Məhkəmə qərarları › İş №2-1(102)-616/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-616/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-616/2021 06.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin bölmə rəisi vəzifəsinin Xüsusi Dövlət Mühafizə Xidməti yanında Dövlət Feldyeger Xidmətinin bölmə rəisi vəzifəsinə uyğunlaşdırılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, ca vabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1456/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-ci il tarixindən, xx.xx.2017-ci il tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 1125 nömrəli Fərmanı ilə Dövlət Feld yeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti tərəfindən xx.xx.2017-ci il tarixində iddiaçı barəsində məlumat vərəqəsi tərtib edilmiş, məlumat vərəqəsinə əsasən iddiaçı polkovnik-leytenant hərbi rütbəsi ilə bölmə rəisi olaraq, öz təşəbbüsü və pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə pensiyaya çıxmış, iddiaçının təqvim illəri üzrə iş stajı 38 il 8 ay 10 gün, güzəştli xidmət illəri isə 44 il 8 ay 28 gün, ümumi təminat xərcliyi 869,80 manat təşkil etmişdir. İddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı, DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə ərizə ilə müraciət edərək ona Dövlət Feldyeger Xidmətində bölmə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun təyin edilmiş əmək pensiyasının – Xüsusi Dövlət Mühafizə Xidmətində bölmə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanmasını və ödənilməsini xahiş etmişdir.

4. Həmin inzibati orqan xx.xx.2018-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən hesablanır və həmin şəxslərin hərbi xidmət müddət i və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və bu qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün DSMF-yə təqdim edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh DSMF-nin Hərbi qulluqçularla və xüsusi rütbəli şəxlərlə iş idarəsi qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Feldyeger Rabitəsi İdarəsi ekspedisiya bölməsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

6. İddia tələbini onunla əsaslandırmışdır ki, ona əmək pensiyasının təyin edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx.xx.2016-cı il tarixli Fərmanın icrası təmin edilərək Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələr Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Dövlət Feldyeger Xidmətində ona əmək pensiyası təyin edilərək tutmuş olduğu vəzifə hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində bölmə rəisi ilə eyni vəzifədir. Lakin, əmək haqqında kifayət qədər fərq vardır. xx.xx.2017-ci ilə tarixdə xidmətdən tərxis olunaraq ona əmək pensiyasının təyin edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx.xx.2016-cı il tarixli Fərmanının 12.3 və 12.4-cü bəndlərinin icrası qaydasında Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktlarının bu Fərmana uyğunlaşdırılması nəticəsində onun xidmətdə olduğu zaman tutmuş olduğu vəzifəyə uyğun ödənilən vəzifə maaşı xeyli dərəcədə artırılmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 3771 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1- dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. Odur ki, ona xidmətdən tərxis olunduğu zaman təyin edilmiş əmək pensiyası hazırda Dövlət Mühafizə Xidmətində bölmə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun hesablanmalıdır. Lakin, ona təyin edilmiş əmək pensiyasının Dövlət Mühafizə Xidmətində bölmə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun hesablanması həyata keçirilməmişdir. Bu məqsədlə cavabdehə müraciət etsə də, sonuncu əsassız olaraq bundan imtina etmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 1125 nömrəli xx.xx.2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində verilmişdir. Fərmana ə sasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 ay müddətində digər məsələlərlə bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. İddia tələbində qeyd edilən vəzifə maaşının uyğunlaşdırılması ilə bağlı Nazirlər Kabinetinin hər hansı bir qərarı olmamış və bu barədə Dövlət Sosial Müdafiə Fonduna məlumat verilməmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1302/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim Aygün Abdullayeva) iddianın təmin edilməsi, iddiaçıya təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi ekspedisiya bölməsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamış, öz mövqeyini etirazla bildirmiş, etirazını əsaslandırmamış, iddiaçının pensiyasının XDMX-nin Feldyeger Rabitələri İdarəsi ekspedisiya bölməsinin rəisi vəzifəsinə uyğun hesablanmasını konkret halda istisna edən faktiki şərtləri göstərməmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1302/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarının ləğv edilib iddianın rədd olunmasını xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1550/2019 nömrəli qərardadı ilə iş üzrə cavabdeh DSMF-nin Hərbi qulluqçularla və xüsusi rütbəli şəxlərlə iş idarəsi, DSMF-nin X üsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)1550/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən – Vidadi Məmmədov, Səriyyə Seyidova və İlham Əhmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1302/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd edilməsi qərara alınmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliklə hərbi qulluqçu sırasından olan əmək pensiyaçısının pensiyanın yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatın bu artımın baş verdiyi orqan tərəfindən tərtib olunaraq, qısa müddətdə DSMF-yə təqdim olunmasın ı imperativ qaydada tələb edir. Lakin işdən göründüyü kimi, belə bir yeni məlumat vərəqi cavabdehə təqdim olunmamışdır. Cavabdehin yeni məlumat vərəqi təqdim olunmadan pensiyanı yenidən hesablaya bilməsi üçün digər qanuni imkan əmək pensiyaçısının təminat xərcliyində baş verən artımlar barədə normativ hüquqi aktın qəbul edilməsidir ki, bu şərt də iş üzrə yerinə yetirilmir. Bundan başqa, Müdafiə Nazirliyinin tabeliyində olmuş Hərbi Komissarlığın əməkdaşlarının əvvəl tutumuş olduqları vəzifələr hazırda SHXÇDX-nin tabeliyində olan strukturlarda mövcud olan müvafiq hərbi xidmət vəzifələrinə uyğunlaşdırılsa da, belə bir hal Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Dövlət Feldyeger Xidmətinin əməkdaşlarına münasibətdə baş verməmiş, sonuncularla bağlı Nazirlər Kabinetinin xx.xx.2013- cü il tarixli, 30 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasın pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na heç bir əlavə edilməmişdir. İddiaçı cavabdehdən, eləcə də, məhkəmədən qanunvericiliklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmiş səlahiyyətlərin icrasını tələb edir, cavabdehin iddiaçının arzuladığı inzibati aktın qəbulundan xx.xx.2018-ci il tarixli **********8 nömrəli imtinası “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məluma tın təqdim olunması Qaydaları”na əsaslanır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən cavabdehin üzərinə belə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula bilməz.

14. Məhkəmə qərarından iddiaçı kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)119/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1550/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər iki tərəfin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının uyğunlaşdırılması haqqında” 170-7 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən aydın olur ki, apellyasiya instansiyası məhkəməsinin araşdırılan qərarı qəbul edildiyi zaman cavabdeh İdarənin imtinası üçün gətirdiyi əsas, yəni adı çəkilən qərarın olmaması, artıq öz əhəmiyyətini itirmişdir. Belə ki, həmin qərar apellyasiya instansiyası məhkəməsinin qərarından xeyli əvvəl Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Qərarın 1-ci bəndinə əsas ən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına bu Qərarın Əlavəsinə müvafiq olaraq uyğunlaşdırılması nəzərdə tutulmuşdur. X1 Dövlət Feldyeger Xidmətinin şöbə rəisi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin şöbə rəisi vəzifəsinə və onun vəzifə maaşı uyğunlaşdırılan vəzifə maaşına 29,0 % nisbətində uyğunlaşdırılmışdır. Eyni zamanda Qərarın 2-ci bəndi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Qərarın 1 -ci hissəsində göstərilən şəxslərin pensiyalarının 2018-ci il martın 1-dən hesablayaraq ödənilməsi tapşırılmışdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən vəzifə borcu bunu tələb etsə də, zəruri araşdırmalar aparmamış və yanlış qərar qəbul etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-1456/2020 nömrəli qərarına əsasən (sədrlik edən – Elmira Nağıyeva, hakimlər – Həmid Həmidov və Rəşad Həsənov) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1302/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

18. Məhk əmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 1125 nömrəli Fərmanının icrası təmin edilərək Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələr Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Dövlət Feldyeger Xidmətində iddiaçıya əmək pensiyası təyin edilərkən tutmuş olduğu vəzifə hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində bölmə rəisi ilə eyni vəzifədir. Odur ki, cavabdehin dəlilləri əsassızdır və cavabdeh orqan iddiaçının pensiyasının XDMX-nin Feldyeger Rabitəsi İdarəsi ekspedisiya bölməsinin rəisi vəzifəsinə uyğun hesablanmasını konkret halda istisna edən faktiki şərtlər göstərməmişdir.

19. Məhkəmə qərarı cavabd ehə xx.xx.2021-ci il tarixində təqdim edilmişdir.

20. Cavabdeh xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-1456/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 170-7 nömrəli qərarının 1-ci bəndinə görə Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən xx.xx.2017-ci il tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına bu Qərarın əlavəsinə müvafiq olaraq uyğunlaşdırılmalıdır. Qərarın 2-ci bəndində görə, 1-ci bənddə göstərilən şəxslərin pensiyaları 2018-ci ilin martın 1-dən hesablanaraq ödənilməlidir. Qərara əsasən, Dövlət Feldyeger Xidmətinin şöbə rəisi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin şöbə rəisi vəzifəsinə və onun vəzifə maaşı uyğunlaşdırılan vəzifə maaşına 29 faiz nisbətində uyğunlaşdırılmışdır.

22. Məhkəmə qərarının nəticə hissəsində isə uyğunlaşdırma aparılarkən rəhbər tutulacaq vəzifə maaşına faiz nisbəti məqamı açıq qalıbdır. Həmin ifadədən belə başa düşülür ki, iddiaçının pensiyası hesablanarkən Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi ekspedisiya bölməsinin rəisi vəzifəsinin təminat xərcliyi əsas götürülməldir.

23. Hazırkı iddianı irəli sürərkən iddiaçının özünün də etiraf etdiyi kimi, məqsədi pensiyanın yeni təminat xərcliyinin tam məbləğindən hesablanmasıdır və 29 faizdən hesablanmasını qəbul etmir. Məhkəmənin bu məsələyə aydınlıq gətirməməsi və nəticə hissəni o formada ifadə etməsi icra prosesində ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Odur ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 170-7 nömrəli qərarının tələbləri pozulmuşdur.

24. Bundan başqa, məhkəmə pensiyanın hansı tarixdən etibarən yenidən hesablanmalı olduğu məsələsini də açıq buraxmışdır. Halbuki, qərarda bu məqam açıq şəkildə göstərilib (xx.xx.2018-ci il). Bu tarixin göstərilməməsi də, qərarın icrası zamanı inzibati orqanla vətəndaş arası nda əlavə mübahisələrin meydana çıxmasına gətirə bilər. Ona görə ki, Dövlət Feldyeger Xidməti Prezidentin 1125 nömrəli, xx.xx.2016-cı il tarixli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib. Qərardan da aydın olur ki, xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək olan dövr üçün iddiaçının bu əsasla yenidən hesablanma tələbini irəli sürmək hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2016-cı il tarixli, 1125 nömrəli Fərmanı:

10. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilsin və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilsin.

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilsin.

12. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 12.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 12.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 12.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmə tindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının uyğunlaşdırılması haqqında” xx.xx.2019-cu il tarixli, 170-7 nömrəli Qərarı:

1. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına bu Qərarın əlavəsinə müvafiq olaraq uyğunlaşdırılsın.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərin pens iyalarını 2018-ci il martın 1-dən hesablayaraq ödənilməsini təmin etsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 170-7 nömrəli qərarının “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması” adlanan əlavəsinə əsasən Dövlət Feldyeger Xidmətində mövcud olmuş “şöbə rəisi” vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində “idarənin şöbə rəisi” vəzifəsinin vəzifə maaşına 29,0 faiz nisbəti ilə uyğunlaşdırılmışdır. 31. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 37.3.5. bu qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. (xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuşdur). Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhh ətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

32. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 69.6. Məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

33. Mülki Prosessual Məcəllə: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, işə ilk dəfə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Dövlət Feldyeger Xidmə tinin əməkdaşların vəzifələrinin və vəzifə maaşlarının uyğunlaşdırılması barədə Nazirlər Kabinetinin heç bir qərarının olmamasına istinad edərək iddia tələbini rədd etmişdir.

38. Ali Məhkəmə isə bununla bağlı Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixində 170-7 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırıdığını əsas gətirərək mübahisənin sözügedən Qərara əsasən həll edilməsi barədə göstəriş vermişdir.

39. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 170-7 nömrəli qərarına istinad edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlasa da, qərarın nəticə hissəsində pensiyanın hansı tarixdən hesablanmalı olmasını və uyğunlaşdırma apararkən rəhbər tutulacaq vəzifə maaşına faiz nisbətini göstərməmişdir.

40. Halbuki, hazırkı qərarın 30-cu bəndində qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərba ycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması” adlanan əlavəsinə əsasən Dövlət Feldyeger Xidmətində mövcud olmuş “şöbə rəisi” vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində “idarənin şöbə rəisi” vəzifəsinin vəzifə maaşına 29,0 faiz nisbəti ilə uyğunlaşdırılmış, sözügedən şəxslərin pensiyalarının 2018-ci il martın 1-dən hesablayaraq ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.

41. Bununla bağlı cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün müəyyən etsə də, həmin maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmişdir. Beləliklə, məhkə mə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun qəbul edilmədiyindən işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 32-33-cü bəndlərində göstərilən normaların tələbləri pozulmuşdur.

42. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının pensiyasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 170-7 nömrəli qərarına uyğun olaraq 29,0 faiz nisbətində və 2018-ci ilin martın ayından yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

43. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifad ə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

44. Cavabdeh kassasiya şikayətində qərarın ləğv olunaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə qərarının yuxarıda qeyd olunan məzmunda dəyişdirilməsi qərara alındığından kassasiya şikayəti “iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsi” hissəsində təmin oluna bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-1456/2020 nömrəli qərarı dəyişdirilsin. İddiaçı pensiyasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 170-7 nömrəli qərarına uyğun olaraq 29,0 faiz nisbətində və 2018-ci ilin martın ayından yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar