Məhkəmə qərarları › İş №2-1(102)-521/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-521/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-521/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin qüvvədən düşməsi barədə qərarların ləğv edilməsi giriş hissəsi: Hakimlər: Quliyev Zakir Müslüm oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı “Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “torpağın icarəyə verilməsinə dair ic arə müqaviləsinin qüvvədən düşməsi” barədə qərarların ləğv edilməsi, qanunsuz sərəncam nəticəsində iddiaçıya dəymiş 480.000 manatın cavabdehdən alınması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-169/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisələndirilən torpaq sahəsi ilk öncə Şamaxı rayon İcra Hakimiyyəti başçısının sərəncam və sərəncam əsasında bağlanmış icarə müqaviləsi ilə “Girvə Allahqulu” və “Qalacıq” yay otlaq sahələrindən 76 ha, “Bayram” adlı qış otlaq sahəsindən 240 ha torpaq sahəsi olmaqla X3 (iddiaçının qardaşı) icarəsinə verilmişdir.

2. Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Şamaxı rayon İHB-nın 04.03.1998-ci il tarixli 29 saylı, 07.09.1998-ci il tarixli 147 saylı və 21.01.2004-cü il tarixli 15 saylı sərəncamlarına və 25.01.2004-cü il tarixli 15 saylı icarə müqaviləsi ilə Şamaxı rayonu “Bayram” adlı qış otlaq sahəsindən heyvandarlıqla məşğul olmaq üçün 15 il müddətinə 240,0 ha, o cümlədən 240,0 ha örüş üçün kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün X4 verilmişdir.

3. Sonradan Şamaxı rayon İcra Hakimiyyəti başçısının 3 iyul 2015-cü il tarixli, 84 saylı sərəncamı ilə həmin icarə müqavilələrinə xitam verilmiş, torpaq sahələri İddiaçı, yəni iddiaçının icarəsinə verilmiş, icarə müqaviləsinin müddəti 15 il müəyyən edilmişdir.

4. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 3 iyul 2015-ci il tarixli, 9 saylı müqaviləyə əsasən Şamaxı rayon İcra Hakimiyyəti başçısının 03 iyul 2015-ci il tarixli, 84 saylı sərəncamı əsasında Şamaxı rayonunun Quşçu kənd sakini iddiaçı ilə müqavilə bağlamışlar. Müqaviləyə əsasən 316 ha, o cümlədən 76 ha “Girvə Allahqulu” adlı yay otlaq sahəsi, 240 ha “Bayram” adlı qış otlaq sahəsi 15 il müddətinə icarəçinin istifadəsinə verilmişdir.

5. Cavabdeh tərəfindən “torpağın icarəyə verilməsinə dair” icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir.

6. İddiaçının müraciətinə cavab olaraq cavabdeh bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890,42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunmuşdur. Qeyd olunanlara əsasən qış otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı rayon İcra Hakimiyyətinin onunla bağlanmış olduğu müqavilə 29 noyabr 2016-cı il tarixli 1 38 saylı sərəncamına əsasən qüvvədən düşmüş hesab olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə” qərarların ləğv edilməsini, qanunsuz sərəncam nəticəsində ona dəymiş 480.000 manatın cavabdehdən xeyrinə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və sərəncam əsasında bağlanmış icarə müqaviləsi ilə qardaşı X3 icarəsinə “Girvə Allahq ulu”. “Qalacıq”, yay otlaq sahələrindən 76 ha, "Bayram" adlı qış otlaq sahəsindən 240 ha torpaq sahəsi icarəyə verilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2015-cü il tarixli, 84 saylı sərəncamı ilə həmin icarə müqavilələrinə xitam verilmiş, torpaq sahələri iddiaçının icarəsinə verilmiş, icarə müqaviləsinin müddəti 15 il müəyyən edilmişdir. İcarəyə verilmiş torpaq sahəsi naturada müəyyən edilərək sərhədləri iddiaçıya tanıtdırılmış, təyinatı üzrə istifadə edilmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə "icarə müqaviləsi qüvvədən düşmüş" hesab edilmişdir. Sorğuya cavab olaraq sərəncamın surəti iddiaçıya verilməmiş, Ş-03-1590 saylı, 29 dekabr 2016-cı il tarixli məktubla torpaqların otlaq sahəsi kimi istifadəsinə imkan verən qanun i əsasların ləğv olunması səbəbindən icarə müqaviləsinin qüvvədən düşdüyü bildirilmiş, əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə 14890,42 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edildiyi göstərilmişdir. Cavabdehlə aralarında bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarlar veriləndən dərhal sonra iddianın obyekti olan torpaq sahələri hər hansı bir ödənc verilmədən məhkəmə baxışı zamanı üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MMC-nin istifadəsinə verilmiş, iş üzrə iddiaçı olan icarəçilərin istifadəsindən götürülmüşdür. Hesab edir ki, Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı qanunsuzdur. Belə ki, sərəncam əsasında bağlanmış icarə müqa viləsi icarədar tərəfindən birtərəfli qaydada ləğv edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsi müqavilə münasibətlərində tərəflərin hüquq bərabərliyini tanıyır və tərəflərin müqaviləni birtərəfli qayda pozmaq hüququnu tanımır. Bundan başqa Şamaxı rayon İcra Hakimiyyəti başçısının 03 iyul 2015 -ci il tarixli, 84 saylı sərəncamı və onun əsasında bağlanmış icarə müqaviləsi torpağın təyinatının dəyişdirilməsinə görə müqavilənin ləğvini nəzərdə tutmamışdır. Cavabdeh torpağın təyinatının dəyişdirilməsi barədə onu xəbərdar etməmiş, icarə müqaviləsinin predmetinin yeni təyinatına uyğun olaraq torpaq icarə müqaviləsinin bağlanmasını ona təklif etməmişdir. Cavabdehin birtərəfli və qanunsuz hərəkəti nəticəsində mal qara örüşsüz və yemsiz qalmış, qırılmışdır. Müqaviləyə uyğun olaraq torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclər götürülə bilinməyən xərclər idi və həmin xərclər cavabdeh, eləcə də yeni icarəçi tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı çəkdiyi xərcləri 290.000 manat qiymətləndirmiş, cavabdehə təklif etmişdir ki, məruz qaldığı itkilərin ödənilməsinə göstəriş versin. Cavabdeh iddiaçının təklifini qəbul etməmişdir.

9. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionların 2014-2018-cı illərdə sosial iqtisadi X2 uyğun olaraq torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibatı ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı Rayonu İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı ıl tarixli 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000 -ci il tarixli 42 nömrəli qərarına uyğun olaraq həyata keçirilmişdir. Hazırda həmin sahə "xxxx" MMC-nin icarəsindədir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2-1(118)-252/2020 saylı qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X6, 2-1(118)-252/2020 saylı iş) 23 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şamaxı Rayon icra Hakimiyyəti başçısı 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamı qəbul edərkən inzibati icraat haqqında hüquq normalarının tələbləri pozulmamışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1məruzəçi, X5 və X7, 2-1(105)-169/2021 saylı iş) 27 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 3 iyul 2015-ci il tarixdə bağlanmış 240 ha “Bayram” qış otlaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin qüvvədən düşməsinə dair Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı qismən - “Bayram” qış otlaq sahəsindən əkin dövriyyəsinə cəlb edilməyən 147 ha torpaq sahəsinə dair hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Apellyasiya instansiya sı məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olundu ki, iddiaçının icarəsinə verilmiş 240 ha torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamına əsasən, təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi səbəbi ilə qüvvədən düşmüş hesab olunsa da, əslində həmin torpaq sahəsinin hamısı deyil, yalnız 93 ha torpaq sahəsinin təyinatı dəyişdirilmiş, qalan sahə 147 ha təşkil edir. Sərəncama əsasən cavabdeh qalan sahəyə dair iddiaçı ilə icarə müqaviləsi bağlamalı olduğu halda bunu etməmişdir. Cavabdeh inzibati orqan özünün diskresion səlahiyyətlərindən istifadə edərkən qanunun tələblərini gözləməmiş, güddüyü məqsədə uyğun hərəkət etməmiş dir.

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissəyə yenidən baxılması üçün iş materiallarının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə əlaqədar qərarın həmin hissədə ləğv edilməsi və iddianın həmin hissədə mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin də yişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göslərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

18. Başqa bir tərəfdən icarə müqaviləsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir əsas mövcud olmamışdır. Birincisi, otlaq sahələrinin əkin üçün ayrılması torpaq qanunvericiliyinə əsasən həmin torpağın kateqoriyasını dəyişdirmir. Çünki həm əkin, həm də örüş və otlaqlar kənd təsərrüfatı yerləri (uqodiyaları) olmaqla məqsədli təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. (Torpaq Məcəlləsinin 12-ci maddəsi). İkincisi, Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin əsaslarını tənzimləyən 73-cü maddəsində və Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş ''Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda torpaq sahəsinin təyinatının dəyişdirilməsi icarə müqaviləsinə xitam verilməsinin ayrıca əsasını təşkil etmir. Bundan əlavə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanun da torpağın təyinatının və kateqoriyasının dəyişdirilməsini torpağın alınmasına əsas verən dövlət ehtiyaclarının ayrıca növü kimi təsnifləşdirməmişdir. Qeyd olunan icarə müqaviləsində torpaq sahələrinin məqsədli təyinatının dəyişdirildiyi halda belə müqaviləyə xitam verilməsi nəzərdə tutulmamışdır.

19. İcarə müqaviləsinə diqqət yetirilsə, müqavilələrdə onların vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası müəyyən edilməmişdir. Belə olan halda mülki qanunvericiliyə müraciət edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu: Maddə 1.0.25. Diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər mater iallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə.68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq ol unmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarı və həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə” qərarların ləğv edilməsini, qanunsuz sərəncam nəticəsində ona dəymiş 480.000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

27. Bununla ə laqədar qeyd edilmiş iddiaçının apellyasiya məhkəməsinin qərarından vermiş olduğu kassasiya şikayətində, iddiaçının qənaətinə görə, cavabdehin qanunsuz sərəncamı nəticəsində ona dəymiş 480.000 manat məbləğinə dair heçnə yazılmamışdır.

28. Ümumiyyətlə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində “cavabdehin birtərəfli və qanunsuz hərəkəti nəticəsində mal-qara örüşsüz və yemsiz qalmış, qırılmışdır” və “müqaviləyə uyğun olaraq torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyim xərclər ayrılıb götürülə bilinməyən xərclər və həmin xərclər cavabdeh, eləcə də yeni icarəçi tərəfindən mənə ödənilməmişdir” yazsa da, sözügedən halları, yəni dəymiş zərərlə bağlı halları təsdiq edən hər hansı bir mötəbər sübut (mal-qaranın tələf olmasına dair aktlar, çəkilmiş götürülə bilinməyən xərclərə aid sənədlər) işdə mövcud deyildir.

29. İddiaçının kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, cavabdeh mübahisəli sərəncamı birtərəfli qaydada verməklə, Mülki Məcəllənin 423.1, 423.2-ci maddələrini pozmuşdur, həmçinin icarə müqaviləsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir əsas olmamışdır, belə ki, həm otlaq sahələri və həm də əkin sahələri (uqodiyaları) məqsədli təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir (Torpaq Məcəlləsinin 12-ci maddəsi).

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır. Belə ki, iddiaçının mübahisələndirdiyi Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 f evral tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci İllərdə sosial-iqtisadi X2 uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı Sərəncamı ilə 14890,42 hektar qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş, buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv edilmişdir. Nəticədə Şa maxı rayon İcra Hakimiyyəti Başçısının mübahisələndirilən 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı və 15 mart 2000-ci il tarixli, 42 saylı Sərəncamları əsas götürərək, sərəncama əlavə edilən siyahıda qeyd edilən - Şamaxı rayon Padar massivində yerləşən qış otlaq sahələrindən ümumilikdə 14890,42 hektar olmaqla 1 nömrəlidən 348,0 hektar, 2 nömrəlidən 695,0 hektar, 3 nömrəlidən 254,0 hektar, 4 nömrəlidən 1421,42 hektar, 5 nömrəlidən 787,0 hektar, 9 nömrəlidən 1625,0 hektar, 10 nömrəlidən 1873,0 hektar, 12 nömrəlidən 1120,0 hektar, 13 nömrəlidən 897.0 hektar, 16 nömrəlidən 223,0 hektar, 18 nömrəlidən 185,0 hektar, 19 nömrəlidən 1799,0 hektar, 20 nömrəlidən 799,0 hektar, 21 nömrəlidən 531,0 hekta r, 22 nömrəlidən 1078,0 hektar və 23 nömrəlidən 1255,0 hektar torpaq sahəsinə aid icarə müqavilələri və həmin müqavilələrə aid rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilmişdir.

31. Beləliklə iddiaçının mübahisələndirdiyi sərəncamın qəbul edilməsinə əsas Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı qərarı olmuşdur.

32. Həmin qərara görə əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan torpaqlar, onların yerləşdiyi ərazi və sayı eynilik təşkil edir, ümumilikdə bu rəqəm 14890,42 hektar torpaq sahəsi edir.

33. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 14890,4 2 ha torpaq sahəsi cavabdeh tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir.

34. Belə ki, Azərbaycan Respublikası Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının rayonun dövlət ehtiyat fonduna aid torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 dekabr 2016-cı il tarixli, 154 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 14890,42 ha torpaq sahəsi rayonda iri taxılçılıq və yemçilik təsərrüfatının yaradılması məqsədi ilə "xxxx" MMC-yə 49 (qırx doqquz) il müddətinə icarəyə verilmişdir.

35. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şamaxı rayonu “Padar massivi” adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı (örüş otlaq) 1 4890, 42 ha torpaq sahəsi 21.12.2016-21.12.2065-ci illərdə 49 il müddətinə "xxxx" MMCnin mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 29 iyul 2017-ci il tarixdə qeydiyyata alınmışdır.

36. Beləliklə yuxarıda göstərildiyi kimi, cavabdehin sözügedən sərəncamı AR Nazirlər Kabinetinin Sərəncamının icrası ilə bağlı verilmiş, yəni cavabdeh qanunla ona verilmiş diskresion səlahiyyətləri yerinə yetirmişdir (baxın hazırkı qərarın “Tətbiq olunan hüquq” hissəsinin 4-5-ci bəndlərinə).

37. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 147 ha torpaq sahəsi iddiaçının istifadəsində qalsa da, İddiaçı istifadəsində qalan 147 ha torpaq sahəsinə Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən icarə müqaviləsi bağlanılmamışdır.

38. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının icarəsinə verilmiş 240 ha torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamına əsasən, təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi səbəbi ilə qüvvədən düşmüş hesab olunsa da, əslində həmin torpaq sahəsinin hamısı deyil, yalnız 93 ha torpaq sahəsinin təyinatı dəyişdirilmiş, qalan sahə 147 ha təşkil edir. Sərəncama əsasən cavabdeh qalan sahəyə dair iddiaçı ilə icarə müqaviləsi bağlamalı olduğu halda bunu etməmişdir, yəni cavabdeh inzibati orqan özünün diskresion səlahiyyətlərindən istifadə edərkən bundan qismən yararlanmış, qanunun tələblərini tam olaraq gözləməmiş, güddüyü məqsədə uyğun hərəkət etməmişdir.

39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı qərarın “Tətbiq olunan hüquq” hissəsindəki 4-5-ci bəndlərində tətbiq edilmiş maddi hüquq normalarını düzgün tətbiq etmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.

40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 okty abr 2021-ci il tarixli, 2-1(105)-169/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar