Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-608/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (fasiləsiz xidmət illərinə görə əlavənin yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil, üçüncü şəxsin vəkili Dilarə Qurbanovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Na zirliyinin Daxili Qoşunların Baş İdarəsinə (üçüncü şəxs DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iştirakı ilə) qarşı fasiləsiz xidmət illərinə görə əlavənin yenidən hesablanması və müvafiq hesablama vərəqinin verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1251/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə (üçüncü şəxs DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iştirakı ilə) qarşı fasiləsiz xidmət illərinə görə əlavənin vəzifə v ə rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla, müvafiq hesablama vərəqinin yenidən hesablanması və müvafiq hesablama vərəqinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə göndərilməsi vəzifəsi cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından ehtiyata buraxılarkən xidmət müddəti imtiyazlı hesablama ilə 33 il 02 23 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 4-cü bəndində qeyd olunur ki, “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Fərid Mədətli Məhkəmənin adı: Bakı İnzibati Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=852431df155d4d09ad92c057defc6909 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 2 / 8 yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmi n bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə ərizə ilə müraciət etməsinə baxmayaraq, onun fasiləsiz xidmət illərinin 30 ildən yuxarı olmasını nəzərə alaraq, fasiləsiz xidmət illərinə görə əlavəni 50 faizi məbləğində hesablanmaqla, müvafiq hesablama vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə göndərməkdən imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-c ü il tarixli “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 98 nömrəli Qərarının 6-cı bəndinə əsasən “Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar, daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 98 nömrəli Qərarının 2-ci bəndinin 1ci, 4-cü hissələrinin və 6-cı bəndinin təsiri dairəsinə düşən fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər hesablanmalıdır: - xx.xx.1998-xx.xx.2004-cü il tarixlərdə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi Əks-Kəşfiyya t Xidməti, Milli Təhlükəsizlik Nazirliyində zabit vəzifələrində həqiqi hərbi xidmət (05 il 05 ay 14 gün); xx.xx.1998-xx.xx.2004-cü il tarixlərdə həmin orqanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi üzrə şöbəsində keçdiyi və 1 gün 3 gün kimi hesablanan zabit vəzifələrində güzəştli həqiqi hərbi xidmət (10 il 10 ay 28 gün); xx.xx.2004-xx.xx.2018-ci il tarixlərdə DİN-in Daxili Qoşunlarında zabit vəzifələrində həqiqi hərbi xidmət (13 il 10 ay 02 gün). Həmin dövr fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün 30 ildən yuxarı təşkil etdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən fasiləsiz xidmət illərinə görə Əlavə də müvafiq olaraq 50 faizlə hesablanmalıdır. Cavabdeh mübahisənin məhkəməyədək müraciəti cavablandırarkən Azərb aycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 1992-ci il tarixli 562 nömrəli Qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxx 2018-ci il tarixli Q21-001-18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”sinə istinad edərək, fasizləsiz xidmət illərinə yalnız təqvim illərini nəzərə almaqla əlavənin 50 faizlə yox, 30 faizlə hesablanmasının düzgünlüyünə israr edir. Presedent halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 21(102)- 230/2019 saylı iş üzrə Qərarında qeyd olunduğu kimi hazırkı işin mübahisələndirilən yeganə halı iddiaçının təminat xərcliyində xidmət illərinə görə əlavənin faiz dərəcəs i ilə bağlıdır. Ali Məhkəmə adı çəkilən Qərarında Bakı Apelyasiya Məhkəməsinin “xidmət illərinə görə əlavə hesablanarakən təqvim hesabı ilə iddiaçının xidmət etdiyi müddət əsas götürülməlidir” mövqeyini əsas götürülməlidir mövqeyini əsassız hesab etmiş, 2-1(103)- 1786/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli Qərarını ləğv etmiş və iddianı təmin etmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli və onu dəqiqləşdirən 98 nömrəli Qərarları cavabdehin cavab məktubunda istinad etdiyi aktdan daha yüksək hüquqi qüvvəyə malikdir və onlar arasında ziddiyyət yaranarsa, birincilər üstün tutulmalı və tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 190 nömrə li Qərarının 3-cü bəndində göstərilmişdir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Fərid Mədətli Məhkəmənin adı: Bakı İnzibati Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=852431df155d4d09ad92c057defc6909 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3 / 8 Nazirlər Kabinhetinin 73 nömrəli daxili işlər orqanlarının digər əməkdaşlarına da şamil edilsin. Bu da həmin X1 Nazirliyinin tərkibin də olan Daxili Qoşunların hərbi qulluqçularına da olunmasını imperativ surətdə tələb edir, DİN-in hər hansı Qərarı və ya Əsasnaməsi ilə dəyişdirilməsini istisna edir. Belə olan halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin istinad etdiyi aktlar fasiləsiz xidmət illərinə görə Əlavənin 50 faizi məbləğində hesablanmaqla, müvafiq hesablama vərəqinin göndərilməsindən imtina edilməsi üçün əsas ola bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-514/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məluma t vərəqəsinin hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Polis haqqında» Qanunun 1-ci maddəsinə, «Dövlət qulluğu haqqında» Qanunun 2.2, 14.1-ci maddələrinə, Nazirlər Kabinetinin xx xxxxx 2000-ci il tarixli, 73 nömrəli qərarının 1 nömrəli əlavəsinə, Nazirlər Kabinetinin xx xxxx 2004-cü il tarixli, 98 nömrəli qərarına, İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1, 52, 58.7, 68.1, 68.2-ci maddələrinə istindən belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixl i, 2-1(112)-514/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1251/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Həmid Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutl ara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx xxxx 2004-cü il tarixdən xx xxxxx 2018-ci il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş və X2 müavini – Daxili Qoşunların komandanının xx xxxxx 2018-ci il tarixli 43 nömrəli əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-ci maddəsinin «j» bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılmışdır.
9. Məhkəmənin qərarında qeyd olunmuş «mövc ud qanunvericiliyə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır, həmçinin polis əməkdaşları dövlət qulluqçusu hesab edilirlər» ifadəsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Lakın, Qanunun 2.3-cü maddəsində prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kə şfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növü olduğu qeyd olunmuşdur.
10. Həmçinin Qanunun 2.3-cü maddəsinin 2-ci abzasında Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla bu orqanların aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu qanunun şamil edildiyi qeyd olunmuşdur.
11. Qeyd olunanlarla yanaşı Qanunun 14-cü və 15-ci maddələrinə əsasən dövlət qulluğuna qəbul olunan şəxs daxil olarkən Azərbaycan Respublikasına sadiq olacağına and içir. Qanunun 15-ci maddəsində dövlət qulluqçusunun andının mətni göstərilmişdir.
12. Yuxarıda göstərilənlərə əsasən qeyd edirəm ki, İddiaçı «polkovnik-leytenant» hərbi rütbəsində olması, onun hərbi xidmətə qəbul olunarkən dövlət qulluqçusunun andını deyil, Azərbaycan Respublikasının Ali Sovetinin xx xxxxxxx 1991-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Hərbi andı» imzalayaraq qəbul etməsi onun hərbi qulluqçu statusunda olmasını təsdiq edir.
13. Daxili Qoşunların Baş İdarəsi «Polis haqqında» Azərbaycan Respublikası Qanununa əsasən deyil, «Daxili Qoşunların statusu haqqında» xx xxxxxx 1994-cü il tarixli, 781 nömrəli Azərbaycan Respublikasının Qanununa və Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının X2 rəhbərliyi ilə fəaliyyət göstərən, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Silahlı Qüvvələrin tərkibinə daxil olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə aid olan hərbi qurumdur.
14. «Daxili Qoşunların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində Daxili Qoşunların hər bi qulluqçularının «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq bu Qanunda müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçdikləri bildirilmişdir.
15. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamənin 2.1.5-ci maddəsində Daxili İşlər Nazirliyinin funksiyalarında Daxili Qoşunların fəaliyyətinin təşkili qeyd olunmuş, 5.3.1-ci maddədə X2 daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyətinə rəhbərlik etməsi və başqa maddələrdə eyni ilə daxili işlər orqanları və Daxili Qoşunlar ayrı-ayrılıqda qeyd olunmuşdur. Bu da, Daxili Qoşunların daxili işlər orqanı deyil, Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə aid olmasını təsdiq edir.
16. İş materiallarından və məhkəmənin hazırda mübahisələndirilən qərarından görünür ki, məhkəmə iddianın təmin edilməsi barədə qərarı qüvvədə saxlayarkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.01, 1.0.2, 1.0.5-ci maddələrinə əsaslandığını qeyd etmişdir. Lakin məlum olmayan səbəbdən bu işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qəbul etdiyi qərarı tətbiq edilməli olduğu halda, tətbiq edilməmişdir.
17. B ütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)- 1251/2020 saylı qərarını tam ləğv edilərək işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1251/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırk ı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1251/2020 nömrəli qərarını tam ləğv edib, işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasına dair qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili D.Qurbanova çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edi lməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)1251/2020 nömrəli qərarını tam ləğv edib, işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasına dair qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
21. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahi sələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
24. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin və üçüncü şəxsin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1251/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
27. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər və istinad edilən maddi hüquq normal ar eyni ilə cavabdehin apelyasiya şikayətində yazılmış dəlliləri təkrarlamaqdır ki, həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və doğru hüquqi qiymət verilərək onlar əsassız hesab edilmişdir.
28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı inzibati mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)1994/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarına əsasən, İddiaçı xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək döyüş bölgəsində yerləşən N saylı hərbi hissə üzrə şöbədə xidmət keçdiyi xidmət illərinin 1 günü 3 gün kimi hesablanmayan müddətinin 1 günü 3 gün kimi hesablanmaqla, müvafiq hesablama vərəqinin Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən məlumat vərəqində nəzərə alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
29. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********8 saylı məktuba əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx xxx 2018-ci il tarixli, 18 nöm rəli məlumat vərəqəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada ona İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin orqan tərəfindən təqdim olunmuş x xxxx 2019-cu il tarixli, 18 nömrəli yeni məlumat vərəqəsinə əsasən 33 il 2 ay 23 gün xidmət müddəti nəzərə alınmaqla əmək pensiyası xx.xx.2018–xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün yenidən hesablanmışdır.
30. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 131/2790- 2677M saylı məktuba əsasən, iddiaçının ona pensiya hesablanması üçün verilmiş pul attestatının yenidən tərtib olunması və orada xidmətdən buraxıldığı günə aldığı fasiləsiz xidmət illərinə görə əlavənin təqvim illəri ilə deyil, güzəştli hesablama ilə qeyd edilməsi barədə ərizəsinə baxılmış və cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd etdiyi normativ hüquqi sənədlər daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır, daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına aiddir və hərbi qulluqçulara şamil edilmir. Hərbi qulluqçulara xidmət illərinə görə üstəlik məbləğin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» xx xxxxxxx 1992-ci il tarixli 562 nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxx 2018-ci il tarixli Q21-001-18 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə» ilə tənzimlənir ki, ona xidməti illərə görə üstəlik məbləğin hesablanması bu normativ hüquqi sənədlərin tələblərinə əsasən həyata keçirilmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, xidmətdən buraxıldığı günə aldığı fasiləsiz xidmət illərinə görə əlavə mövcud normativ hüquqi aktların tələblərinə əsasən təqvim illəri ilə 20 il 5 ay 22 gün olmaqla düzgün hesablanmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış inzibati mübahisə ilə əlaqədar maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
32. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanu nunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
33. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarə t olan məbləğdir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş g ünü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
35. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur.
36. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.
37. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələr dən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli, 277 nömrəli qərarı ilə «Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları» təsdiq edilmişdir.
39. Həmin Qərara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatı dövlət orqanıdır.
40. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli, 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi strukturundan görünür ki, Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparat ına daxildir.
41. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, daxili qoşunlar, ərazi və ixtisaslaşdırılmış polis orqanları, nizami polis hissələri, tədris, təhsil və tibb müəssisələri, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu, idman cəmiyyəti, habelə digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları» təsdiq edilmişdir.
43. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:
1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir: 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz; 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz; 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz; 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz; 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz; 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz; 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz; 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz.
44. Azərbaycan Respublikası Nazirlər K abinetinin xx xxxx 2004-cü il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş «Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli, 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə»yə və daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra – əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir.
45. Həmin Qaydaların 2 -ci bəndinə əsasən daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır.
46. Həmin Qaydaların 6-cı bəndinə əsas ən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəy ə gəlmişdir ki, iddiaçının 30 ildən yuxarı fasiləsiz qulluq keçməsi, həmçinin Daxili Qoşunların Baş İdarəsinin (Baş İdarədə) Kadr şöbəsinin rəis müavini vəzifəsində qulluq keçməsi halları onun fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin verilməsi üçün əsasdır.
48. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-1251/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.