Məhkəmə qərarları › İş №2-1(102)-607/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-607/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-607/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ayrılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3052/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1828 №-li arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1974-cü il tarixində Bakı şəhərində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Uşaq: X7 (xx.xx.2002); X10 (xx.xx.2006); X3 (xx.xx.2007).

2. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2022ci il tarixli arayışla müəyyən edilmişdir ki, İddiaçı, X7, X10, X11 həqiqətən Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, 5-ci döngə, 10 saylı evdə qeydiyyatdadırlar, lakin müvəqqəti olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əyri küçəsi 10 saylı evdə qeydiyyatsız yaşayırlar.

3. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 527 nömrəli, xx.xx.2022ci il tarixli arayışdan görünür ki, X1 qəsəbəsi, Əyri küçəsi, 10 №-li evdə qeydiyyatdadır, lakin faktiki olaraq Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 5, 10 saylı evdə qeydiyyatsız yaşayır.

4. İddiaçı 15 fevral 2022-ci i l tarixli ərizə ilə cavabdehə müraciət edərək ona ünvanlı sosial yardımın təyin olunmasını xahiş etmişdir.

5. Cavabdeh 1 aprel 2022-ci il tarixdə sosial yardımın təyin olunmasından “Ailə tərkibinin düzgün göstərilməməsi” səbəbinə görə imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 15 fevral 2022-ci ildən başlayaraq, həmin il üçün aztəminatlı ailə kimi dövlət məcburi sosial yardımın ayrılması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2022-ci il fevral ayından etibarən ona ünvanlı sosial müavinət təyin olunmasından imtina etmişdir. Adına yazılmış bildirişin məzmunundan məlum olduğu kimi, “ailə tərkibin in tərəfindən düzgün göstərilməməsi” səbəbindən cavabdeh ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********96002 nömrəli müraciətini təmin etməmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, ailəsi dörd nəfərdən, o cümlədən xx.xx.2002-ci il təvəllüdlü oğlu X7 (ADNSU universitetinin 3-cü kurs tələbəsidir, ödənişsiz əsaslarla təhsil alır), xx.xx.2006-cı il tarixdə anadan olmuş X10 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 ibarətdir. Uşaqların ataları ilə məhkəmə qaydasında boşanmışdır. Uşaqların saxlanılması üçün məhkəmə qaydasında aliment təyin edilsə də, məhkəmə qərarları 15 ildir ki, əsassız olaraq icra edilmir. Bu tərkibdə, yəni özü də daxil olmaqla, dörd nəfərdən ibarət ailə üçün cavabdeh tərəfindən hələ 2007-ci il tarixdən etibarən 15 fevra l 2022-ci ilə qədər aztəminatlı ailə kimi ona ünvanlı sosial yardım ayrılmışdır və həmin sosial yardımı uşaqlarının saxlanılması üçün istifadə etmişdir. Özü 2015-ci ildən 3-cü qrup əlildir. Hesab edir ki, ona ünvanlı dövlət sosial yardım təyin olunmasından imtina edilməsi qanunvericiliyin tələblərinə ziddir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 2 (iki) il müddətinə 171,52 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Təyin edilmiş ünvanlı dövlət sosial yardımın müddəti bitdikdən sonra iddiaçı yenidən təyinat üçün xx.xx.2022-ci il tarixdə VEMTAS vasitəsi ilə müraciət etmiş, lakin “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 3-cü maddəsinə əsasən, ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün, bu ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmadığı göstərilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə, yenidən VEMTAS vasitəsi ilə müraciət etmiş, maddi-məişət şəraitinin yoxlanılması zamanı ailə tərkibi düzgün göstərilmədiyi üçün ona sosial yardım təyin olunmasından imtina edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na 4 nömrəli əlavədə müayinə məqsədilə ünvana baxış keçirildiyi zaman iddiaçının xalasının da həmin ünvanda olduğu qeyd edilmiş, müayinə aktı iddiaçı və xalası tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda mənzilə baxış keçirildiyi zaman təmsilçinin xalasının həmin ünvanda olduğu, iddiaçının özünün və övladlarının isə evdə olmadığı müəyyən edilmişdir. İddiaçının xalası həmin ünvanda yaşamasına baxmayaraq, VEMTAS tərəfindən müraciət olunan zaman ailə tərkibində göstərilməmiş, bu hal maddi-məişət şəraitinin yoxlanılması zamanı müəyyən olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: X12) 6 iyul 2022-ci il tarixli, 2-1(112)8034/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının, xalası X2 onunla yaşamaması barədə irəli sürdüyü dəlil əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının yaşadığı ünvan X2 mülkiyyətindədir və sonuncu yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatdadır. Bundan əlavə, cavabdeh inzibati orqanın nümayəndələri tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı hər iki halda Pərvaz Muxtarovanın həmin ünvanda olması iddiaçının dəlilini təkzib edən haldır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən, ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunduğu halda, iddiaçı tərəfindən buna əməl edilməmiş, onun müraciətində qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq, yəni ailə tərkibinin düzgün göstərilməməsi aşkar edildiyindən sosial yardımın təyin olunmasından imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmaqla qanuni və əsaslıdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X15 və X21) 28 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3052/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, iddiaçıya 15 f evral 2022-ci ildən başlayaraq, həmin il üçün aztəminatlı ailə kimi dövlət məcburi sosial yardımın ayrılması vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə xalası X2 birgə yaşaması öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən evə baxış zamanı iddiaçının xalasının orada olması onun iddiaçı ilə birlikdə ev təsərrüfatının idarə edilməsində iştirak etməsi kimi qiymətləndirilməməlidir. İddiaçı tərəfindən ünvanlı dövlət sosial yardım almaq üçün cavabdehə edilmiş müraciətdə ailə tərkibinin özü və üç azyaşlı uşağından ibarət olması göstərilmişdir. Göründüyü kimi, ailə tərkibi barədə məlumatın verilməsində də hər hansı pozuntuya yol verilməmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının xalası həmin ünvanda yaşamasına baxmayaraq VEMTAS tərəfindən müraciət olunan zaman ailə tərkibində göstərilməmiş, bu hal maddi-məişət şəraitinin yoxlanılması zamanı müəyyən olunmuşdur. Bu səbəbdən də, iddiaçıya ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtina olunmuşdur. Apellyasiya şikayətində qeyd olunan dəlillərə apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş, beləliklə də apellyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Ünvanlı sosial yardım haqqında” Qanun Maddə

1. Əsas anlayışlar 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə

3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilər in sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətl ə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ri ayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ap ellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçıya ünvanlı sosial yardımın ayrılması üçün onun ailə vəziyyəti ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Həmçinin işin halları ilə müəyyən olunur ki, iddiaçı ünvanlı dövlət sosial yardım almaq üçün cavabdehə edilmiş müraciətdə ailə tərkibinin özü və üç azyaşlı uşağından ibarət olmasını göstərmişdir. Lakin cavabdeh inzibati orqan ailə tərkibinin düzgün göstərilməməsi əsası ilə iddiaçıya sosial yardımın təyin olunmasından imtina etmişdir. Bu zaman cavabdeh, iddiaçının xalası ilə birgə yaşayıb ümumi təsərrüfat apardığından, birgə təsərrüfat idarə etdiklərindən xalasının da onun ailə üzvü olmasına baxmayaraq, bu barədə iddiaçının düzgün məlumat vermədiyinə istinad etmişdir. Cavabdeh bu qənaətə gələrkən ona istinad etmişdir ki, iddiaçının mənzilməişət şəraiti yoxlanılarkən o nun xalasına məxsus evdə yaşaması və yoxlama zamanı xalasının da həmin ünvanda olması aşkar edilmişdir.

26. Lakin apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı xalasının iddiaçının ailə üzvü olması, onun ailə tərkinə daxil edilməsi, beləliklə də iddiaçının ailə tərkibi barədə düzgün məlumat verməməsi öz təsdiqini tapmamışdır.

27. Qeyd edilməlidir ki, cavabdehin irəli sürdüyü dəlillər (iddiaçının mənzil-məişət şəraiti yoxlanılarkən onun xalasına məxsus evdə yaşaması və yoxlama zamanı xalasının da həmin ünvanda aşkar edilməsi) xalasının da iddiaçının ailə tərkibinə daxil olması, onların birgə təsərrüfat idarə etməsi qənaətinə gəlməyə əsas vermir.

28. Bundan başqa, Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlarla müəyyən olunmuşdur ki, iddiaç ı və onun ailə tərkibi (3 uşaq) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əyri küçəsi 10 saylı evdə qeydiyyatsız yaşayırlar. İddiaçının xalası X5 isə Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 5, 10 saylı evdə qeydiyyatsız yaşayır. (bax qərarın 2,3-cü bəndləri). Eyni zamanda, apellyasiya baxışı zamanı X5 şahid qismində ifadə verərək bildirmişdir ki, hazırda Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 5, 10 saylı evdə qeydiyyatsız yaşayır. 29. 3 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq Vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən, iddiaçının üç uşağı var: X3, X10 və X7. İddiaçı da ailə tərkibi barədə məlumat verərkən, ailə tərkibinin özü və 3 uşağından ibarət olduğunu göstərmişdir.

30. Beləliklə, iddiaçın ın xalası X5 faktiki olaraq iddiaçı ilə eyni ünvanda yaşamadığından və iddiaçının ailə tərkibinə daxil olmadığından, cavabdehin “ailə tərkibinin düzgün göstərilməməsi” səbəbilə iddiaçıya ünvanlı sosial yardımın ayrılmasından imtina etməsi əsassız olmuşdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3052/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar