Məhkəmə qərarları › İş №2-1(102)-625/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-625/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-625/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)-2556/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1966-cı il xx.xx. tarixdə doğulmuş, 1981-ci il 1 sentyabr tarixdən 1984-cü il 18 iyul tarixədək texniki peşə məktəbində təhsil almış, 1984-cü il 30 iyul tarixdən 1984-cü il 1 oktyabr tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, 1984-cü il 22 oktyabr tarixdən 1986-cı il 15 noyabr tarixə kimi hərbi xidmətdə olmuşdur. O, həmçinin 1986-cı il 8 dekabr tarixdən 1992-ci il 17 aprel tarixədək, 1993-cü il 1 yanvar tarixdən 1993-cü il 2 avqust tarixədək, 1993-cü il 22 sentyabr tarixdən 1993-cü il 3 noyabr tarixədək, 1993-cü il 10 noyabr tarixdən 1997-ci il 13 iyun tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya 2017-ci il 24 fevral tarixdən birinci qrup əlillik, həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əli lliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 22 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının qanunvericiliklə tələb olunan sosial sığorta stajına malik olmaması göstərilmişdir. İddiaçı 2018-ci il 7 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və 1993-cü il 10 noyabr tarixdən 1997-ci il 13 iyun tarixinədək x2 mebel salonunda fəhlə kimi işlədiyi müddətin hesablanaraq sosial sığorta stajına əlavə edilməsini və öncədən hesablanmayan bu illərin, yəni təyin tarixindən bu günə qədər onun ala bilmədiyi pensiya ödəniş fərqini cəm halında və birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1993-cü il 10 noyabr tarixdən 1997-ci il 13 iyun tarixinədək x2 mebel salonunda fəhlə kimi işlədiyi müddəti sosial sığorta stajına daxil etməklə, ona 2017-ci il 24 fevral tarixdən təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ona birinci qrup əlillik təyin edilərək əlilliyə görə əmək pensiyası hesablanmışdır. Lakin onun 1993-cü il 10 noyabr tarixdən 1997-ci il 13 iyun tarixədək x2 işlədiyi müddət onun siğorta stajına daxil edilməmişdir. Halbuki, iddiaçının Cəmiyyətdə işləməsi onun əmək kitabçası ilə təsdiq olunur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 11 iyul tarixli 2-1(82)-1749/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1993-cü il 10 noyabr tarixdən 1997-ci il 13 iyun tarixinədək x2 mebel salonunda fəhlə kimi işlədiyi müddətin hesablanaraq sosial sığorta stajına daxil etməklə, ona 2017-ci il 24 fevral tarixdən təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi he sab etmişdir ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajına malikdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)-2556/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 23 noyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 5 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rə dd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı iddia tələbində onun 1993-1997-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə bərabər, digər tələbini əmək pensiyasının yenidən hesablanması kimi ifadə etsə də, əslində, cavabdeh tərəfindən ona pensiya deyil, əlilliyə görə sosial müavinət təyin edilmişdir. Başqa sözlə, irəli sürülən tələb əlilliyə görə təyin edilmiş müavinətlə, əlilliyə görə təyin edilməsi gözlənilən əmək pensiyasının məbləği arasındakı fərqin ödənilməsini ehtiva edir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmam aq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının 1966-cı il 8 aprel tarixdə doğulduğu və 2017-ci il 24 fevral tarixdə (51 yaşında) ona birinci dərəcəli əlilliyin təyin olunduğu nəzərə alındıqda, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün ən çoxu 12 il sosial sığorta stajı tələb olunur (51-15=36 yaş x4 ay=144 ay/12=12 il). Cavabdeh iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət istisna edilməklə, 1992-ci il 17 aprel tarixədək qazandığı 7 il 7 ay sosial sığorta müddətini mübahisələndirmir (iş v. 65 – cavabdehin apellyasiya şikayəti). Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilmiş 1993-1997-ci illər üzrə iş stajını qarşılıqlı yoxlaya bilməməsi səbəbi ilə sosial sığorta stajı kimi qəbul etməkdən imtina edir. Bu səbəbdən də iddiaçı 1993-cü il 10 noyabr tarixdən 1997-ci il 13 iyun tarixinədək x2 mebel salonunda fəhlə kimi işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsini tələb edir. İşin hallarına görə, iddiaçı əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək əldə etmiş, bu barədə onun əmək kitabçasında müvafiq qeyd aparılmışdır. Həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin fak tiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Buna görə də, iddiaçının 1993-cü il 10 noyabr tarixdən 1997-ci il 13 iyun tarixinədək x2 mebel salonunda fəhlə kimi işlədiyi müddətin sosial sığorta stajına daxil edilməli olduğuna dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının 1992-ci il 17 aprel tarixədək qazandığı iş stajının cəmi 7 il 7 ay təşkil etdiyinə dair cavabd ehin qənaəti ilə razılaşmır. Belə ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı 2 il 10 ay müddət də nəzərə alınmaqla onun 1992-ci il 17 aprel tarixə iş stajı 10 il 5 ay təşkil edir. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının peşə təhsili müəssisəsini bitirdikdən sonra - 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Buradan, iddiaçı həmin Qanunun qüvvəyə mindiyi vaxtdan peşə təhsili müəssisəsi ndəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin müqəddəm şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. İddiaçının 1993-cü il 10 noyabr tarixdən 1997-ci il 13 iyun ta rixinədək x2 mebel salonunda fəhlə kimi işlədiyi müddət də (3 il 7 ay) nəzərə alındıqda, iddiaçının 2017-ci il 24 fevral tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququ vardır (10 il 5 ay + 3 il 7 ay = 14 il). Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)-2556/2018 nömrəli qərarı dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar