Məhkəmə qərarları › İş №2-1(102)-575/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-575/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-575/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrasına dair iddialarda inzibati orqana ilkin müraciətlə bağlı mümkünlük şərtlərinin düzgün qiymətləndirilməməsi; ilkin müraciətin digər inzibati orqanlara müraciət vasitəsilə həyata keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlunun və Şəf iyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı (üçüncü şəxs: Suraxanı rayon İcra və Probasiya Şöbəsi) “pensiyadan tutulan vəsaitin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)1602/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)- 3404/2016 saylı, xx.xx.2016-cı il tarixli mülki iş üzrə xx xxxxxx 2017-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən İddiaçı 8292 manat məbləğində sığorta ödənişi və 31 manat məbləğində dövlət rüsumu üçün çəkilmiş xərcin “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icra şöbəsinin tələbinə əsasən 2018-ci ilin avqust və sentyabr aylarında iddiaçının əmək pensiyasının 50 faizi, yəni 173.40 manat, cəmi 346.80 manat pul məbləği tutularaq “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Daha sonra Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən iddiaçının pensiyasından tutulma "icra haqqında’' Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

2. İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək pensiyasından kəsilən 350 manat gecikmə faizinin indeksasiya edilməklə bərpa edilməsi, "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi tarixindən 2007-ci ilin yanvarından başlayaraq aylıq hesablanmalı olan toplam 115 manatın indeksasiya edilməklə pensiyasına əlavə edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun əlilliyə görə aldığı əmək pensiyasının məbləğindən 2018-ci ilin avqust və sentyabr ayında 175 manat qanunsuz olaraq tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətin dən məhrum edilə bilməz. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsində təsbit olunmuş 77 manatlıq əlavə, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” AR Prezidentinin xx xxxxxx 2001-ci il tarixli 613 saylı Fərmanı və “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” AR Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 597 saylı Sərəncamında nəzərdə tutulmuş ümumilikdə 38 manatlıq aylıq müavinət də nəzərə alınmaqla, pensiyaya 115 manat aylıq əlavə hesablanmalıdır.

4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilən “məlumat vərəqi”nə əsasən iddiaçıya xx.xx.20 16-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)- 3404/2016 saylı, xx.xx.2016-cı il tarixli mülki iş üzrə xx xxxxxx 2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası əlaqədar 2018-ci ilin avqust-sentyabr aylarında iddiaçıya təyin olunmuş aylıq pensiyanın 46.2 faizi, yəni 173.4 manat tələbkarın (“xxxx” ASC-nin) xeyrinə tutulmuşdur. Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən iddiaçının pensiyasından tutulma "icra haqqında’' Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən dayandırılmışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018- ci il tarixli, 2-1(81)4182/2018 nömrəli qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, i ddiaçı iddia ərizəsində göstərilən tələblərlə cavabdehə müraciət etməmiş, bununla da iddiaçının cavabdehə qarşı iddiasının mümkünlük şərtinə əməl edilməmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-106/2019 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – V.Ə.Baxışova və H.Ü.Həmidov) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli, 2-1(81)-4182/2018 nömrəli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

9. Apellyasiya instansiyası qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin hərəkətləri qətnamədə göstərilən məbləğin borclu İddiaçı əmək haqqının 50% həcmində tutularaq “xxxx” ASC-nin hesabına köçürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrasından ibarət olmuşdur. Belə olan halda, cavabdeh hazırki tələb üzrə cavab verməli şəxs deyil və mübahisə inzibati xarakter daşımır. Bundan əlavə, iddiaçının əmək haqqının 50 %-nin tutulmasına səbəb olmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən məlumatının olmaması hazırki iddianın mümkün hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, o, həmin qətnaməni və yaxud icra şöbəsinin hərəkətlərindən narazı qaldığı halda onların hərəkətlərini mü bahisələndirə bilər.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(102)1601/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim - N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Hüseynov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-106/2019 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsi iş üzrə cavab verməli şəxsdir və mübahisə inzibati xarakter daşıyır. Bundan əlavə, iş materiallarında iddiaçının müraciətlərinə cavab olaraq ünvanlanmış məktublar mövcuddur. Həmin məktubların mətnindən iddiaçının müraciətinin və tələblərinin nədən ibarət olması aydın olmadığından, işə baxan məhkəmə ilk növbədə iddiaçının ünvanladığı müraciətləri nəzərdən keçirdikdən sonra iddianın mümkünlük şərtlərini yenidən yoxlamalıdır. d. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1678/2019 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) ilə iddiaçının ap ellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018- ci il tarixli, 2-1(81)-4182/2018 nömrəli qərardadının ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Ali Məhkəmənin hüquqi mövqeyi ilə əsaslandırmışdır. e. Birinci instansiya məhkəməsindəki ikinci icraat

15. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3273/2020 nömrəli qərarı (hakim – N.İ.Abıyev) ilə iddia mümkün sayılmamışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan tələblə bağlı adları çəkilən inzibati orqanlara (nə bilavasitə, nə də ki, digər orqanlar vasitəsilə) heç bir müraciət olunmamışdır.

17. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. f. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1602/2020 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – V.Ə.Baxışova və X.A.Mərdanova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(81)-3273/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır..

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, ona xx.xx.2016-cı il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)3404/2016 saylı, xx.xx.2016-cı il tarixli mülki iş üzrə xx xxxxxx 2017-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh İddiaçı 8292 manat məbləğində sığorta ödənişi və 31 manat məbləğində dövlət rüsumu üçün çəkilmiş xərcin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. 2018-ci ilin avqust və sentyabr aylarında iddiaçının əmək pensiyasının 50 faizi, yəni 173.40 manat, cəmi 346.80 manat pul məbləği tutularaq “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən iddiaçının pensiyasından tutulma "İcra haqqında’' Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən dayandırılmışdır. Bundan sonra iddiaçı 2018-ci ildən cavabdehə müraciət edərək pensiyadan tutulmaların qanunsuz olduğunu, tutulan məbləğlərin qaytarılmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən xahişi nəzərə alınmamışdır. Ona görə də məhkəmələrin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin i ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, apellyasiya məhkəməsinin qərardadının isə qanuni və əsaslı olduğundan qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarı: Bənd

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərini n (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: Maddə 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;... Maddə 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etd iyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.

27. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərə kəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı qismən ləğv olunmalı, iddia qismən mümkün sayılaraq həmin hissədə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

31. Belə ki, iddiaçı ilkin ərizə ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni isə xx.xx.2018-ci il tarixdə təqdim etmişdir.

32. İddiaçının dəqiqləşdirilmiş iddia tələbi belədir: 1) əmək pensiyasından kəsilən 350 manat gecikmə faizinin indeksasiya edilməkl ə bərpa edilməsi; 2) "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi tarixindən 2007-ci ilin yanvarından başlayaraq aylıq hesablanmalı olan toplam 115 manatın indeksasiya edilməklə pensiyasına əlavə edilməsi.

33. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib qeyd edir ki, iddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən, yəni xx.xx.2018-ci il tarixindən öncə, xx.xx.2018-ci il tarixində (İİ cild: iş v.39), xx.xx.2018-ci il tarixində (İİ cild: iş v. 52-55) xx.xx.2018-ci il tarixində (İİ cild: iş v. 49), xx.xx.2018-ci il tarixində (İİ cild: iş v.60) bir çox inzibati qurumlara ərizə və şikayətlərlə müraciət etmiş, müraciətlərdə onun əlilliyə görə aldığı əmək pensiyasından məhkəmə qərarının icrası ilə əlaqədar iki ay ərzində aparılmış tutulmaların qanunsuz olduğunu bi ldirmişdir. Qeyd olunan ərizələr Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (İİ cild: iş v.57), AR Baş Prokurorluğu (İİ cild: iş v.64) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aidiyyəti üzrə baxılması üçün ƏƏSMN-ə göndərilmişdir (İİ cild: iş v.52;85;95).

34. Qeyd edilməlidir ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasının məqsədi inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməli olması ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Bu baxımdan öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunu aradan qaldırmasını tələb edib-etməməsidir.

35. Hazırkı iş üzrə isə iddiaçı birbaşa olaraq cavabdehə müraciət etməsə də, yuxarıda qeyd edildiyi kimi müxtəlif inzibati orqanlara müraciət edərək onun pensiyasından tutulmaların qanun suz olduğunu və tutulmuş məbləğin geri qaytarılmasını tələb etmişdir. İnzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan... ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. İş materiallarından da görünür ki, iddiaçının başqa inzibati orqanlara etdiyi müraciətlər aidiyyəti üzrə ƏƏSMN-ə göndərilmişdir. Hətta iddiaçının ərizəsi əsasında inzibati icraat aparılaraq ərizədə qaldırılan məsələ araşdırılmış və ərizə cavabdeh tərəfindən cavablandırılmışdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilənədək, yəni xx.xx.2018-ci il tarixədək ƏƏSMN tərəfindən iddiaçının əmək pensiyasından əsassız tutulma aparılması barədə ərizəsinə xx.xx.2018-ci il tarixli cavab məktubu ünvanlanmış və həmin ərizədə bildirilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası ilə əlaqədar aylıq pensiyanın 46.2 faizi, yəni 173.4 manat tələbkarın xeyrinə tutulur.

36. Göründüyü kimi iddiaçı ilkin tələblə məhkəməyə müraciət edənədək birbaşa cavabdehə olmasa da, digər inzibati orqanlara əmək pensiyasından əsassız tutulma aparılması ilə əlaqədar müraciətlər etmiş, yəni hüququnun müdafiəsi ilə bağlı müəyyən hərəkətlər etmiş, düzgün orqana müraciət etməsə də, həmin müraciətlərdən bəziləri aidiyyəti üzrə ƏƏSMN-ə göndərilmiş, hətta iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilənədək cavabdeh tərəfindən cavab məktubu iddiaçıya ünvanlan mışdır. İddiaçının hüququnun bərpası ilə bağlı ilkin müraciəti digər inzibati orqanlar vasitəsilə cavabdehə baxılması üçün göndərildiyindən, hazırkı halda oxşar tələblə cavabdehə ilkin müraciət şərtinə əməl olunmuşdur.

37. Beləliklə, iddia tələbi – “əmək pensiyasından kəsilən 350 manat gecikmə faizinin indeksasiya edilməklə bərpa edilməsi” hissəsində müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsinə dair mümkünlük şərti ödənildiyindən həmin hissədə iddia tələbinin mümkün sayılmaması ilə bağlı apellyasiya məhkəməsinin nəticəsi əsassızdır. Belə ki, apellyasiya məhkəməsi iddiaçının cavabdehə ilkin müraciətinin olmadığı qənaətinə gəlsə də, hazırkı iş üzrə Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişləri tam icra etməmiş, iş materiallarında olan ərizələrin məzmunun hərtərəfli araşdırma mış, formal əsaslarla istinadla iddia tələbinin mümkünsüz olması nəticəsinə gəlmiş, bununla da iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır.

38. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi - Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi tarixindən 2007-ci ilin yanvarından başlayaraq aylıq hesablanmalı olan toplam 115 manatın indeksasiya edilməklə pensiyasına əlavə edilməsiilə bağlı isə qeyd edir ki, iddiaçının sözügedən tələblə ilk öncə cavabdehə müraciət etməsi iş materialları ilə təsdiqlənmədiyindən, iddiaçı tərəfindən belə bir tələblə əvvəlcə cavabdehə və ya digər inzibati orqanlara müraciət etməsinə dair sübut təqdim edilmədiyindən apellyasiya məhkəməsinin həmin hissədə iddia tələbinin mümkünsüzlüyü ilə bağlı nəticəsi qanunidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1602/2020 nömrəli qərardadı qismən - “əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsi”nə dair iddia tələbinin mümkün sayılmaması hissəsində ləğv edilsin. Həmin hissədə iddia mümkün sayılmaqla baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Digər hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar