Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-630/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; prosessual müddət) Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1987-ci il təvəllüdlü; FİN: xxxxxxx) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı “əmrin ləğv edilməsi və vəzifəyə bərpa edilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr N0N1-ci il t arixli, N-1(103)-N916/N0N1 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı N nömrəli hərbi hissə komandirinin N gm, N iyul N0N0-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə göndərilmişdir. N. N nömrəli hərbi hissə komandirinin N avqust N0N0-ci il tarixli, NN nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, miçman İddiaçı, Hidroqrafiya gəmiləri divizionunun Böyük hidroqrafiya gəmisinin (H567) baş bosmanı, “Hərbi xidmətkeçmə haqqında” Ə sasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə müvafiq olaraq, Hərbi Dəniz Qüvvələri komandanının N iyul N0N0ci il tarixli 0N7 gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N0N0-ci ilin hesabından qalan N5 (iyirmi beş) gün müddətinə məzuniyyət verilməklə 1N sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan (Böyük hidroqrafiya gəmisinin (567) qazan (ərzaq) təminatından) çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinə göndərilmişdir. Miçman İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli qərarına əsasən, N0N0-ci ilin yanvar-avqust aylarındakı xidmətlərinə görə birdəfəlik pu l mükafatını almağa layiq hesab edilməmişdir. Ona N0N0-ci il üçün maddi yardım və məzuniyyətə görə pul müavinəti ödənilmişdir. Miçman İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 5 fevral N0N1-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xidmətdən xaric olmağına səbəb olmuş əmrin ləğvini və işə bərpa olunmağını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə N saylı hərbi hissənin X5 XN D 431 X9 şturmanı, rabitə və radiotexnika döyüş hissəsinin komanda baş çavuşu vəzifəsində xidmət etmişdir. N5 iyun N0N0-ci ildə 3-cü dərəcəli kapitan İmanov Vüsal Eldar oğlunun sədrliyi ilə Şərəf məhkəməsi keçirilmişdir. Şərəf məhkəməsində ona ictimai töhmət verilməsi təklif olunmuşdur. Lakin nəticədə onun ordu sıralarından ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Xidmət etdiyi dövrdə, dəfələrlə mükafatlandırılmış, N017-ci ildə “qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. N iyul N0N0-ci il tarixdə N nömrəli hərbi hissə komandanının 0N7 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” (xidməti uyğunsuzluq) bəndinə əsasən vəzifədən azad olunmuşdur. Dəfələrlə müraciət etsə də, əmrin surətini yaxud çıxarışını ala bilməmişdir. Ona bildirilmişdir ki, hərbi sirr olduğundan əmrdən çıxarış verilə bilməz. Xidmətə qəbul olunduğu vaxtdan xaric olunduğu vaxtadək hər hansı intizam pozuntusu törətməmiş, cəza almamış və həmişə özünü nümunəvi aparmışdır.
5. Cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə vəsatət təqdim etmişdir. Vəsatətdə göstərilmişdir ki, iddiaçı xidmət dövründə mütəmadi ciddi intizam pozuntularına yol verdiyinə görə aidiyyəti, buna səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və N nömrəli hərbi hissə komandirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. N №-li hərbi hissə komandirinin N iyul N0N0-ci il tarixli, 0N7 gm nömrəli əmri iddiaçıya elan edilmiş və o əmrlə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar iddiaçı ilə söhbət aparılmışdır. Söhbət vərəqələrində ona verilən intizam cəzalarına, ehtiyata buraxılmağa təqdim edilməsinə rəsmi münasibətin bildirilməsi üçün ona lazımi şərait yaradılmışdır. İddiaçı ehtiyata buraxılmasından, ondan əvvəl intizam məsuliyyətinə cəlb olunaraq intizam qaydasında cəzalandırılmasından, barəsində şərəf məhkəməsinin keçirilməsindən məlumatlı olmuşdur. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin iddiaçı bunu etməmiş və 5 aydan çox vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı müba hisələndirmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim X7) N9 sentyabr N0N1-ci il tarixli, N1(11N)-4157/N0N1 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin 0N7 gm saylı, N iyul N0N0-ci il tarixli əmrini 5 fevral N0N1-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi N nömrəli hərbi hissə komandirinin əmri N iyul N0N0-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sənəddə iddiaçının əmrdən çıxarışla tanış olduğu tarix olaraq 11 avqust N0N0-ci il tarixi qeyd edilmişdir. Həmçinin iddiaçı 0N7 gm saylı, N iyul N0N0-ci il tarixli əm rlə ehtiyata buraxıldıqdan sonra qeydiyyata düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə göndərilmiş və ona ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. İddiaçı iddia ərizəsində ona əmrin surətinin təqdim edilmədiyini, lakin ehtiyata buraxıldıqdan sonra qeydiyyat yeri üzrə hərbi qeydiyyata alınmalı olduğunu bildirdiklərini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı N nömrəli hərbi hissə komandiri tərəfindən qəbul edilən 0N7 gm saylı, N iyul N0N0-ci il tarixli əmrdən ən geci 11 avqust N0N0-ci il tarixdə xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılm a barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab etmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr N0N1-ci il tarixli, N-1(103)-N916/N0N1 qərardadı (hakimlər X1 -sədrlik edən və məruzəçi, X4 və X3) ilə Bakı İnzibati Məhkəməsinin N9 sentyabr N0N1-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia müddətinin bərpa edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri 1N. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddia müddətinin axımı məhz 11 avqust N0N0-ci il tarixdən deyil, iddiaçının rəsmi məktubla əmri aldığı 8 aprel N0N1-ci il tarixdən hesablanmalı idi. İddiaçı cavabdehin N iyul N0N0-ci il tarixli 0N7 gm nömrəli əmrini və ya əmrdən çıxarışı almaq üçün dəfələrlə müraciət etsə də, əmrin surəti və ya çıxarı ş ona verilməmiş, bunun hərbi sirr olduğu bildirilmişdir. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin 8 aprel N0N1-ci il tarixli, 491 nömrəli məktubu ilə N avqust N0N1-ci il tarixli əmrdən çıxarışı aldıqdan sonra əmrin məzmunu barədə məlumatlı olmuşdur. kassasiya şikayətinə etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia tələbinin mümkün sayılmaması barədə vəsatətdə göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.N-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və t əklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (N.N-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (N.3cü bənd).
15. İnzibati Prosessual Məcəllə Maddə 3N.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inz ibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə
91. Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirm ədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). N0. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apell yasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. N1. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia müddətinin ötürülməsi nəticəsində iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu məsələsini lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətr aflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. NN. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 6N.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənəddən iddiaçının əmrdən çıxarışla 11 avqust N0N0-ci il tarixdə tanış olduğu və bunu imzası ilə təsdiq etdiyi görünür. Başqa sözlə, iddiaçının əmrlə (əmrdən çıxarışın) tanış olması istinad olunan normanın tələbləri baxımından, əmrin qəbul olunması barədə inzibati orqan tərəfindən iddiaçıya rəsmi məlumat verilməsi anlamında qəbul edilməli və inzibati aktın ona elan edilməsi kimi qiymətləndirilməlidir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, məhkəmə icraatının gedişində iddiaçı əmrdən çıxarışla tanış olduğunu və bu (tanış olması) barədə müvafiq sənədə imza etdiyini təkzib etməmiş və həmin halı mübahisələndirməmişdir. N3. Beləliklə, iddiaçının mübahisələndirdiyi əmr N nömrəli hərbi hissə komandiri tərəfindən N iyul N0N0-ci il tarixdə qəbul edilmişdir. İddiaçı həmin əmrlə 11 avqust N0N0-ci il tarixdə tanış olmuş və yuxarıda istinad olunan no rmaya uyğun olaraq əmr ona elan olunmuşdur. “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Hazırkı mübahisəyə münasibətdə İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində qeyd olunan müddətin axımı məhz həmin tarixdən, yəni 11 avqust N0N0-ci il tarixdən başlayır. İddiaçı tərəfindən isə həmin əmrin mübahisələndirilməsi barədə iddia ərizəsi 5 fevral N0N1-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Nəticə etibarı ilə, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi haqqında iddia ərizəsi müddət buraxılmaqla (30 günə qarşı 5 aydan çox) məhkəməyə təqdim olunduğu üçün iddianı mümkün saymamaqda məhkəmə h aqlı hesab edilməlidir. N. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr N0N1-ci il tarixli, N-1(103)-N916/N0N1 qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.