Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-622/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1792/2021 nömrəli 12 avqust 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinin mümkünlüyünə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-654/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1792/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhk əməsinin 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. İddiaçı 31 avqust 2021-ci il tarixdə apellyasiya məhkəməsinin qərarının surətini almış, 20 noyabr 2021-ci il tarixdə kassasiya şikayətini imzalamış, həmin gün kassasiya şikayəti apellyasiya məhkəməsinə daxil olmuşdur.
5. İddiaçı məhkəmə kollegiyasına vəsatət göndərərək şikayət üzrə müddətin bərpa edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirmişdir ki, sözügedən gedən qərar 31 avqust 2021-ci il tarixdə poçt vasitəsilə nümayəndəsinin faktiki ünvanına, yəni Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev-10, m-42 ünvanına göndərilmişdir. Qeyd edir ki, həmin qərar ona şəxsən çatmadığına görə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Xəstəliyinin ağırlığını nəzərə alaraq köməklik göstərilməsini xahi ş etmişdir. Odur ki, kassasiya şikayəti verilməsinin qanunla müəyyən edilmiş müddətinin buraxılması səbəbinin üzrlü hesab edilməsini və ərizəsinə əsasən buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
7. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərarda dları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın tə qdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (-). Maddə
94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə
96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...
8. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhd ud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.
9. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədin i daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya məhkəməsinin mövqeyi
10. İddiaçı 12 avqust 2021-ci il tarixli qərardan kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən prosessual müddətin buraxılmasına dair ərizə vermiş, bu səbəbdən ərizəyə baxılması barədə iddiaçıya 22 fevral 2022-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir.
11. İşdə olan sənədlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarı 13 avqust 2021-ci il tarixli məktubla iddiaçının qeydiyyatda olduğu ünvanına göndərilmiş, iddiaçının nümayəndəsi məhkəmə sənədini poçt vasitəsilə 31 avqust 2021-ci il tarixdə almışdır.
12. İddiaçı qərardan kassasiya şikayətini 20 noyabr 2021-ci il tarixdə imzalamış və həmin gün apellyasiya məhkəməsinə təqdim etmiş, qanunda nəzərdə tutulan 1 aylıq şikayət müddətini buraxmışdır.
13. İddiaçı məhkəmə kollegiyasına göndərdiyi vəsatətində şikayət üzrə müddətin bərpa olunmasını xahiş etmişdir.
14. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
15. İddiaçı kassasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxılmasına dair mötəbər sübut təqdim etməmişdir. Hazırkı qərarın 6-cı bəndində iddiaçının qeyd etdiyi dəlilləri müddətin bərpası üçün əsas sayıla bilməz.
16. Kassasiya şikayəti iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, qeyd olunan prosessu al hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kassasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalı, vəsatət təmin edilməməlidir.
17. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının vəsatəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1792/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.