq və əkin yerləri olmaqla, dövlət mülkiyyəti torpaqlarıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon XDS İK-nın xx.xx.1989-cu il tarixli 222 nömrəli qərarına əsasən ayrılmış 0.10 ha torpaq sa həsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir.
7. Cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən 08 may 2023-cü il tarixdə tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha olsa da, faktiki sahəsi 0.0986 ha (0.0014 ha azdır) təşkil edir. Torpaq sahəsi hasar daxilindədir. Göstərilən torpaq sah əsinin koordinat cədvəli təqdim edilmiş yerləşmə sxemində öz əksini tapmışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) xx.xx.2023-cü il tarixli, 2-1(112)10640/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon X1 İcraiyyə Komitəsinin 222 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən, faktiki sahəsi 0.0986 ha olan torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinə dair plan-ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qe ydiyyata alınması əsaslarının dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi XDS İK tərəfindən qanuni əsaslarla ayrılmışdır və həmin qərarda istinad edilən əmrin və müvafiq əmrin arxiv arayışının təqdim edilməməsi, X2 sovxozuna ayrılmış 0.4 ha ərazinin yerləşməsi barədə cavabdeh İdarənin elektron bazasında məlumatın mövcud olmaması hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qəra rın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) xx.xx.2023-cü il tarixli, 21(103)-3401/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10640/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Cavabdeh kassasiya şikayətini iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddia olunan torpaq sənədinə yerləşmə cizgisi qeyd olunan sovxoz tərəfindən deyil, Sabunçu RİH tərəfindən verilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyin dəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1 dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
18. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.... Maddə
18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz....
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ... 46.3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə ve rilməsi qanunla müəyyən edilir. Maddə
48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası... 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.... Maddə
49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ... 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyini n təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 n ömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: Bənd
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırıl ması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Abşeron rayon XDS İK-nın “X2 sovxozunda fəhlə və mütəxəssislərə fərdi yaşayış evi tikintisinə icazə verilməsi haqqında” 222 nömrəli xx. xx.1989-cu il tarixli qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında X2 sovxozunun 15 avqust 1989-cu il tarixli 98 nömrəli əmri təsdiq edilmiş və iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir.
33. Hazırkı qərarın 20-ci bəndində qeyd olunan siyahıya əsasən (1.4-cü bənd) rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzə rində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.
34. Torpağın ayrıc aktının olmaması və ərazinin yerləşməsi barədə elektron məlumat bazasında məlumatın mövcud olmaması ilə bağlı cavabdeh inzibati orqanın imtina dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin sxemi tərtib edilməklə, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və torpağın yeri dəqiq göstərilmiş, qeyd olunan sxem Sabunçu rayon İH-nin səlahiyyətli şəxsi tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
35. Bundan başqa, məhkəmə kollegiyası X2 sovxoz direktorunun 15 avqust 1989-cu il tarixli, 98 nömrəli əmrinin təqdim edilməməsi (olmaması) ilə cavabdeh inzibati orqanın imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanu nunun 18.1-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.
36. Hazırkı iş üzrə Abşeron rayon XDS İK-nın “X2 sovxozunda fəhlə və mütəxəssislərə fərdi yaşayış evi tikintisinə icazə verilməsi” haqqında 222 nömrəli xx.xx.1989-cu il tarixli qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında X2 sovxozunun 15 avqust 1989-cu il tarixli 98 nömrəli əmri təsdiq edildiyindən və nəticədə, həmin əmr və qərarla iddiaçıya mübahisə predmeti olan torpaq sahəsi ayrıldığından, məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə ə sasən hesab edir ki, X2 sovxoz direktorunun 15 avqust 1989-cu il tarixli, 98 nömrəli əmrinin təqdim edilməməsi iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatından imtina üçün əsas sayıla bilməz.
37. Bundan başqa, məhkəmə kollegiyası mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə cizgisinin Sabunçu RİH tərəfindən verilməsi ilə bağlı cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir.
38. Kassasiya şikayətinə etiraza əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, Abşeron rayon İHB-nın sərəncamı ilə M aştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində yaşayan həyətyanı torpaq sahəsinə ehtiyacı olan və ərizə ilə sovxoz rəhbərliyinə müraciət edən vətəndaşlara, hər bir ailəyə 0.12 ha olmaqla torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerləşmə sxemi məhz Sabunçu RİH tərəfindən təsdiq edilmiş və cavabdeh inzibati orqan bu sənədlər əsasında vətəndaşların mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışdır (məsələn: xx.xx.2023cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış). Qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi Kürdəxanı qəsəbəsi, eləcə də cavabdehin özü tərəfindən üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin yerləşdiyi Maştağa qəsəbəsi faktiki olaraq Bakı şəhərinin Sabunçu rayonunu n inzibati ərazisinə aiddir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilir.
40. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. F ərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
41. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
42. Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bi r ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir. 43. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə K onvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”.
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən eyni statusda olan şəxslərə münasibətdə Sabunçu rayon İH tərəfindən təsdiq edilən torpaq sahəsinin yerləşmə sxemi ilə bağlı fərqli yanaşmaya yol verildiyindən, cavabdehin bu hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin və “İnzibati ic raat haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olmamışdır. Odur ki, cavabdehin bu dəlili də əsassızdır.
45. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3401/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.