Məhkəmə qərarları › İş №2-1(102)-467/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-467/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-467/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 21(105)-579/2021 nömrəli qər arından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh Başçısının 04.10.2019-cu il tarixli 71 nömrəli əmrinə əsasən İddiaçı 04.10.2019-cu il tarixdən rayon icra hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Elə həmin tarixdə Cavabdeh başçısı X1 və İddiaçı arasında əmək müqaviləsi bağlanmış və sonuncu həmin gündən vəzifəsinin icrasına başlamışdır.

2. Cavabdeh Başçının 21.08.2020-ci il tarixli 69 nömrəli əmrinə əsasən “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı 21.08.2020-ci il tarixdən tu tduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 21.08.2020ci il tarixli 69 saylı əmrinin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Başçısının 04 oktyabr 2019-cu il tarixli 71 nömrəli əmri ilə rayon İHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə tə yin edilmişdir. Həmin vəzifədə işlədiyi müddətdə üzərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirmişdir. Cavabdeh başçısı Ziyəddin Əliyev imzaladığı 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmrlə guya əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ona şiddətli töhmət elan etmişdir. Əmri isə onunla əsaslandırmışdır ki, Quba şəhərinin ərazisində təmizlik və səliqə-səhman təmin olunmamış, son vaxtlar belə hallar daha da artmışdır. Əvvəla, inzibati ərazi dairəsi üzrə nümayəndələrin fəaliyyəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və həmin qanuna əsasən intizam tənbeh tədbirləri arasında “şiddətli töhmət” anlayışı yoxdur. Rayon icra hakimiyyəti başçısının hansı əsasla onun barəsində belə bir intizam tənbehini tətbiq etməsi aydın deyildir. Həmin əmrdən bir neçə gün sonra Cavabdeh başçısı Ziyəddin Əliyev imzaladığı 21 avqust 2020-ci il tarixli 69 nömrəli əmrlə onu tutduğu vəzifədən azad edərək, dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmr onunla əsaslandırılmışdır ki, onun barəsində əvvəllər də intizam tənbeh tədbirləri seçilsə də, guya o, bundan nəticə çıxarmamış, şəhər ərazisində zibil yığınları aşkar edilmişdir. RİH başçısının heç bir qanuni əsas olmadan uydurma dəlillərlə onu işdən azad etmişdir. Əmrdən də görünür ki, işdən çıxarılma üçün əsas kimi şöbə müdiri vəzifələrini icra edən vəzifəli şəxsin öz şəxsi fikir və fərziyyələrindən ibarət təqdimatı hesab edilmişdir. Şəhər ərazisində təmizliyin, səliqə-səhmanın və bu kimi vəzifələrin icrası RİH başçısının 23 yanvar 2020-ci il tarixli 12 nömrəli sərəncamı ilə yaradılmış rayon İcra Hakimiyyətinin birbaşa tabeliyində olan “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilmişdir. Buna baxmayaraq iddiaçı, bu onun vəzifə səlahiyyətlərinə daxil olmasa da, hər gün ərazini gəzərək ərazidə aşkarladığı çatışmazlıqlar barədə Birliyin rəhbərinə məlumat vermişdir. RİH başçısı əvvəllər də onun əmək fəaliyyətinə aid olmayan qeyd olunan məsələlərlə əlaqədar barəsində qərəzli olaraq intizam tənbehi tədbirləri seçmişdir. Bu zaman da onun verdiyi əsaslandırılmış izahatlar nəzərə alınmamışdır.

5. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, son 3 il ərzində Quba rayonunda geniş miqyaslı tikinti, abadlıq və quruculuq işləri görülmüş, yeni parklar salınmış, bir sıra mühüm infrastruktur layihələr həyata keçirilmişdir. Hazırda da rayonda bir çox əhəmiyyətli layihələr icra olunmaqdadır. Görülmüş işlər nəticəsində Quba şəhərinin, eləcə də qəsəbə və kəndlərin siması xeyli yaxşılaşmış, yaşayış məntəqələrinin sosialiqtisadi inkişafı xeyli artmış, bütün bunlar isə əhali tərəfindən yüksək rəğbət hissi ilə qarşılanmışdır. Lakin görülən işlərə baxmayaraq bir sıra problemlər də mövcud olmuşdur. Quba rayonu müntəzəm olaraq çoxsaylı qonaq qəbul etdiyindən şəhərdə gündəlik səliqəsəhman və təmizlik işlərinin aparılmasına ciddi nəzarət edilməlidir. Amma şəhərin təmizliyinə cavabdeh olan aidiyyəti məsul şəxslərin öz işlərini düzgün qura bilməməsinin nəticəsidir ki, İddiaçı nümayəndə işlədiyi vaxtlarda şəhərdə təmizlik və səliqə səhman işləri lazımi səviyyədə aparılmamış, belə vəziyyət də şəhərin ümumi görünüşünə ciddi xələl yetirmişdir. Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı öz işini düzgün qura bilməməsi, kommunal təşkilatların fəaliyyətinə lazımınca nəzarət edə bilməməsi şəhərdə təmizlik işlərinin tələb olunan səviyyədə aparılmasına mənfi təsir göstərmişdir. O, əvvəllər də dəfələrlə lazımi tapşırıq və tövsiyələrin verilməsinə, mövcud qanunvericiliyin tələblərinə əsasən barəsində müvafiq cəza və tənbeh tədbirlərinin görülməsinə baxmayaraq işində heç bir dönüş yaratmamış, verilən tapşırıqlara laqeyd və səhlənkar münasibət göstərmişdir. Belə ki, ona işində yol verdiyi nöqsanlara görə rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2020-ci il tarixli 14 nömrəli əmri ilə “xəbərdarlıq”, 09 iyun 2020-ci il tarixli 16 nömrəli əmri ilə “töhmət”, 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmri ilə isə “şiddətli töhmət” elan edilmişdir. Lakin İddiaçı barəsində qəbul edilən qərarlardan ciddi nəticə çıxarmamış, şəhər ərazisində səliqəsəhmanın yaradılması istiqamətində səmərəli fəaliyyət göstərməmişdir. Nəticədə 20 avqust 2020-ci il tarixdə keçirilən reyd zamanı Quba şəhərinin ərazisində bir neçə yerdə şəhərin ümumi görünüşünə ciddi şəkildə mənfi təsir göstərən tikinti materiallarından və məişət tullantılarından ibarət zibil yığınları aşkarlanmışdır. Bu faktlar bir daha İddiaçı öz işini düzgün qura bilmədiyini və vaxtında lazımi tədbirlərin həyata keçirilməsini təmin etmədiyini sübut etmişdir. Qeyd olunanlara əsasən İddiaçı Quba RİH başçısının 21 avqust 2020-ci il tarixli 69 nömrəli əmri ilə vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində əmrin verilməsinə əsas olmuş təqdimatda göstərilən halların ümumiyyətlə onun vəzifə səlahiyyətlərinə aid edilmədiyini bildirsə də, əvvəllər verilmiş inzibati tənbehlərdən də görünür ki, RİH başçısı tərəfindən qeyd olunan nöqsanlarla bağlı ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, göstəriş və tapşırıqlar verilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(118)-336/2021 saylı qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək Cavabdeh Başçısının 21.08.2020-ci il tarixli 69 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoy ulması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş hallar öz təsdiqini tapmamışdır.

8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 2-1(105)-579/2021 nömrəli qərarı ilə (sədrlik edən – Hökümə Babayeva, hakimlər – Rəşadət Ağayev və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(118)-336/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cava bdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 2-1(105)-579/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı intizam xətasına yol versə belə, onunla əlaqədar “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş digər intizam tənbeh tədbirlərindən daha yüngülü seçilməli idi. Məhkəmənin bu əsaslandırmasının hüquqi tərəfi yoxdur. Əvvəla, iddiaçı barəsində əvvəllər də müxtəlif intizam tənbeh növləri seçilmişdir. Bundan başqa, qanuna tənbeh növlərinin verilməsi üçün sıralamaya uyğun seçim edilməsi şərt kimi qoyulmamışdır. Dövlət qulluqçusu müvafiq tələbləri pozduqda intizam tənbehlərindən birincisi yox, hər-hansı biri seçilərək tətbiq edilə bilər.

13. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı işdən azad edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçı dövlət qulluqçusu olmuşdur və onun işə götürülməsi və işdən azad edilməsi “Dövlət qulluğu haqqında” Qanuna əsasən həyata keçirilmişdir. Həmin Qanunda işçinin işdən azad edilməsi zamanı q eyd olunan icazənin alınması tələb kimi göstərilməmişdir. Məhkəmənin bu əsaslandırması hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir.

14. Qanunvericilik Əmək Məcəlləsinin dövlət qulluqçusuna şamil edilməsini istisna etmir, lakin bu istinad yalnız digər qanunda tənzimləmə olmadıqda keçərlidir. Hazırda işəgötürən işçinin dövlət qulluğundan azad edilməsini intizam tənbeh növlərindən biri kimi seçərək “Dövlət qulluğu haqqında” Qanuna əsaslanmış, bu hallar qeyd olunan qanunla tənzimlənmiş və məhkəmənin özünün də qeyd etdiyi kimi, məhkəmənin cari məsələ ilə bağlı Əmək Məcəlləsinə istinadı əsassız olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Dövlət qulluğu haqqında” Qanun Mad də

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. döv lət qulluğundan azad edilməsi. (-) 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. (-) Maddə

33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-)

17. Əmək Məcəlləsi Maddə

5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular (-)

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətl ər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-) b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (-) ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (-) Maddə

80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfind ən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həm karlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edil ən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların ın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən əmrdə göstərilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı öz işini düzgün qura bilməməsi, kommunal təşkilatların fəaliyyətinə lazımınca nəzarət edə bilməməsi şəhərdə təmizlik işlərinin tələb olunan səviyyədə aparılmasına mənfi təsir göstərmişdir. O, əvvəllər də dəfələrlə lazımi tapşırıq və tövsiyələrin verilməsinə, mövcud qanunvericiliyin tələblərinə əsasən barəsində müvafiq cəza və tənbeh tədbirlərinin görülməsinə ba xmayaraq işində heç bir dönüş yaratmamış, verilən tapşırıqlara laqeyd və səhlənkar münasibət göstərmişdir. Belə ki, ona işində yol verdiyi nöqsanlara görə rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2020-ci il tarixli 14 nömrəli əmri ilə “xəbərdarlıq”, 09 iyun 2020-ci il tarixli 16 nömrəli əmri ilə “töhmət”, 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmri ilə isə “şiddətli töhmət” elan edilmişdir. Lakin İddiaçı barəsində qəbul edilən qərarlardan ciddi nəticə çıxarmamış, şəhər ərazisində səliqə-səhmanın yaradılması istiqamətində səmərəli fəaliyyət göstərməmişdir. Nəticədə 20 avqust 2020-ci il tarixdə keçirilən reyd zamanı Quba şəhərinin ərazisində bir neçə yerdə şəhərin ümumi görünüşünə ciddi şəkildə mənfi təsir göstərən tikinti materiallarından və məişət tullantılarından ibarət zibil yığınları aşkarlanmışdır. Bu faktlar bir daha İddiaçı öz işini düzgün qura bilmədiyini və vaxtında lazımi tədbirlərin həyata keçirilməsini təmin etmədiyini sübut etmişdir. Başqa sözlə, cavabdehin mövqeyinə görə əmrin verilməsinə əsas iddiaçının öhdəliklərinə və vəzifələrinə riayət etməməsi olmuşdur.

22. Məhkəmələr isə hesab etmişdir ki, cavabdehin əmrdə istinad etdiyi hallar iş materialları ilə təsdiq olunmur. Bununla razılaşmayan cavabdeh kassasiya şikayətində məhkəmənin tam, hərtərəfli araşdırma aparmadığını bildirmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.

23. Belə ki, hazırkı qərarın 16-cı bəndində göstərilən normaların məzmunundan aydın olur ki, dövlət qulluqçusu, dövlət qulluqçusu vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi pozuntulara yol verildikdə və qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əməl olunmadıqda dövlət qulluğundan azad edilə bilər və bu halda onun dövlət qulluğuna xitam verilir.

24. Hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin iddiasına görə iddiaçının öz vəzifələrinin icrası zamanı yol verdiyi kobud pozuntu – şəhərdə təmizlik işlərinin tələb olunan səviyyədə aparılmasına əməl etməməsi olmuşdur. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyası adlanan 3-cü bölməsində iddiaçının şəhərdə təmizlik və səliqə-sahman işlərinə məsul olması qeyd edilməmişdir. Bu vəzifələrin icrası “Təmiz Quba” MKTB-yə məxsus olmuşdur.

25. İddiaçının mövcud sahədə vəzifəsi isə şəhərdə təmizlik işlərinin, məişət tullantılarının yığılmasının düzgün aparılması və küçələrin işıqlandırılması və s. kimi məsələlərlə bağlı əlaqədar təşkilatları əlaqələndirmək olmuşdur. İşə baxan məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı, üzərinə düşən vəzifəni yerinə yetirmiş və aşkar etdiyi tullantılar və tikinti materialların yığınları barədə “Təmiz Quba” MKTB-yə məlumat vermişdir. Bu halı MKTB-nin rəisi Vüqar Əhmədli özünün Cavabdeh başçısı Ziyəddin Əliyevə ünvanlanmış 20.08.2020-ci il tarixli izahatında da təsdiq etmişdir.

26. Beləliklə, aparılan araşdırma iddiaçının işdən azad olmasına səbəb olan halların iddiaçının təqsiri ucbatından baş vermədiyini təsdiqləyir. İddiaçının vəzifəsi mövcud vəziyyətlə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək olmuşdur ki, iddiaçı da bunu yerinə yetirmiş, baş verənlər qarşısında hərəkətsiz və ya münasibətsiz qalmamışdır.

27. Bundan başqa, haz ırkı qərarın 17-ci bəndində göstərilən normaların məzmunundan aydın olur ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv olunduğu hallarda müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Belə hallarda işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməlidir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

28. Əmək Məcəlləsinin 5-ci maddəsinin məzmunundan isə məlumdur ki, dövlət qulluqçularının “Dövlət qulluğu haqqında” Qanunla əhatə olunmayan əmək, sosial və iqtisadi hüquqlarına bu Məcəllənin müddəaları şamil edilə bilər. Yuxarıda göstərilən məsələ də “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənmədiyindən həmin halla bağlı Əmək Məcəlləsinin normaları tətbiq edilməlidir. Lakin qeyd edilmiş normaları işin hallarında tətbiq etdikdə məlum olur ki, cavabdeh inzibati orqan iddiaçının əmək müqaviləsini ləğv etsə də, bu barədə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almamışdır. Bununla da cavabdehin hərəkətləri Əmək Məcəlləsinin müvafiq normalarına uyğun olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 2-1(105)-579/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 2-1(105)-579/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar