Məhkəmə qərarları › İş №2-1(102)-4618/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4618/2025

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4618/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. Iddiaçı yenidən müəyyən edilmiş dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə ##.##.2023-cü il tarixinə qədər pensiya ödənişi almış, 2023- cü ilin noyabr ayı üçün ona pensiya ödənilmədiyinə görə ##.##.2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, noyabr 2023-cü il tarixindən pensiyasını almadığına görə bununla bağlı rəsmi şəkildə ona məlumat verilməsini xahiş etmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin müvafiq məktubuna əsasən saxta əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar təhrif olunmuş məlumatların daxil edilməsinə görə cinayət işinin istintaqı aparılır. Buna görə də, istintaqın hazırkı mərhələsi ilə bağlı hazıradək sözügedən istintaq işi üzrə əmək pensiyası alan şəxslərin pensiyalarının dayandırılmasına dair göstəriş verilib. İddiaçı təyin edilmiş dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə pensiya ödənişi ##.##.2023-cü il tarixindən dayandırılmışdır. Bununla bağlı bildirilir ki, İddiaçı təyin edilmiş müddətsiz 2-ci dərəcəli əlilliyin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin müvafiq məktubuna əsasən dayandırılması iddiaçının hüquqlarını pozmuşdur. Ona görə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin müvafiq məktubuna əsaslanaraq qeyd etmişdir ki, saxta əllilik dərəcəsinin təyin edilməsi ilə əlaqədar təhrif olunmuş məlumatların daxil edilməsinə görə cinayət işinin istintaqı aparılır və istintaq işi üzrə əmək pensiyası alan şəxslərin pensiyalarının dayandırılmasına dair göstəriş verilib.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ##.##.2024-cü il tarixli, *-**-*/*-Ş-***/**** nömrəli məktubla bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndinə əsasən ##.##.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Agentliyin Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Agentlik əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərir. Qeyd edilən məsələlər ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaçının vəkilinin müraciətinə ## ###### 2024-cü il tarixli məktubla cavab verilərək, müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı işə cəlb edilməklə ona təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

7. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və iddiaçıya təyin edilmiş pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, əlillik dərəcəsinin yenidən bərpa edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətindədir. Belə ki, müddətsiz 2-ci dərəcəli əlillik Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı ##.##.2022-ci il tarixində 5 illik əlillik müddəti başa çatdığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi-Sosial Ekspert Komissiyasında yenidən təkrar müayinəyə getmişdir. Həmin müayinənin nəticəsi olaraq İddiaçı müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir və İddiaçı qoyulan diaqnoza görə iddiaçı daima müalicə alır, bununla bağlı dərmanlar qəbul edir. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **** nömrəli Stasionar reabilitasiya kartasından çıxarışda qeyd edilmişdir ki, ümumi xəstəlik səbəbindən II dərəcə əlilliyi olan İddiaçı ##.##.2022-ci il tarixindən ##.##.2022-ci il tarixinədək X5 stasionar şəraitdə reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində İddiaçı vəziyyəti qiymətləndirilmiş və maqnitoterapiya, fonofarez, elektrofarez, əmək terapiyası, medikamentoz, müalicəvi masaj, psixoloji görüş, MBT reabilitasiya tədbirləri həyata keçirilmişdir. Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin *** nömrəli Stasionar reabilitasiya kartasından çıxarışda isə qeyd edilmişdir ki, ümumi xəstəlik səbəbindən II dərəcə əlilliyi olan İddiaçı ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək X5 stasionar şəraitdə reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində İddiaçı vəziyyəti qiymətləndirilmiş və əmək terapiyası, müalicəvi masaj, fonofarez, maqnitoterapiya, elektrofarez, MBT reabilitasiya tədbirləri həyata keçirilmişdir. ##.##.2023-cü il tarixli Reabilitasiya Kartından çıxarışda görünür ki, İddiaçı mütəmadi olaraq bərpa müalicəsini təkrarlamaq, online və icma əsaslı reabilitasiya proqramlarında iştirak etmək, eləcə də, DTSERA-nin youtube kanalında MBT üzrə təlim proqramlarından yararlanmaq tövsiyə olunmuşdur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı mütəmadi olaraq Reabilitasiya kursu təyin edilirdi. Qüvvədə olan qanunvericilik normalarına əsasən qeyd edilir ki, əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyası tərəfindən həyata keçirilir. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunvericilik birmənalı olaraq qeyd edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Ancaq hazırda inzibati mübahisədən görünür ki, cavabdeh inzibati orqan İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı təkrar tibbi-sosial ekspertiza müayinəsi təyin etməyərək, İddiaçı barəsində pensiyanın dayandırılması haqqında qərar qəbul etmişdir. Eyni zamanda bununla bağlı bildirmək istəyirlər ki, İddiaçı barəsində pensiyanın dayandırılması haqqında qərar qəbul edilərkən onun iştirakı ümumiyyətlə təmin edilməmiş və ona məlumat verilməmişdir. Halbuki, "Inzibati icraat haqında” Qanunun 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Göründüyü kimi, inzibati icraat haqqında qanunvericiliyin normaları birbaşa olaraq tələb edir ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməklə, inzibati işdə maraqlı şəxsin və yaxud onun nümayəndəsinin iştirakını təmin etməlidir. Işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv şəkildə araşdırmalıdır. Belə ki, mahiyyət etibarı ilə eyni olan və vahid məhkəmə təcrübəsinin formalaşmasını əks etdirən Ali Məhkəmənin ##.##.2023-cü il tarixli 2-1(102)-2442/2023 (hakim - Rahib Nəbizadə) qərarını diqqətə çatdırır və həmin qərardakı hüquqi mövqeyə əsasən hesab edirlər ki, iddiaçı əyani müayinəyə cəlb edilməlidir. Yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdehin inzibati akt qəbul edə bilməsi barədə mövqeyi əsaslı olacaqdır. Lakin hazırki inzibati mübahisədən görünür ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx” nın, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələbləri kobud şəkildə pozularaq iddiaçı İddiaçı əyani müayinəyə cəlb edilməmişdir. Eyni zamanda, qeyd edirlər ki, “Inzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq iddiaçının ərizəsi üzrə heç bir araşdırma aparmadan və yardım göstərmədən iddiaçıya ##.##.2024-cü il tarixli məktub təqdim edərək, Agentliyin əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərdiyini, qeyd edilən məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna Müraciət etməsini tövsiyə etmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı iddia tələbi işin faktiki hallarına və mövcud qanunvericiliyinin tələblərinə uyğun olduğundan təmin edilməlidir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək, ##.##.2023-cü il tarixdə əmək pensiyasının ödənişinin həyata keçirilməməsinin səbəbləri barədə rəsmi məlumat təqdim edilməsini xahiş etmişdir. Mərkəzi Filialın ##.##.2023-cü il tarixli *-**-*/*-H- ******/**** nömrəli məktubunda iddiaçıya Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin müvafiq məktubuna əsasən saxta əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlı cinayət işinin istintaqının aparıldığı və bu səbəbdən ona təyin edilmiş dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə pensiya ödənişinin ##.##.2023-cü il tarixdən dayandırıldığı bildirilmişdir. İddiaçı pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Işin faktiki hallarından məlum olur ki, iddiaçı İddiaçı ##.##.2017-ci il tarixdən dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən pensiyaödənişi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin məktublarına əsasən dayandırılmışdır. Həmin məktublara uyğun olaraq istintaqın cari mərhələsi ilə bağlı sözügedən istintaq işi üzrə əmək pensiyası alan şəxslərin pensiyalarının dayandırılmasına dair göstəriş verilmişdir. Bildirirlər ki, həmin dayandırmanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsi təşkil etmişdir. Həmin maddənin mətni aşağıdakı kimi ifadə olunmuşdur: “37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasının və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.” Qeyd olunan normanın müddəaları baxımından mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyqun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılır.Bu zaman iddiaçının fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək pensiya kapitalı qeydə alındığına görə pensiyanın dayandırıldığı tarixdən etibarən İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 22-1.1-ci maddəsinə əsasən ##.##.2019-cu il tarixdən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində ##.##.2018-ci il tarixə qeydə alınmış pensiya kapitalı olduqda, ##.##.2006-cı il tarixədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli **(***)-**/**** nömrəli müvəqqəti xarakterli müdafiə tədbiri haqqında qərardadına əsasən iddiaçının dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə pensiya ödənişi ##.##.2024-cü il tarixdən bərpa edilmişdir və 3938.39 manat təşkil edir. Bundan əlavə, ##.##.2023-cü il tarixdən ##.##.2024cü il tarixədək yaranan keçmiş dövr üçün fərq məbləğinin ödənişi də ##.##.2024-cü il tarixdən etibarən cari pensiyanın üzərinə əlavə edilməklə hissə-hissə həyata keçirilir. 2024-cü ilin dekabr ayına olan məlumata əsasən İddiaçı keçmiş dövr üçün 3876 manat, ümumilikdə isə həmin məbləğ də daxil olmaqla hər ay 7814.39 manat məbləğində əmək pensiyası ödənilmişdir. Hazırda da, pensiya ödənişi davam etdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

11. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Baş Prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanlanmış ##.##.2023-cü il tarixli, *-*-**/**/*-******/**** nömrəli məktub və həmin məktuba əlavə edilmiş siyahı məhkəməyə təqdim edilmişdir. Həmin məktub və ona əlavə edilmiş siyahıdan müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf Mönsüm oğlu və qeyrilərinin barəsində ********* nömrəli cinayət işinin istintaqı aparılır. Istintaqla müəyyən edilmişdir ki, Rauf Isfəndiyarov və digər vəzifəli şəxslər müəyyən vətəndaşlara saxta əlillik dərəcəsinin təyin edilməsi üçün rəhbərlik etdikləri Xəstəxanalar vasitəsi ilə elektron göndərişlərə təhrif olunmuş məlumatların daxil edilməsinə nail olduqlarından, həmin vətəndaşlara qanunsuz əmək pensiyası (sosial müavinət, pensiya təminatı) ödənişləri aparılmışdır. Göstərilənlərə əsasən, istintaqın hazırki mərhələsi üzrə məktuba əlavə edilmiş siyahıda qeyd olunmaqla əlillik dərəcəsinin təyin edilməsi nəticəsində hazıradək əmək pensiyası (sosial müavinət, pensiya təminatı) alan şəxslərin müavinətlərinin dayandırılması barədə göstəriş verilməsi xahiş edilmişdir. Iddiaçının adı məktuba əlavə edilmiş siyahıda 91-ci sırada qeyd edilmişdir.

12. Bakı Inzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) e-*-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Inzibati Məhkəməsinin e-*-*(***)***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər E.Ə.Əliyev (məruzəçi),vəkil2M.Abbasova və A.P.Oruczadə) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən iddiaçıya təyin olunmuş pensiya ödənişi dayandırılmışdır. Qeyd edilən dayandırma heç bir inzibati icraat həyata keçirilmədən və dayandırma ilə bağlı hər hansı inzibati akt qəbul edilmədən, yalnız elektron sistemə müdaxilə edilməklə həyata keçirilmişdir. Halbuki, iş materialları ilə də müəyyən olunur ki, iddiaçıya pensiya təyinatı inzibati aktla (qərar) həyata keçirilmişdir. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Cavabdeh pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını mahiyyətcə iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

18. Cavabdeh xüsusilə qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 57.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2023-cü il tarixli 2-2- **/**/*-******/**** nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi X1 və qeyrilərinin barəsində ********* nömrəli cinayət işinin istintaqı aparılır. Istintaqla müəyyən edilmişdir ki, R.Isfəndiyarov və digər vəzifəli şəxslər müəyyən vətəndaşlara saxta əlillik dərəcəsinin təyin edilməsi üçün rəhbərlik etdikləri xəstəxanalar vasitəsilə elektron göndərişlərə təhrif olunmuş məlumatların daxil edilməsinə nail olduqlarından həmin vətəndaşlara qanunsuz əmək pensiyası ödənişləri aparılmışdır. Göstərilənlərə əsasən istintaqın hazırkı mərhələsi üzrə məktuba əlavə edilmiş siyahıda qeyd olunmaqla əlillik dərəcəsinin təyin edilməsi nəticəsində hazıradək əmək pensiyası (sosial müavinət, pensiya təminatı) alan şəxslərin müavinətlərinin dayandırılmasına göstəriş verilmişdir. Baş Idarənin ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubuna əsasən müvafiq cinayət əməlləri nəticəsində ümumilikdə 1.646.337,52 manat pul vəsaitinin köçürüldüyü müəyyən edilmişdir. Belə olan təqdirdə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin olduğu açıq-aşkar görünür. Odur ki, siyahıda göstərilən yüzlərlə şəxsə münasibətdə ödənişlərin dayandırılması təxirəsalınmaz xarakter daşımışdır. X1 və qeyrilərinə elan olunmuş ittihama məhkəmə tərəfindən yekun hüquqi qiymət verilmədiyindən hazırki inzibati iş üzrə məhkəmə baxışı dayandırılmalı olduğu, məhkəmə cavabdehin nümayəndəsinin bu barədə əsaslı vəsatətini təmin etməyərək məhkəmə baxışını davam etdirmiş və iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Bundan başqa məhkəmə həmçinin vəsatətin təmin edilməməsini nə yekun məhkəmə aktında əsaslandırmış, nə də ayrıca əsaslandırılmış qərardad təqdim etmişdir.

19. Cavabdeh kassasiya şikayətinə əlavə təqdim etməklə bəzi yeni nüansları məhkəmənin diqqətinə çatdırmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – DTSERA) * saylı Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarına əsasən İddiaçı ##.##.2025-ci il tarixində komissiyanın müayinəsində iştirak etmiş və ##.##.2025-ci il tarixindən “Tam reabilitasiya olunması” qərara alınmışdır (qərar kassasiya şikayəti təqdim edildikdən sonra əldə edilmişdir). Bundan sonra İddiaçı ##.##.2025-ci il tarixli qərarı mübahisələndirərək DTSERA-ya qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarı tərəfindən iddia tələbi təmin olunmuş, bu qərar ##.##.2026-ci il tarixində elektron kabinetə yüklənmiş, cavabdeh tərəfindən şikayət verilməsi üçün müddətin axımı davam etdiyindən qərar qanuni qüvvəsini almamışdır. Həmçinin əsas işlə yanaşı İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri kimi DTSERA-nın ##.##.2025-ci il tarixli qərarının İddiaçı aid hissədə icrasının dayandırılması barədə ərizəsi Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli qərardadı təmin edilmiş, qeyd edilən qərarla razılaşmayan maraqlı şəxs DTSERA tərəfindən apellyasiya şikayəti təqdim edilmiş, hazırda Bakı Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraatda baxılmaqdadır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Iddiaçı kassasiya şikayətinə etiraz və kassasiya şikayətinə əlavəyə etiraz təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin * saylı Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarına əsasən İddiaçı ##.##.2025-ci il tarixində komissiyanın müayinəsində iştirak etmiş və ##.##.2025-ci il tarixindən “Tam reabilitasiya olunması” qərara alınmışdır (qərar kassasiya şikayəti təqdim edildikdən sonra əldə edilmişdir). Bununla bağlı bildiririk ki, cavabdeh inzibati orqanın qeyd etdiyi qərar tərəfimizdən mübahisələndirilmiş və hazırda Bakı Inzibati Məhkəməsi tərəfindən həmin qərara hüquqi qiymət verilərək yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli Qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ####### 2025-ci il tarixli qərarı - iddiaçı İddiaçı əlilliyinin ləğv edilməsi hissəsində ləğv edilməsi qət edilmişdir. Həmçinin cavabdeh inzibati orqan qeyd etmişdir ki, hazırda kassasiya icraatında Mərkəzi Filiala qarşı olan iş kassasiya şikayətində qeyd edilən cinayət işinin və iddiaçının DTSERA-ya qarşı olan işinin yekun nəticələrindən birmənalı olaraq asılıdır. Qeyd olunan cinayət işi ilə bağlı bir daha nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan cinayət işi üzrə 2023-cü ilin fevral ayından etibarən İddiaçı Sabunçu Rayon Prokurorluğunun apardığı istintaq zamanı şahid qismində cəlb edilərək ifadəsi alınmışdır. Yəni İddiaçı təyin edilmiş əlillik dərəcəsi saxta əlillik olsa idi, İddiaçı həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərdi, şahid qismində dindirilməzdi. Ancaq qeyd edilənlərdən görünür ki, İddiaçı həmin cinayət işi üzrə şahid qismində dindirilərək ifadəsi alınmışdır. Bundan sonra da hər bir halda həmin cinayət işi üzrə qəbul ediləcək hər hansı yekun qərarın İddiaçı bu və ya digər formada heç bir aidiyyəti olmayacaqdır.

Tətbiq edilən hüquq

21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”:

8. Əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsinin dayandırılması 8.1. Əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. 8.3. Əmək pensiyası ödənişinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda (Qanunun 37.8.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla), şəxs bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş formada ərizə ilə müraciət edir, həmin ərizə PAS-a daxil edilməklə onun əmək pensiyası hüququna bu Qaydanın tələbləri nəzərə alınmaqla yenidən baxılır.

23. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

27. Işin hallarına görə iddiaçı İddiaçı ##.##.1960-cı ildə doğulmuşdur. 2017-ci ilin iyun ayına qədər vergi orqanlarında işləmişdir. 2017-ci ilin iyun ayından 5 illik müddətinə 2-ci dərəcəli əlillik təyin edilmiş və işdən azad edilərək, əlilliyə görə pensiyaya çıxmışdır. Daha sonra, 2020-ci ilin noyabr ayında iddiaçının pensiyası müəyyən səbəblərdən dayandırılmış və bu məsələ tam aydınlaşdırıldıqdan sonra pensiya yenidən bərpa edilmişdir. Bundan sonra, ##.##.2022-ci il tarixdə 5 illik əlillik müddəti başa çatdığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyası iddiaçının əlilliyini 2-ci dərəcə ilə müddətsiz müəyyən etmiş və əlilliyə görə pensiya almaqda davam etmiş, lakin ##.##.2023-cü il tarixdən əlilliyə görə pensiya ödənişi dayandırılmışdır.

28. Iddiaçı pensiya ödənişinin dayandırılması barədə cavabdehin hərəkətinin qanunsuz sayılması barədə iddia ilə məhkəməyə müraciət etmiş, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz.

29. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən pensiya ödənişi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin məktublarına əsasən dayandırılmışdır. Həmin məktublara uyğun olaraq istintaqın cari mərhələsi ilə bağlı sözügedən istintaq işi üzrə əmək pensiyası alan şəxslərin pensiyalarının dayandırılmasına dair göstəriş verilmişdir. Dayandırmanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsi təşkil etmişdir.

30. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müraciəti ilə bağlı ona göndərdiyi ##.##.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin müvafiq məktubuna əsasən saxta əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlı cinayət işinin istintaqının aparıldığı və bu səbəbdən ona təyin edilmiş dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə pensiya ödənişinin ##.##.2023-cü il tarixdən dayandırıldığı bildirilmişdir. İddiaçı hazırkı icraatda pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Işin faktiki hallarından məlum olur ki, iddiaçı İddiaçı ##.##.2017-ci il tarixdən dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən pensiya ödənişi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin məktublarına əsasən dayandırılmışdır. Həmin məktublara uyğun olaraq istintaqın cari mərhələsi ilə bağlı sözügedən istintaq işi üzrə əmək pensiyası alan şəxslərin pensiyalarının dayandırılmasına dair göstəriş verilmişdir. Pensiyanın dayandırılmanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsi təşkil etmişdir. Iddiaçının fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək pensiya kapitalı qeydə alındığına görə pensiyanın dayandırıldığı tarixdən etibarən İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.

31. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli **(***)-**/**** nömrəli müvəqqəti xarakterli müdafiə tədbiri haqqında qərardadına əsasən iddiaçının dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə pensiya ödənişi ##.##.2024-cü il tarixdən bərpa edilmiş və 3938.39 manat təşkil edir. Bundan əlavə, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək yaranan keçmiş dövr üçün fərq məbləğinin ödənişi də ##.##.2024-cü il tarixdən etibarən cari pensiyanın üzərinə əlavə edilməklə hissə-hissə həyata keçirilir. 2024-cü ilin dekabr ayına olan məlumata əsasən İddiaçı keçmiş dövr üçün 3876 manat, ümumilikdə isə həmin məbləğ də daxil olmaqla hər ay 7814.39 manat məbləğində əmək pensiyası ödənilmişdir.

