Məhkəmə qərarları › İş №2-1(102)-512/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-512/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-512/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (test imtahanında iştirak etmək üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı test imtahanında iştirak etmək üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi tə ləbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2814/2021 nömrəli iş üzrə 10.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 02 mart 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlərə ərizə ilə müraciət edərək test imtahanında iştirak etmək üçün Vəkilliyə namizədlərdən hansı miqdarda pulun X3 hesabına köçürülməsi barədə məlumat vermələrini xahiş etmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddiaçıya ünvanladığı10.08.2021-ci il tarixli 999 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Vəkillər X1 17 mart 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün 200 manat məbləğind ə ödənişin edilməsi nəzərdə tutulmuşdur. Şəhid ailələri, müharibə veteranları, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş şəxslərə güzəşt tətbiq olunaraq, imtahan üçün ödəniş 100 manat məbləğində müəyyən edilmişdir.

3. Cavabdeh X3 iddiaçıya ünvanladığı 25.08.2021-ci il tarixli 04/08-08/2240 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “hər bir imtahanın keçirilməsi ilə bağlı müqavilə üzrə qiymətlər iştirakçıların sayından, imtahanın kağız daşıyıcılar və elektron formada keçirilməsindən asılı olaraq Sifarişçi ilə razılaşdırılmaqla müəyyən edilir və bununla əlaqədar olaraq, imtahanın keçirilməsi qiymətləri bir-birindən fərqlənir”, həmçinin qeyd edilmişdir ki, “mövcud qanunvericiliyə görə imtahanda iştirak edən şəxslərin heç biri ilə, o cümləd ən iddiaçı ilə Mərkəz arasında imtahanda iştirak etmək və xidmət göstərməklə bağlı müqavilə münasibətləri olmadığı üçün Mərkəz iddiaçının qarşısında heç bir öhdəlik daşımır. İnformasiya sahibinin açıqlamaq vəzifəsi daşıdığı informasiyalar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində sadalanmışdır. Qanunvericiliyin mövqeyinə görə informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş həmin maddədə sadalanan informasiyaları açıqlamalıdır. Müqavilə əsasında əldə edilmiş vəsaitlər ictimai maraq kəsb etmədiyi üçün açıqlanmalı olan informasiya kimi həmin maddədə nəzərdə tutu lmamışdır. Bu səbəbdən Mərkəz Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsi ilə bağlı əldə etdiyi vəsaiti iddiaçıya açıqlamaq vəzifəsi daşımır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlərə qarşı test imtahanında iştirak üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o əvvəllər vəkilliyə namizəd olmaqla bir neçə dəfə test imtahanlarından müvəffəqiyyətlə keçib, lakin şifahi müsabiqə zamanı ona qarşı olunmuş qərəzli münasibət ucbatından keçməyə imkan verilməmiş dir. Vəkillər kollegiyasının ən mühüm qanun pozuntularına sübut kimi vəkilliyə namizədlərin hər birindən test imtahanına buraxılmiş olmaları üçün 200(iki yüz) manat pul tələb etmələrini göstərmək olur. Bu pullar X3 nəzarətindən kənar həyata keçirilmişdir.

6. Birinci instansiya məhkəməsinin 30.09.2021-ci il tarixli, 2-1(112)-10184/2021 nömrəli qərardadı ilə (sədrlik edən hakim Mehriban Qarayeva) iddianın mümkün sayılmaması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 2015-ci il tarixli Qərarına, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3.0.1, 3.0.6, 5.1, 7.1, 7.5, 7.8-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 20.1, 28.1.1, 52.1, 66, 71.1, 71.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 30.09.2021-ci il tarixli, 2-1(112)-10184/2021 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.11.2021-ci il tarixli, 2-1(103)-2814/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərardadı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 10.11.2021-ci il tarixli, 2-1(103)-2814/2021 nömrəli qərardadının tamamilə ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məlum olduğu kimi mülki işdə kassasiya şikayəti vermək üçün vəkilin orderi mütləq tələb olunur. Baxmayaraq ki, inzibati işlərdə vəkilin mütləq iştirakı və kassasiya şikayətini imza etmiş olması tələb olunmur. Azərbaycan reallığında uzun illərdir ki, bu qanuna zidd tələblər apelly asiya instansiyaları tərəfindən tələb olunduqlarından, o da sabahısı günü hər-hansı bir bəhanə olmasın deyə məcburdur ki, vəkilin iştirakı ilə kassasiya şikayətini tərtib etdirsin. Lakin vəkil üçün pul vəsaiti olmadığından onun vəkillə təmin edilməyi vacibdir. Onu da diqqətə çatdırmaq istəyir ki, rəsmi şəkildə o işsiz olmasa da, elə rəsmi şəkildə də gəliri yoxdur. Necə ki, o "xxxx" MMC-nin təsisçisi və direktorudur. O digər hüquqşünaslar kimi 2018-ci ilin yanvar ayına qədər vətəndaşların hüquqlarını məhkəmələrdə müdafiə etmişdir. Lakin AR Milli Məclisinin 31 oktyabr 2017-ci il tarixində çıxmış məlum qərarından sonra vətəndaşlar onlara müraciət etmədiklərindən, təbii ki, maaş, gəlir götürə bilmir. Bu səbəblərdən vəkil tutmağa maddi imkanı yoxdur. Məhkəmə bu halı vergilər xidmətinin portalın a daxil olub, müəyyən edə bilər. Digər tərəfdən hansı bir vəkillə bu barədə danışdıqda vəkillərin kollegiyasının rəhbərliyindən qorxduqlarını dilə gətirirlər, boyunlarına çəkmirlər, imtina edirlər. Vəkil kimi çıxmağa razı olan da böyük pul məbləği -500, 1000 manat istəyirdi. Daha sonra həmin ərizədə Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Ü.Həmidova müraciət edərək onun da yuxarıda qeyd edildiyi kimi vergi xidmətinin portalına daxil olub, onun maaşının və gəlirinin olmadığını müəyyən edib, onun vəkillə təmin edilməyi haqda Qərardad çıxarıb, vəkillər kollegiyasına göndərmək imkanının olduğunu (əgər həqiqətən də onun konstitusion hüquqlarını qorumaq istəyirdisə) qeyd etmişdir. Lakin çox təəssüflər olsun ki, ona çatan məlumata görə Apellyasiya məhkəməsinin hakimi H.Ü. Həmidovun sədrlik etmiş olduğu kollegiya onun ərizəsini təmin etməkdən imtina etmişdir. Bu səbəblərdən o, kassasiya şikayətinin hazırlanmasını təşkil edir. Necə ki, yuxarıda qeyd edildiyi kimi inzibati prosessual məcəllədə kassasiya şikayətinin tərtib edilməsində vəkilin iştirakı məcburi deyil.

13. Çıxarılmış qərardadda cavabdehlərin cavablarından, həmçinin heç bir əsas olmadan “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3.0.1, 3.0.6, 5.1, 7.1, 7.5, 7.8, 9.2, 9.6, 10.1, 10.3, 10.2, 10.4, 10.5, 12.1, 12.2 və 14.0.8-ci, daha sonra “İnzibati icraat haqqında” AR Qanununun 20.1-ci, İPM-in 35.1-ci maddələrindən sitatların gətirilmiş olması özünü biruzə verir. Yəni məhkəmə tərəfindən konkret, əsaslı, obyektiv fikir bildirilməmiş qalmışdı. Sadəcə bir cümlə ilə onu bildirmişdi ki, hər bir şəxsin onun hüquq və qanuni ma raqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Daha sonra məhkəmənin qərardadından görünür ki, əvvəlki cümlədə qeyd edilən əsaslarla hər iki cavabdehlərin vəkillər kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsinə görə əldə etmiş olduğu vəsait barədə iddiaçıya (bu halda mən İddiaçı) məlumat vermək məsələsini daşımırdı. Daha sonra qərardadda qeyd edilmişdi ki, göründüyü kimi işə baxmış məhkəmənin iddiaçının (bu halda mən İddiaçı) subyektiv hüququnun olmaması və hər hansı bir hüquqi marağın mövcud olmamasına görə gəlmiş olduğu nəticə əsaslı olduğundan iddia tələbi mümkün sayılmamışdır (bax: qərardadın altıncı vərəqinin 2-ci və 3-cü abzasları). Təbii ki, apel lyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu bu qənaət əsassız olmaqla yanaşı, onun konstitusion hüquqlarının kobud surətdə pozulmasının bariz nümunəsidir. Necə ki, o, vəkilliyə namizəd kimi hər dəfə test imtahanına getmiş olduqda 200 (iki yüz) manat pul ödəmişdi, iddia ərizəsindən də göründüyü kimi əvvəllər 15 (on beş) manat, sonra 30 (otuz) manat, daha sonra 50 (əlli) manat, 2019-cu ildən isə 200 (iki yüz) manat pulu alınmış olmasını, guya bu miqdarı Nazirlər Kabineti tərəfindən müəyyən olunduğunu, həmçinin həmin pulu testdən və yaxud şifahi imtahandan keçmiş olmadığımız halda tələb etməyəcəyimiz barədə iltizam-qəbzin alınmasına da nail olurdular. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllə: Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər ə saslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 15. “Vətəndaşların müraciətləri haqqında” Qanun: Maddə 3.0.1. Müraciət edən şəxs – fiziki və ya hüquqi şəxs; Maddə 3.0.6. Müraciətə baxan subyekt – fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları; Maddə 5.1. Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nə zərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Maddə 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Maddə 7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Maddə 7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan ş ikayət verilməsi qaydası izah edilir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA Sİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərini əsassız və qanunsuz hesab edir.

21. Belə ki, iş materiallarına əsasən Azərbaycan Respublikası Vəkillər X1 999 saylı, 10 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının test imtahanında iştirak etmək üçün ödənilməli məbləğin miqdarı haqda rəsmi məlumat verilməsi barədə daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Vəkillər X1 17 mart 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün 200 manat məbləğində ödənişin edilməsi nəzərdə tutulmuşdur. Şəhid ailələri, müharibə veteranları, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş şəxslərə güzəşt tətbiq olunaraq, imtahan üçün ödəniş 100 manat məbləğində müəyyən edilmişdir.

22. Azərbaycan Respublikasının Dövlət X2 uyğun olaraq, dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Mərkəz müqavilə əsasında da imtahanlar təşkil etdiyi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəz arasında imtahanların təşkili məqsədilə 02 mart 2021-ci il tarixli №VK-DİM01 müqavilə bağlanmışdır.

23. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanda iştirakla bağlı tələb olunan, Kollegiya tərəfindən müəyyən edilmiş 200 manat məbləği iddiaçı Kollegiyanın bank hesabına köçürmüşdür. Kollegiya isə imtahanları özü təşkil etməmiş, Mərkəz müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtah anlar təşkil edən publik hüquqi şəxs olduğu üçün Kollegiya bu məqsədlə Mərkəzlə müqavilə bağlamışdır. Mərkəz isə razılaşdırılmış qiymətlə yazılı test imtahanları təşkil etmiş və icraçı kimi müqavilədə nəzərdə tutulan təşkilatı işləri lazımi səviyyədə yerinə yetirmişdir.

24. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Həmçinin qeyd edilməlidir ki, mövcud qanunvericiliyə görə imtahanda iştirak edən şəxslərin heç biri ilə, o cümlədən iddiaçı ilə Mərkəz arasında imtahanda iştirak etmək və xidmət göstərməklə bağlı müqavilə münasibətləri olmadığı üçün Mərkəz iddiaçının qarşı sında heç bir öhdəlik daşımır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən xüsusi mümkünlük şərtlərinə riayət edilməmişdir. Belə ki, iddiaçı cavabdehlər arasında baglanmış müqavilənin tərəfi olmadıgından hazırkı iddiaya hüquqi marağı mövcud deyildir, yəni subyektiv hüququ yoxdur, həmçinin digər cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanının keçirilməsi ilə bağlı əldə etdiyi vəsait barədə iddiaçıya məlumat vermək vəzifəsi daşımır.

27. Eyni zamanda məhkəmə kollegiyası xüsusi olaraq onu qeyd edir ki, qanunverici ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüs usi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyrimaddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir).

28. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlər arasında bağlanmış müqavilənin tərəfi olmadığından, onun digər tərəflər (cavabdehlər) arasında bağlanmış mülki müqavilənin şərtləri, o cümlədən hansı miqdarda pulun DİM-in hesabına köçürülməsi barədə məlumat almaq hüququ yoxdur, yəni hazırkı iddiada onun hüquqi marağı mövcud deyi ldir, yəni Mülki Məcəllə ilə müqavilə tərəflərinin hüquq və vəzifələrinin daşıyıcısı olmadığından və həmin müqaviləni mübahisələndirmək hüququna malik olmadığından müqavilənin şətrləri də onun maraqlarına toxuna bilməz (müqaviləni ləğv etmək, dəyişdirmək, şərtləri, qiyməti, müddəti, icrası və s.).

29. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı kassasiya şikayətində “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə istinad edir.

30. Lakin həmin maddədə fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiyadan bəhs edilir, iddiaçının iddiasında irəli sürdüyü tələb isə onun barəsində deyil, iki müstəqil təşkilat arasında bağlanmış müqavilənin məzmununa dair olan məsələdir və buna görə də bunun iddiaçıya aidiyyəti yoxdur.

31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Vəkil lər Kolllegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı təşkil edilən test imtahanında iştirak edib-etməmək və nəticə etibarı ilə də bu məqsədlə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 17 mart 2018-ci il tarixli qərarı ilə ixtisas imtahanında iştirak etmək üçün müəyyən edilmiş 200 manat məbləğinin ödənilməsini həyata keçirmək iddiaçının hüququdur, yəni iddiaçının sözügedən test imtahanında iştirakı onun öz istəyi ilə və müraciət əsasında olmuşdur.

32. Bütün yuxarıda göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.11.2021-ci il tarixli, 1(103)-2814/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir. 2-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar