Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-509/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı “yaşa gö rə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli, 21(103)-737/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 30 aprel tarixli, **********0 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 1994-2003-cü illərin iş stajının müəssisədə qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin müddət sığorta stajına daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddi açı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1994-2003-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1955-ci il18 aprel tarixdə Bakı şəhərində doğulmuş və hal-hazırda onun 64 yaşı vardır. İddiaçı əmək fəaliyyətinə 1971-ci ildə başlamış, 13 ildən artıq iş stajı var. İddiaçı ona yaşa görə əmək pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 2019-cu il 30 aprel tarixli, **********0 nömrəli cavab məktubu ilə iddiaçıya imtina edilərək bildirilmişdir ki, 1994-2003-cü illərin iş stajının müə ssisədə qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin müddət sığorta stajına daxil edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 03 dekabr tarixli, 21(82)-3054/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1994-2003-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona 64 yaşdan, yəni 2019-cu il 18 aprel tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının qeyd olunan müddətdə iş stajının yerində yoxlanılmasının mümkün olmaması inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Çünki, iddiaçının əmək kitabçası ndakı tədqiq olunan qeydlərin iddiaçının işlədiyi cəmiyyətin səlahiyyətli şəxsi tərəfindən imzalanması və cəmiyyətin möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəlişlər olmaması və əmək kitabçasının tamlığının pozulmaması, habelə iddiaçının həmin müəssisədə işlədiyi bütün əmək fəaliyyəti dövrünün 1997-ci il 18 fevral tarixdə qəbul olunmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunması və həmin qanunun müəyyən etdiyi qaydaların müəssisə üçün məcburi xarakter daşıması, həm də qeyd olunan Qanuna əsasən məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsinin məhz DSMF orqanlarının üzərinə düşməsi - bütün bunlar iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 38 ildən çox olan iş stajı, məhz onun sığorta stajı kimi qiymətləndirilməlidir. İddiaçının 64 yaşının tamam olduğu 2019-cu il 18 aprel tarixə 25 ildən artıq (38 il 09 ay 21 gün) sosial sığorta stajının olması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli, 2-1(103)-737/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinə əsasən zəruri sayılan hallarda əmək stajının yerində qarşılıqlı araşdırılması və yoxlanılması həyata keçirilir. İddiaçının əmək kitabçasında qeyd olunan 1996-cı il 01 may - 1996-cı il 04 dekabr, 1997-ci il 30 aprel - 1998-ci il 01 se ntyabr tarixlərdə “x” firmasında, 1999-cu il 12 fevral - 1999-cu il 17 iyun tarixlərdə “x” müəssisəsində, xx.xx.2003 - xx.xx.2003-cü ilədək "xxxx” ASC-də əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyil. Tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır.
12. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunmas ı, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7~ci bəndində (2012-ci il 13 iyul tarixdə edilmiş əlavələrlə) nəzərdə tutulmuşdur. Həmin bəndə əsasən, pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsas olmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili (nümayəndəsi ) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonr a qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət qərarın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.
21. H azırkı işdə də iddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır.
22. Cavabdeh, öz növbəsində, imtina məktubunda iddiaçının əmək kitabçasındakı 1994-2003-cü illərə dair iş müddətini, apellyasiya şikayətində isə əmək kitabçasında iddiaçının 1996-cı il 01 may - 1996-cı il 04 dekabr, 1997-ci il 30 aprel 1998-ci il 01 sentyabr tarixlərdə “x” firmasında, 1999-cu il 12 fevral - 1999-cu il 17 iyun tarixlərdə “x” müəssisəsində, 2003-cü il 25 aprel - 2003-cü il 30 dekabr tarixlərdə "xxxx” ASC-də iş müddəti barədə qeydləri mübahisələndirir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, id diaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi "xxxx” ASC-nin qeydiyyatı ilə bağlı məlumatı əldə etsə də, “x” barədə təsdiqedici məlumat işdə yoxdur. 25. “Star” firması ilə bağlı məlumata gəldikdə, hüquqi şəxslərin qeydiyyatını aparan orqanın cavab məktubunda “Star” firması adı altında bir neçə fərqli hüquqi şəxslərin qeydiyyatdan keçdiyi bildirilmişdir.
26. Apellyasiya instansiya sı məhkəməsi isə ********** eyniləşdirmə nömrəsi olan “Star” firmasına aid məlumat vərəqəsinə istinad etmişdir. Lakin həmin vərəqədə qeyd olunan “Star” firmasının (“Star” firması adı altında bir neçə fərqli hüquqi şəxslərin qeydiyyatdan keçdiyi nəzərə alındıqda) məhz iddiaçıya aid əmək kitabçasında qeyd olunan nəqliyyat (taksi xidməti) müəssisəsi olduğu qeyd-şərtsiz müəyyən edilmir. Deməli, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır.
27. Hazırkı halda, məhkəmə ********** eyniləşdirmə nömrəsi olan “Star” firmasına aid məlumat vərəqəsinə istinad edirsə, ən azından həmin firmaya aid qeydiyyat (təsis) sənədlərini qeydiyyat orqanından tələb etməklə həmin hüquqi şəxsin məhz taksi xidməti göstərən nəqliyyat müəssisəsi olub-olmadığını müəyyən edə, habelə həmin müəssisə vasitəsi ilə iddiaçıya dair məlumatları yoxlaya bilərdi.
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan ş ikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli, 2-1(103)-737/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov