Məhkəmə qərarları › İş №2-1(102)-463/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-463/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-463/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Torpağa mülkiyyət hüququnun qeydə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X8, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) ca vabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2068/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən 6/317 nömrəli, 09.10.1990-cı il tarixli qərarla “3956a” saylı bağ sahəsi ayrılmışdır. Daha sonra keçmiş Bağlar Təsərrüfatı və X6 tərəfind ən 08.06.2005-ci il tarixdə akt tərtib edilərək ərizəçinin “3956a” saylı bağ sahəsindən yox, “4089a” saylı bağ sahəsindən istifadə etdiyi müəyyən edilmiş və iddiaçıya 206 saylı BTK-nın nəzdindən “4089a” saylı bağ nömrəsi ilə yeni order verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 19.09..2014-cü il tarixli, 3063 saylı arxiv çıxarışına əsasən Bakı şəhər XDS İK-nın 09.10.1990-cı il tarixli, 6/317 nömrəli qərarı ilə iddiaçıya Ləhiş bağlar sahəsində 206 saylı BTK nəzdində 0.12ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan bağ sahəsi iddiaçının sahibliyində və istifadəsində olmuş, iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmış, bağ sahəsi hasara alınmış, ev tikilmişdir, hazırda sözügedən sahədə yaşayış vardır. Bakı şəhər Baş Polis İdarəsinin 26.05.2015- ci il tarixli məktubunda iddiaçıya məxsus olan Ləhiş bağlar massivində yerləşən 206 saylı BTK nəzdində 0.12 ha sahəsi olan 4089a saylı bağ sahəsinə verilmiş 59 nömrəli orderin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmadığı qeyd olunmuşdur. 788517 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 10.04.2016-cı ildə vəfat etmişdir. İddiaçı həyat yoldaşı Şəyasta Həsənova vəfat etdikdən sonra heç kimlə rəsmi nikaha girməmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, 30 mart 2016-cı il tarixli məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2, 11.1-ci maddələrinə istinad edərək bildirmişdir ki, hüquqmüəyyənedici sənədin əsli təqdim edilməmişdir. Bundan əlavə, göstərilən ba ğ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş “4087a” bağın ərazisinə düşür. “4089a” saylı bağ isə öz yerindən 25 metr aralı məsafədə yerləşir bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin 15.05.2019-cu il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilmiş, torpaq sahəsi hasar daxilində 1265.0 kv.m təşkil edir, üzərində 1 mərtəbəli yaşayış evi, sanitar qovşağı, köməkçi tikili və su quyusu mövcud olduğu müəyyən edilmişdir. Cavabdehin elektron baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mühəndisin təyin etdiyi koordinatlar üzrə yerləşən ərazi “4089a” saylı bağın yerinə uyğun olduğu təsdiq edilmişdir. İddiaçı 7 fevral 2017-ci il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə m üraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 206 saylı BTK nəzdində 01,12 ha torpaq sahəsindən ibarət 4089a saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər toplanaraq ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət edilmiş, cavabdeh isə onun müraciətindən imtina etmişdir. Halbuki imtina üçün cavabdeh tutarlı bir səbəb göstərməmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü mad dəsinin İ hissəsinə, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 152.1, 158-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.4, 8, 19, 21.2-ci, İnzibati Prosessual Məcəllənin 2.1ci və 2.2.3-cü maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(82)-1283/2019 saylı iş) 23 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 206 saylı BTK nəzdində 01,12 ha torpaq sahəsindən ibarət 4089a saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmu şdur və torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılması iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X9məruzəçi, X16 qızı və X3, 2-1(103)-2068/2019 saylı iş) 10 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 31.10.2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İdarənin arxiv məlumatlarına əsasən ərizəçiyə Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən 6/317 nömrəli, 09.10.1990-ci il tarixli qərarla “39 56a” saylı bağ sahəsi ayrılmışdır. Daha sonra keçmiş Bağlar Təsərrüfatı və X6 tərəfindən 08.06.2005-ci il tarıxidə akt tərtib edilərək ərizəçinin “3956a” saylı bağ sahəsindən yox “4089a” saylı bağ sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya 206 BTK-nın nəzdində 4089a saylı bağ nömrəsi ilə yeni order verilmiş, lakin sözügedən orderin nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. Bundan başqa, göstərilən bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş “4087A” saylı bağın ərazisinə düşür. “4089a” saylı bağ isə öz həqiqi yerindən 25metr aralı yerləşir. Həmçinin, göstərilən torpaq sahəsi hasar daxilində faktiki olaraq 1265,0 kv.m-dir və üzərində 1 mərtəbəli yaşayış evi və digər həyətyanı tikililər inşa edilmişdir. Qeyd olunan səbəblərə görə, ərizənin icrası idarə tərəfindən mümkün olmamış və buna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci, “Torpaq islahatı haqqında” Qanunun 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad olunmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 206 saylı BTK nəzdində 01,12 ha torpaq sahəsindən ibarət 4089 a saylı bağ sahəsi üzərində hüququnun qeydə alınmasını xahiş edir. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi 9 aprel 2019-cu il tarixli məktubunda bildirmişdir ki, torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilmişdir, torpaq sahəsi hasar daxilində 1265 kv.m təşkil edir, üzərində bir mərtəbəli yaşayış evi, sanitar qovşağı, köməkçi tikili və su quyusu mövcuddur. 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mühəndisin təyin etdiyi koordinatlar üzrə yerləşən ərazi “4089 a” saylı bağın yerinə uyğundur. İddiaçının bağ sahəsinə aşağıdakı sənədləri mövcuddur. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və X13 Bağlar sahəsindəki 206 saylı kooperativin 59 saylı orderinin surətinə əsasən Ləhiş bağlar sahəsindəki 206 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 4089 a saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin 26.05.2015-ci il tarixli, 9/A-3***-*******11 saylı məktubunda iddiaçıya məxsus olan Ləhiş bağlar massivində yerləşən 206 saylı BTK nəzdində 0.12 ha sahəsi olan 4089a saylı bağ sahəsinə verilmiş 59 nömrəli orderin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 19.09..2014-cü il tarixli, 3063 saylı arxiv çıxarışına əsasən Bakı şəhər XDS İK-nın 09.10.1990-cı il tarixli, 6/317 nömrəli qərarı ilə İddiaçı Ləhiş bağlar sahəsində 206 saylı BTK nəzdində 0.12ha torpaq sahəsi ayrılmışdır. 0,12 ha bağ torpaq sahəsinə iddiaçının həm orderi, həm də Bakı şəhər XDS İK-nın qərarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. İddiaçının bağ sahəsinə həm qərar (sərəncam), həm də order mövcuddur. Qeyd edilməlidir ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu ma ddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci bəndinə əsasən kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülk iyyətinə verilir. Fərdi bağların altında olan torpaqlar əvəzsiz olaraq qanuni istifadəsində olan şəxslərə əvəzsiz verildiyindən, iddiaçıya məxsus bağ sahəsi onun qanuni istifadəsində olduğundan, bağ sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün qanunda nəzərdə tutulan order və sərəncam olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Nəzərə alınsa ki, cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi məktubunda iddiaçının istifadəsində olan torpaq sahəsinin hasar daxilində elektron baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mühəndisin təyin etdiyi koordinatlar üzrə yerləşən ərazi “4089 a” saylı bağın yerinə uyğun olmuşdur, belə olan halda iddiaçı tələbində haqlı olmuşdur. Cavabdeh şikayətində orderin nüsxəsinin ona təqdim edilmədiyini b ildirmişdir, lakin nəzərə almamışdır ki, iddiaçı orderin əslini itirmiş, bu barədə qəzetdə elan verilmiş və polis orqanı məlumatlandırılmışdır. Bundan başqa, şikayətdə göstərilən bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş “4087A” saylı bağın ərazisinə düşdüyünü, “4089 “ saylı bağın öz həqiqi yerindən faktiki olaraq 25 m aralı məsafədə yerləşdiyini bildirmiş, lakin məhkəməyə ünvanladığı məktubunda 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mühəndisin təyin etdiyi koordinatlar üzrə yerləşən ərazinin “4089 a” saylı bağın yerinə uyğun olduğunu təsdiq etmişdir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual h üquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2068/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar