Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-638/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşıiş üzrə QƏRAR Açar sözlər: əhəmiyyətli sayda sübutların araşdırılmasının zəruriliyini nəzərə alaraq işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2222/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində yenidən hesablanmış və müəyyən edilmiş 2024,50 manat həcmində pensiyanın, pensiya hüququ yarandığı gündən, yəni 14 oktyabr 2006-cı il tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, prokurorluq əməkdaşı kimi 25 il xidmət etdi yinə görə 14 oktyabr 2006-cı il tarixdən əmək pensiya hüququnu əldə etmişdir və həmin vaxtdan cavabdeh tərəfindən iddiaçıya prokurorluq işçisi kimi ömürlük əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən barəsində yanlış təyin edilmiş pensiya məbləğinin yenidən hesablanmasına dair tərəfindən 01 avqust 2018-ci il tarixdə cavabdehə göndərdiyi müraciətlərinə əsasən cavabdehin özü tərəfindən qanunauyğun və ədalətli baxılması təmin edilmişdir. Əlavə təqdim etdiyi sənədlər üzrə iddiaçının pensiya məbləğinin miqdarı komissiya tərəfindən yenidən hesablanmış və əsaslı olaraq 2024,50 manat həcmində müəyyən edilmişdir. Lakin müəyyən edilmiş həmin məbləğin iddiaçıya hesablanıb ödənilməsi, pensiya hüququ əldə etdiyi vaxt - 14 oktyabr 2006-cı ildən deyil, qanuna zidd olaraq, yalnız 3 il müddətdə ge ri tarixdən hesablanması barədə cavabdeh tərəfindən əsassız olaraq qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qərarı qanunsuzdur. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “X4 haqqında” 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunun 87.1-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5, 20.8.2, 26.3, 29.1, 31.1, 37.2, 37.7-ci maddələrinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1428/2019 saylı, 1 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının yenidən hesablanmış və müəyyən edilmiş 2.024,50 manat həcmində pensiyasının, pensiya hüququ yarandığı gündən, yəni 14 oktyabr 2006-cı il tarixdən başlayaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdi r. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1428/2019 saylı, 1 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin hazırkı mərhələsində iddia tələblərinin dəqiqləşdirilməsinin mümkün olmamasını, eləcə də, əhəmiyyətli sayda sübutların araşdırılmasının zəruriliyini nəzərə alaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İddiaçı 20 dekabr 2019-cu il tarixdə apellyasiya məhkəməsinin qərardadını almış, 30 dekabr 2019-cu il tarixdə ondan kassasiya şikayəti verərək qərardadın ləğv edilib işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndi, “X4 haqqında” 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunun 87.1-ci və 87.2-ci maddələri, 1 yanvar 2006-cı il tarixdə qəbul edilmiş “Əmək pensiyası haqqında” Qanunun 20.1.5, 20.8.2, 26.3, 29.1, 29.2, 31.1 və 37.7-ci maddələrinin, eləcə də, 1 iyul 2017-ci il tarixdə qəbul edilmiş və hazırda qüvvədə olan “Əmək pensiyası haqqında” Qanunun 26.3, 29.1, 29.2-ci hissəsinin və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinin tələbləri düzgün tətbiq edilməmişdir. İşə baxılan zaman Azərbaycan Respublikası İPM-nin 12, 14, 48-ci, 49-cu, 58.7-ci, 63.3-cü, 64.1, 65, 68.1-ci və 2-ci, 69.3-cü, 82 və 87-ci maddələri, eləcə də, MPM-nin 271 272-ci maddələri tətbiq edilməmiş və tələbləri ciddi pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının üzvləri apellyasiya instansiyasında icraat üzrə, eləcə də, mübahisə ilə bağlı şikayət həddində işə baxmaq imkanlarına dair vəzifələrini yerinə yetirmək və həqiqətə nail olmaq əvəzinə, İPM-in 82 və 87-ci maddələrinin tələblərini ciddi pozaraq apellyasiya şikayətinin həddindən kənara çıxmış, işi geri qaytarmağa əsas tapmaq üçün məhkəmə iclas protokollarını saxtalaşdıraraq qanunsuz və ədalətsiz qərar qəbul etmişlər. Belə ki, cavabdehdən 2018-ci ildə yeni hesabladığı 2024.50 manat məbləğində pensiyanın hamısını deyil, həmin məbləğdən iddiaçının aldığı pensiyanın məbləğini çıxmaqla, almadığı pensiyanın fərqinin pensiya hüq uqunun yarandığı 2006-cı ildən ödənilməsi tələbi olunmasına baxmayaraq, məhkəmə işdə maraqlı olduğuna görə, işə baxmamaq və onu geri qaytarmaq üçün özünə əsas tapmaq məqsədilə, guya 2024.50 manat məbləğin hamısının cavabdehdən pensiya hüququnun yarandığı 2006-cı ildən bəri tələb edilən kimi, yanlış nəticəyə gəlmiş və bunu sübut etmək üçün məhkəmə iclas protokollarında həqiqəti əks etdirməyən saxta qeydlər aparmış və onları özünə əsas götürərək, işin geri qaytarılması barədə iddiaçının əleyhinə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi bu nəticə və qəbul etdiyi həmin qərardadı işin faktiki hallarına, eləcə də, iddia tələbinin mahiyyətinə (həcminə) tam ziddir. İddiaçı 30 il prokurorluq orqanlarında xidmət edərkən, 25 il tamam olan zaman, “Əmək Pensiyası haqqında” Qanunun tələblərinə əsasən 14 oktyabr 2006-cı il tarixdə pensiya hüququmun yarandığına görə, pensiya verilməsindən ötrü mən cavabdehə müraciət etmişəm. Cavabdeh- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin 28 dekabr 2006-cı il tarixli 340 saylı qərarı ilə iddiaçıya prokurorluq işçisi kimi ömürlük əmək pensiyası təyin edilmişdir. Həmin vaxtı cavabdeh tərəfindən barəmdə təyin edilmiş pensiya məbləği düzgün hesablanmamışdır və onun tərəfindən müəyyən edildiyi 1500 manat məbləğində pensiyanın həcmi düzgün müəyyən edilməmişdir. Bu yanlış hesablamanın səbəbi, Baş Prokurorluqdan verilən arayışın düzgün tərtib edilməməsi və aldığı müavinətlərin hamısının orada əks etdirilməməsi olmuşdur. Baş Prokurorluqdan iddiaçı ya verilmiş arayışda aldığı müavinətlərin hamısı tam göstərilməmişdir. Bu səbəbdən 2018-ci ildə Baş Prokurorluqdan yeni arayış alınmış və cavabdehə təqdim olunmuşdur. Yeni arayış əsasında cavabdeh tərəfindən komissiya yaradılmış və 2004-2005-ci illər üzrə mühasibat sənədləri üzrə pensiya məbləği yenidən hesablanıb, əsaslı olaraq 2024.50 manat (iki min iyirmi dörd manat əlli qəpik) həcmində müəyyən edilmişdir. Beləliklə, 2006-cı ildən 2025.50 manat əvəzinə mənə 1500 manat məbləğində pensiya verilmişdir. Lakin, müəyyən edilmiş həmin pensiya fərqinin mənə ödənilməsi, pensiya almaq hüququ əldə etdiyi vaxt - 14 oktyabr 2006-cı ildən deyil, qanuna zidd olaraq, yalnız 3 il müddətdə geri tarixdən hesablanması barədə cavabdeh tərəfindən əsassız olaraq qərar qəbul edilmişdir. tərəflərin izahatı: İdd iaçı məhkəmə kollegiyasının iclasında şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sa yılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçıya 14 oktyabr 2006-cı il tarixdən prokurorluq işçisi kimi ömürlük pensiya təyin edilməsi mübahisə doğurmur. İddiaçı ona təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının pensiyaya çıxdığı dövrə qədər (14.10.2006) son iki illik əmək haqqı əsas götürülərək pensiyası yenidən hesablanmışdır. Xidməti illərə görə prokurorluq orqanında 25 illik stajına əsasən pens iyasının hesablanmasında vəzifə maaşı, staj əlavəsi, rütbə və müvafiq dövrün mükafatları nəzərə alınmışdır. İddiaçının pensiyasının məbləği 01.03.2018-ci il tarixdən 2024.50 manat olmuş və ərizə verdiyi tarixdən, yəni 02.08.2018-ci il tarixədək mövcud pensiya qanunvericiliyinə əsasən 3 il müddətə geri tarixdən hesablanaraq yaranmış fərq hər ay pensiyasının miqdarıdək ödəniləcəkdir. Bu haqda iddiaçıya məlumat verilmişdir və qanunun 32.1.1-ci maddəsinə əsasən ötürülmüş müddət ən çoxu 3 il üçün ödənilir. İddiaçı bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və tələbində yenidən hesablanmış və müəyyən edilmiş 2.024,50 manat həcmində pensiyanın, pensiya hüququ yarandığı gündən, yəni 14 oktyabr 2006-cı il tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmi şdir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə müraciəti əsasında, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiyanın məbləği yenidən hesablanaraq, 01 mart 2018-ci il tarixdən 2024,50 manat müəyyən edilmiş və ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun zamana görə qüvvədə olmuş 37.3 və 37.3.4cü maddələrinə əsasən, işl əyən əmək pensiyaçılarına bu Qanunun 20.1.-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr 50% həmində ödənilir. Apellyasiya məhkəməsinin mövqeyinə görə: -14 oktyabr 2006-cı ildən 06 yanvar 2009-cu ilə qədər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun müvafiq normalarında (20.8, 20.9 və 21.4-cü maddələri) nəzərdə tutulmuş əlavələr 50% həcmində müəyyən edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbinə qiymət verərkən qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur; -Bundan əlavə, pensiya işinin materiallarından aydın olur ki, iddiaçının pensiyasının Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi tərəfindən yenidən hesablanması nəticəsində pensiya məbləği 1 mart 2018-ci il tarixdən 2.024,50 mana t təşkil etmiş, “Pensiya miqdarının dəyişdirilməsi haqqında” şöbənin işdə olan sərəncamına əsasən 2 avqust 2015-ci ildən 1 mart 2018-ci ilədək 1.855 manat məbləğində olmuşdur; -Göründüyü kimi, ayrı-ayrı illərdə iddiaçıya ödənilməli olan pensiyanın məbləğləri fərqli olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan halına düzgün hüquqi qiymət verilməmiş və iddiaçının pensiya hüququnun yarandığı dövrdən pensiya məbləği müəyyən edilmədən iddia tələbi təmin edilmişdir.; -Həmçinin qeyd olunmalıdır ki, işin materiallarından, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası İPM-in məhkəmənin yardım etmək vəzifəsini nəzərdə tutan 13cü maddəsinin tələblərinə əməl etməsi müəyyən edilmir. -İPM-nin məhkəmənin yardım etmək vəzifəsini nəzərdə tutan 13-cü maddəsinə əsasən məhkəmə qal dırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yekunda apellyasiya məhkəməsi hesab etmişdir ki, işin hazırki mərhələsində iddia tələblərinin dəqiqləşdirilməsi mümkün olmadığından, əhəmiyyətli sayda sübutların araşdırılması zəruri olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İPM-in 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən m ahiyyəti üzrə qərar qəbul edilmədikdə. Apellyasiya məhkəməsi İPM-in 87.7-ci maddəsinə əsaslanaraq birinci instansiya məhkəməsinin qərarını ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmişdir. Apelyasiya məhkəməsi işə baxarkən prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2222/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-638/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-638/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver