Məhkəmə qərarları › İş №2-1(102)-57/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-57/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-57/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-57/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, üçüncü şəxs xxx1un iştirakları ilə, üçüncü şəxs xxx1 tərəfindən Şəki Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-312/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı1 və digərləri (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 37 saylı qərarına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş və üzərində hüquqlarının A seriyalı 092794 saylı, xx xxxxxx 2009-cu il tarixdə, 1319 nömrəsi ilə uçota alınmış “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə rəsmiləşdirilmiş Balakən rayonu, Tül ü kəndində yerləşən 0,0816 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 37 saylı qərarına əsasən Balakən rayonu, Tülü kəndində 0,17 hektar torpaq sahəsi iddiaçıların birgə mülkiyyətinə verilmiş və həmin sahənin 0,0816 hektar olan hissəsi üzərində hüquqları xx xxxxxx 2009-cu il tarixdə 1319 nömrə ilə A seriyalı 092794 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə cavabdehə müraciət olunmuş, lakin cavabde h torpaq sahəsi üzərində onların hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının və ailə üzvlərinin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətə baxılarkən, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş A092794 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən daşınmaz əmlakın dövlət reyestrində iddiaçı və ailə üzvlərinin adına qeydiyyata alınmış Balakən rayonu, Tülü kəndində yerləşən 0,0816 hektar torpaq sahəsi üzərindəki hüquqlarının Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(1070-1378/2017 saylı qətnaməsinə əsasən ləğv edildiyi, iddiaçı tərəfindən veril miş kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(102)-8643/17 saylı qərarı ilə təmin edilmədiyi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıldığı müəyyən olunmuşdur. Bu səbəbdən, iddiaçı tərəfindən verilmiş ərizənin icrası mümkün olmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-865/2018 saylı qərarı ilə (hakim Kənan Vəliyev) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, mübahisəli 816 kv.m torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqları cavabdeh tərəfindən RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilsə də, sonradan Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin çıxarış ləğv edilmişdir. Beləliklə, həmin torpaq sahəsinə iddiaçıların adına verilmiş çıxarış q anuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə əsassız sayılaraq ləğv edilmişdir. Həmçinin, həmin qətnamə ilə mübahisə predmeti olan torpaq sahəsi üzərində üçüncü şəxsin gözlənilən mülkiyyət hüquqlarının olması halı da müəyyən edilmişdir. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdirlər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-564/2018 saylı qərarı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçılar kassasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-879/2019 saylı qərarı ilə (sədrlik edən Zakir Quliyev, hakimlər Nigar Rəsulbəyova və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məkhəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məkhəməsinin istinad etdiyi Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(107)-1378/2017 saylı qətnaməsi ilə Balakən rayon Tülü Bələdiyyəsinin iddiaçıya verdiyi 2016-cı il tarixli torpağa dair plansxem etibarsız hesab olunmuş, hazırki iddia tələbinin əsasını isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tər əfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli, A092794 saylı torpaq sahəsinin plan və ölçüsü təşkil etmişdir. Apellyasiya məhkəməsi qərar qəbul edərkən ətraflı araşdırma aparmadan işin göstərilən halını nəzərə almamışdır. İşin təkrar baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1378/2017 saylı inzibati işi tələb edilməklə, Balakən rayon Tülü Bələdiyyəsi tərəfindən iyul 2016-cı il tarixdə iddiaçıya verilmiş torpaq sahəsinə dair plan-sxemin tərtib edilərək verilməsinin əsasları araşdırılmalı və işdə olan digər sübutlarla yanaşı düzgün qiymət verilməklə qərar qəbul olunmalıdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-312/2019 saylı qərarı ilə (sədrlik edən Rafail Əliyev, hakimlər Akif Eyvazov və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Balakən rayon Tülü Bələdiyyəsi tərəfindən iddiaçıya verilmiş iyul 2016-cı il tarixli torpağa dair plan-sxemin heç bir əsası olmadığından həmin plan sxem əsasında iddiaçıya və onun ailə üzvlərinə verilmiş xx xxxx 2016-cı il tarixli, ******* nömrəli hüquqların qeydiyyatı haqqında çıxarış X3 xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Hazırki iddia tələbinin əsasını isə həmin çıxarış deyil, Balakın rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 37 saylı qərarı ilə onların birgə mülkiyyətinə verilmiş Balakın rayon Tülü kəndində yerləşən 17 hektar torpaq sahəsinin 0,0816 hektar hissəsi üzərində xx xxxxxx 2009-cu il tarixd ə 1319 nömrə ilə uçota alınmış A092794 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi təşkil etmişdir. Balakən rayonunda aqrar islahat aparılmazdan əvvəl iddiaçını üzv olduğu kolxoz tərəfindən ona torpaq sahəsi verildiyindən, rayonda aqrar islahat aparılan zaman isə Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 37 saylı qərarı ilə iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə cəmi 1700 kv.m həyətyanı torpaq sahəsi verildiyindən iddiaçıların həmin torpaq sahəsinin 816 kv.m hissəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair tələbləri qanuni və əsaslı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1, 8, 9, “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşa yış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1, “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”nin 3, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1, 10.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan üçüncü şəxs kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Üçüncü şəxs kassasiya şikayətində bildirmişdir ki, Balakən rayonu, xxx5adına kolxozun ümumi iclas qərarına əsasən, kolxozun təftiş komissiyasının xx xxxxxx 1989-cu il tarixli aktına əsasən, ona ev tikmək üçün 0,07 ha torpaq sahəsi ayrılmışdır. Göstərilən fakt Balakən rayon Dövlət Arxivinin xx xxxxxx 2016-cı il tarixli, 563 saylı arayışı, X6 filialının 1253 saylı, xx xxxxxx 2016-cı il tarixli arxiv arayışı və Balakən rayon xxx5adına kolxozun xx xxxxxx 1989-cu il tarixli ümumi iclas protokolundan çıxarışla öz təsdiqini tapmışdır. İddiaçı Balakən rayon Tülü Bələdiyyəsindən saxta sənəd alaraq həmin sənəd əsasında dövlət reyestr xidmətindən çıxarış əldə etmişdir ki, bələdiyyə sənədinin həqiqətə uyğun olmadığı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmış və həmin sənəd əsas ında verilmiş çıxarış ləğv olunmuşdur. Üçüncü şəxs hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsini tələb etdiyi torpağın ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx xxxxxxx 2016-cı il tarixli, **********05 saylı məktubu ilə öz təsdiqini tapmış, lakin apellyasiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək qəbul etdiyi qanunsuz qərarla onu qanuni mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas yaratmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi üçüncü şəxs “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1, 6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələri nə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasına xx xxxxxx 2020-cı il tarixdə daxil olmuş məlumatla cavabdeh məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi barədə bildirmiş və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilmsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə ko llegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 37 nömrəli qərarı ilə iddiaçıların birgə mülkiyyətinə Balakən rayonunun Tülü kəndində 17 ha torpaq sahəsi verilmiş və qeyd olunan torpaq sahəsinin 0,0816 ha hissəsi üzərində iddiaçıların hüquqları A seriyalı, 092794 nömrəli, xx xxxxxx 2009-cu ildə 1319 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmişdir. Balakən rayon Tülü bələdiyyəsi 04 iyul və xx xxxxxx 2019-cu il tarixli məktublarında bildirmişdir ki, sorğunuza cavab olaraq bildirilir ki, sorğuda qeyd olunan X4 ilə İddiaçı1 0,07 ha torpaq sahəsinin üst-üstə düşməsi, qonşu olması və kordinatları barədə Tülü bələdiyyəsində torpaq sahəsinin elektron variant xəritələri olmadığı üçün məlumat verilməsi təmin edilə bilmir. Cavabdehin xx xxxx 2019-cu il tarixli, **********40 nömrəli məktubunda göstərilmişdir ki, sorğunuzla bağlı araşdırma zamanı məlum oldu ki, X2 faktiki istifadəsində 0,07 ha həyətyanı torpaq sahəsi yoxdur. Bunula belə, X4 xx xxxxxx 1989-cu il tarixli aktda qeyd olunan 0,07 ha torpaq sahəsinin yerləşdiyi ərazinin iddiaçılar İddiaçı1 və digərlərinin naturada istifadəsində olan və yaşayış evi inşa olunan torpaq sahəsi ilə eyni ərazi olduğunu bildirmişdir. Balakən rayonunun Tülü kəndində yerləşən idd iaçılar İddiaçı1 və digərlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 37 nömrəli qərarı ilə verilmiş 0,17 ha torpaq sahəsinin və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin “torpaq sahəsinin qaiməsi (sertifikatı)” hissəsində göstərilən 816 kv m (0,0816 ha) sahənin sənəd üzrə və iddiaçılar İddiaçı1 və digərlərinin naturada metal torla hasara alınaraq bir mərtəbəli fərdi yaşayış evi inşa olunan 914 kv m (0,0914 ha) sahənin sərhədlərini əks etdirən sxem təqdim olunur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, kolxoz torpaqlarının özələşdirilməsi nəticəsində iddiaçılara aqrar islahat komissiyasının qərarı ilə torpaq sahəsi verildiyindən və verilmiş torpaq sahəsinin bir hissəsinə p lan və ölçü tərtib edildiyindən, qanuni istifadələrinə verilmiş fərdi yaşayış evinin yerləşdiyi həmin həyətyanı sahə üzərində iddiaçıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alnmalıdır. Bu mövqeyi üçüncü şəxs o əsasla mübahisələndirmişdir ki, ona ev tikmək üçün torpaq sahəsi ayrılmış və kolxozun ümumi iclas protokolundan çıxarışla öz təsdiqini tapmışdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi ona məxsus torpaq sahəsi ilə üst-üstə düşür, sonuncu məsələ ilə bağlı apellyasiya məhkəməsi isə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bunda n sonra mətndə Qanun): Bununla yanaşı, həmin mətndə aşağıdakı qayda müəyyən edilmişdir: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanmış maddələrdən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt, habelə hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Qeydiyyatın aparılması üçün həmin sənəd və mülkiyyət hüququ torpaq sahəsi üzərində aparılmalı olduqda ona dair plan və ölçü cavabdehə təqdim edilməlidir. Bu tələblərə uyğun olaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən müvafiq sənədlər təqdim edildiyindən, onların torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmalıdır. Cavabdehin imtinası onunla bağlı olmuşdur ki, hazırki mübahisə üzrə təqdim edilmiş plan və ölçü əsasında verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ləğv olunmuşdur. Habelə, üçüncü şəxs cavabdehin bildirdiyi o məlumata əsaslanmışdır ki, iddiaçının iddialı olduğu torpaq sahəsinin yerləşdiyi ərazi üçüncü şəxsə müvafiq inzibati aktla verilmiş torpaq sahəsi ilə eyni ərazidədir. Cavabdeh əsaslı olaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə riayət olunmaqla məsələnin araşdırılması barədə bildirilmişdir.Həmin maddədə aşağıdakı qayda müəyyən edilmişdir: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəx sin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə almaqla apellyasiya məhkəməsi tərəfindən qanunverilikclə müəyyən edilmiş qaydada təqdim edilməli olan sənədlər üzrə araşdırma aparılmalı olduğu halda, bu vəzifə tam yerinə yetirilmədən cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə nəticəsini məhkəmə kollegiyası düzgün hesab etmir. Belə ki, apellyasiya məhkəməsi iddiaçıya torpaq sahəsinin ayrılmasının əsası kimi Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 37 nömrəli qərarına istinad etsə də, lakin həmin qərar və ona əlavə edilmiş bilavasitə iddiaçılara ayrılmış torpaq sahəsi ilə bağlı siyahı işdə olan sənədlərə əlavə edilməmişdir. Qeyd edilmiş sənədlərin mövcudluğunun məcburiliyi ilə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Xəlilovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının x xxxxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəldiyinin bildirilməsini zəruri hesab edir. Torpaq, o cümlədən sovxoz və kolxozların islahatı haqqında qanunvericiliyin tələblərinə və inzibati orqanının inzibati praktikasına əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, rayon X1 qərarları ilə yerli X1 torpaq payı almaq hüququ olan subyektlərin torpa q paylarının alınması barədə qərarları təsdiq edilərkən, torpaq payı alan şəxslərin siyahısı həmin qərarlara əlavə edilir ki, yalnzı sonuncu sənədlərdən şəxsə torpaq sahəsinin ayrılması barədə faktı müəyyən etmək mümkündür. Həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla istinad edilmiş Qanunun 8.0.1-ci maddəsinin tələbləri baxımından icra hakimiyyəti orqanının dövlətə məxsus daşınmaz əmlaka dair qəbul olunmuş akt kimi qiymətləndirilməlidir. Cavabdehin və üçüncü şəxsin bildirdiyi əsaslara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilmiş xx xxxxxx 2009-cu il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən isə hər hansı bir hüquqi və faktiki əsaslar üzrə qiymətləndirmə aparılmam ışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında apar ılır.

5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; Maddələrin tələblərindən göründüyü kimi, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun onun sərhədləri yerdə və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəq ələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölcüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölcüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Hə min sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmamalı və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilməməlidir. Yalnız torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan inzibati akt (aqrar islahat komissiyasının qərarı və əlavə olunan siyahı) əldə edildikdən sonra həmin aktla müəyyən edilmiş torpaq sahəsinin plan və ölçüdə göstərilən sahəyə aid olub-olmamasına qiymətin verilməsi mümkün olmalıdır. Bundan başqa, qeyd edilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla bağlı cavabdehin bildiklərindən apellyasiya məhkəməsinə məlum olmuşdur ki, həmin ərazi üçüncü şəxsə verilmiş torpaq sahəsinin ərazi hüdudları ilə üst-üstə düşür. Lakin bu hissədə cavabdehin bildirdiyi dəlillər üzrə apellaysiya məhkəməsi hər h ansı bir araşdırma və qiymətləndirmə aparmamışdır. Kassasiya instansiyası olmaqla məhkəmə kollegiyası işdə olan sənədləri sübut kimi qiymətləndirmək səlahiyyətinə malik deyildir. Lakin onların işdə mövcudluğu iş üzrə qəbul edilən qərara təsir etdiyi üçün onların nəzərə alınmasını zəruri hesab edir və qeyd edir ki, bu və yuxarıda əks olunmuş məsələnin daha ətraflı araşdırılması işin yenidən apellyasiya baxışına qaytarılmasını zəruri etmişdir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi m əsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının bildirdiyi hallara dair təqdim etdiyi sənədlərə əsasən işin hallarını müəyyən etməli və cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına dair imtinanın hüquqi və faktiki əsasları üzrə yenidən araşdırma aparmaqla tələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat za manı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: üçüncü şəxs xxx1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-312/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar