Məhkəmə qərarları › İş №2-1(102)-608/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-608/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-608/2019 27.02.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Babazadə Ruhsarə Vəli qızının, Cavabdehin vəkili Əfrasiyabova Dilarə Paşa qızının iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 oktyabr tarixli 21(107)-395/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2017-ci il 18 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli 2-1(81)-727/2018 nömrəli qərardadı ilə iş ərazi aidiyyətı üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 may tarixli 2-1(84)-626/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 o ktyabr tarixli 2-1(107)-395/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb etmişdir. İş kassasiya instansiyasında şifahi məhkəmə baxışına təyin edildikdən sonra iddiaçı ərizə ilə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Əsaslandırma hissəsi: Kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. İPM-in 97.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İddiaçının şikayətin geri götürülməsi barədə ərizəsinin məzmunu həmin normanın tələblərinə uyğundur. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir. Həmin normanın tələbinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 97, 111.3-cü mad dələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunur. Kassasiya icraatına xitam verilir. İcraat üzrə prosessual xərclər iddiaçıya aid edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar