Məhkəmə qərarları › İş №2-1(102)-634/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-634/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-634/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 57 yaş, elektrik qaynaqçısı peşəsi giriş hissəsi: Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 20.10.2019-cu il tarixdən etibarən təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2644/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1963-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuşdur, Salyan rayonu, Pambıqkənd ünvanda qeydiyyatdadır və hazırda Bəşirbəyli kəndində yaşayır. 01.09.1980 - 20.07.19 81-ci illərdə Əli-Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbində təhsil müddəti 1 il olan əl ilə elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır. 28.10.1981-ci il tarixdən 20.12.1983-cü il tarixə qədər Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Əmək kitabçasından və sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatdan görünür ki, iddiaçı 05.08.1981-ci il tarixdən 20.10.1981ci il tarixə qədər “Şirvanneft” neft qazçıxarma idarəsində elektrik qaynaqçısı vəzifəsində işləmiş, 02.04.1984-cü il tarixdən 12.07.1985-ci il tarixə qədər “Azneft” Birliyinin ƏliBayramlı Vışkaquraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 12.08.1985-ci il tarixdən 30.09.1985-ci il tarixə qədər Rusiya Federasiyasının “BaşTümenNeftQaz” İstehsalat Birliyinin “NoyabrskNeftQaz” Vışkaquraşdırma İdar əsində əl ilə elektrik qaynaqçısı vəzifəsində, 25.10.1985-ci il tarixdən 23.02.1987-ci il tarixə qədər həmin İdarənin metalquraşdırma sexində elektrik qaynaqçı vəzifəsində, 23.02.1987-ci il tarixdən 29.04.1991-ci il tarixə qədər həmin idərədə vışkaquraşdırma qaynaqçısı vəzifəsində, 06.05.1991-ci il tarixdən 26.02.1992-ci il tarixə qədər Muravlenko şəhərində nasos kompresor sexində elektrik qaynaqçısı vəzifəsində, 02.03.1992-ci il tarixdən 31.07.1992-ci il tarixə qədər “Kapital” KM-də elektrik qaynaqçısı vəzifəsində, 11.09.1992-ci il tarixdən 01.12.1994-cü il tarixə qədər “Salyanneft” Neft Qazçıxarma İdarəsinin əhaliyə məişət xidməti sahəsində elektrik qaynaqçısı vəzifəsində, 01.12.1994-cü il tarixdən 01.01.2001-ci il tarixə qədər “Salyanneft” Neft Qazçıxarma İdarəsinin 2 nömrəli neft və qa z çıxarma sexinin quraşdırıcılar briqadasında elektrik qaynaqçısı vəzifəsində işləmiş, 03.01.2001-ci il tarixdən hal-hazıra kimi isə "xxxx" LTD Şirkətinin mexanik təmir qrupunda elektirik qaynaqçısı vəzifəsində işləyir.

2. Azərbaycan Respublikası X6 filialının 04.08.2020-ci il tarixli 295 saylı məktubuna əsasən X6 filialında mühafizə olunan Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasının arxiv sənədlərində, o cümlədən, 1978-1980-ci illərə aid şəxsi heyət üzrə əmrlərində iddiaçının fəhlə işləməsi aşağıdakı kimidir: 07.06.1978-ci il tarixdə təsərrüfata mövsümü fəhlə, 18.06.1979-cu il tarixdə mövsümü fəhlə, 08.07.1980-ci il tarixdə heyvandarlıq fermasına müvəqqəti malabaxan təyin edilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiyanın təyin e dilməsini xahiş etmişdir.

4. Cavabdehin iddiaçıya ünvanladığı 10 noyabr 2020-ci il tarixli məktubla iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək ş əraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlər də çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 1 ay 6 gün) təşkil etdiyi üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, “əmək stajını, zərərli və ağır şəraitli işlərdə çalışdığı illəri nəzərə alaraq ona 57 yaşdan, yəni 17.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xa hiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, hazırda 57 yaşı tamam olmuş, 07.06.1978-ci il tarixində əmək fəaliyyətinə başlamış, hazırda da "xxxx" Neft Qazçıxarma İdarəsinin Mexaniki Təmir Qrupunda elektirik qaynaqçısı vəzifəsində çalışır. Ona görə də cavabdehə ərizə ilə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin müraciətinə vermiş olduğu cavab məktubunda “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının sənədlərinin rəsmləşdirilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüş və 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edil məsindən imtina olunmuşdur. İddiaçı göstərilən işlərdə çalışmışdır: 07.06.1978 - 08.07.1980-cı illərdə Salyan rayon Pambıqkənd kənd X1 fəhlə və malabaxan, 01.09.1980 - 20.07.1981-ci illərdə Əli- Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbində əl ilə elektrik qaynaqçısı sənəti üzrə təhsil almış, 05.08.1981-ci ildə “Şirvanneft” neft qazçıxarma idarəsində elektirik qaynaqçısı vəzifəsində, 20.10.1981 02.04.1984-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 02.04.1984-12.07.1985-ci illərdə “Azneft” Quraşdırma İdarəsində qaynaqçısı, 12.08.1985- 30.09.1985-ci il tarixində Rusiya Federasiyasının Tümen vilayətində Neft avadanlıqları İdarəsində qaynaqçısı vəzifəsində, 25.10.1985-23.02.1987-ci il tarixində Rusiya Federasiyasının Tümen vilayətində Neftçıxartma İdarəsində qaynaqçısı, 23.02.1987- 31.07.1992 -ci il tarixində Rusiya Federasiyasının Tümen vilayətində Neft avadanlıqları İdarəsində qaynaqçısı, 11.09.1992 01.12.1994-cü illərdə “Salyanneft” neft qazçıxarma idarəsinin əhaliyə məişət xidməti sahəsində elektirik qaynaqçısı, 01.12.1994 - 01.01.2001- ci illərdə “Salyanneft” neft qazçıxarma idarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektirik qaynaqçısı, 01.01.2001-ci ildən hal-hazıra kimi “Salyan Oyl 1” neft qazçıxarma idarəsinin mexanik təmir qrupunda elektirik qaynaqçısı. Cavabdeh imtina məktubunda iddiaçının təhsil aldığı və hərbi xidmətdə olduğu illəri, o cümlədən zərərli və ağır şəraitli işlərdə çalışdığı illəri tam olaraq nəzərə almamış və əsassız olaraq 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişd ir.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı 31 avqust 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsində müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sı ğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 1 ay 06 gün) təşkil edir. Bu səbəbdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-3435/2021 saylı iş) 29 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu 17.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edi lməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan ƏliBayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbi tərəfindən verilmiş attesta əsasən iddiaçı 01.09.1980 - 20.07.1981-ci illərdə (10 ay 20 gün) Əli-Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbində peşə təhsili almış, HЗ seriyalı ******* saylı hərbi biletinə əsasən 28.10.1981-ci il tarixdən 20.12.1983-cü il tarixə qədər (2 il 1 ay 23 gün) hərbi xidmətdə olmuş, əmək kitbçasına əsasən isə 21 il 8 ay 4 gün işləmişdir. Beləliklə, bu sənədlərə əsasən iddiaçının, ümumilikdə, 10 ay 20 gün + 2 il 1 ay 23 gün + 21 il 8 ay 4 gün = 24 il 8 ay 17 gün iş stajı var. Bundan başqa, məhkəmə araşdırması zamanı alınmış Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasının arxiv sənədlə rindən çıxarışdan görünür ki, iddiaçı 07.06.1978-ci il tarixdə (Əmr №41 § 1) təsərrüfata mövsümü fəhlə, 18.06.1979-cu il tarixdə (əmr №34 §1) mövsümü fəhlə, 08.07.1980-ci il tarixdə (əmr № 63 § 2) heyvandarlıq fermasına müvəqqəti malabaxan təyin edilmiş və onun kolxozda işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla hesablanmalıdır. İddiaçının kolxozda işlədiyi müddət faktiki olaraq (hər mövsümün 3 ay götürülməklə) 90 adam günü faktiki işlədiyi illər üzrə adam günü norması illik 150 adam günü müəyyən edilməklə, 90 gün faktiki işlədiyi müddəti 150 adam günü normasına böldükdə iddiaçının 1978-1980-ci illər üzrə 1 il 6 ay sığorta stajı yaranmış olur. Beləliklə, iddiaçının Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyas ında işlədiyi 1 il 6 ay sığorta stajı onun ümumi stajına əlavə edildikdə iddiaçının ümumilikdə, 25 il 8 ay 17 gün stajı var (24 il 8 ay 17 gün + 1 il 6 ay = 25 il 8 ay 17 gün). İddiaçının 11.09.1992-ci il tarixdən 01.12.1994-cü il tarixə qədər “Salyanneft” neft qaz çıxarma idarəsinin əhaliyə məişət xidməti sahəsində elektrik qaynaqçısı, 01.12.1994-ci il tarixdən 01.01.2001-ci il tarixə qədər “Salyanneft” neft qaz çıxarma idarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektrik qaynaqçısı, 01.01.2001-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər "xxxx" Ltd şirkətinin mexaniki təmir qrupunda elektrik qaynaqçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pens iya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXXİİİ Ümumi peşələr bölməsində 23200000-19906 kodu ilə olan - əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğunlaşdırılmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianən rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5-məruzəçi, X3 və X4, 2-1(103)2644/2021 saylı iş) 6 dekabr 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. Cavabdeh kas sasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianən rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edilərək qeyd edilmişdir ki, iş materiallarının təhlili nəticəsində iddiaçının 01.01.2006-cı İl tarixədək ümumi iş stajı 25 ildən az olmaqla 24 il 1 ay 6 gün təşkil etdiyi müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yeri ndən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Və təndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

17. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 19. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İnzi bati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

21. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiy ası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Cavabdehin imtinasının səbəbi və kassasiya şikayətinin əsas dəlili iddiaçının tələb edilən ümumi iş stajının olmamasıdır. Kassasiya şikayətində də cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilməmiş, iddiaçının ümumi iş stajının 25 ildən az olması, məhkəmənin isə bu hala qiymət verməməsi qeyd edilmişdir.

25. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 17-18-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsa sən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

26. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası X6 filialında mühafizə olunan Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasının arxiv sənədlərində, o cümlədən, 1978-1980-ci illərə aid şəxsi heyət üzrə əmrlərinə əsasən müəyyən etmişdir ki, iddiaçının fəhlə işləməsi aşağıdakı kimidir: 07.06.1978-ci il tarixdə təsərrüfata mövsümü fəhlə, 18.06.1979-cu il tarixdə mövsümü fəhlə, 08.07.1980-ci il tarixdə heyvandarlıq fermasına müvəqqəti malabaxan təyin edilmişdir.

28. Cavabdeh isə buna baxmayaraq iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında qeyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 19-cu bəndində göstərilən normanın tələbini pozmuşdur.

29. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nə inki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).

30. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

31. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2644 /2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2644/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar