Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-481/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı16 və qeyrilərinin Bak şəhəri Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sərəncamın ləğv edilməsi GİRİŞ HİSSƏ Hakimlər: 18.03.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı16 və vəkili İddiaçı23, cavabdeh İcra Hakimiyyətinin vəkili X26, 3-cü şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı16 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxslər “xxxx” MMC-yə qarşı sərəncamın və bu sərəncamla təsdiq olunmuş cizginin ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh İcra Hakimiyyəti və 3-cü şəxs MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı21 və qeyriləri cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 X2 Ekspertiza Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyinə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş xx xxxx 2017-ci il tarixli 191 saylı sərəncamın ləğv edilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişlər. Bundan başqa iddiaçılar İddiaçı16 və qeyriləri cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxs “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 2 girişli yaşayış binasının tikintisi üçün 0,3865 ha torpaq sahəsinin 3-cü şəxs MMC-yə verilməsinə dair cavabdeh İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş xx xxx 2017-ci il tarixli 117 saylı sərəncamın və bu sərəncamla təsdiq olunmuş cizginin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-4616/2017) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-4616/2017 saylı və 2-1(81)-6311/2017 saylı işlərin 2-1(81)-4616/2017 say altında bir icraatda birləşdirilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-40/2019) iddiaçılar İddiaçı21 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 X1 Ekspertiza Baş idarəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyinə və “xxxx" MMC-yə qarşı sərəncamın ləğv edilməsi və iddiaçılar İddiaçı16, İddiaçı11,X18, X13, X27, X10, İddiaçı4, İddiaçı23, X11, X8, X14, X15, İddiaçı31, X9, X21, İddiaçı22, X28, X29, X5, X16, X6, X44 qızının, X3, İddiaçı30, X19, İddiaçı18, X4, İddiaçı7, X20, X22, İddiaçı2, X23, X24, X25, X7 və X17 cavabdeh Bakı şə həri Cavabdehnə və 3-cü şəxs “xxxx” MMC-yə qarşı sərəncamın və bu sərəncamla təsdiq olunmuş cizginin ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata hissəvi – Cavabdeh tərəfindən qəbul olunmuş xx xxxx 2017-ci il tarixli 191 saylı sərəncamın ləğv edilməsibarədə qərar qəbul edilməsi hissəsində ləğv edilməsi; iddiaçılar İddiaçı16 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə və 3-cü şəxs “xxxx” MMC-yə qarşı ünvan 1 ünvanda 2 girişli yaşayış binasının tikintisi üçün 0,3865 ha torpaq sahəsinin 3-cü şəxs MMC-yə verilməsinə dair cavabdeh İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş xx xxx 2017-ci il tarixli 117 saylı sərəncamın və bu sərəncamla təsdiq olunmuş cizginin ləğv edilməsi hissəsində iş üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. İcraatı davam etdirilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların sakinlər olduqları AAAAAAAAAA və BBBBBBBBBBBBmərtəbəli yaşayış binası olmaqla, həyətləri dördbucaqlı formasında qapalı həyətdir. Yaşadıqları ünvanları göstərilən binalarda 300dən artıq mənzil mövcuddur. Həyətin Z.Xəlilov küçəsindən eni 4 metrə yaxın olan bir giriş vardır. Həyətə giriş yolları daxil 55 metr x 85 metr ölçüdədir. Qarşı-qarşıya olan 2 ədəd 9 mərtəbəli binanın bayır divarlarından ara məsafəsi (səkilər və yol daxil) 59 metr, digər 9 mərtəbəli bina ilə 5 mərtəbəli bina arasında bayır divarlarından (səkilər və yol daxil) ara məsafə 85 metr təşkil edir. Həyətdə (59 metr x 85 metr ərazidə)3 ədəd 2 mərtəbəli fin layihəli yaşayış binaları vardır. Həmin evlərin ünvanı Z.Xəlilov küçəsi 30, 32, 24-dür. Hər binada 8 mənzil olmaqla, bu bi nalarda 24 mənzil vardır. Həmin binaların ölçüləri 13,5 metr x 16,5 metr təşkil edir. 3 evin tikintialtı sahəsi cəmi 670 kv.metrə yaxındır. Həyətlərində Z.Xəlilov küçəsindən giriş yolunun eni - 4,5 metr, həyətin içində perimetr boyu çıxdıqda, o cümlədən, binaların qarşısında səkinin eni boyunca perimetr boyunca sahəsini çıxdıqda, qalan torpaq sahəsi 48 metr x 65 metr = 3120 kv.metr, yəni, 0,3120 ha təşkil edir. Z.Xəlilov küçəsi 36A, 36B, 36V saylı binaların qarşısında «xxxx» MMC tərəfindən yeni tikilməkdə olan 17 mərtəbəli bina həmin binaların həyətini tam zəbt etmişdir və həmin binaların həyətyanı sahəsi qalmamışdır. Həmin binaların və M.Şəhriyar küçəsi 5, Ə.Cəmil küçəsi 23, 25, 27 saylı 9 mərtəbəli binaların, Z.Xəlilov küçəsi 30A saylı 5 mərtəbəli binanın yeganə həyəti yuxarıda təsviri v ə ölçüləri göstərilən həyətyanı sahəsidir. Göstərilən binalarda bütün mənzillərin sakinləri (uşaqlar üçün oynamaq, yaşlılar üçün istirahət) yalnız bu həyətə çıxış imkanları vardır.Həyətdə 50-yə yaxın çoxillik şam, tut, qovaq ağacları vardır. Onlara məlum olmuşdur ki, Cavabdeh keçmiş başçısı İbrahim Mehdiyev tərəfindən ünvan 2 ünvanlarda sökülməsi nəzərdə tutulan qəzalı binaların yerində «xxxx» MMC-yə 2 girişli yeni yaşayış binasının tikintisinə icazə verilməsinə dair xx.xx.2017-ci il tarixli 191 saylı sərəncam verilmişdir. Həmin Sərəncamın Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin 69-cu və digər maddələrinin, Nazirlər Kabinetinin xx xxxx 2014cii il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın, “Ərazilərin zonalaşdırılması, ti kintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ının tələblərinin pozulması ilə qəbul edildiyini, həmçinin həyətlərinə çıxışı olan və bu həyətə hüquqları (sağlam və təhlükəsiz yaşamaq, yaşıllıq zonası, təbii işıqlandırma, havalandırma, istirahət, uşaq oyun meydançası, parkinq və s.) olan sakinlərin hüquqlarını pozduğunu əsas tutaraq Cavabdeh Başçısının xx xxxx 2017-ci il tarixli 191 saylı Sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2017-ci ildə müraciət olunmuşdur. «xxxx» MMC Cavabdeh vəzifəli şəxsləri olan memarı Eyvaz Bağırovun, təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədovun rəhbərliyi ilə həyətlərində olan 3 ədəd taxta fin evlərini sökərək orada 24 mənzildə yaşayan sakinləri köçürmüşlər. Söküntünün qalıqları həyətdə sent yabr ayı və oktyabrın 23-dək qalmışdır. 23 oktyabrda «xxxx» MMC Cavabdeh vəzifəli şəxslərinin başçılığı ilə həyətlərinə ağır texnikanı salaraq söküntünün qalıqlarını təmizləmək, zibili daşımaq adı ilə həyəti perimetr boyunca yolu və səkiləri istisna olmaqla qalan sahəni qanunsuz olaraq hasara almışdır. Sakinlərin etirazına qarşı polis əməkdaşlarını cəlb etməklə tikinti şirkəti oktyabrın 23-27 günlərində həyəti tam hasarlamış, həyətdə qalan ağacların bir hissəsini məhv etmiş, onların binalarının ehtiyat su anbarını da hasara almışlar. Çoxsaylı sakinlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya, X37 K.Heydərova, Ekologiya və Təbi Sərvətlər, Daxili işlər Nazirliyinin, Baş prokurorluğun rəhbərliyinə, digər əlaqədar qurumlara y azılı müraciətləri nəicəsində həyətdə qanunsuz qazıntı və tikinti işləri müvəqqəti dayandırılmış, hazırda tikinti şirkətinin ekskovatoru həyətdə hasarın içində hər an qazıntıya hazır vəziyyətdədir. Bu ərəfədə yəni, oktyabrın 24-25-də tikinti şirkətinin əməkdaşları həyəti hasarlamaq istəyərkən sakinlərə Cavabdeh Başçısının 1-ci müavini S.İslamov və böyük məsləhətçimemarın imzası ilə təsdiqlənmiş cizgi təqdim etmişlər. Həmin cizgi sənədindən məlum olur ki, Cavabdeh Başçısının xx xxx 2017-ci il tarixli 117 saylı sərəncamı ilə həyətlərində 2 girişli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisi təsdiq olunmuşdur. Hesab edirlər ki, Cavabdeh Başçısının xx xxx 2017-ci il tarixli 117 saylı sərəncamı və həmin sərəncamla təsdiq olunmuş həyətlərində 2 girişli yaşayış binasının ti kintisi üçün ayrılmış torpaq sahəsinin cizgisinin tərtib olunması ilə onlar ölçüləri və təsviri yuxarıda göstərilən həyətlərinə olan hüquqları kobudcasına pozulmuşdur. Həmin cizgidə «xxxx» MMC-yə 2 girişli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 0.3865 ha göstərilir. Həyətlərinin daxili yolları və binaların səkilərinin perimetr boyu sahəsini çıxmaqla yerdə qalan sahəsi təxminən 0.3120 ha təşkil etdiyi halda verilmiş cizgi ilə tikinti üçün ayrılmış torpaq sahəsinin ölçüsü həyətlərində olan ehtiyat su anbarının da ərazisini əhatə etməklə yalnız səki və yoldan başqa bütün həyətin zəbt edilməsi ilə nəticələnir. Hesab edirlər ki, həyətlərində hündürmərtəbəli binanın tikintisinə icazə verilməsinə dair Cavabdeh Başçısının sərəncamı qanunsuz olduğu kimi, həyətlərində ta mamilə başqa bir tikinti üçün zəbt edilməsinə dair yeni tərtib olunmuş cizginin təsdiqinə dair xx xxx 2017-ci il tarixli 117 saylı sərəncamı da qanunsuz olmaqla onların hüquqlarının pozulmasına səbəb olur. Hesab edirlər ki, cavabdeh təşkilatın göstərilən sərəncamı verməsi qanunsuz və əsassızdır. İlk növbədə ona görə ki, həyətyanı torpaq sahəsinin tikinti şirkətinə istifadəyə verilməsi rayon icra hakimiyyətinin səlahiyyətində deyildir. Cavabdeh ümumi istifadədə olan həyətyanı sahənin sərəncamvericisi olmadığına görə həmin sahəni tikinti şirkətinə verə bilməzdi. Bundan başqa nəzərə alınmalıdır ki, göstərdikləri binalarda 300- dən çox mənzil var və hər mənzildə orta hesabla 4-5 sakin yaşayır. 1200-1500 sakinin yaşadığı binaların yeganə çıxış imkanı, uşaqların oynaması, yaşıllığın olması, saki nlərin oturması, xeyir-şər məclislərində sakinlərin toplanması üçün yeganə həyətin «xxxx» MMC-yə tikinti üçün ayrılması və həmin ərazidə hündürmərtəbəli yeni yaşayış binasının tikintisi onların öz mənzillərində rahat, sanitar-epidemioloji şəraitdə yaşamaları, ümumi həyətdən istifadə etmələri, avtomobilləri park etmələri və s. hüquqlarını məhdudlaşdıracaqdır. Onların binaları 3 tərəfdən: Ə.Cəmil, Şəhriyar, Z.Xəlilov küçələri, bir tərəfdən də elə həmin «xxxx» MMC-nin hazırda tikintisini davam etdirdiyi 16 mərtəbəli 4 bloklu yeni tikili ilə əhatələnmişdir. Artıq indiki vəziyyətdə həyətdə nəqliyyat məsələsi problemlidir. Burada hündür mərtəbəli bina tikilərsə, ayrılmış torpaq sahəsinin sərhədi ilə onların binalarının arası 4-6 metr qalacaqdır ki, bu da onların ümumi həyətlərindən istifadə etmə lərini mümkünsüz edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-40/2019) iddianın rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 21(103)-2343/2019) apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın qismən təmin edilməsi; Bakı şəhəri Cavabdeh xx xxx 2017-ci il tarixli 117 saylı sərəncamının qismən – ünvan 3 ünvanlarda sökülmüş qəzalı binaların yerində yüksək mərtəbəli yaşayış binaların tikintisinin layihələndirilməsi üçün torpaq sah əsinin 3-cü şəxs MMC-yə ayrılması məqsədilə verilməsi hissəsində ləğv edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh İcra Hakimiyyəti kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kolegiyasından xahiş etmişdir etmişdir. Bundan başqa həmin qərardad 3-cü şəxs MMC kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İcra Hakimiyyətinin kassasiya şikayətlərində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, hüquq normalarını düzgün tətbiq etmədən qərar qəbul etmiş, nəticədə maddi və prosess ual hüquq nomalarını pozmuşdur. 3-cü şəxs MMC-nin kassasiya şikayətlərində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi 3-cü şəxsin və cavabdeh İcra Hakimiyyətinin nümayəndələrinin izahatlarını öz qərarında təhrif etmiş, işin materiallarında olan sənədləri tam olaraq tədqiq etməmiş, sənədlərdə göstərilənləri yanlış şərh etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İcra Hakimiyyətinin vəkili İ.İsmayılov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarını ləğv edib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış e dən 3-cü şəxs MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçıların vəkili İddiaçı23 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı16 vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, həmin şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, cavabdeh Bakı şəhər Cavabdeh 117 saylı xx xxx 2017-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, 568-ci məhəllə, Z.Xəlilov küçəsi ev 30, 32, 34 ünvanlarda yerləşən 3 ədəd 2 mərtəbəli 8 mənzillli qəzalı vəziyyətdə olan yaşayış binalarının və Z.Xəlilov küçəsi, ev 48A, Ə.Haqverdiyev küçəsi ev 2 saylı ünvanlarda yerləşən istismar müddəti başa çatmış 5 mərtəbəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında «xxxx» MMC tərəfindən köçürülərək, həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müsbət rəyi əsasında sökülməsinə icazə verilməsi, sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin «xxxx» MMC-ə ayrılması nəzərdə tutulmuşdur. İşin materiallarında olan cavabdeh İcra Hakimiyyəti Başçısının 80 saylı xx xxxxx 2018-ci il tarixli sərəncamı ilə Cavabdeh xx xxx 2017-ci il tarixli 117 saylı sərəncamında dəyişiklik edilməsi, sərəncamın qərar hissəsinin 1-ci bəndində «ünvan 4 ünvanlarda yerləşən 3 ədəd 2 mərtəbəli 8 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının və Z.Xəlilov küçəsi, ev» sözlərindən sonra «30A» ünvanı əlavə edilmişdir. Həmin sərəncamın qərar hissəsinin 2-ci bəndi «2. Sökülən 5 mərtəbəli binaların yerində yüksəkmərtəbəli yaşayış binalarının, Z.Xəlilov küçəsi, ev 30, 32, 34 saylı ünvanlarda yerləşən 3 ədəd 2 mərtəbəli qəzalı binaların yerində qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi «xxxx» MMC-ə icarəyə ayrılsın» kimi oxunması kimi göstərilmişdir. İşin materiallarında olan, cavabdeh Bakı şəhəri Cavabdeh 274 saylı xx xxxxxx 2018ci il tarixli sərəncamı ilə ünvan 5 ünvanda sökülmüş binanın yerində «xxxx» MMC -yə 2 girişli 14 mərtəbəli yeni yaşayış binasının tikintisinə icazə verilmiş, həmin sərəncamla Cavabdeh Başçısının xx xxxx 2017-ci il tarixli 191 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Sonradan cavabdeh İcra Hakimiyyətinin 274 saylı xx xxxxxx 2018-ci il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş ünvan 5 ünvanda sökülmüş 5 mərtəbəli binanın yerində «xxxx» MMC tərəfindən 2 girişli 14 mərtəbəli yeni yaşayış binasının tikintisi başa çatdırılmışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçılar cavabdeh İcra Hakimiyyətinin xx xxx 2017-ci il tarixli 117 saylı sərəncamını mübahisələndirmişlər və Z.Xəlilov 30A ünvanında sökülmüş binanın yerində 2 girişl i 14 mərtəbəli yeni yaşayış binasının tikintisinə etiraz etmədiklərini, lakin həmin binanın da girişləri açılacaq ümumi həyətin bütövlükdə üçüncü şəxs «xxxx» MMC-nin istifadəsinə verilməsinin onların maraqlarına toxunduğunu bildirmişlər. 1-ci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə «xxxx» MMC-yə ayrılmış ünvan 6 ünvanlarda yerləşən torpaq sahəsi ölkə Başçısı cənab İlham Əliyevin tapşırıqları əsasında abadlıq-quruculuq işlərinin davamı olaraq həyata keçirilən «Abad həyət» layihəsi çərçivəsində növbəti yeni nümunəvi məhəllədaxili istirahət guşəsinin inşası üçün nəzərdə tutulduğu, Cavabdeh tərəfindən qeyd olunan ünvanda istirahət guşəsinin inşası işlərinə başlanılacağı göstərildiyindən, iddiaçılar isə məhəllədə «Abad həyət» istirahət guşəsinin yaradılmasına etiraz etmədiklərini bildirdiklərindən, mübahisələndirilən sərəncam iddiaçıların maraqlarına toxunmur. Yuxarıda göstərilənlərlə əlaqədar qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddia Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci və 32-ci maddəsində nəzərdə tutulmuş qaydada irəli sürülmüş mübahisələndirmə haqqında iddia olduğundan, inzibati prosesin vacib institutlarından olan sübut etmə vəzifəsi ləğvi tələb olunan inzibati aktı qəbul etmiş inzibati orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin nümayəndələri apellyasiya icraatında da torpaq sahəsinin «xxxx» MMC-ə ayrılmasının məqsədi kimi göstərilən məhəllə daxilində «Abad həyət» istirahət guşəsinin yaradılması ilə əlaqədar, Yasamal rayon İcra Hakimiyəti ilə «xxxx» MMC arasında göstərilən ünvanda «Abad həyət»in yaradılacağına dair müqavilə olduğunu bildirmişlər. Lakin cavabdeh İcra Hakimiyyətinin nümayəndəsi ölkə başçısının göstərişi ilə Bakı şəhərində aparılan abadlıq işləri çərçivəsində, digər ünvanlarda olduğu kimi, iddiaçıların istifadə etdikləri məhəllə daxilində sakinlərin istirahəti üçün «Abad həyət»in yaradılması nəzərdə tutulan sahənin 3-cü şəxsə icarəyə verilməsinin faktiki əsaslarını və qanunauyğunluğunu əsaslandıra bilməmişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, nə cavabdeh inzibati orqanı, nə də 3-cü şəxs MMC tərəfindən Cavabdeh ilə «xxxx» MMC arasında istifadəyə ayrılmış sahədə istirahət guşəsinin yaradılmasına dair müqavilə, saziş və ya hər hansı razılaşma olmasına dair məhkəməyə sübut təqdim olunmamışdır. Bu da, inzibati orqanın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməməsi belə şərtlərin faktiki olaraq mövcud olmadığı qənaətinə gəlməyə əsas verir. Belə ki, xx xxx 2017-ci il tarixli 117 saylı sərəncamın 2-ci bəndində Yasamal rayonu, 568-ci məhəllə, Z.Xəlilov küçəsi ev 30, 32, 34 ünvanlarda yerləşən 3 ədəd 2 mərtəbəli 8 mənzillli qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində 2 girişli çoxmərtəbəli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin «xxxx» MMC-yə ayrılması nəzərdə tutulmuşdur. Lakin göstərilən ünvanda nəzərdə tutulan yaş ayış binasının tikintisinə icazə verilməsinə dair Cavabdeh 191 saylı xx xxxx 2017-ci il tarixli sərəncamı həmin İcra Hakimiyyətinin 274 saylı xx xxxxxx 2018-ci il tarixli sərəncamı ilə qüvvədən salınmış, eyni sərəncamla «xxxx» MMC-nin layihəsi əsasında inşası nəzərdə tutulmuş 2 girişli 14 mərtəbəli binanın Z.Xəlilov küçəsi 30A ünvanında sökülmüş 5 mərtəbəli binanın yerində tikilməsinə icazə verilmişdir. Bununla qeyd olunmalıdır ki, hazırki iş üzrə mübahisələndirilən sərəncamın 2-ci bəndində torpaq sahəsinin ayrılmasına zəruri olmuş faktiki əsas aradan qalxmışdır. Azərbaycan Respublikasının Konstitusiysının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlar ının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; …7.0.6. ictimaiyyətin məlumatlandırılması. Həmin Məcəllənin 14-cü maddəsində şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin təyinatı kimi göstərilir ki, şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi əhali üçün sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin (şəraitinin) yaradılması məqsədlərinə x idmət edir. Həmin Məcəllənin 39-cu maddəsin müvafiq olaraq abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur. Həmin Məcəllənin 68-ci maddəsin görə, tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir; yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti o rqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilən nomalardan göründüyü kimi, istər tikinti və şəhərsalma fəaliyyətinin, istərsə də abadlıq fəaliyyətinin həyata keçirilməsində inzibati orqanların gördüyü tədbirlər, qəbul etdikləri inzibati aktlar Konstitusiyanın 12-ci maddəsində təsbit olunmuş dövlətin ali məqsədinin - insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsindən ibarət olmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir). Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Torpaq Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq torpaq sahəsinin yer quruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər ob yektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Görndüyü kimi, mübahisələndirilən sərəncamın 2-ci bəndində tikinti məqsədilə torpaq sahəsinin hüquqi şəxsin istifadəsinə verilməsi nəzərdə tutulmasına baxmayaraq, müvafiq torpaq sahəsinin ayrılması proseduru To rpaq Məcəlləsinin yuxarıda istinad olunan normalarının tələblərinə uyğun aparılmamışdır ki, bu da mübahisələndirilən inzibati aktın qanunun tələblərinə uyğun qəbul olunmadığı kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11-ci maddəsinə müvafiq olaraq İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə, İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ic timai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə uyğun olaraq Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 36.3-cü maddəsinə müv afiq olaraq qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 58-ci maddəsinə görə, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə uyğun olaraq yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdeh İcra Hakimiyyəti tərəfindən hazırkı iş üzrə mübahisələndirilən sərəncamın qəbul edilməsi ilə iddiaçıların sakinləri olduqları binaların həyətinə aid olan sahənin tikinti məqsədi ilə üçüncü şəxsin istifadəsinə verməsi iddiaçıların gündəlik yaşayış və məişət həyatında həmin ərazidən zəruri istifadəsi və qanunauyğun faydalanmaq hüququna müdaxiləyə səbəb olduğundan mübahisələndirilən sərəncam iddiaçılara münasibətdə əlverişsiz inzibati aktdır. Sərəncamın sakinlərin, yəni, hazırkı iş üzrə iddiaçıların hüquqlarına müdaxilə etməsinə baxmayaraq, bu inzibati aktın qəbul olunması zamanı sakinlər inzibati prosesə cəlb edilməmişlər. Həmçinin qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın və 3-cü şəxsin n ümayəndələrinin ayrılmış torpaq sahəsində sakinlər üçün istirahət guşəsi məqsədilə «Abad həyət» yaradılacağına dair mülahizələri iş üzrə hər hansı mötəbər dəlillə təsdiq edilməməklə yanaşı, Bakı şəhərində mövcud inzibati praktika ilə də uzlaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində nəzərdə tutulduğu kimi, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Cavabdeh inzibati orqanın rayon ərazisində digər ünvanlarda «Abad həyət»lərin yaradılması praktikasında məhəllədaxili torpaq sahəsinin kommersiya hüquqi şəxsinin istifadəsinə ayrılmasına dair analoji nümunələrin mövcudluğuna dair hər hansı mötəbər dəlil təqdim etməməsi, ümumiyyətlə, belə bir inzibati praktikanın mövcud olmadığı qənaətinə gəlməyə əsas verir ki, bu da cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanunauyğun olmadığına dair iddiaçıların dəlillərinin əsaslı olduğunu təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.3.-cü maddəsinin tələbi baxımından hüquqi dəyərləndirmə apardıqda da mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki əsasların mövcudluğu şübhə doğurur. Belə ki, Qanunun həmin müddəasına əsasən, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Mübahisələndirilən sərəncamın 2-ci bəndində torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədilə ayrıldığı göstəri lməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədə və üçüncü şəxsin nümayəndəsinin izahatında «xxxx» MMC-ə ayrılmış ərazinin istirahət guşəsi – «Abad həyət» yaradılması məqsədilə istifadə olunacağını qeyd etmələri mübahisələndirilən sərəncamın tənzimlədiyi və həll etdiyi məsələlərdə qeyri-dəqiqliyin, inzibati orqanın bu məsələdə mövqeyində qeyri-müəyyənliyin olduğunu göstərir ki, bu da Qanunun 58.3-cü maddəsinin tələblərinə ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Nəhayət qeyd olunmalıdır ki, mübahisələndirilən inzibati aktın yalnız 2-ci bəndində nəzərdə tutulmuş müddəa iddiaçıların qanuni mənafelərinə və maraqlarına toxunduğundan, sərəncam qismən ləğv olunması qanuni və əsaslıdır. Belə ki, sərəncamın 1-ci bəndi iddiaçıların maraqlarına toxunmadan artıq icra olunmuş və bu, iddiaçılar üçün hər hansı əlverişsiz nəticələrə səbəb olmamış, sərəncamın digər müddəaları isə iddiaçıların qanuni mənafelərinə toxunmur. İddiaçılar yalnız ümumi istifadələrində olan həyətyanı sahənin 3-cü şəxsin istifadəsinə ayrılmasına etira z edirlər və torpaq sahəsinin onların istifadələrində əvvəlki kimi qalması halında pozulmuş hüquqlarının bərpa olunacağını hesab edirlər. Ona görə də, iddiaçıların iddia tələbi qismən təmin olunaraq Bakı şəhəri Cavabdeh 117 saylı xx xxx 2017-ci il tarixli sərəncamının 2-ci bəndi ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 69.1-ci maddəsinə əsasən, İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İcra Hakimiyyətinin və 3-cü şəxs MMC-nin kassasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsasla ndırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh kassasiya şikayə ti təmin edilməsin. 3-cü şəxs “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-481/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-481/2020
18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver