Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4628/2025 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi; Vergi Məcəlləsinin 14-cü maddəsi; bazar qiyməti; inzibati icraatda keçirilmiş ekspert rəyinin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “cavabdehin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair rəydə göstərilmişdir ki, İddiaçı MMC-də (VÖEN: **********) aparılmış səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli **************** nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyiciləri tərəfindən imzalanmasından imtina edilmiş səyyar vergi yoxlaması aktlarına rəy verilməsi Qaydaları”na uyğun olaraq Vergi auditi baş idarəsində və Hüquq baş idarəsində baxılaraq müvafiq rəy hazırlanmışdır.
2. ** saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli *************** nömrəli qərarına əsasən 09/2020- 08/2023 dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.
3. Yoxlama ##.##.2023-cü il tarixdə başlanılmış, ##.##.2024-cü il tarixdə başa çatdırılaraq, ##.##.2024-cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. 4.Vergi orqanının # ###### 2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə MMC-yə mənfəət vergisi üzrə 47.563,34 manat, ƏDV üzrə 222.108,57 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 68.035,46 manat olmaqla, cəmi 337.707,37 manat məbləğdə əlavə vergi hesablanmış və 179.002,91 manat məbləğdə maliyyə sanksiyası tətbiq edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 5.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin ## ######## 2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-də 2020-ci il - avqust 2023-cü illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə MMC tibb xidməti fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergiyoxlaması ## ####### 2023-cü il tarixdə başlanılmış, ## ####### 2024-cü il tarixdə başa çatdırılmışdır. Həmin yoxlamanın nəticəsi ## ####### 2024-cü il tarixli, **************** nömrəli aktla rəsmiləşdirilmişdir. - Yoxlama aktı ilə MMC-yə 47.563,34 manat məbləğdə mənfəət vergisi (1.579,5 manat 2021-ci il üzrə, 45.983,84 manat 2022-ci il üzrə), 222.108,57 manat məbləğdə ƏDV (15.415,2 manat artıq hesablama nəzərə alınmaqla), 68.035,46 manat məbləğdə ödəmə mənbəyində tutulan vergi (3-cü rüb 2020, 2-ci rüb 2023-cü il üzrə) olmaqla, ümumilikdə 337 707,37 manat məbləğdə əlavə vergi hesablanmış və ümumilikdə 179.002,91 manat məbləğdə maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. - Vergi orqanının ## ###### 2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə MMC-yə mənfəət vergisi üzrə 47.563,34 manat, ƏDV üzrə 222.108,57 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 68.035,46 manat olmaqla, cəmi 337.707,37 manat məbləğdə əlavə vergi hesablanmış və 179.002,91 manat məbləğdə maliyyə sanksiyası tətbiq edilmişdir. - Yoxlama aktında əlavə verginin hesablanma əsası kimi aşağıdakılar göstərilmişdir: Mənfəət vergisi üzrə: - Yoxlama aktında vergi ödəyicisi tərəfindən təqdim edilən sənədlərdə tibbi xidmətlər üzrə göstərilən qiymətlərin Icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfində göstərilən qiymətlərdən fərqli olması və eyni zamanda ödənişli tibbi xidmətlər üzrə qiymətlər hər hansı sənədlərlə (kassa çekləri və ya e-qaimə faktura ilə) təsdiqini tapmadığı üçün yoxlamaya tibbi xidmətlərin bazar qiymətinin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspertin dəvət edilməsinə zərurət yarandığı, tibbi xidmətlərin bazar dəyərinin müəyyən edilməsi məqsədilə vergi orqanının qərarına əsasən “xxxx” MMC-nin nümayəndəsinin ekspert qismində dəvət olunduğu və ekspert rəyinə əsasən tibbi xidmətlərin bazar dəyərinin müəyyən edildiyi göstərilmişdir (yoxlama aktının 7-ci səhifəsi). Ekspert tərəfindən bazar qiyməti müəyyən edilərkən əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında ## ###### 2020-ci il tarixli Qərarına istinad edildiyi qeyd olunmuşdur. Bu zaman ekspert tərəfindən verilmiş bazar qiyməti tətbiq edilməklə (VM-nin 14.3.3-cü maddəsinə istinad olunmuşdur) MMC-nin gəlirləri müəyyən edilmişdir. Bu zaman MMC tərəfindən göstərilmiş tibbi xidmət və müayinələrin çeşidi və miqdarı Səhiyyə Nazirliyi tərəfindən vergi yoxlamasına təqdim edilmiş statistik hesabatlardakı məlumatlarla müqayisə edilməklə, həmin rəqəmlərə ekspertin müəyyən etdiyi bazar qiymətləri tətbiq edilmişdir. - Qeyd edək ki, yoxlama aktında da göstərildiyi kimi, tibbi xidmətin miqdarı Səhiyyə Nazirliyi tərəfindən yoxlamaya təqdim edilmiş statistik hesabat formaları vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş statistik hesabat formaları ilə üzləşdirilmiş və uyğunluğu təsdiq edilmişdir. - Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinad olunmaqla yuxarıda göstərilən qaydada ƏDV üzrə də əlavə dövriyyə müəyyən edilməklə 222.108,57 manat məbləğdə əlavə vergi hesablanmışdır. - Yoxlama aktında MMC-yə ÖMV-nin hesablanma əsası kimi, icarəyə götürülmüş xəstəxananın icarə qiymətinə ekspert rəyi əsasında bazar qiymətinin tətbiq edilməsi göstərilmişdir. Belə ki, müqavilə ilə obyektin 1 kv.metrinin icarə haqqı 1,3 manat müəyyən edildiyi halda, ekspert rəyi ilə 2020-ci il üçün 6 manat, 2021-ci il üçün 7 manat, 2022-ci il üçün 7,5 manat, 2023-cü il üçün 8 manat müəyyən edilmişdir. Bu zaman ekspert tərəfindən mənbə kimi, müxtəlif saytlarda icarə ilə bağlı verilmiş elanlardakı qiymətlərə istinad olunmuşdur. - Aşağıdakı səbəblərə görə vergi yoxlaması ilə aparılmış həmin hesablamaları tamamilə qanunsuz və əsassız hesab edilmişdir: - Ekspertizanın (tibbi xidmətlərin qiyməti üzrə) keçirilməsi üçün hüquqi əsasın olmaması və göstərilmiş tibbi xidmətlərə Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, 5N-li qərarı ilə təsdiq edilmiş “Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndəki qiymətlərin tətbiqinin əsassız olması. - Yuxarıda qeyd olunduğu kimi, yoxlama aktının 3-cü səhifəsində ekspertizanın təyin edilməsi əsası kimi, ödənişli tibbi xidmətlər üzrə qiymətlərin hər hansı sənədlərlə (Kassa çekləri və ya e-Qaimə faktura ilə) təsdiqini tapmadığı göstərilmişdir. Eyni zamanda, həmin hissədə vergi ödəyicisi tərəfindən təqdim edilən sənədlərdə tibbi xidmətlər üzrə göstərilən qiymətlərin Icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfində göstərilən qiymətlərdən fərqli olduğu qeyd olunmuşdur ki, nəticədə də yoxlama aktında bir-birinə zidd fikirlər bildirilməklə, ekspertizanın təyin edilməsi üçün süni və saxta əsaslar yaradılmışdır. - Həmçinin, yoxlama aktının 14-23-cü səhifələrində MMC-nin təqvim illəri üzrə müvafiq (konkret) tibbi xidmətlər üzrə rəsmiləşdirdiyi qiymətin, həmin xidmətlər üzrə ekspertin müəyyən etdiyi qiymətlə müqayisəsi verilməklə əlavə dövriyyə müəyyən edilmişdir ki, bu da MMC-nin tibbi xidmətlər üzrə qiymətləri rəsmiləşdirdiyini sübuta yetirir. - Vergi yoxlaması aktında bazar qiymətinin tətbiqinin digər hüquqi əsası kimi VMnin 14.3.3-cü maddəsinə istinad olunmuşdur. Həmin maddəyə əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Vergi Məcəlləsinin 14.1-cimaddəsinə əsasən, bazar qiymətimalın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 1. Göründüyü kimi qanunvericilik bazar qiymətinin tətbiqi əsası kimi aşağıdakı elementlərin olmasını tələb edir: - 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eynicinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən indiki halda 30 faizdən çox (aşağı və yuxarı) fərqlənməlidir. Vergi yoxlaması ilə 30 gün məsələsinə ümumiyyətlə toxunulmamış, Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən qiymət bazarda təşəkkül tapan qiymət kimi qəbul edilmişdir. Halbuki, bazar qiyməti yuxarıda qeyd olunduğu kimi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli qərarından 4 ildən çox vaxt keçdiyini və bu müddət ərzində bazarda tələb və təklifin çox sürətlə dəyişdiyini, yeni xəstəxanalar istifadəyə verilməklə təklifin artdığını, icbari tibbi sığortanın fəaliyyət dairəsinin genişləndiyini və bazara təsir edən digər faktorları nəzərə almadan, bütün dövrlərə Nazirlər Kabinetinin 4 il əvvəlki qərarı ilə müəyyən edilən qiymətlərin tətbiq edilməsi və həmin qiymətin bazarda təşəkkül tapan qiymət kimi qəbul edilməsi tam absurd bir yanaşma olmuşdur. Bu zaman, hüquq normasının 30 gün müddəası tamamilə kənarda saxlanılmaqla, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi yarımçıq şəkildə tətbiq edilmişdir. Halbuki, bu maddənin tələbinə əsasən İddiaçı MMC-nin tətbiq etdiyi qiymət satışdan sonra 30 gün müddətində bazarda digər şəxsin eyni xüsusiyyətli və ya eynicinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətdən 30 faizdən çox fərqlənməli idi. Bu zaman müqayisə Vergi Məcəlləsinin 14.9-cu maddəsinə müvafiq olaraq digər şəxsin satış məlumatına (müqavilə, qaimə fakturaya), birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrinə, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarına (tender, hərrac məlumatlarına), vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlara əsasən aparılmalı idi. - Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, bu zaman Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində göstərilən və malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən digər amillər, o cümlədən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, istehlakçı tələbinin mövsümi olaraq artıbazalması, marketinq siyasəti kimi amillər də nəzərə alınmalı idi. Lakin, vergi yoxlaması ilə bu amillərin heç biri nəzərə alınmadan, Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarında qeyd olunan qiymətlər bütün hesabat dövrləri və respublikanın bütün ərazisi üçün eyni (şablon) olaraq tətbiq edilmişdir. - Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, yalnız qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Tibbi xidmətlərin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən qiymətlər olmadığından, bu halda Nazirlər Kabinetinin 10.01.20-ci il tarixli, 5 N-li qərarı ilə təsdiq edilmiş qiymətlərin vergitutma məqsədləri üçün əsas götürülməsi Vergi Məcəlləsinin tələblərinə zidd olmuşdur. - Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, 5 N-li qərarı ilə təsdiq edilmiş qiymətlərin dəyişməz (sabit) qiymət kimi qəbul edilməsi də əsassız olmuşdur. Belə ki, Nazirlər Kabinetinin “Xidmətlər Zərfi” təsdiq edildikdən sonrakı tarixdə, yəni Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli 402 N-li qərarı ilə “Icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalarla icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclər və onların normaları müəyyən edilmişdir. Qaydaların “Qeyd” hissəsinə əsasən, bu Qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu Qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürülür. Göründüyü kimi, qanunvericilik formalaşan xərcdən asılı olaraq, aşağı məbləğdə tarifin götürülməsini mümkün hesab etmişdir.
2. Vergi yoxlaması zamanı Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətlərlə müqayisə edilməklə 30 faiz qiymət dəyişməsi də bir çox hallarda düzgün müəyyən edilməmişdir. - Belə ki, İddiaçı MMC-nin tətbiq etdiyi qiymət müvafiq tibbi xidmət üzrə Nazırlər Kabinetinın qərarında göstərilən qiymətdən 30 faizdən çox fərqlənmədiyi halda, Nazırlər Kabinetinın qərarında göstərilən qiymət əsas götürülməklə gəlir müəyyən edilmişdir. Bu hala 2020-ci ildə qadın cinsiyyət orqanında aparılan əməliyyatın, mikrobioloji laborator müayinənin, süd vəzinin UZI müayinəsinin, 2021-ci ildə qadın cinsiyyət orqanında aparılan əməliyyatın, mikrobioloji laborator müayinənin, digər laborator müayinənin, sitaloji (endeskopiya) müayinənin, funqsional diaqnostika kabinetinin dopler təhlili müayinəsinin, 2022-ci ildə həzm sistemi üzrə əməliyyatın, qadın cinsiyyət orqanında aparılan əməliyyatın, hematoloji laborator müayinənin, sitaloji laborator müayinənin, mikrobioloji laborator müayinənin, digər laborator müayinənin, 2023-cü ildə hematoloji laborator müayinənin, digər laborator müayinənin qiymətinin müəyyən edilməsi zamanı yol verilmişdir (Cədvəl əlavə olunur).
3. Bir çox hallarda vergi yoxlaması aktının rəqəmləri ilə ekspert rəyinin rəqəmləri arasında ziddiyyət olmuşdur. - Belə ki, 2021-ci il üzrə “Digər üzvlərin ultrasəs müayinəsi” üzrə xidmətin sayı ekspert rəyində 37 göstərildiyi halda, yoxlama aktında 87 göstərilmişdir. 2021-ci il üzrə Ultrasəs UZI müayinəsi üzrə cəmi məbləğ 12.168 olduğu halda, aktda bu rəqəm 12.388 göstərilmişdir. 2022-ci il üzrə keçirilmiş əməliyyatların yekun məbləği ekspert rəyindəki rəqəmlər əsas götürülməklə 925.568 manat olduğu halda, yoxlama aktında 761.668 manat göstərilmişdir.
4. Yoxlama aktında hesablamaların aparılmasında səhvə yol verilmişdir. - Belə ki, 2021-ci il üzrə Funqsional diaqnostika kabinetinin Exokardioqrafiya müayinə üzrə MMC-nin faktiki təqdim etmə qiyməti (bu qiymət ekspert rəyindəki qiymətdən yüksək olduğu üçün) əsas götürülməli olduğu halda, ekspert rəyindəki qiymət əsas götürülmüşdür. 2022-ci il üzrə Endoskopiya müayinələri üzrə yekun məbləğ 19.905 manat olduğu halda, aktda 18.235 manat göstərilmişdir. 2022-ci il üzrə Kompüter tomoqrafiyası üzrə müayinələr üzrə yekun məbləğ 49.400 manat olduğu halda, aktda 59.490 manat göstərilmişdir. 2022-ci il üzrə Ultrasəs (UZI) müayinələri üzrə yekun məbləğ 36.261 manat olduğu halda, aktda 27.001 manat göstərilmişdir. 2022-ci il üzrə funqsional diaqnostika kabinetinin fəaliyyəti üzrə müayinələrin yekun məbləğ 4.730 manat olduğu halda, aktda 4.660 manat göstərilmişdir.
5. Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, 55 N-li qərarına istinad etməklə əsassız olaraq, şərti rentabellik normasının tətbiq edilməsi. - Yoxlama aktında vergi ödəyicisi tərəfindən illər üzrə material hesabatları, hər bir tibbi xidmət üzrə tibbi sərfiyyat üzrə silgilər və digər xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən yoxlama zamanı vergi ödəyicisinin xərclərinin müəyyən edilməsinin mümkün olmadığı, gəlirin birbaşa müəyyən edilməsinin mümkün olmaması səbəbindən, vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, 55 N-li qərarının 6.1.2-ci bəndinə əsasən şərti rentabellik səviyyəsi götürülərək vergi ödəyicisinin gəlirinin (mənfəətinin) müəyyən edildiyi göstərilmişdir. Bildiririk ki, yoxlamaya MMC tərəfindən bütün xərc sənədləri (eqaimə faktura), bank sənədləri, NKA-nın X və Z hesabatları və digər zəruri xərc sənədləri təqdim olunmuşdur. Eyni zamanda vergi orqanının elektron məlumat bazasında e-qaimə fakturalar əksini tapmışdır. Səyyar vergi yoxlaması aktında tibbi sərfiyyat silgisi ilə bağlı sənədlərin təqdim edilməməsi haqqında qeydə tərəfimizdən 05 və ## ###### 2024-cü il tarixli etiraz məktubları ilə (tibbi sərfiyyat silgisi ilə bağlı sənədlər əlavə olunmaqla) vergi orqanına müraciət olunmuş və vergi yoxlaması materiallarına baxılmasında nəzərə alınması xahiş edilmişdir. Lakin, iş üzrə ##.##.2024-cü il tarixli məsuliyyət qərarı çıxarılarkən, həmin sənədlər nəzərə alınmamış və yoxlama aktındakı hesablamalar təsdiq edilmişdir
6. Ekspertizanın (icarə haqqı üzrə) keçirilməsi üçün hüquqi əsasın olmaması. - Yoxlama aktında (7-ci səhifə) vergi ödəyicisi tərəfindən göstərilmiş tibbi xidmətlərin qiymətləri və icarə məbləği ilə bazar qiymətləri arasında uyğunsuzluğun olması ilə bağlı şübhələr yarandığından, ekspertin dəvət edildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 14.3-cü maddəsində bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması əsaslarının siyahısında vergi orqanının şübhələrinin olması nəzərdə tutulmamışdır.
7. Heç bir rəsmi icarə müqaviləsinə istinad olunmadan, yalnız saytdakı elan məlumatlarına istinad olunmaqla icarə haqqının bazar qiyməti müəyyən edilmişdir. - Halbuki, həmin elanların hansı tarixə aid olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin elan göstərilən obyektlərin sahəsinin ölçüsü, təyinatı (saytda 1 halda restoran, digər halda ofisin icarəsi təklif edilmişdir), yerləşdiyi ərazi MMC-nin icarəyə götürdüyü obyektin sahəsinin ölçüsündən, təyinatından və yerləşdiyi ərazidən kəskin fərqlənmişdir. Qeyd edilmişdir ki, bu amillər icarənin qiymətinə mühüm təsir edən faktorlardır. Digər tərəfdən obyektlərin saytda təklif edilən qiymətə icarəyə verilməsini təsdiq edən hər hansı məlumata (rəsmi icarə müqaviləsinə) istinad olunmamışdır. MMCnin icarəyə götürdüyü ərazidə mövcud olan və ekspert rəyində göstərilən qiymətə analoji ödəyicinin obyektin icarəyə verilməsi barədə də heç bir rəsmi sənədə (müqaviləyə) istinad olunmamışdır. Mülki Məcəllənin 390-cı maddəsində müqavilə azadlığı nəzərdə tutulmuşdur ki, həmin prinsipə uyğun olaraq, müqavilə şərtlərini tərəflər müstəqil müəyyən edir. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Hazırkı halda da, müqavilədə göstərilən qiymətlə bağlı hər hansı əks hal sübuta yetirilməmişdir.
8. Səyyar vergi yoxlamasının vaxtında başa çatdırılmaması. - ## ####### 2023-cü il tarixdə vergi yoxlamasına başlanılmış, ## ####### 2024-cü il tarixdə, yəni 1 ildən sonra yoxlama başa çatdırılmışdır. Yoxlamanın müddəti 3 dəfə ümumilikdə 60 gün müddətinə uzadılmış, 10 dəfə 116 gün müddətinə dayandırılmış, Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarla əlavə 60 gün yoxlama keçirilmişdir. Müddət artırma qərarlarında yoxlamanın müddətinin artırılması əsası kimi, yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlıəməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması göstərilmişdir. - Göründüyü kimi, yoxlama müddətinin uzadılmasında heç bir konkret əsasa istinad olunmamış, müddət uzatma barədə hər 3 qərarda eyni sözlər əsas kimi təkrarlanmışdır. Halbuki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci və 61.2ci maddələrinə əsasən, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - Bundan sonra isə, ekspertizanın təyin edilməsi səbəbindən, yoxlama 10 dəfə dayandırılmışdır. Halbuki, sonuncu dəfə ##.##.2024-cü il tarixli qərarla yoxlamanın müddəti 10 gün uzadıldığı və bu müddət ## ###### 2024-cü il tarixdə bitdiyi halda, bu tarixdən sonra 10 dəfə əsassız olaraq müddəti bitmiş yoxlamanın dayandırılması barədə qərarlar qəbul edilmişdir. Sonuncu dəfə ##.##.2024-cü il tarixli qərarla yoxlamanın dayandırılma müddəti ##.##.2024-cü il tarixdə bitdiyi halda, bundan 51 gün sonra, yəni ##.##.2024-cü il tarixdə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarılmışdır. Halbuki, 2024-cü ilin may ayında tərtib edilmiş yoxlama aktının Vergi Məcəlləsinin 39.4-cü maddəsinə uyğun olaraq bizə təqdim edilməsi təmin edilməmiş, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə müvafiq olaraq akta dair tərəfimizdən yazılı izahat və etirazların verilməsinə şərait yaradılmamışdır. Səyyar vergi yoxlamasının müddəti ##.##.2024-cü il tarixdə bitdiyindən, bu tarixdən sonra çıxarılmış dayandırma qərarları, “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar və həmin qərar əsasında aparılmış yoxlama və yoxlamanın nəticəsi üzrə tərtib edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı da əsassız və qanunsuz olmuşdur.
9. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövrün bir hissəsinin bundan əvvəl vergi orqanı tərəfindən xronometraj metodu ilə aparılan müşahidə ilə əhatə olunması. - Vergi orqanı tərəfindən, 12-## #### 2021-ci il və 05-## ######## 2022-ci il tarixləri üzrə xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla rəsmiləşdirilmişdir (aktlar əlavə olunur). Vergi Məcəlləsinin 50-1.4-cü və 50-1.5-ci maddələrinə əsasən, müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Xronometraj metodu ilə aparılmış hər iki müşahidə zamanı, İddiaçı MMC-nin tətbiq etdiyi qiymətlər üzrə heç bir kənarlaşma aşkar edilməmiş və MMCnin uçot qiymətləri əsas götürülməklə dövriyyə müəyyən edilmişdir. Eyni zamanda MMC tərəfindən xronometraj metodu ilə aparılmış müşahidə ilə müəyyən edilmiş dövriyyəyə müvafiq olaraq, xronometrajdan sonrakı dövrlər üçün vergi orqanına bəyannamələr təqdim edilmişdir. Lakin, 1 il sonra vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması ilə əvvəlki xronometraj metodu ilə aparılmış müşahidə ilə müəyyən edilmiş nə dövriyyə, nə də qiymətlər nəzərə alınmamış, tamamilə fərqli qiymətlərlə əlavə dövriyyələr müəyyən edilmişdir. Nəticədə isə vergi orqanının bir-birinə zidd 2 nəzarət tədbiri aktı mövcud olmuşdur.
10. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda MMC-nin gətirmiş olduğu dəlillərə müvafiq münasibət bildirilməməsi. - Qeyd olunduğu kimi, MMC səyyar vergi yoxlaması aktına etiraz olaraq, 03, 05 və ## ###### 2024-cü il tarixli məktublarla vergi orqanına müraciət etmişdir. Müraciətlərdə hazırkı iddia ərizəsində göstərilən dəlillər qeyd olunmaqla, tibbi sərfiyyat silgisi ilə bağlı sənədlər də müraciətə əlavə olunmuşdur. Lakin, vergi orqanı vergi yoxlaması materiallarına baxılmasının nəticəsi üzrə çıxarılmış “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarda MMC-nin dəllillərinin mahiyyəti, həmin dəlillər üzrə aparılmış araşdırmalar və dəlillərin nəzərə alınmaması səbəbləri barədə heç bir məlumat verilməmiş, yalnız ümumi şəkildə həmin halların öz təsdiqini tapmadığı, nəticədə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərin məqbul hesab olunmadığı göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.
11. Vergi ödəyicisinə əlavə vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq olunması qanunsuz olmaqla yanaşı, tətbiq olunan maliyyə sanksiyasının məbləği də vergi orqanı tərəfindən düzgün hesablanmamışdır. - Belə ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə 337.707,37 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinad olunaraq, həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi ödəyicisinə əlavə olaraq 337.707,37 manat məbləğdə vergi hesablanmışdırsa, həmin məbləğin 50 faizi 168.853,37 manat təşkil edir. Lakin vergi orqanının qərarında vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyasının məbləği 179.002,91 manat, yəni, qanunla müəyyən edilən məbləğdən 10.149,225 manat artıq göstərilmişdir. 7.Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Şirinova Əsədova) iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin ## ###### 2024-cü il tarixli, **************** saylı qərarının ləğv edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2023-cü il tarixli **************** nömrəli qərarına əsasən İddiaçı MMC-də 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması ##.##.2023-cü il tarixdə başlamış, ##.##.2024-cü il tarixdə başa çatdırılaraq ##.##.2024cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Sonda isə vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı tərəfindən qəbul edilmiş # ###### 2024-cü il tarixli qərarda vergi məqsədləri üçün bazar qiyməti əvəzinə Nazirlər Kabinetinin təsdiqlədiyi “Xidmətlər Zərfi”ndəki tariflərin tətbiq olunması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Vergi Məcəlləsinə əsasən, bazar qiyməti yalnız o hallarda tətbiq oluna bilər ki, vergi ödəyicisinin təqdim etdiyi qiymətlər bazarda formalaşmış analoji qiymətlərdən 30 faizdən çox fərqlənsin. Bu fərq sübuta yetirilmədən, yalnız dövlət tərəfindən müəyyən edilmiş tarif sənədinə istinadla qiymət fərqi müəyyən olunması və bu əsasda əlavə vergi hesablanması hüquqi cəhətdən əsassızdır. Yuxarıda qeyd edilənləri ümumumiləşdirərək məhkəmə qeyd etmişdir ki, vergi yoxlaması aktında ekspert rəyinə əsasən tibbi xidmətlər üzrə bazar qiymətinin müəyyən olunması və bu qiymətlər əsasında əlavə dövriyyənin hesablanması, ümumilikdə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadla həyata keçirilsə də, yuxarıda da qeyd edildiyi kimi, həmin maddənin tətbiqi üçün ilkin və əsas hüquqi şərt vergi ödəyicisi tərəfindən təqdim olunan malların (işlərin, xidmətlərin) qiymətlərinin bazar qiymətindən azı 30 faiz və daha çox fərqlənməsidir və bu fərq rəsmi şəkildə hesabatla sübuta yetirilməlidir. Lakin yoxlama aktında belə bir fərqin konkret olaraq hansı xidmətlər üzrə və hansı statistik baza ilə əsaslandırıldığı açıq şəkildə göstərilməmiş, əksinə, qiymət fərqlərinin əsaslandırılması üçün Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”ndə göstərilən qiymətlərə istinad edilmişdir ki, bu da bazar qiyməti kimi qəbul edilə bilməz. Çünki həmin qiymətlər dövlət tərəfindən tənzimlənmiş və müəyyən subsidiyalarla formalaşmış rəsmi tariflərdir və bu tariflər tələb və təklif əsasında formalaşan real bazar qiymətləri ilə eyni müstəvidə qiymətləndirilə bilməz. Əgər vergi ödəyicisi tibbi xidmətlərin təqdimini e-qaimə fakturalar, hesab-fakturalar, tarif cədvəlləri və ya digər rəsmi kommersiya sənədləri ilə rəsmiləşdiribsə, bu halda xidmətin göstərildiyi qiymət artıq bazar münasibətlərində formalaşan real əməliyyatın nəticəsi hesab edilə bilər və bu qiymətlərə qarşı sonradan süni şəkildə bazar qiyməti tətbiq edilməsi Vergi Məcəlləsinin 14.1 və 14.3.3-cü maddələrinin mahiyyətinə ziddir. Eyni zamanda yoxlama aktında vergi ödəyicisinin təqdim etdiyi rəsmi sənədlər məsələn, tibbi xidmətlərin miqdarı və növü üzrə statistik hesabatlar ilə Səhiyyə Nazirliyinin təqdim etdiyi hesabatların üst-üstə düşdüyü də təsdiqlənmişdir ki, bu da göstərilən xidmətlərin reallığını və onların sənədlərlə rəsmiləşdirildiyini bir daha sübut edir. O da nəzərə alınmalıdır ki, yoxlama aktında ekspertin bazar qiymətinin müəyyən edilməsi zamanı istinad etdiyi əsas sənəd Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”dir. Lakin bu sənədin əsas funksiyası bazar münasibətlərini tənzimləmək deyil, dövlət tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin həcmini və tariflərini müəyyən etməkdir. Başqa sözlə, bu zərfdə əks olunan qiymətlər bazar iqtisadiyyatının şərtləri daxilində sərbəst formalaşmış qiymətlər deyil, əksinə, sosial məqsəd daşıyan, əhali üçün tibbi xidmətlərin əlçatanlığını təmin etmək məqsədi ilə müəyyən edilmiş və dövlət tərəfindən tənzimlənən məbləğlərdir. Bu səbəbdən həmin qiymətlərə istinad edilərək bazar qiymətinin müəyyən olunması hüquqi baxımdan qeyri-dəqiq yanaşmadır və bu cür qiymətləndirmə Vergi Məcəlləsində göstərilən bazar qiyməti anlayışının (14.1-ci maddə) mahiyyətinə uyğun gəlmir. Məhkəmə onu da qeyd etmişdir ki, yoxlama aktında icarəyə götürülmüş obyektə görə icarə haqqının bazar qiymətindən aşağı müəyyən edildiyi əsas götürülərək əlavə mənfəət vergisi hesablanmış və bu qiymətləndirmə üçün ekspertin müxtəlif elan saytlarındakı (kommersiya obyektlərinin icarəsi ilə bağlı) qiymətləri təhlil etdiyi göstərilmişdir. Lakin kommersiya obyektlərinin bazar icarə haqqının müəyyən olunması üçün sırf elanlar əsasında qiymətləndirmə aparmaq nə müstəqil ekspertiza prinsiplərinə, nə də iqtisadi əsaslandırılmış qiymətləndirmə metodologiyasına uyğun sayılır. Bazar qiyməti barədə düzgün nəticə çıxarmaq üçün obyektin yerləşdiyi konkret ərazi üzrə oxşar obyektlər üzrə bağlanmış real icarə müqavilələri, rəsmi qiymətləndirmə hesabatları və daşınmaz əmlak bazarı üzrə statistik rəylər əsas götürülməlidir. Saytlardakı elanlar yalnız satıcının və ya icarəyə verənin subyektiv istəklərini əks etdirir və real bağlanmış müqavilələrdəki qiymətlərlə uyğun gəlməyə bilər. Bu səbəbdən, yalnız elan saytlarına əsasən icarə haqqı bazar qiyməti kimi qəbul edilə bilməz və bu üsulla müəyyən edilmiş qiymət əsasında əlavə vergi hesablanması əsassızdır və obyektivlik prinsipinə ziddir. Yuxarıda göstərilənlərdən aydın olur ki, yoxlama aktında vergi orqanı tərəfindən bazar qiymətinə keçid və əlavə vergi hesablanması həm Vergi Məcəlləsinin 14.1 və 14.3.3-cü maddələrinin tətbiq şərtlərinə uyğun deyil, həm də ekspert rəyinin hüquqi etibarlılığı şübhə altındadır. Eyni zamanda vergi ödəyicisi tərəfindən göstərilən tibbi xidmətlərin və icarə münasibətlərinin sənədlərlə rəsmiləşdirildiyi, təqdim olunan qiymətlərin reallığı ilə bağlı sübutların mövcud olduğu halda həmin rəqəmləri süni şəkildə bazar qiyməti ilə əvəz etmək həm hüquqa, həm də vergi hüququnda tətbiq edilən obyektivlik və qanunauyğunluq prinsiplərinə ziddir. Beləliklə, məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, Vergi Məcəlləsinin 67ci maddəsində təsbit olunmuş hüquqi mexanizmə əsasən vergi öhdəliyinin müəyyənləşdirilməsi zamanı vergi orqanı ilkin olaraq vergi ödəyicisinə aid əlaqəli məlumatlardan istifadə etməli, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyicilərinin məlumatlarına istinad etməli, yalnız bu üsullarla vergi öhdəliyinin müəyyən edilməsi mümkün olmadıqda isə son çarə kimi şərti rentabellik normasına əsaslanmalıdır. Bu ardıcıllıq pozularsa və ya birbaşa şərti rentabellik tətbiq edilərsə, həmin tətbiqin hüquqi əsasları konkret və əsaslandırılmış şəkildə göstərilməlidir, çünki bu cür yanaşma yalnız real məlumatlar tamamilə əlçatmaz olduqda və digər hüquqi vasitələrlə dəqiq vergi məbləği müəyyən edilə bilmədikdə qanuna uyğun sayılır. Lakin bu ardıcıllığa riayət edilmədiyi, yəni əlaqəli və analoji məlumatların qiymətləndirilmədən, birbaşa ekspertiza təyin olunaraq bazar qiymətinə əsasən əlavə vergi hesablanması göstərir ki, vergi orqanı qanunvericiliyin tələb etdiyi tətbiq ardıcıllığını pozmuş və bu da Vergi Məcəlləsinin müddəalarına, xüsusilə 14 və 67-ci maddələrin mahiyyətinə zidd olmuşdur. Iş materiallarından görünür ki, cavabdeh orqan əvvəlki iki üsuldan istifadə etmədən birbaşa ekspertiza keçirmişdir. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Iş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən əks hal sübuta yetirilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 67.17-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, vergi orqanı hüquqi baxımdan birbaşa hər hansı bir əsasdan istifadə etməklə vergi öhdəliyini hesablaya bilər. Lakin burada diqqətə alınmalı əsas məsələ odur ki, sıra ardıcıllığının gözlənilməsi qanuni tələb olmasa belə, istənilən tətbiq olunan üsulun seçilməsi və istifadəsi hüquqi cəhətdən əsaslandırılmalıdır. Xüsusilə, vergi orqanı şərti rentabellik normasına istinad edirsə, bu üsulun tətbiqi üçün əlaqəli məlumatların və ya analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyicilərinə dair məlumatların mövcud olmaması, yaxud vergi öhdəliyinin bu üsullarla dəqiq və obyektiv şəkildə müəyyən olunmasının mümkünsüzlüyü sübut edilməlidir. Başqa sözlə, ardıcıllığın qanunla məcburi olmaması vergi orqanına əsaslandırılmamış şəkildə istənilən üsulu seçmək səlahiyyəti vermir. Əksinə, bu hallarda xüsusilə şərti rentabellik kimi sonuncu hesablanan üsuldan istifadə olunursa, onun tətbiqinin zəruriliyi və alternativ üsulların niyə qeyri-mümkün olduğu dəqiq, rəsmi və hüquqi cəhətdən əsaslandırılmış sənədlərlə ortaya qoyulmalıdır. Bu baxımdan, iş üzrə sənədlərdən və təqdim edilən sübutlardan göründüyü kimi, vergi ödəyicisi barədə kifayət qədər əlaqəli və rəsmi məlumatlar mövcud olduğu halda, vergi orqanının birbaşa şərti rentabellik norması tətbiq etməsi və bu üsulun zəruriliyini ayrıca əsaslandırmaması, qanunvericiliyin məzmun və məqsədinə ziddir və vergi öhdəliyinin əsaslı, şəffaf və obyektiv hesablanması prinsipini pozur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış ilə müəyyən olunur ki, İddiaçı MMC-də yoxlama olmuş, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) ##.##.2023 - ##.##.2023, yoxlanılan dövr: ##.##.2020 - ##.##.2023, yoxlamanın predmeti və hüquqi əsasları: vergi qanunvericiliyinə əməl olunması, yoxlama obyekti: Bütün təsərrüfat obyektləri, yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması olmuşdur. Həmçinin həmin çıxarış ilə aşağıdakılar müəyyən olunur. ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (13 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (15 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi. ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (12 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (14 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (11 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi. Yoxlamanın müddətinin artırılması: ##.##.2023 tarixindən ##.##.2024 tarixinədək (46 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması, ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (27 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması, ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək (18 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması, ## #### 2024-cü il tarixdə «Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında» qərar çıxarılmışdır. Yoxlama müddəti: ## #### 2024cü il tarixdən # ####### 2024-cü il tarixinədək. Nəzərə alınmalıdır ki, yoxlama müddəti müxtəlif vaxtlarda dayandırılmış və əlavə də “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarla uzadılmışdır. Lakin müddət uzatma qəralarında obyektiv əsaslar əks olunmamış, yalnız ümumi ifadələr təkrarlanmışdır. Halbuki Azərbaycan Respublikasının “Inzibati icraat haqqında” Qanununun tələblərinə uyğun olaraq, inzibati aktların yazılı şəkildə əsaslandırılması və konkret sübutların göstərilməsi tələb olunur. Həmçinin MMC tərəfindən səyyar yoxlama aktına edilən etirazlara baxılmamış, təqdim olunmuş sübutların yoxlanılması və nəticələri barədə izahat verilməmişdir. Odur ki, iş üzrə cavabdeh tərəfindən düzgün olmayan inzibati icraatın həyata keçirilməsi sübuta yetirildiyindən həmin icraat nəticəsində qəbul edilmiş inzibati akt hər bir halda qanunsuz əlverişsiz inzibati akt sayılacaqdır. Buna görə də vergi borcunu müəyyən edən yekun inzibati aktın özünün maddi hüquq normalarının pozulması ilə qəbul edilməsinə dair iddiaçının dəlillərinə əlavə hüquqi qiymət verilməsinə lüzum qalmır. 9.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat 10.Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: T.Həsənov /sədrlik edən və məruzəçi/, V.Musayev və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 11.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 12.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri: 13.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi gəlirlərinin uçotunu vergi qanunvericiliyində nəzərdə tutulan qaydada aparmamışdır. Nəzarət-kassa aparatına daxil edilən bütün tibb xidməti növləri “TIBB XIDMƏTI” adı ilə daxil edilmişdir ki, bu da yoxlayıcını iddiaçının hansı növ tibb xidmətini hansı qiymətə göstərdiyini müəyyən etmək imkanından məhrum edir. Həmçinin onlayn nəzarət-kassa aparatının çeklərindəki məbləğlərlə iddiaçının səyyar vergi yoxlamasına təqdim etdiyi cədvəldə göstərilən tibb xidmətləri qiymətlərinin uyğun olmadığı müəyyən edilmişdir. Iddiaçının yoxlamaya təqdim etdiyi qiymətlər bazar qiymətlərindən, yəni Icbari Tibbi Sığorta üzrə qiymətlər zərfində göstərilmiş qiymətlərdən 30 faizdən çox aşağı olmuşdur. Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən, qiymətlər bazar qiymətindən 30 faizdən çox fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilir. Iddiaçı İddiaçı MMC özü də sığorta göndərişləri ilə Icbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində göstərilən qiymətlərlə vətəndaşlara tibb xidmətləri göstərmişdir. Vergi ödəyicisi tərəfindən 1 m² sahə üçün aylıq icarə məbləği 1,30 manat göstərilsə də, ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti 2023-cü il üçün 8,0 manat təşkil etmişdir. Vergi ödəyicisi özü sonrakı dövrlər (2023-cü ilin noyabr-dekabr ayları) üzrə icarə haqqını bir ay üçün 34883,72 manat bəyan etmişdir ki, bu da ekspertin müəyyən etdiyi məbləğdən belə 89.40% çoxdur. Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən, mühasibat uçotu sənədləri tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla saxlanmalıdır. Məhkəmənin "kassa çeklərini saxlamalı olması vəzifəsi nəzərdə tutulmayıb" mövqeyi bu normaya ziddir. Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə kollegiyası nəinki mübahisənin araşdırılması istiqamətində addım atmamış, həm də cavabdehin apellyasiya şikayətinin əsaslandırılmış dəlillərini görməzdən gəlmişdir. Səyyar vergi yoxlaması ekspertiza keçirilməsi ilə əlaqədar dayandırılmışdır və ümumi müddət Vergi Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq 9 aylıq müddəti keçməmişdir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə" qərar reyestrin çıxarışının ikinci səhifəsinin son abzasında qeydə alınsa da, məhkəmə bunun əksini iddia etmişdir. Iddiaçı tərəfindən ƏDV-nin gec ödənilməsinə görə hesablanmış 2441,62 manat maliyyə sanksiyası şifahi məhkəmə prosesində etiraf edilməsinə baxmayaraq, məhkəmə qərarı tamamilə ləğv etmiş, bu hissəyə münasibət bildirməmişdir
TƏTBIQ EDILƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması); 14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. (##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyası)
15.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
16.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 17.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
18.Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. 19.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 20.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2024-cü il tarixli **************** nömrəli qərarının qəbulu barədə məhkəməyə müraciət edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 21.Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 22.Bununla belə kollegiya əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2023-cü il tarixli **************** nömrəli qərarına əsasən İddiaçı MMC-də 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması ##.##.2023-cü il tarixdə başlamış, ##.##.2024-cü il tarixdə başa çatdırılaraq ##.##.2024-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Sonda isə vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. 24.Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarla iddiaçı cəmiyyətə 2021-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Qərarın qəbul edilməsi üçün əsas olmuş “Səyyar vergi yoxlaması Aktı”nda mənfəət vergisinin hesablanma əsası kimi xərc sənədlərinin yoxlamaya təqdim edilməməsi və buna görə Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri göstərilmişdir. 25.Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin mötəbər olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir.
26. Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ verir ki, həmin müddəada bu qaydada hesablamanın bir neçə üsulu təsbit edilmişdir (müxtəlif əlaqəli məlumatlardan istifadə (VM-nin 67.1.1-67.1.9-cü maddələri; analoji vergi ödəyicisinin məlumatlarından istifadə). Eyni zamanda, Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
27. Hazırkı iş üzrə vergi orqanı tərəfindən iddiaçıya Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət müəyyənləşdirmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdu ki, cavabdeh tərəfindən iddiaçıya vergilər hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi orqanına verdiyi imkanlardan istifadə edilməsinə dair hər hansı sübut təqdim edilməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verilməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları) məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.
28. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinin müddəaları ilə bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər.
29. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.
30. Beləliklə, vergi orqanı Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddəsinin imkanlarını yoxlamadan Məcəllənin 14.6-cı maddəsini tətbiq edərək əsassız olaraq ekspertiza təyin etmiş və nəticədə iddiaçıya əlavə vergi hesablamışdır. 31.Həmçinin işin hallarından görünür ki, ekspertin bazar qiymətinin müəyyən edilməsi zamanı istinad etdiyi əsas sənəd Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” olmuşdur. 32.Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin əsas funksiyası bazar münasibətlərini tənzimləmək deyil, dövlət tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin həcmini və tariflərini müəyyən etməkdir. Bu zərfdə əks olunan qiymətlər bazar iqtisadiyyatının şərtləri daxilində sərbəst formalaşmış qiymətlər deyil, əksinə, sosial məqsəd daşıyan, əhali üçün tibbi xidmətlərin əlçatanlığını təmin etmək məqsədi ilə müəyyən edilmiş və dövlət tərəfindən tənzimlənən məbləğlərdir. 33.Belə ki, vergi yoxlaması aktında ekspert rəyinə əsasən tibbi xidmətlər üzrə bazar qiymətinin müəyyən olunması və bu qiymətlər əsasında əlavə dövriyyənin hesablanması ümumilikdə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadla həyata keçirilsə də, yuxarıda da qeyd edildiyi kimi, həmin maddənin tətbiqi üçün ilkin və əsas hüquqi şərt vergi ödəyicisi tərəfindən təqdim olunan malların (işlərin, xidmətlərin) qiymətlərinin bazar qiymətindən azı 30 faiz və daha çox fərqlənməsidir və bu fərq rəsmi şəkildə hesabatla sübuta yetirilməlidir. Lakin yoxlama aktında belə bir fərqin konkret olaraq hansı xidmətlər üzrə və hansı statistik baza ilə əsaslandırıldığı açıq şəkildə göstərilməmiş, əksinə, qiymət fərqlərinin əsaslandırılması üçün Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”ndə göstərilən qiymətlərə istinad edilmişdir ki, bu da bazar qiyməti kimi qəbul edilə bilməz. Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”ndə müəyyən olunmuş qiymətlər dövlət tərəfindən tənzimlənmiş və müəyyən subsidiyalarla formalaşmış rəsmi tariflərdir və bu tariflər tələb və təklif əsasında formalaşan real bazar qiymətləri ilə eyni müstəvidə qiymətləndirilə bilməz. 34.Beləliklə, vergi ödəyicisi tibbi xidmətlərin təqdimini e-qaimə fakturalar, hesabfakturalar, tarif cədvəlləri və ya digər rəsmi kommersiya sənədləri ilə rəsmiləşdiribsə, bu halda xidmətin göstərildiyi qiymət artıq bazar münasibətlərində formalaşan real əməliyyatın nəticəsi hesab edilə bilər və bu qiymətlərə qarşı sonradan süni şəkildə bazar qiymətinin tətbiq edilməsi Vergi Məcəlləsinin 14.1 və 14.3.3-cü maddələrinin mahiyyətinə ziddir. 35.Bununla yanaşı, MMC-yə ÖMV-nin hesablanma əsası kimi icarəyə götürülmüş xəstəxananın icarə qiymətinə ekspert rəyi əsasında bazar qiymətinin tətbiq edildiyi göstərilmişdir. Belə ki, müqavilə ilə obyektin 1 kv. metrinin icarə haqqı 1,3 manat müəyyən edildiyi halda, ekspert rəyi ilə 2020-ci il üçün 6 manat, 2021-ci il üçün 7 manat, 2022-ci il üçün 7,5 manat, 2023-cü il üçün 8 manat müəyyən edilmişdir. Bu zaman ekspert tərəfindən mənbə kimi müxtəlif saytlarda icarə ilə bağlı verilmiş elanlardakı qiymətlərə istinad olunmuşdur. 36.Inzibati icraatda keçirilmiş ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yoxlama aktında icarəyə götürülmüş obyektə görə icarə haqqının bazar qiymətindən aşağı müəyyən edildiyi əsas götürülərək əlavə mənfəət vergisi hesablanmış və bu qiymətləndirmə üçün ekspertin müxtəlif elan saytlarındakı (kommersiya obyektlərinin icarəsi ilə bağlı) qiymətləri təhlil etdiyi göstərilmişdir. Lakin kommersiya obyektlərinin bazar icarə haqqının müəyyən olunması üçün sırf elanlar əsasında qiymətləndirmə aparmaq nə müstəqil ekspertiza prinsiplərinə, nə də iqtisadi əsaslandırılmış qiymətləndirmə metodologiyasına uyğun sayılır. Bazar qiyməti barədə düzgün nəticə çıxarmaq üçün obyektin yerləşdiyi konkret ərazidə oxşar obyektlər üzrə bağlanmış real icarə müqavilələri, rəsmi qiymətləndirmə hesabatları və daşınmaz əmlak bazarı üzrə statistik rəylər əsas götürülməlidir. Saytlardakı elanlar yalnız satıcının və ya icarəyə verənin subyektiv istəklərini əks etdirir və real bağlanmış müqavilələrdəki qiymətlərlə uyğun gəlməyə bilər. Bu səbəbdən, yalnız elan saytlarına əsasən icarə haqqı bazar qiyməti kimi qəbul edilə bilməz, bu üsulla müəyyən edilmiş qiymət əsasında əlavə vergi hesablanması əsassızdır və obyektivlik prinsipinə ziddir. 37.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, o cümlədən malın satış qiyməti qanunvericilikdə nəzərdə tutulan qaydada bazar qiymətinə uyğun müəyyən edilmədiyindən vergi orqanının müvafiq qərarının ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 38.Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 39.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.