32. Beləliklə, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmiş, həmin pensiya cavabdeh tərəfindən dayandırılmış, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, məhkəmə qərardadı əsasında əlilliyə görə pensiya ödənişi bərpa edilmişdir.

33. Cavabdehin iddiaçıya təyin etdiyi əlilliyə görə əmək pensiyasının dayandırılmasının faktiki əsasını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin məktubu, hüquqi əsasını isə “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsi təşkil etmişdir.

34. Işin 197-200-cü səhifələrində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanlanan ## ####### 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, baş idarənin istintaq idarəsində ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi X2 və qeyrilərinin barəsində ********* nömrəli cinayət işinin istintaqı aparılır. Istintaqla müəyyən edilmişdir ki, Rauf Isfəndiyarov və digər vəzifəli şəxslər müəyyən vətəndaşlara saxta əlillik dərəcəsinin təyin edilməsi üçün rəhbərlik etdikləri xəstəxanalar vasitəsilə elektron göndərişlərə təhrif olunmuş məlumatların daxil edilməsinə nail olduqlarından, həmin vətəndaşlara qanunsuz əmək pensiyası (sosial müavinət, pensiya təminatı) ödənişləri aparılmışdır. Göstərilənlərə əsasən, istintaqın hazırkı mərhələsi üzrə məktuba əlavə edilmiş siyahıda qeyd olunmaqla əlillik dərəcəsinin təyin edilməsi nəticəsində hazıradək əmək pensiyası (sosial müavinət, pensiya təminatı) alan şəxslərin müavinətlərinin dayandırılmasına göstəriş verməyiniz xahiş olunur. Siyahıda iddiaçının adı 91-ci sırada qeyd edilmişdir.

35. “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə görə bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 8.1-ci bəndində görə əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır.

37. Həmin Qaydanın 8.3-cü bəndinə görə əmək pensiyası ödənişinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda (Qanunun 37.8.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla), şəxs bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş formada ərizə ilə müraciət edir, həmin ərizə PAS-a daxil edilməklə onun əmək pensiyası hüququna bu Qaydanın tələbləri nəzərə alınmaqla yenidən baxılır.

38. Apellyasiya məhkəməsi cavabdehin dəlilləri ilə bağlı IPM-in 12 və 57-ci maddələrinin tələblərinə uyğun araşdırma aparmamışdır.

39. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanlanan məktub ## ####### 2023-cü il tarixdə imzalanmışdır.

40. Apellyasiya məhkəməsi işə baxan zaman Mübarizə Baş Idarəsinə, onun istintaq idarəsinə həmin cinayət işinin sonrakı nəticəsi ilə bağlı sorğu göndərməmişdir.

41. Işin hallarına görə iddiaçının əlilliyi birinci dəfə 2017-ci ilin iyun ayında, ikinci dəfə 2022-ci ilin iyun ayında müəyyən edilmişdir. Cinayət işi ilə bağlı araşdırma iddiaçıya 2017-ci ildə, yoxsa 2022-ci ildə təyin edilmiş əlilliklə bağlı olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirməsi Qaydası”nın 4-cü bəndində əlilliyin müddətsiz müəyyən edilməsinin əsasları qeyd edilmişdir.

43. Iddiaçıya ikinci dəfə (sonuncu) təyin edilən müddətsiz əlilliyin saxta sənədlər əsasında müəyyən edilməsi ilə bağlı apelyasiya məhkəməsi araşdırma aparmamışdır.

44. Bundan başqa, istinad edilən məktubda ** nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən saxta əlillik dərəcəsinin təyin edilməsi üçün elektron göndərişlərin verilməsindən bəhs olunur.

45. Belə olan halda iddiaçı barəsində həqiqətən həmin xəstəxana tərəfindən tibbi göndərişlərin verilib verilməməsi, həmin göndərişlər əsasında əlilliyin müəyyən edilib edilməməsi araşdırılmalıdır.

46. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin mahiyyəti ilə bağlı araşdırma aparmayaraq maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etdiyindən, qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, **(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar